117. GƏLİNİN ARZUSU
Rəhmətdih dədəm deyirdi bir kətdə bir qoja kişi su suvarırmış. Onda sapox-zad yox imiş. Çarıxdan-zaddan geyif, sarıyıf ayağına. Soyuğlu payız günündə, qoja kişidi, yeri arat eliyirmiş, taxıl zəmisini. Görür ki, el yoluynan dəbdəbəli bir toy karvanı gəlir. Faytonnardı, neçə faytondu, bəziyiflər, atı da bəziyiflər, faytonu da bəziyiflər. Qoja baba təri ağzının suyuna qarışa-qarışa çıxıf lapatqanı vuruf yolun ortasına, duruf. Karvan gəlif buna çatanda karvanın qabağında duran deyif:
– Hamınız bu babanın, ağsakqalın xalatını gətirin.
Əlini qaldırıf deyif:
– Mənə heş bir şey lazım dəyil.
– A baba, niyə?
Deyif:
– Xeyir, maa heş-zat lazım dəyil. İcazə verin gəlinizdən bir söz soruşum.
Deyiflər, atamızsan, ağsakqalımızsan, birini yox, beşini soruş. Gəlin pərdəni – örpəyi qaldırır, deyir:
– Baba, eşidirəm.
Deyir:
– A qızım, bu vırhavırnan, bu dəbdəbəynən ki, gedirsən, de görüm dünyada sənin ahı-zarın nədə qaldı? Arzun, diləyin nədə qalıp?
Deyir:
– Baba, altı mismarda, bir nərdivanda, bir çəkişdə.
İndi bunu kim başa düşər? Heş kim. Deyir ki, çox sağ ol, qızım, uğur olsun. Baba lapatqasını qoyuf çiyninə, çəkilif. Karvana deyif:
– Get.
Bir də təklif eliyiflər, deyif:
– Heş-zad isdəmirəm.
İndi heş kəs də başa düşmüyüf ki, bu nə deməhdi. Ay doluf, il dolanıf, nə bilim aradan çox keçif, az keçif nəymişsə, qoca bir axşam darvazasını açıx qoyuf qıraxda yerdən oturuf ki, – evdi, həyət evi, yolqırağı, – heyvan gəlsin girsin içəri. Baba görüf ki, bir adam cındırın içində ora-bura devikə-devikə gəlir. Gələndə birdən bu qız kişini görür. Kişi də qıraxda oturuf. Qız kişini görəndə gəlir yanına, deyir:
– Baba, axşamın xeyir.
– Hər vaxtın xeyir, bala
– Baba, qərib adamam, bu gejəliyə məni qonax saxlarsanmı? Yeriniz olar mən qalmağa?
Deyir:
– Niyə olmur, a qızım, Allaha da qurban olum, qonağına da. Gedəh, biz harda, sən orda, gözüm üsdə.
Götürüf gəlif içəri. Baba tanımır, qız bunu tanıyıf, gəlin bunu tanıyıf. Oturuflar, loxmadan-tikədən, ordan-burdan danışıflar, eliyiflər. Axırda gəlin deyif:
– Baba, sən məni tanımadın axı.
Deyif:
– Bala, mən səni nə tanıyım, nə bilim, Allah bəndəsisən dayna.
Deyif:
– Allahın düzdü bəndəsiyəm, sən filan vaxtı mənnən bir şey soruşdun. Sən maa dedin ki, bala, bu təmtərağnan ki gedirsən, de görüm nədə arzun, diləyin qaldı. Mən də saa dedim altı mismar, bir çəkiş, bir nərdivanda.
Deyif:
– Çox sağ ol bala, yüz yaşıyasan. De görüm o nə deməhdi?
Deyif:
– Yanı onu deyirdim ki, fələyin çarxını göydə bərkidim mismarnan, fələyin çarxı hərrənip məni bu günə salmasın. Onçün deyirdim ki, fələyin çarxını o altı mismarnan, çəkişnən göyə mısmarlıyım, hərrənməsin, hərrənif məni bu günə salmasın.
Dostları ilə paylaş: |