Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə26/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   22   23   24   25   26   27   28   29   ...   238
26. SÖYÜD NİYƏ UTANIR?
Söyüt ağajı həmişə arxın qırağında bitirmiş. Ona görə də ayrı ağaşdar onun paxıllığını çəkillər. Deyillər, nəyə görə o bizdən çox su işməlidi. Deyillər ki, ay söyüt, sən də gəl biznən baravar arxdan qıraxda bit. Söyüt də deyir ki, yox, bura xoşuma gəlir. Suda hər gün şəklimi görürəm. Onda başqa ağaşdar söyüdə qarğış edif deyillər ki, səni görüm meyvəyə həsrət qalasan. Söyüd də bu sözdərə-zada heş fikir vermir. Arxın qırağındaca gejə-gündüz sudan doyunca içif o biri ağaşdara yanıx-qıjıx verir.

Vaxt gəlif keçir, söyüt yekəlif qollu-qanatdı, qəşəh bir ağaş olur. Arxdakı şəklini görüf xoşlanır, nə qəşəyəm deyir. Payız gəlir. O biri ağaşdarda meyvələr saralır, qızarır, amma onun heş bir mey­vəsi-zadı olmur. Bu vaxt o biri ağaşdar ona gülüf deyillər ki, çoxlu su işməhnən döyül ey, görürsən, nə qədər su işsən də, xeyri yox, heş bir kalın da yoxdu. Gördün, bizim qarğışımız səni nətəhər tut­du. Onda söyüd o biri ağaşdarın ona gülməyinnən utanıf başını aşa­ğı salıf sudan soruşur ku, bəs niyə mənim meyvəm yoxdu? Ona görə söyüt başını yuxarı qaldırmır ki, söyüt sudan cavaf gözdüyür.



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin