Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə103/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   99   100   101   102   103   104   105   106   ...   266
107. ŞAH ABBAS
I mətn

Deyir, Şah Abbas cənnət-məkan çıxıf şəhəri gəzərmiş. Şəhə­rin tininnən belə keçəndə görür bir nəfər yemiş kəsif. Qavın da deyillər bizim dildə, yemiş də. Özü də dərviş libasında gəzirmiş ki, bını tanıyan olmasın. Deyir, özü də şəhərdə bir narahatdığ-zad olan­da bının yuxusu-zadı gəlmirmiş, narahat olurmuş ku, nəysə var. Bı da elə bil, mənim kimi qara adammış, gedif fəhləlih eliyifmiş, on beş-iyirmi qəpih alıf verif yemişə, divarın dibində oturuf kəsif yeyir­miş. Guya Şah Abbas deyif ki, olar, qardaş, onnan bir dilim də maa verərsən? Deyillər də. Şah Abbasın nəyi kəmdi? Yalandı, gerçəhdi, deyillər dayna. Nəysə, bir dilim yeyir, iki dilim yeyir. Bı yemiş Şah Abbasa daddı gəlir, şirin gəlir. Deyir, gedif əmr eliyir ki, şəhər darvazalarının hamısının başına yazın vırın ki, dünyanın dadını-ləzzətini bı çoban gədə gördü. Şah Abbas elə hesab eliyir ki, dünyanın dadı-ləzzəti o bir dilim yemişdəymiş.



II mətn

Şah Abbas qoşun çəkif gedif Gürcüsdana, Tiflisi almağa. Altı ay mühasirədə saxlıyıf, ala bilmiyif. İkinci səfər bir də hücum eliyif, isdiyif qəflətən ala. Genə ala bilmiyif. Qoşunun hamısı qırı­lıf. Beş-altı adam qalıf. Bılar qaçıf gəliflər bir dənə kəntdə qalıflar gecəni. Kəntdə qalanda bırda bir qoca qarı varmış, bının evinə düşüflər. Deyiflər:

– Ay arvad, nəyin var yeməyə?

Deyif:

– Bala, heş nəyim yoxdu yeməyə.



Pul veriflər bına. Deyiflər ki, get bir şey al, gət, yeyəh. Qarı gedir bir şey alır gətirir yeməh bişirməyə, hamma bişirmir. Deyillər:

– Niyə bir şey bişirmirsən?

Deyir:

– Bir qazanım var, onda da itə yal bişirirəm. Qoy yalı bişirim, sohra qazanı yuyum, sizə xörəh bişirərəm.



Görüllər ki, arvad kəpəy qaynadır. Qaynadır, aparır tökür yala­ğa. Yalağa tökəndə, – qarı da şahı tanımırmış, – it tez gəlir bur­nunu soxur yalağa. Yalağa soxanda ağzı yanır. İt tez ağzını çəkəndə itə bir ağaş vırır, deyir: “Daş başaa, Şah Abbas kimi burnunu birdən soxur e. Qıra­ğınnan az-az ye”, – itə deyir.

Şah Abbas barmağını dişdiyir ki, ay dadi-bidad, mənim məğ­lub olmağım mənnən qabax gəlif çıxıf bıra. Bı qarı məə başa salır ki, qırağınnan az-az ye. Yəni şəhərə birdən niyə girirsən?

Deməli, çörəh yer eliyir. Durur qoşunu topluyur, gedir Tiflisi alır. Həmən kəndi də qarıya bağışdıyır. Həmən kənd indi də durur.
III mətn

Şah Abbas həmişə dərvişlibas oluf məmləkəti gəzirmiş ki, görsün nə çatışmazdıx var, nə yox. Gedif görür ki, toydu, məclisdi. Bunu oturduflar lap ayaxda. Tanımıyıflar.

Sabah gedif libasını geyif həmin yerə gələndə bunu oturduflar lap başda. Deyif ki, çuxam ye, çuxam ye. Deyiflər: “A kişi, şah dəli olufdu”. Deyif: “Dəli-zad olmamışam”. Dünən o sufranın ayağında oturan sail də mən idim. İndi mənim şahlığım çuxamnandı.

Şah Abbasa cənnətməkan deyiflər. O, çox ədalətdi şah oluf. Ədalətsiz şah Nuşirəvan oluf. Şah Abbas deyirmiş ki, bircə Novruz bayramı, axır çərşənbədə yediyim yeməh mənim canıma yatır. Sual veriflər ki, niyə? Deyif ki, o vaxdı kasıbın da, döylətdisinin də qazanı ojax üsdündə olur, yeməh yeyir.


IV mətn

Bir gün Şah Abbas gəzməyə çıxmışmış. Görüf ki, üş dənə oğlan oturuf. Biri deyir ki, kaş şahın arvadı mənim olaydı. Biri də deyir, kaş şah atını maa verəydi. Biri də deyir, kaş şah maa bir kisə qızıl verəydi.

Gedir çıxır taxta, üçünü də çağırır. Bir kisə qızıl deyənə qızıl verir, at diyənə at verir. Bu arvadını maa verəydi deyənə arvadını verir. Göndərir arvadın yanına. Arvad da çox ağıllı arvadmış. Arvad qırx dənə yumurta boyuyur, hərəsi bir formada, bir rəngdə. Deyif ki, qırxını da yeyərsən, sora mən saa gedəjəm. Bu, özünü bərkidif qırxını da yeyir. Deyir: “O yumurtada nə dad bildin?” Deyir: “Vallah, hamısı yumurtadı”. Deyir: “Kopoğlu, dur get, kadının da hamısı kadındı”.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin