Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3,1 Mb.
səhifə133/230
tarix04.01.2022
ölçüsü3,1 Mb.
#53646
1   ...   129   130   131   132   133   134   135   136   ...   230
BALIQ BİLMƏSƏ DƏ, XALIQ BİLƏR
I mətn

Bir günnərisi bir kor paççah olur. Bu paççahın bircə oğlu olur. Nə qədər vilayətdə adam var, bilicilər, doxdurrar, baxıcılar, hamısın çağırır yığır, amma heş kəs gözünə əlac eliyə bilmir. Axırı deyir ki, ölkədə nə qədər ki, bilici adam var, yığın bura. Ya gərəh mənim gözümün dərmanını deyəsınız, ya da hamınızın boynunuzu vurdurajam. Ora, bura, axırda bir qoja bilici gəlir. Deyir ki, bilirsiniz nə var? Deyirlər, nədi? Deyir, sizin gözünüzün dərmanını mən billəm. Deyir, nədi? Deyir, böyrünuzdən axan çay ki var, o çayda çox qeyri-adi bir balıx var, çox belə qəşəh bir rəhdə, alabəzək. Bax onun qanı, əti sənin gözaa dərmandı. Paççah əmr eliyir ki, nə qədər kişi var, hamısı balıx tutmağa gedir. O balığı kim tutsa, onu dünya malına bəqaid34 eliyəcəm. Tutana da, tutmayana da hər gün bir qızıl verəjəm. Hamı qarmağını götürür, gedir balıx tutmağa. Bunun oğlu baxır görür ki, ə, bınnarın hakqı xəznəni boşaldajax. (Bir az uzun çəkəjəh haa söhbət). Baxır, görür ki, xəznə boşaldı, balığı tutan olmadı. Deyir, ə, mənim dədəmin ağlı yoxdu. Bu xəzinənin hamısını nahax yerə verir. Kimdi orda balığ tutan? Gedir, orda qumar oynuyur, axşam qızılı alır. Durur burdan, atı minir, deyir, gedim görüm nağayrıllar? Gedir gəzir, görür, hamı nə bilim, biri tor atır, biri səbət atır, biri qarmağ atır, belə-belə. Gedir, görür lap uzaxdan bir qaraltı gəlir. Deyir, gəlmişəm, gedim onun da yanına, sora çıxım gedim evə də. Gedir görür ki, bir qoca kişidi. Deyir ki, buna yaxınnaşanda görür kü, qarmağ tərpənir, qarmağı çəkəndə gördü ki, həmən o balıxdı. Sevinir, basır bağrına. Paççahın oğlu deyir ki, balığa baxım, gözəl balıxdı. Deyir, baa, mənim dədəmin gözünə görə belə bir gözəl balığı öldürməy olar? Tulluyur suya. Suya tulluyur. Bu balığ tutan kişi başını yelliyə-yelliyə qaçır paççahın üsdünə. Deyir, ay paççah, sənin gözünün düşməni oğlunmuş. Deyir, niyə? Deyir, balığı tutmuşdum, atdı suya. Ə, nə danışırsan? Deyir, hə. Əmr eliyir ki, oğlumun boynu vurulsun. Bu vəzir, vəkil, ağsakqal, qarasakqal yığışır bir yerə, deyillər ki, əşşi, bir oğlun var, bunun boynun vurdurma, burax getsin, rədd olsun. Soora peşman olarsan. Nəysə, bunun sözünə baxır. Deyir, burdan çıxsın. Birdəfəlih mənim vilayətimnən rədd olsun. Anası gəlir. Ana qəlbi yumşax olur, kövrəy olur. Gəlir buna bir az puldan, paradan verir. Bu düşür yola, gedir. Şəhərdən çox aralaşmışımış, iki yolun ayrıcı, burdan bir yol gəlir, o yannan da bir yol gedirmiş. Görüf ki, yol orda birrəşir. Belə baxır, görür, ə, göz qaralannan35 bir qaraltı gəlir. O biri yoldadı qaraltı, heş buna fikir vermir. Bir dəqiqə keşmədən, qaraltı bunu keşdi, getdi. Deyir:

– Ə, dayan e, sən nağayrırsan? Dayan, dayan.

Dayanır. Deyir:

– Harya gedirsən?

Deyir:


– Yolumnan gedirəm mən.

Deyir:


– Ə, mən səni görəndə sən hardaydın? Dedim, savaha gəlif çıxarsan.

Deyir:


– Neynirsən e? Gəlmişəm.

Deyir:


– Yox, səni buraxan dəyiləm. Burya gəl görüm, harya gedirsən, hardan gəlirsən? Deyir:

– Gəlməyim odu ki, məni atam evdən qovup. Çıxıram gedəm, bir vilayətdə başımı saxlıyam.

Deyir:

– Ə, bədbax oğlu, mən də sənin gündəyəm. Məni də atam qovup. Mən də gedirəm. Gəl onda, belə bir şey eliyəh.



Deyir:

– Nədi?


Gəl, deyir, ikmiz bırda qardaş olax, gedəh bir yerdə işdiyəh, birdən qayıdarıxsa, söz verəjiyih ki, nə qazansax, bax bu yolun ayrıcında bölməliyih. Ona razı olsan, sənnən yoldaş olaram, olmasan, yox. Deyir:

– Mənim gözüm üsdə.

Paççahın oğlu deyir, baş üsdə. Razılaşıllar ki, gedəjəylər, bir yerdə qardaş kimi hərəkət eliyəjəhlər, nə də tapsalar, qardaş kimi də böləjəhlər.

Nəyisə, bılar qoşuluf bir-birinə gedillər. Gedif başqa bir şəhərə çıxıllar. Bu şəhərdə bir qarının evini tapıllar. Deyillər:

– Qarı nənə, bu gejəliyinə qonax saxla bizi.

Qarı deyir:

– Allaha da qurvan olum, qonağına da. İntaası, yatmağ ayın-oyunnu tapacam, yeməh yoxdu.

Dedi:


– Yeməyi biz təşgil edəjiyih.

Bılar gedir, yeməyi təşgil eliyir. Deyir:

– Qarı nənə, bu günnən belə, biz gedib qazanıb, gətirib burda yeəjiyih, sən nə bişirejehsən, biz yeəjiyih.

Deyir:


– Baş üsdə.

Bıların biri şəhərin bir tərəfinə gedir, biri bir tərəfinə gedir. Bir gün paççahın oğlu baxır görür ki, bura bir şikil vurulub, qız şikli. Gedir, dərinnən baxır, görür ki, şiklin altdan yazılıb ki, qız danışır, amma danışmır. Danışa bilir, amma danışmır. Kim bunu danışdıra bilsə, bu da paççahın qızıdı, bı qızı verəjəm ona. Qayıdır, gəlir evə. O qıraxdan gələn qardaş soruşur:

– Qardaş, nə gördün?

Deyir:


– Qardaş, heç, bir ecazkar iş görmüşəm, amba qorxuludu.

Deyir:


– Nədi?

Deyir:


– Gördüm bir qəşəy qız şikili vırılıp, paççahın qızıdı. Qız da danışa bilir, amma danışmır. Yazılıb ora ki, kim bu qızı üş dəfə danışdırsa, qızı verəjəm ona.

Qardaş deyir:

– O nə çətin olan şeydi? Səni öyrədəjəm, danışdır.

Deyir:


– Nətəəri?

Deyir:


– Mən dəən şeyi sən get orda deyejehsən, qız danışajax.

Deyir:


– Nə deyehsən?

Deyir:


– Sən birinci gedirsən, paççahnan daqavor bağlıyırsan ki, alladar səni. Mən qızı üş dəfə danışdırsam, verirsən maa. İkinci, mən saa örgətdiyim sözü, bütün paççah, saray əhlini, vəziri, vəkili yığehsən bir evə. Kadınnar da oturajax pərdənin dalında, böyründə, kişilər də. Mən sana elə bir əşya deəjəm ki, sən o əşyanı qoyajaxsan qavağına, söybət eliyəjeysən, onda qız danışır.

Deyir:


– Yaxşı.

Deyir:


– Get, yadında yaxşı saxla ha, mən dediyim bax bı hekayəti yadında saxla ki, orda deyehsən.

Deyir:


– Bir günnərisi bir molla, bir dərzi, bir də bir dülgər yoldaş olub gedirmişdər. Gedillər, qabaxlarına bir meşə çıxır. Meşədə bılar gecələməli olullar. Bılar fikirrəşir ki, ə, gəlip bizi öldürəllər, nəyimiz də var, aparallar. Bir-bir qarolçu kimi, birimiz yataq, birimiz qalsın.

Deyir:


– Yaxşı.

Sifdə qarolçuluğ eləməh düşür dülgərə. Bı molluynan dərzi yatır. Bu qarool çəkə-çəkə görür ki, bunu yuxu aparır. Duruf bir yekə ağaş kəsir, burda yonur, bir kadın şikli qayırır. Düzəldir qoyur bura, vaxdı bitir. Bir təpiy vurur dərziyə. Durquzur ki, dur əyağa, indi mən yatıram. Bı dərzi qalxır, bu yatır. Baxır, görür, ə, qaraltı var. Gedir baxır, “Pissimillah, Pissimillah”. Bu, dülgərin ağaşdan qayırdığı kadın heykəlidi. Deyir, hə, yuxu gəlməməyçün eliyif. Mən nə durmuşam, maşınım bırda, parçam bırda, hər şeyim var. Tez buna kadın paltarı tikir bir dəs. Geyindirir, vax tamam olur, mollanı oyadır. Molla durur, molla da pis mollalardan dəyilmiş, yaxşı mollaymış da, görünür. Molla baxır, görür, ə, kadındı, amma taxdadandı, paltarı da var. Fikirrəşir, ay dadi-bidad, bu belə isə deməh, bunnarı yuxu tutmamağ üçün, eyni zamanda sənətdərin biruzə veriflər. Mən də durmuşam, namaz qılajam. Namaz qılanda deyir ki, ya Xudaya, bu kadına can ver. Allah bını eşidir, kadına bir can verir.

İndi bu sözdəri qardaş öyrədir o biri qardaşa ki, qardaş, gedib bir lampa gətirərsən, lampıya dəərsən ki, ay lampa, sən dünya görmüş, bütün qarannıx yerrəri işıxlandıran, bütün insannarın ömrünə nur saçan bir əşyasan. Belə başıma bir hadisə gəlip. Sən söhpəti ona elə, ancax haa, lampıya. Camahat eşidəcəh. Hə, belə qutarannan sora, indi soruşarsan ki, lampa, maa deynən görüm, bu kadın dülgərə düşür, dərziyə düşür, yoxsa molluya. Burda qız cavab verəjəh. Heş kəs düzün tapa bilməyəjəh, qız cavaf verəjəh.

Qorxa-qorxa gəlir, deyilən kimi də eliyir. Daqavor bağlıyır paççahınan. Gəlir hamı oturur. Bir dənə lampa gətirir. Deyir ki, lampa, (camahat da eşidir da hamısın) sən dünyada bütün qarannıxları işıxlandıran, bütün insannarın üzünə işıx saçan, nur gətirən bir əşyasan. Mənim başıma bir hadisə gəlib. Bu hadisəni də harda deyirəm, bilmillər. İndi mən, saa, söypət eliyim, bəlkə, sən biləsən. Bulların da bəzisi gülür, tay paççahın qorxusunnan dinmillər. Mən dediyim kimi, bu söypəti hamısına eliyir. Eliyənnən sora deyir:

– Lampa, indi maa deynən görüm, bu kadın dərziyə düşür, dülgərə düşür, yoxsa molluya düşür?

Dəəndə, vəzir ordan qalxır deyir:

– Mən deyim?

Deyir:


– De.

Deyir ki, dülgərə düşür. Deyir:

– Niyə?

Niyəsin bilmir. O birisi vəkil də oyannan qalxır ki, yox, sən düz demədin. Onu kadın şiklinə salan libasdı. O, paltar geyinip. O, ancax dərziyə düşür. Dəəndə, bu gənə deyir, niyə? Gənə deyə bilmir. Dəəndə, pərdənin dalınnan qız qışqırır, deyir, hər ikisi yalan deyir. Qız molluya düşür. Deyir:

– Niyə?

Deyir:


– Ona görə ki, ay qardaş, dərziyə dəərəm, bu sənin ağacın, yonduğunun da hakqın al, otuz maat, çıx get bırdan. Bir şey izah eləməmisən ki, bala, dərzi, bu sənin parçan, tihdiyıın hakqın al, otuz maat, çıx get. Mənim canımı tapın verin, maa. Mən də çıxım gedim.

Paççah deyir:

– Danışdımı bir ağız?

Deyir:


– Hə.

Gedir, ikinci səfər. Deyir:

– Ə, qardaş, nooldu?

Deyir:


– Allah sənin işini avand eləsin. Sən düzəltdin. Qız danışdı də.

Deyir:


– Beyjə də birini örgədəjəm. Bu səfər gedərsən, bir badnosa, çörəh gələn badnosa dəərsən, bu söybəti ona eliyərsən.

