(Dəyirman daşları)
Hay gedər, hul gedər,
Bircə qarış yol gedər.
(Beşik)
Sarı-sarı sandıqlar
İçi dolu fındıqlar.
(Qabaq)
Əzizim heyva nədir?
Yeməyə heyva nədir?
Başı ləl, dibi gövhər
Ortası heyvanadır.
(Sünbül)
Quyruğu pambıqdan.
(İynə)
Püstədi ha püstədi,
Dil-dodağı üstədi.
O, necə yemişdir ki,
Çərdəyi üstədir.
(Fındıq)
Qırağı qıldır açılmaz
Ağzı açıqdır tökülməz.
(Göz)
Üstü yanıb dağıldı,
Altı hələ çiy qaldı.
(Dil)
Mən aşıq başa axar,
Görmüşəm başa axar.
Aşıq bir çeşmə gördü,
Ayaqdan başa axar.
(Qan)
Qara dəvə çökdü yerə,
Bağırsağı tökdü yerə.
(Alaçıq)
Bir qoyunum var axsağ,
Dörd ayağı sapasağ.
Gündə neçə dəfə sağırsan sağ.
(Motal)
Bir atım var,
Canı poladdan.
Təpəsindən od çıxar,
Burnundan su tökülər.
(Samovar)
Əyrim-üyrüm, hara gedirsən?
Təpəsi dəlik, sən nə deyirsən?
(Baca və tüstü)
Bir qapağı
Min yarpağı.
(Kitab)
Gəzir dərəni, düzü,
Bir burnu var, qırx gözü.
(Çarıq)
Mən aşiqəm, düz bağlar,
Əyri çəkər, düz bağlar.
Aşıq bir hikmət görüb,
Od içində buz bağlar.
(Qaymaq)
Çıxar ağaca sallanar,
Dərin dama tullanar.
(Əriştə)
Alaca mənzər,
Obanı gəzər.
(Ələk).
– Çıxaram, – deyər anası.
– Çıxma! – deyib, qoymaz balası.
(Arabanın təkəri və çüyü).
Ağca qoyundan süd sağdım.
(Doşab)
Bir atım var sərsəri,
Səksən-doxsan tağı var,
Özü əski palaz parçası,
Yengi noxta, bağı var.
(Çarıq)
Meşənin kötüyü, kəndin koxası.
(Sabı – ağacdan düzəldilmiş ölçü vahidi: 20 kq. buğda tutur)
Ağac başında gözü palçıqlı qarı.
(Əzgil)
Burdan vurram qılıncı,
Fələkdə oynar ucu.
(Şimşək)
İynə gözündən baxaram,
Dağa-daşa od yaxaram.
(Tüfəng)
Bir kisə unum var,
İçində oxlovum var.
(İydə)
Dağdan gəlir dağ ola,
Qolları budaq ola.
Əlin gözünə soxsan,
Ağzı ayrılıb qala.
(Qayçı).
Atam atlı, mən yayaq,
Əlində dəmir tayaq.
Qurşağacan su,
Dizəcən palçıx.
Çapsa toz çıxar.
(Dəyirman)
Tapmacadı, tapançadı,
Nə yerdədi, nə göydədi,
Bədircahan içindədi.
(Güzgü)
Yarığıva yumruğum. (Cib)
Qırmızı çubuq üstdə ağ fərələr.
(Damaq və dişlər)
Qara toyuq şaqqıldar,
Od alıban çaqqıldar.
(Kömür)
Özü tox, kölgəsi yox.
(Quyu)
Bənd dolu,
Dən dolu.
Yüz min ağac
Bir mismara bənd olur.
(Gəmi)
Bir atım var ahanı,
Gəzər cümlə cahanı,
İstərəm başın kəsəm
Nə əti var, nə qanı.
(Külək)
Bir toyuğum var,
Yer altında yumurtlar.
(Qarışqa)
İynəsi çoxdur,
Sap yeri yoxdur.
(Kirpi).
Bir bardaqda iki rəng su.
(Yumurta)
Zər zərə yapışdı,
Zər divara yapışdı.
Zərgər əyəsi gəlməmiş
Zər divardan düşmədi.
(Qıfıl)
Ay gedər adamnan
Bir xonça badamnan.
Nə dili var, nə ağzı
Danışır hey adamnan.
(Quran)
Aldım bir dənə,
Açdım min dənə.
(Nar)
Bir qızıl öküzüm var,
Harda yatsa, ot bitməz.
(Od)
Özü əyri, yolu düz.
(Kotan)
Uzun qızın kölgəsi yox,
Müştərisi hər şeydən çox.
(Axar su)
Bir evim var tək dirəkli.
(Göbələk)
Bir kürküm var,
Beş qardaş bürünər.
(Əlcək)
Ağac başın oydular,
Kəndə koxa qoydular.
(Çanaq)
Bağda bitər, tağı yox,
Ha sıxırsan, suyu yox.
(Şabalıd)
Dağdan gəlir ərəblər,
Ayağında corablar.
Elimizə qoymayın,
Obamızı xarablar.
(Sel)
Bilmədim hardan gəldi
Ətdən, sümükdən gəldi?
Oraqla ha doğradıq,
Təzədən bir də gəldi.
(Saqqal)
Ağzı aşağı qoyaram, dolar.
Üzü yuxarı qoyaram, boşalar.
(Papaq)
O nədir, gəzər obanı,
Səkkiz qıçı, iki dabanı.
(Tərəzi)
Aşığam, bayı keçdim,
Kasıbı, bayı keçdim.
Al atım, almaz atım,
Qırx qayadan qorxmaz atım.
Yüklərəm, yük götürməz
Sataram, qiymət götürməz.
(İlan)
Alaca mənzər
Obanı gəzər.
(Ələk)
Allahın əlindədi,
Bəndənin felindədi.
Altı ayaq canavarın
Quyruğu belindədi.
(Tərəzi)
Alçaq kişi çəpər toxur.
(Biz)
Ağam əriməz,
Kürkə bürünməz.
And içibdi,
Piyada yeriməz.
(Səhəng)
Ağamın bir xəlbir aşığı var,
İçində də bir şaqqası.
(Ulduzlar və ay)
Dəryada balıq,
Başı da yanıq.
(Piltə)
Bizim evdə bir tülkü var,
Dəlik-deşik kürkü var.
(Badam)
Bir atım var səməndi,
Nə bərəsi, nə bəndi.
Öz-özünə açılıb-bağlanır.
Heç kəs bilməz bu fəndi.
(Göz)
Ay novhanı, novhanı,
Çaxmaq hanı, qov hanı?
Səksən səkkiz dəyirman,
Doxsan doqquz nov hanı?
(Bədəndəki damarlar)
Bizim evdə bir şey var,
Gələn də öpür onu, gedən də.
(Calğa-dolça)
Dilim-dilim dilimbar,
Dillərəcən qar.
Uçdu sədəflər,
Qaldı dilim var.
(Xırmanda döyülüb
hazırlanmış buğda)
Evinizdə bir kişi var ‒
Gecələr durub baxar bığlarını sora-sora.
(Nöyüt lampası)
Yağış yağsa, düzülər,
Gün çıxar, büzülər.
Altı var, üzü yox,
Çəksəm, bağı üzülər.
(Çarıq)
Həsənəli xəstədir,
Zəncirli qəfəsdədir.
Nə yerdədir, nə göydə,
Çərxi-fələk üstədir.
(Hörümçək)
Əzizim şaşdan olsun,
Donu qumaşdan olsun,
Mənə bir silah verin,
Gülləsi daşdan olsun.
(Sapand)
İzləri var atadan,
Gözləri var anadan.
İstər oğlan, istər qız
Bığlı olar anadan.
(Pişik balası)
Balaca kişi quyu qazır.
(Damcı)
Qala qapı,
Zəncir sapı.
Dörd yarpağı
Bir budağı.
(Sırğa)
Ayı ay altda gördüm,
Əcəb zülmətdə gördüm.
İyirmi dörd ulduzu
Dörd ayın altda gördüm.
(At nalı və mıxları)
Altdan yeyər,
Üstdən qusar.
(Rəndə)
Bəzəyi var özündə,
Quyruğu var gözündə.
(İynə, sap)
Babamın bir donu var
Qəttəmək olmaz
Cibindəki pulların
Cüttəmək olmaz.
(Göy və ulduzlar)
Bizim evdə bir tülkü var,
Dəlik-deşik kürkü var.
(Badam)
Bizim evdə quyu var,
Quyunun içində suyu var.
Suyun içində ilan var
Onun dilini bilən var.
(Lampa, piltə)
Bir dərədə iki oğlan güləşir.
(Dəyirman)
Bir ipim var, kəsən qədər uzanar.
(Yol)
Bir tövlədə min öküz var, ancaq tövlə bir qucaq ot tutmur.
(Arı pətəyi)
Burdan vurram qılıncı,
Fələkdə parlar ucu.
(Şimşək)
Qara toyuq şaqqıldar,
Od alıban qaqqıldar.
(Kömür)
Qoca baba dağdan ilxı yendirir.
(Ülgüc)
Evdən evə qızıl yaylıq.
(Od)
İki qardaş bir-birini görməz.
(Göz)
İynə gözündən baxaram,
Dağa-daşa od yaxaram.
(Tüfəng)
İki dağ arasında bir yaylıq sərilib, heç vaxt qurumaz.
(Dil)
Yol üstə yorğun abay.
(Təndir)
Özü əyri, yolu düz.
(Kotan)
Kilid pampıq içində,
Pambıq sandıq içində.
Binəyə bir od düşdü,
Biz də yandıq içində.
(Güzgü).
Meşənin kötüyü
Kəndin koxası.
(Sabı)
Nə dərd bilər, nə kədər,
Mən gedərəm, o gedər.
(Kölgə)
O nədir ki, dörd qardaş dənizə ox atır?
(İnsan əmcəyi)
Təpəsindən od çıxar
Burnundan su tökülər.
(Samovar)
Üstü yanıb dağıldı,
Altı hələ çiy qaldı.
(Dil)
Hay gedər, huy gedər,
Bircə qarış yol gedər.
(Beşik)
Həstədi ha həstədi,
Əlim kitab üstədi.
Yemişlərdən hansıdı,
Qəltəyi lap üstədi.
(Nar)
Hiri-hiri, kəhər at,
Hiri, gözəl kəhər at.
Ortasında bir düyünü var,
Düyünü gözəl kəhər at.
(Qızılgül)
Çəpərə dırmaşıbdı,
Mənim maral inəyim,
Qarnı xaral inəyim.
(Balqabaq)
Çil toyuq qaqqıldar,
Qanadları şaqqıldar.
(Göy gurultusu)
Tərək başında qarğa,
Ağzı dolu qovurğa.
(İtburnu)
ƏFSANƏ VƏ RƏVAYƏTLƏR
Başmaqtəpə (17)
Bu yerlərdə Başmaqtəpə deyilən bir təpə var. Vaxt o vaxt, əyyam o əyyamıymış ki, Teymurləngin qılıncının dalı da kəsirmiş, qabağı da. Gəzdiyi yer, dolaşdığı diyar qalmayan Teymurləngin güzarı Dərbənddən də keçəsi olur. Deyir, oymaxlara yaxın bir yerdə qoşun dayanıb dincini alırmış. Teymurləng harasa uzaq bir səfərə hazırlıq gördürür, tədbir tökürmüş. Qoşun əhlinə də tapşırığı buymuş ki, bu oymaxların el-camaatıyla işləri olmasın, bir kimsəyə dəyib dolaşmasınlar.
Amma bir sərbaz tamahına qul olur, gözü düşür bir tərəkəmənin ayağındakı təzə başmağa. Zora salıb başmağı alır. İş elə gətirir ki, ayaqyalın tərəkəmə seyrə çıxan Teymurləngə tuş gəlir, əhvalatın üstü açılır. Qəzəblənmiş Teymur qoşunu cəm eləyib, tərəkəmənin gözü qabağında həmən sərbazı cəzalandırır. Cəzası da bu olur ki, qoşun əhlinin hərəsi bir başmaq torpaq götürüb cızığından çıxan sərbazın başından töksün. Deyir, bir hovurun içində o qədər torpaq yağışır ki, dönüb olur iri bir təpə. Başmaqla tökülən torpaqdan düzəldiyi səbəbdən də adı qalır “Başmaqtəpə”.
Dostları ilə paylaş: |