Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan şİfahi xalq əDƏBİyyatina daiR



Yüklə 1,22 Mb.
səhifə2/15
tarix27.12.2017
ölçüsü1,22 Mb.
#36096
1   2   3   4   5   6   7   8   9   ...   15

MEYDAN TEATRI – ŞƏBİH



Üçüncü Məqalə
Özət

Türk folklorunda xalq oyunları, meydan tamaşaları, köyseyirlik oyunu kimi ad­larla bilinən və ritual mahiyyətli əyləndirmək, tərbiyə etmək funksiyası da­şı­yan bu teatr tamaşalarının nə zaman yarandığı haqqında dəqiq məlumat yoxdur. An­caq Şəbih tamaşalarının XV-XVI yüzillərdə daha çox yayıldığı məlumdur. Hər halda mifoloji çağda ritualın bir parçası olan

oyunlar seyr edənlərə qutsal-mi­foloji bilgiləri canlı şəkildə ötürmək vəzifəsini yerinə yetirmişdir. Türklərin ge­niş coğrafiyaya yayılmaları və müxtəlif mədəniyyətlərlə təmasları nəticəsində bu oyunlar kölgə, mərasim, festival xarakterli teatral göstərilərə dönüşdü. Mey­dan tamaşaları əslində səhnə, pərdə, dekordan istifadə edilmədən və yazılı mətni ol­­mayan çox aktyorlu, çalğılı, ənənəvi türk xalq teatrıdır.

Məqalədə Şəbihin dini-mistik tərəfləri və yazılı ədəbiyyatda faciə janrının ya­ranmasındakı rolu açıqlanmış, bu meydan tamaşasının yaranmasında şifahi və ya­zılı Kərbəla dastanının rolu tədqiq edilmişdir. Digər tərəfdən Şəbih çı­xar­ı­lar­kən səhnə dekorasiyası, aktyor hazırlığı, tamaşanın kütləviliyi xüsusi olaraq vur­ğu­lanmışdır.



Açar sözlər: meydan teatrı, taziyə (yas mərasimi), Şəbih çıxarmaq, dini-mistik tamaşa
SHABIH – SQUARE THEATRE

The third article

Abstract

There is not an exact information dealing with the establishment of these theater performances known as the folk performances, square performances, middle performance in Turkish folklore and denoting the function of entertain, teaching, bringing up with ritual essence. But it is known that, Shabih perfor­mances are spread more than XV-XVI centuries. In any case, in a mythological time the performances- the part of ritual fulfill the duty of passing the saint-mythological information in a lively form to the audience. As a result of Turks spreading to a large geography and connecting with various cultures these performances have changed to a theater shows with shadow, ceremony, festival nature. Square performances in reality using stage, curtain, décor a little or without these are also written in standard form, without text, with many actors, an instrumental, traditional Turkic folk theater.

In the article the religious-mystic sides of Shabih, its role in establishing of tragedy genre in written literature is identified, the role of oral and written Kerbala texts in establishing of this square performance is proved. On the other hand, when the Shabih is performed the stage decoration, actor training, the popularity of performance are especially emphasized.

Key words: Square theater, sympathy (mourning ceremony), Shabih per­formances, religious-mystic performance, oral text
ШАБИХ – НАРОДНЫЙ ТЕАТР

Третья статья

Резюме

В тюркском фольклоре известные под названием народных игр, на­род­ных представлений и ортаоюн (представления вокруг людей) имеют функ­цию воспитания, обучения и развлечения. К сожалению, точных сведений о времени возникновения этих театров нет. Однако известно, что пред­став­ле­­ния Шабих начали распространяться с XV-XVI вв. Наверное, в ми­фо­ло­ги­­ческий период народ смотрящий на эти игры, являющиеся частью ри­туалов, выполняли функцию передачи в живом виде сакрально-ми­фоло­ги­чес­­ких знаний. В результате расселения турков на широком геог­ра­фи­чес­ком пространстве и контактов с различными культурами данные игры пре­в­ратились в театральные представления фестивального, теневого (kölgə) и тра­ди­ционного характера. В действительности, мало использующие сцену, за­навесы и декорации и неимеющие письменный канонический текст на­род­ные представления – это музыкальный традиционный тюркский на­род­ный театр, имеющий много актеров.

В статье выявлена роль в создании жанра трагедии в письменной ли­те­ратуре и религиозно-мистические стороны Шабиха, а также была ис­следована роль устных и письменных текстов Кербала в создании на­род­но­го театра. С другой стороны, мы хотим особо подчеркнуть сценическую де­корацию, подготовку актеров и массовость представлений Шабих.

Ключевые слова: народный театр, тазие (традиция поминок), пред­став­ления Шабих, религиозно-мистическое представление
Məsələnin qoyuluşu: Meydan tamaşaları ritual mənşəli olub özündə səhnə, ak­tyor və səhnənin quruluşunu verən qrupun hazırladığı bir xalq oyunudur. Şə­bih dini-mistik oyun kimi mənəvi-əxlaqi dünyamızı yansıtmış, uzun zaman dini bil­gilərimizin ən böyük qaynağı olmuşdur. Taziyə, əza, Məhərrəmlik ritual­la­rı­nın yekunu olan Şəbihi meydan tamaşası kimi öyrənmək yazılı dramatik əsər­lə­rin və faciə janrının yaranmasındakı rolu baxımından önəmlidir.

İşin məqsədi: Məqalənin əsas məqsədi meydan tamaşasının xalqın milli də­yər­lərinin yaşadılmasında, keçmişi unutmamaqda oynadığı funksiyasını və ro­lu­nu araşdırmaqdır.

1. Giriş


Gös­tərənlə seyr edən arasındakı münasibətlər sistemi türk folklorunda seyr­lik xalq oyunları, meydan tamaşaları, ortaoyunu adlanan və ritual mahiyyətli əy­lən­­­dirmək, tərbiyə etmək, öyrətmək funksiyası daşıyan bu teatr tamaşalarının nə za­­­man yarandığı haqqında dəqiq məlumat yoxdur. Hər halda mifoloji çağda ri­tual­ın bir parçası olan oyunlar seyr edənlərə qutsal-mifoloji bilgiləri canlı şə­kil­də ötürmək vəzifəsini yerinə yetirirdi. Türklərin geniş coğrafiyaya yayılmaları və müxtəlif mədəniyyətlərlə təmasları nəticəsində bu oyunlar kölgə, mərasim, fes­­­tival xarakterli teatral göstərilərə dönüşdü. Meydan tamaşaları və ya Tür­ki­yə­də deyildiyi kimi “orta oyunu əslində səhnə, pərdə, dekordan istifadə edilmədən və yazılı mətni olmayan çox aktyorlu, çalğılı, ənənəvi türk xalq teatrıdır” (Albayrak 2004, 419).

Hər halda meydan tamaşaları və ya xalq teatrları musiqi, rəqs, dialoq, təqlid, təm­­­sil və b. ünsürlərdən meydana gəlmişdir. Bəlkə də dairəvi şəkildə düzülən ta­ma­­­şaçılarla əhatə olunan göstərinin meydanda oynandığı üçün ona meydan və ya ortaoyunu (ortada oynanıldığı üçün) adı verilmişdir. Meydan tamaşaları yu­var­­laq halqa şəklində düzülmüş tamaşaçıların əhatəsində oynanılır. Əslində mey­­dan ta­­maşaları sözü də bu xalq teatrının mahiyyətini tam açmır, çünki oyun sa­dəcə mey­­danda deyil, qapalı məkanda, küçədə, bəzən də çayxanalarda, qəh­və­xa­­na­­lar­da oynanır. Ancaq meydan tamaşaları termini yanlış və ya doğru işlək ol­du­­ğun­dan biz də bu termindən istifadə etməli olduq. Bu tip xalq teatrlarına Asiyada, Af­rikada, Amerikada, Avropada da rast gəlinir. Bir sözlə oyun milli ele­mentlərin, milli özünüdərkin, milli şüurun göstərgəsi olmaqdan başqa bütün öl­kələrdə və xalqlarda eynidir və fəlsəfəsi də ortaqdır. Meydan tamaşaları əsasən açıq havada (çox az halda, xüsusən də qış fəslində qapalı məkanda) oynanılır. Şə­bih tamaşaları xaricində geriyə qalan təhkiyəyə dayanan meydan oyunlarının de­koru ya olmur, ya da bəsit olur. Əsas diqqət oyunçuların geyimlərinə verilir. Mey­dan tamaşalarında tarixilik prinsipi gözlənilmir. Meydan tamaşalarının çox vaxt bir idarəedəni olur. Bu oyunlarda musiqidən (zurna, nağara, qoşa nağara, saz və s.), rəqsdən də istifadə edilir. Meydan tamaşalrı əsasən a) girişdən, b) dialoq­dan, c) oyunun mətnindən və d) sonluqdan ibarətdir.

Türklər yeni dinlər qəbul etdikcə meydan teatrlarının dini-inanc təməlində də­yişiklik baş vermişdir. İslamiyyətin qəbulu ilə türk xalq teatrı faciəli, dram­ma­tik məzmunlu yeni bir meydan tamaşası Şəbih yaratmışdır. Əskidən var olan ri­tu­al özəllik, mifoloji qurtarıcı qəhrəman, özünü yüksək amal yolunda fəda edən qəh­rəman tipi Şəbih teatrının əsas bazasını təşkil etmişdir. Şəbih əslində mey­dan­da tamaşaçıların ortasında oynanılır. Şəbih oyunçuları bu ənənəni atadan oğu­la keçirməklə bir növ ənənəvi bir üsul yaratmışlardır. Bu isə bir növü aktyor ka­drlarının ənənə ilə yetişdirilməsi deməkdir.

“Açıq havada oynanılan, el-oba məskunlaşan yurdun mərkəzində, şəhər mey­dançalarında, karvansaraylarda, bazar içində, küçələrdə, kənd əkənək yer­lə­ri­nin yanında göstərilən kütləvi xalq tamaşalarına ümumiləşdirilmiş şəkildə, sə­nət növü kimi "meydan teatrı" deyilir. Meydan teatrı xalqın mənəvi varlığını, id­ra­kının təkamül mərhələlərini, dünyanın dərkolunmaz hadisələrinə münasibətini, əsa­tir və folklor mədəniyyətinin estetik prinsiplərini müxtəlif məzmun və for­ma­la­r­la tə­cəssüm etdirən oyun vasitələrinin, üslub və janrlarının bədii toplumudur. Xalq teatrları bir neçə yerə ayrılsa da hər halda onları aşağıdakı növlərə ayırmaq olar:

1. Əyləndirici, qısa məzmunlu meydan tamaşaları,

2. Dini-mistik, geniş məzmunlu Şəbih meydan tamaşaları.

Meydan tamaşaları və oyunları canlı, kukla və s. yönlüdür və bunları xa­rak­te­rinə görə ayrı bir bölgüyə daxil etmədik. Xalq teatrlarının hamısı ritual bağ­lamlı, mərasim xarakterli olduğundan bu bölgü altında meydan oyunu gös­tər­mə­yi uyğun görmədik. Hətta məlum olan meydan tamaşalarının bölgüsü də oyunun fəl­səfəsi, mədəniyyət növü olması baxımından yarımçıqdır. Yazıldığı kimi “Meydan tama­şalarını şərti olaraq dörd bölümə ayırmaq olar: mərasim və əsatir şən­lik oyun-tamaşaları; kütləvi həyat və məişət etno-mədəni oyun-tamaşaları; əy­ləncəli səhnə oyunları; mistik xarakterli şəbih tamaşaları. Azərbaycanda mə­ra­sim tamaşalarını ümumiləşdirib iki qismə bölmək olar: mövsümi mərasimlər ya­zın gəlişi, əkinin başlanması, məhsulun yığılması, elin-elatın yaylağa çıxması, qo­yun qırxını ilə əla­qəlidir. Məişət mərasimlərinə aşıq toyları, dərviş düyünləri, ölən igidlərin şəninə ağılar deyib, bayatı çağırmaq, yuğlama (ağlama) məclisi qur­maq, vəsfi-hal oyun­ları aiddir” (Rəhimli 2005, 6), hökmü doğrudan da çox şər­­­ti­dir və ritualın keçiril­məsi yeri və zamanını göstərməkdən başqa bir şey de­yil­dir.

Burada geniş mənada göstərilən və tamaşa edilən oyunu təhkiyəli dialoq və mo­noloqlardan qurulu və təhkiyəyə dayanmayan, yəni teatr elementləri olmayan oyun­lar olmaqla iki hissəyə bölmək mümkündür:

1. Təhkiyəli, süjetli oyunlar o qədər çox olmasalar da buraya dərviş he­ka­yə­lə­­ri, “Tənbəl qardaş”, “Xıdır-Nəbi”, “Yel Baba”, “Qodu-qodu”, “Kosa-Kosa”, otu­za yaxın növü olan Qaravəlli tamaşaları, mərasim və bayram tipindən bütün mey­­dan ta­ma­şaları, kukla oyunları və dini-mistik xalq teatrı olan Şəbih ta­ma­şa­la­rı daxildir.

2. Təhkiyəyə dayanmayan və teatr elementləri olmayan oyunlara zor­xa­na­lar, kəndirbazlar, xalq rəqsləri, bütün uşaq oyunları, canbazlar, baca-baca, əl üs­tə kimin əli, ənzəli, barmaq oyunu, beşdaş, bənövşə, aşıq oyunları, dirə­döy­mə­lər, çilingağac, qığ mərə, çömçəxatun, dəsmal aldı qaç, fincan-fincan, gizlənpac, pa­­paqaldıqaç, xan-vəzir, mərə-mərə və onlarca başqaları daxildir. Təbii ki, təh­ki­­yəyə dayanmayan çovqan, cirit və atüstü bütün oyunlar buraya aiddir. Təqribi he­­sablamaya görə sadəcə Azərbaycanda dialoq və monoloqlardan ibarət şifahi və ya yazılı mətni olmayan güc, çeviklik, əyləncə və öyrətmə-öyrənmə, məşq xa­­rakterli oyunların sayı iki yüzə yaxındır.

Xalq mədəniyyətində heç bir şey dəyişmədən min illər boyu olduğu kimi qalmır. Mədəniyyətin ən böyük özəlliyi dəyişim və dönüşüm yaşamaqdır. Ona gö­rə də meydan tamaşalarının hamısında olduğu kimi Şəbih tamaşaları da nə­sil­dən-nəslə keçməklə bəzi dəyişmələrə, bəzi fərqliləşmələrə məruz qalsa da ver­mək istədiyi mesajı, xalq fəlsəfəsini qoruya bilmişdir. Məhz elə buna görə də on­lar hər zaman müasir sənətlərin ən mühim qaynağı olmuşdur.


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin