Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə90/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   86   87   88   89   90   91   92   93   ...   197
IV

TДRДKДMД OYUNLARI
PAPAX OYUNU
Papağ oyunu komanda şəklində oynanılır. Hər komandada beş nəfər olur. On beş dəyqə müddətində hansı komanda o birinin başınnan daha çox papax alsa, o qalib sayılır. Papağı götürən şəxs on beş dəyqə onu özündə saxlamalıdır. Papağı gizlətmək olmaz. Əgər yoldaşının papağını götürüflərsə, səndə artıx papax varsa, verməlisən yoldaşına. Papağ başında qalmalıdır. Oyunçuların hamı­sının başında papağ olur. Papağ ya əldə olmalıdır, ya da başda.
DƏSMAL OYUNU
Ölçü qoyulur, misalçün, yüz metr. Hər komandadan bir oyunçu çapa-çapa gedib dəsmalı yerdən götürməlidir. Kim tez götürsə qalib o sayılır. Burda da hər komandada beş oyunçu iştirak edir. Əgər atlının ikisi də papağı götürə bilmirsə, onda ikinci bir də gedillər.
KEÇİPAPAX OYUNU
Keçi dərisinin içi samannan doldurulur, atılır yerə. Keçi dəri­sinnən olur deyənə ona keçipapax deyillər. Diametri bir metr olan hal­qa olur, ağaşdan asılır. Orda da ancax əyilif topu yerdən götür­məlisən və yoldaşına atmalısan. Topu dairənin içinə salmalı­san. Topu əldə çox saxlamax olmaz. Maksimum altı saniyə saxla­mağa icazə verilir. Altı saniyə müddətində yoldaşına ötürməlisən. Hə­min müddətdən çox saxlıyarsansa, onda sən cərimə olunursan. Tək götürüf aparıf halqaya sala bilməzsən. Götürdün gərəh yolda­şına verəsən. Burda da hər komandada beş oyunçu olur. Halqa o vaxdı fındıx çubuğunnan düzəldilirdi, amma indi məftildən hazır­rı­yıl­lar. Böyürrərinnən əysi asırdılar ki, topun halqaya düşdüyü görünsün.
ÇOBAN OYUNU
Çobannar oynuyuf, ona görə ona “çoban oyunu” deyillər. Dağ­­lar­da bir dənə yumuşax əysini top kimi yumurluyuf oynuyur­muş­­dar. Yenə də iki komanda olur. Hər komandada üç nəfər və ya­xud beş nəfər olurdu. Yer ayırırmışdar, bu tərəfə sən aparassan, bu tərəfə mən. Çoban ağacıynan kim birinci aparsa, o qalib gəlir­miş. Orda da bir adət var. Əgər ağac əlinnən düşərsə, sən atdan dü­şüf götürə bilməzsən onu. Mütləx atın üsdündə götürməlisən. At­dan düşdünsə, oyunnan çıxmalısan. Daşın birini bura, birini ora qoyuf eni üş metr olan qapı düzəldirdilər.

Çöplügöl deyilən yerdə çobannarın bu oyunu oynadığını görmüşəm. Özü də möhkəm də yeyif-işmişdilər. Onda dedilər ki, gəlin bir çoban oyunu oynuyax. Yapıncını bükdülər, möhkəm sarı­yıf top düzəltdilər. Çobannarın ucu yumuru toppuzu olan ağacları – çomaxları olurdu, topu da onnan vururdular.




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin