Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə55/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   51   52   53   54   55   56   57   58   ...   266
III mətn

Şah İsmayıl Xətayi Şirvana hücum eliyəndə, bax, bizdə evdə deyərdilər ki, Aşağı Təhlədə Şah İsmayılnan Hajı Qaraman baba görüşüfdü. Deyərdilər ki, Aşağı Təhlə yerrəşir Cəllabad rayonunda. Başqa yerrərdə də var. Amma olar indiki Cəllabatda görüşüflər. Çə­ləbilər danışardılar ki, Hajı Qaraman Şah İsmayılın yanına gedəndə hardasa bir on saatdıx yol qalanda atdan düşüfdü. Deyiflər ki, Hajı Qaraman, atdan niyə düşürsən? Hələ yolumuz çox var. Deyir:

– Şah məni qarşılamağa gəlir. O, şahdı, məni qarşılamağa gəlirsə, mən piyada getməliyəm.

Bir az gedənnən sora Hajı Qaraman təzdən ata minir. Deyiflər ki, niyə mindin ata? Deyif ki, Şah da düşdü. Şah da dedi ki, Hajı Qaraman gəlir məni qarşılamağa, piyada gəlir. Gərəh mən də pi­yada gedəm. Ona görə mindim ki, Şah da minsin ata. Şah İsmayılın adamları da görüşəndə deyiflər ki, hə, belə-belə oldu. Onda Şah İsmayıla çox təsir eləmək isdiyif ki, Şirvana hücum eləməsin. Alınmıyıf. Çox mübahisə eliyiflər. Olmuyuf. Onda Hajı Qaraman deyif ki, sən Şirvanı alassan, amma gərəh müharibə eləmiyeydin.


IV mətn

Deyillər ki, Çaldıran döyüşündə Şah İsmayıl məğlub olanda buna ox atıflar. Bir nəfər sinəsini verir oxa. Sinəsini oxa verəndə Şah İsmayıl bilif ki, bı Hajı Qaramanın qardaşı Mehdi Çələbinin oğludu. Onda deyif ki, bını təcili çatdırın çələbilərə. Çələbilər də Şahın Şirvana hücumu vaxdı indiki Çələbilərə köşmüşdər. Həmən yaralı da gəlir Naxçıvanın Badamlı kəndində ölür. Deyərdilər ki, otuzuncu illərə kimi həmən qəbri gedif ziyarət eliyirmişdər.


V mətn

Maral olufdu. Maral sağına gəlifdi. Yetər nənə bir dəfə "hureey" deyəndə maral sağına gəlifdi.

Sora Qarağaşda iki kişi olufdu, iki ovçu. Birinin adı Nəs­rəd­din kişi olufdu, o birsiin adı yadımnan çıxıfdı. O kişi məşhur atıcı idi, çox güjdü ovçuydu. Onun adı dillərdə deyilərdi. Bir dəfə atnan gəlirdih. Bir yerdə bu kişiynən qabaxlaşdıx. Bılar da yaylaxdan gəlirdilər. Onda o kişinin əlləri əsirdi. Nəysə, söhbət düşdü. Maa dedi ki, cibində dəsmalın var? Dedim:

– Hə, var.

Dedi:

– Ona bir az torpax yığ, bağla. Bir əlli metr aralıdan at göyə.



Тorpağı yığdım, möhkəm bühdüm dəsmala. Bir əlli-altmış metr­dən atdım göyə. Göyə atmağnan kişinin vırmağı bir oldu. Dedim:

– Sən bını nətər nişan alırsan?

Dedi ki, mən nişan almıram, atıram. Sohra elə bu mametdə başımızın üsdünnən bir quş getdi. Dedim:

– Onu vurasan, bəlkə?

Qayıtdı dedi ki, tay mən ov eləmirəm, toba demişəm nə vaxdı. Bir cannı da vurmuram. Dedim:

– Niyə?


Dedi:

– Toba demişəm ki, bir də ovçulux eləmiyəjəm.

Genə soruşdum:

– Niyə?


Dedi:

– Meşədə Hajı Qaraman dövrünnən qalma axırıncı maralı uzun müddət axdardım. Bilirdim ki, var. Vırmışdım birini. Bilirdim ki, biri də var, biri qalıfdı. Axırıncı maralı, deyir, gördüm. Maral qaşmadı, deyir. Tüfəngi qaldırdım maralı vuram, maral maa nətər baxdısa, başdadı əllərim əsməyə. O günnən əllərim əsir. Atmağı bajarmadım. O günnən and işdim ki, ovçuluğ eləmiyəjəm. O maralın başına sohralar nə gəldi, tay onu bilmirəm.

Qapıya gələn maralı mən özüm də uşax vaxdı görmüşəm. Qışda çöldə-bayırda ot tapılmıyanda maral gəlif həyətdərdə ot yeyirdi. Camaat heş vaxt ona toxunmurdu.

VI mətn

Hajı Qaramanın namazın qılan Molla Salahım baba olufdu. Sual verifdi mürüddərinə, kim ikindi namazını ömrü boyu vaxdında qılıfsa, mənim namazımı o qılsın. Mürüddəri yığıf başına. Heş kim dillənmiyif. Hamı deyif ki, bir az gej qılmışam, bir az tez qılmışam, nə bilim nətəri? Axı ikindi namazının qılmax vaxdı çoxdu. Günorta namazınnan axşam namazınacan onun vaxdı var. Dört-beş saat ərzində onu qıla bilərsən. Amma onun dəqiq vaxdı da var. Hardasa saat üş-dörd arasında onun dəqiq vaxdı var. Bı dəqiq vaxdı soruşur. Onda Molla Salahım babanın on altı yaşı varmış. Deyif:

– Beş yaşımnan namaz qılıram. Hələ bir dəfə də vaxdını ötürməmişəm, – Hajı Qaramana deyif. Deyir:

– Mən öləndə mənim namazımı sən qılarsan.

Hajı Qaraman rəhmətə gedəndə onun namazını həmən o on beş-on altı yaşdı uşax qılıf, Molla Salahım baba qılıf. O da bektaşilərdəndi. Onun nəslinnən Hajı Murad, Qatırçı Murad addı birisi oluf. Həmən o Qatırçı Murad bı Qatırçı Muraddı.

Hajı Qaramanın vax­dın­da İrannan bir dəsdə atdı gəlif. Bının bir dəyirmanı oluf. O də­yirmanın yeri də bilinirdi. O irannı adamlardan ikisi-üçü onun də­yir­manına gəlif girif. Sohra orda tikinti aparanda o dəyirman yerin altınnan çıxdı. Çox böyüh dəyirman daşdarıydı. O irannılar qırx atdı oluflar. Gəlif bına deyiflər ki, bizim atdarımızı arpa-buğdaynan təmin elə, özümüzü də çörəhnən. Deyif:

– Yaxşı, arxayın olun.

Hajı Qaraman da çinarın dibində bir atın norması qədər arpanı gətirif verif bılara, deyif:

– Tökün atdarınıza.

Bılar baxıf deyif ki, a kişi, bırda bir atın arpası var axı? Deyif:

– Sənin nə işaa qalıf, qutarsa, gəlif mənnən isdiyərsən.

Bını atın qabağına qoyanda baxıf görüf ki, at yedihcə heş qutarmır, elə genə var. Gedif bını böyüklərinə deyif:

– A kişi, bı bir möcüzəli adamdı.

Bıların da fikri varmış ki, yeyif-içələr, özü də haqqını-zadını vermiyif çıxıf gedələr. Yad adamlardı dayna. Bılar bının möcüzəsin görüf üzr isdiyiflər.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin