68. KƏBLƏ İSMAYIL
Kəlbə İsmayıl adında nənəmin bir bibisi oğlu vardı. Onun bir də ağ atı vardı Vejnəvirdə. Bizim kətdən oyana Vejnəvird kəndi vardı. Bı durur bir yük bığdanı, – bir yük deyəndə tayı əlli kilo, – yüz kilo bığdanı yühlüyür ata, alır yedəyinə. Bizdərdə həylə su yoxudu, bılaxlarıdı. Bu gəlir Malakeşinə dəyirmana. Dəyirmançıya deyir ki, ay əmi, salam-məleyküm.
Deyir:
– Əlöykət-salam.
Deyir:
– Bu gecə mənim taxılımı üyüdərsən dəyirmanda?
Deyir:
– Bəli, bala, düşür. Bu gecə sənin taxılını üyüdüm, səhər tezdən çıx get.
Gedir atı düşürür. Üsdəki dən bitir, bının dənini başdıyır. Bı kişi deyir ki, taxılın çıxannan sora get suyu sav, gəl otu içəridə, mən də gələcəm. Bı kişi gedir əvə. O vaxt da çörəh-zad tapılmırdı. Qonşusuna deyir ki, filan yerdən bir kişi gəlif, bir yüh bığda gətirif. Gedax, o kişini öldürax, taxılını götürəh. İkisi gəlillər, qapını açıllar, deyillər:
– İsmayıl, azalıf işıxlanmağa, getməh isdiyirsən?
Bı kişini çəkillər çölə. Həmən dəyirmanın da böyrü böyüh çaydı. Bı kişini aparıllar çayın qırağına. Bı kişinin başını kəsillər, qumu eşillər çayın qırağında, basırıllar quma. Atını da gətirif bıraxıllar altdan-yuxarı kəndə. Qurban olum Allaha. “Allahın məsəli əla Məhəmməd və ali Məhəmməd”. Allah-taladan bir zat gəlir. Kişinin boynunu bitişdirir, ordan çıxardır. Kişi çıxır, baxır görür ə, boynu qannıdı, amma nəysə həmən boynu dəyil dana.
Xulasey, gəlir axtarır, atını tapır. Atını minir gəlir düz kəndə. Taxıl yoxdu da, taxılı aparıf yeyiflər. O vaxdan kişiyə vergi verildi. O kişini mən görmüşdüm ey. O kişi çörəh yemirdi. Onun bir belə kisəsi vardı. Kisədə kişmiş yekəliyində dənələr vardı. Onnan birini götürüf qoyurdı ağzına, sümürürdü, sümürürdü, sümürürdü, çərəkəsini öynədirdi. O deyirdi ki, bı hökumət çox gözəl hökumətdi, bir dövr gələcəh, bir başı xallı kişi gələcəh, bı ölkəni eliyəcəh alt-üsd. Bu da kim ola, kim ola Qarbaçov. Bı kişi bı sözü deyir, yoxa çıxır. Yerə-göyə zincir saldılar, kişini tapa bilmədilər. Kişi itdi, qeybinnən yox oldu. Kişini bırdan götürüllər qurban olduxlarım, düz aparıllar Məkkiyə. Aparıf kişini qoyullar Məkkiyə. Kişi başdıyır orda bağban işdəməyə. Orda ancax xurma ağaşdarı olur da. Xurma ağaşdarını suvarır, gül becərir. Bırdan Məkkəyə gedən adamın biri görür ki, bı bağban həmən Kəlbə İsmayıldı. Əyə, bı bırda nə qəyirir. Yaxınnaşır ki, gedə bınnan danışa, kişi bir sirr olur, itir. Xülasey, həmən adam qayıdır gəlir kəndə, hay salır ki, bəs mən İsmayılı Məkkədə gördüm. Yaxınnaşdım ki, danışam, yox oldu, itdi, tapa bilmədim.
Bı rəvayəti bibimiz Şahnisədən eşitmişih.
Dostları ilə paylaş: |