III mətn
Bir-iki söz deyillər, ancax mən deyə bilmirəm. Mənimnən bı Şahvəllidən adam yatırdı. Deyirdi, Roza xala, əvaa bir adam girdi, malıı gördü, uşağıı gördü, onnan soorasına bir yararrı şeyıı gördü, bir çimdih duzdu, denən fılankəsin, məsələn, Rozanın gözü bax bırda yansın de, at pilətiyə, ojağa. Nəzarını yandır oynan, duznan.
IV mətn
Pambıxnan üzərriyi götürürsən. Bayax bədnazar biri görüf səni, o ağlında qalıf, narahatsan. Deyirsən, filankəs görüf məni, onun nişanasınnan qoyursan qəşəh. Qatmasını çəkirsən. Qayırdıxca duz da qoyursan üsdünə, hərriyirsən başına, aparıf közü qoyursan üsdünə deyirsən: “Yad göz, yangınan, qoy gözdəriniz pırttasın orda”. Çırthaçırt yanajax o üzərrih. Birini də buraxmaz, közü yaxşı qoysan. Üzərrih yalan dəyil, bədnəzər də yalan dəyil.
V mətn
Deer ki, yazıx Tamara deyirdi onu, üzərriyi uşağın başına hərriyirdi. Deerdi:
Çıxdım üzərrih dağına,
Baxdım üzərrih bağına.
Dedim, üzərrih, sən havasan,
Hər dərtdərə davasan.
Mənim balama pis baxanın gözdərini ovasan.
Sora onu – üzərriyi yandırıllar, hə uşağın da başına hərriyillər. Elə göörsən, onun iyi də malicədi. Adamın başın ağrısı kəsir. İndi onu yəqin o iyinə görədi. Hə, atıllar ojağa, yandırıllar, külünnən götürüv alına çəkillər.
Duz, üzərrih, soğan qabığı, sarımsax qabığı, pişih tükü, nəvilim ... Yandırırsan, o üzərrihnən baravar yandırırsan. Deyirsən, göy göz, qara göz, ağ göz, hamsı balama dəyən göz, bırda yansın. Hə, Allah hakqı elə deyirsən. Elə adam var ki, ad da çəkir. Fılankəsin gözü, bilir ki, fılankəsin gözü dəyəndi.
VI mətn
Üzərrihnən birgə kimə ki, göz dəyirdi ona “Göz-göz” də köməy olurdu. Onu unnan suyu qatıp balaca xamır eliyirdih. Duz atmırdıx. Onu xəsdənin başına çəkirdih, boynuna çəkirdih, oynaxlarına çəkirdih, soora onu balaca-balaca eliyirdih. Ocağı yandırırdıx, közü düşürdü. O qırdığımız xamırrarı atırdıx közə. Deyirdih: “Göz-göz”. Belə ocağa vururdux, döyürdüh. “Nəzərriyən gözə çöp”, o da ocaxda partdıyırdı. Ya da xamırı suya salırdıx. O da olurdu “Göz-göz”.
Dostları ilə paylaş: |