13. YAĞIŞI KƏSDİRMƏK
Ananın ilk uşağı duzu qoyur çörəyin üsdünə, qoyur yağışın qavağına. Deyir:
– Ay Allah, sən bu yağışımızı kəs. Bizə ziyan gətirir də. Çox yağanda ziyan olur bizə.
Hə, o da kəsir.
14. GÜNƏŞİ ÇAĞIRMAQ
I mətn
Günü çağırmax üçün Qodu düzəldərdilər. Taxdadan adam düzəldirdilər. Başına bir dəsmal atıf uşağın əlinə verirdilər. Uşax əlində Qodu evləri gəzərdi. Uşağın əlinə yumurta, konfet, meyvə verərdilər. Uşax da oxuyurdu:
Qodu-qodunu gördünüzmü?
Qoduya salam verdinizmi?
Qodu gedənnən bəri
Heş gün üzü gördünüzmü?
Uşax oxuya-oxuya gəzər, pay tutardı ki, gün açılsın, gün çıxsın.
II mətn
Günü, günəşi çağırmağ üçün onda hansı uşax anasının ilkiydisə, onun əlinə ojaxdan kösöv, od götürüf verərdilər. Gün axarınnan hardan axırdısa, kösövü günün qavağına tutuf oxuyardı:
Mən anamın ilkiyəm,
Ağzı qara tülküyəm.
Ağ gün mən səni yandırdım,
Sən də məni yandır.
Bınnan başqa da yağış yağdırmax, gün çıxarmax üçün qurvan kəsərdilər, niyaz paylıyardılar. Niyaz yağlı, süddü çörəhdi. Sajda bişirərdilər. Qıfqırmızı, sajqırağı eliyərdilər. Bına “niyaz” deyirdilər. Bişirdi, dörd bölünürdü, hər ötənə bir pay tutulurdu.
Dostları ilə paylaş: |