İkinci gün gənə həmin adamnar yığışır, bu da gəlir oturur, deyir, badnos gətirin, gətirillər. Bu, badnosu qoyur qabağa. Deyir ki, badnos, sən dünyada ağıllı adamı da, ağılsız adamı da, nə bilim, hər cür adam görmüsən. Hamının qarşısına səndə çörəh gəlip. Sən yaxşını da eşitmisən, pisi də eşitmisən. Başıma bir hadisə gəlip. Nə gəlib? Deyir ki, badnos, bir günnərisi bir paççahın üç oğlu varmış, üçü də bir qızı isdiyir. O qədər isdiyillər ki, bı qızı hansı alsa, birsi o birsin öldürməlidi. Qız ağıllı olur. Bı işi bilən qız fikirrəşir, deyir ki, onda mən bir çara tapajam, qannılıx düşməsin. Oğlannarın üçün də çağırır, deyir ki, bura gəlin. Deyir ki, üçuuz da məni barabər sevirsıız, amma bir şey var. Üçuuz da gedirsınız bırdan, sizə bir ay vax verirəm, hansıız qiymətdi şey alıb gətisəəz, ona gedejəm. Bı oğlannarın üçü də gedir, bir yol ayrıcında gənə üş yolumuş. Biri bu yolnan, biri o biri yolnan. Deyir, o şərtnən ki, heş kim qabax getməməlidi qızın yanına. Gəlib üçümüz də yığışajıyıx burda bir yerə, üçümüz də bir gedəjiyih. Bılar razı olur, durub gedillər. Gedillər, biri gedir bir şəhərə, biri birinə, biri də birinə.

Biri bazara çıxıf gəzirmiş, görür ki, böyüh bədənnüma güzgülərin biri beş tüməndi, bir çıkqılı güzgünü qoyuplar ora, bir milyon tümən deyillər. Deyir:


  • Ay qardaş, görmürsən orda beş tüməndi? Sən axı niyə bunun qiymətini min tümən deyirsən?

Deyir:

– Ə, sən mənim güzgümün zadın bilməzsən.

Deyir:

– Nədi?



Deyir:

– Hansı yerdə isdəhlin olsa, deyirsən, misal üçün, mən filankəsi görməh isdiyirəm, güzgüdə əlbəəl görürsən sən onu.

Pulunu verir min tümən, bını alır.

İkinci qardaş gedir, gənə bazarı gəzirmiş, görür böyük gəvələr satıllar. Bir balacası var. Camaat gənə birin üş yüz tümən deyir, bı bını beş yüz tümənə verir. Deyir:

– Görmürsən ə, orda üş yüz tümənədi, nədi...

Deyir:


– Ay qardaş, sən bilmirsən bu gəvənin qiyməti var?

Deyir:


– Nədi?

– Bı gəvə, deyir, Süleyman peyğəmbərindi. Üsdə oturursan, deyirsən ki, Süleyman peyğəmbərin eşqinə, məni bu sahat filan yerdə elə. Gəvə səni qaldırır, qoyur ora.

Deyir:

– Yaxşıdı.



Bı da pulu verir, gəvəni alır.

Üçüncü qardaş gedif hərrənir, çox ora-bura, bazara çıxır, görür, ə, vedreynən, kiloynan, tərəziynən alma satıllar. Biri də almanı qoyub qabağına, oturub böyründə. Gəlib deyir:

– A kişi, bu alma nədi? Bını neynirsən? Görmürsən orda kiloynan alma satıllar?

Deyir:


– Yox e, bala, bu alma elə almadı ki, ölüm ayağında yeən adam, yeən kimi dirilir.

Deyir:


– Doğurdammı?

Deyir:


– Hə.

Pulun verir bu, almanı alır.

Gəlillər, üçü də yığışıllar həmin yolun ayrıcına – qardaşlar. Yığışıllar, deyir ki, ə, üçümüz də adama bir şeylər almışığ. Amma bir söz deyim, üçümüzün də ürəyimiz qızın yanındadı. Dəəndə güzgü deyir ki, qızı bu saat mən sizə göstərim. Güzgüdə qıza baxıllar. Görüllər ki, qız uje ölüm ayağındadı. Can verir. Gəvə sahibi deyir ki, oturun. Barı ölməmiş gedəh ora, görüşəh. Oturullar xəlçənin üsdünə, gəlillər qızın yanına. Qızın yanına çatan kimi, oğlan almadan bir az kəsir, verir qıza. Qız yeyir, o sahat dirilir.

İndi, badnos, ay başına dönüm, maa deynən görüm, bu qız gəvə yəəsinə çatır, güzgü yəəsinə, yoxsa alma yəəsinə. Gənə də vəzir deyir ki, yəqin ki, güzgü yəəsinə. Ona görə ki, baxmasaydılar, nə biləciydilər, dünyada nə var, nə yox? Vəkil deyir ki, xəlçəyə çatır, o gətiməsəydi, nağayraceydılar? Əlləri heş yerə çatmeyeceydi. Gənə qız ordan qışqırır, deyir:

– Gənə də yalan deyirsınız. Qız alma yəəsinə çatır.

Deyir:


– Niyə?

Deyir:


– Ona görə ki, bərkə düşəndə, alma yəəsi deər ki, qardaş, bu sənin diri xəlçən, helə? Ordan da bura minmişəm, taksi pulun yüz manat. Bu da sənin diricə güzgün. Sındımamışam ki? Baxdığımın hakqı, al, bu da sənin yüz manatın. Mənim diricə almamı verin maa, çıxım gedim dəə.

Deyir:


– Hə, uje ikinci səfər də dilləndi.

Qayıdıf gəlir, deyir, qardaş, başaa dönüm, sən öl, düzəldi işim. (Bu söypət xalq arasında misal çəkilən söypətdi.)

Deyir ki, ə, qorxma savax da birini öyrədəjəm, gedif deyərsən. Amba bu səfər sırfıya danış. Çünki orda həm kadın da oturur, həm kişi də oturur. Hamı yeyillər, stolun üsdə də çörəh kəsillər. Deyir:

– Baş üsdə.

Genə bunu örgədir. Üçüncü gün gedir, uje örgəniflər paççahın adamları, yığışıflar hamı zalda, oturup. Bu da gəlib oturur ortada. Sırfanı gətirir, salır qabağına. Deyir ki, sırfa, sən dünyada Allah-taalanın buyurduğu ən bərəkətdi, ən nemətdi bir əşyasan. Bütün insannara, sənin üzərində yeməh verillər. Hər üz görürsən. Başıma bir hadisə gəlip, ancax heş o vaxdan heş kəs onu bilmir. İndi bəlkə onu sənə söypət eliyim, maa cavaf verəsən.

Deyir:


– Sırfa, bir günnərisi, bir gəlin, yoldaşı, bir də qardaşı – üçü yol gedirmişdər. Bılar gedir çıxır, gejəliyillər bir meşədə. Orda tay qalıllar bir ağacın divində, meşədə. Bular gejəliyəndə, gejə quldurrar gəlir, kişilərin – qardaşının da, ərinin də başını kəsir, kadına dəymir. Ciblərində də nəyi var, götürür, çıxır gedir. İndi gəlin oturur, bı tərəfə dönür, “ərim, vay”, ağlıyır. Bu tərəfə dönür, “qardaşım, vay”. Nəyisə, belə ağlıyır, çırpınır, döyünür. Gün batınca baxır görür kü, ordan bir siçool çıxdı, deşihdən, yuvadan, burdan da biri. Gəldilər tutaşdılar, dalaşdılar. Qız da baxır. Biri o birinin boğazın üzdü, tulladı. Biraz qaldı, gördülər ki, qız baxır, görür ki, siçool getdi orda bir ot var, onnan bir az kəsdi, gətdi, belə-belə sürtdü onun boğazına. Başı da qoydu ora diriltdi, çıxdı getdi. Deyir, ay dadi-bidad, bı otdan vırsam, qardaşımnan ərim diriləjəh, onnan eliyim, dirildim. Qız da durur, gedir həmin otdan qırır, gətirir. İndi birəz ərinin başına, birəz boğazına, birəz də qardaşının boğazına vırır. Tələsir deynən başı səhv qoyur. Qardaşının başın ərinin üsdünə qoyur, ərinin başın qardaşının üsdünə qoyur. İndi sırfa, sən maa deynən görüm, bu qız, bunun hansına düşür? Ərinə düşür? Ərinə düşsə, bədən qardaşınındı, baş ərinindi, yoxsa nejə? Genə də hərə bir söz deyəndə qız deyir ki, ayə, dayanın e. Deyir ki, olar yenə düz demir. İnsan sifətnən, başnan, üznən tanınır. Ərinin başı hansı bədənin üsdündədisə, qız ona düşür. Dəəndə çəpih vırılır. Hə, tay bular deyir, üçüncü dəfə danışdıdın. Oğlan durur, gəlir evə.

– Bilirsən nə var, qardaş?

Deyir:


  • Nədi?

Deyir:

– Sabah qızı gedehsən almağa.

Hə, gedir. Paççah da öz adına görə sözünün üsdə durur, qızı verir bına. Danışmıyan qızı. Təəssüf bıdı ki, qız gənə də lal olur. Tay elə danışıb eləmir. Nəyisə, bir müddət burda qalannan sora, deən xeylax qalıllar. O tapba qardaş – söz örgədən qardaş deyir:

– Ta dur, getməh vaxdıdı. Sən də paççah oğlusan, mən də. Ta yəqin acığı soyuyuf. Get qaynatannan da görüş, denən yoldaşımı da götürüm, mən çıxıf gedirəm, mən də paççah oğluyam. Dədə-nənəmin bircəsiyəm.

Deyir:

– Nə deyirəm?



Durur, gedir. Paççaha deyir ki (qaynatasına), paççah sağ olsun, mən də paççah oğluyam. Bircəsiyəm özü də. Dədəmin vaxdilə acığı tutmuşdu. İndi ikisi də qocalıf, ölüm əyağındadı da. Nənəm də, dədəm də. Maa rüsxət ver, mən çıxım gedim. Yoldaşımı da ver, mən çıxım gedim dədəmi, nənəmi barı öləndə kəfin-dəfin eliyim. Paççah fikirrəşir, deyir ki, sağ ol, bala. Ata-ananın ki belə qədrin bilirsən, çox sağ ol. Deyir ki, gedin, üç at gətirin. Üç at gətirillər. Birin bı qardaşı minir – söz örgədən qardaş. Birin yoldaşıynan bu paççahın oğlu minir. Birinin də üsdə bir xurcun, iki gözü də dolu qızılnan qoyullar bı atın üsdə ki, bunu da aparın, orda ikıız bölərsız. Gəl ha gəl, gəl ha gəl, üçü də atı sürüf, gəliv o yerə çatıllar ki, orda qardaş olmuşdular. Demişdilər ki, nə tapsax, burda böləjiyih də. O tapba qardaş deyir:

– Qardaş, indi bilirsən bıra haradı?

Deyir:

– Hə.


– Bırda biz demişih ki, nə tapsax böləjiyih. Deyir, indi qazandığımızı bölməliyih. Deyir:

– Burda nə çətin şey var ki? Xurcunun bir gözü sənin, bir gözü mənim, atın biri sənin, biri mənim. Birin də qiymət eliyəh, ya sən götür, ya mən götürüm. Qız da ki, genə də mənim yoldaşımdı. Qız da nəkqədər eləsə, onun qiymətin, pulunu verim.

Deyir:

– Yox. Biz demişih ki, qardaş kimi böləciyih, biz deməmişih ki, belə şərşəpədə36 böləciyih.



Deyir:

– Nətəər?

Deyir:

– İndi sən dayan, mən böləcəm.



Xurcunu qoyur yerə, qılıncınan ortadan kəsir, deyir, bu gözü sənin, bu gözü mənim. Düzdümü?

Deyir:


– Hə.

Deyir:


– Bı at sənin, bı at da mənim.

O biri atı da çapır qılıncınan, şakqa bölür. Deyir:

– Artığ-əysih yoxdu? Bu parası sənin, bu parası mənim.

– Sən nə danışırsan?

Deyir:

– Hə, hə, həylədi.



Deyir:

– Qaldı indi bir qız. Qızı da şakqalıyejıyıx. Qızı vırajıyığ ortadan, şakqa bölünsün, parası sənin, parası mənim.

Qızın üsdə qılıncı çəkib cumanda, “vəə” eliyir, ağzınnan qurt düşür. Deməh, bunun dilin tutan, nitqın tutan bı qurdumuş. Bunnan da qız başdıyır titrətmə, əsməyə ki, mən neynəmişəm, mən nə günah sahbıyam?

Deyir:


– Yox, öldürmüyəcəm, elə buracanıdı.

Deyir:


– Qardaş (o tapba qardaş deyir), bı at da sənin, bu qızıl da sənin, bu qız da sənin. Saa bircə söz deyim.

Barmağınnan bir az qan verir. Deyir:

– Yadında qalıf ki, bir balığı sən tullamışdın suya?

Deyir:


– Hə.

Deyir:


– Mən həmən balığam. Atalar onçun deyir ki, balığı at suya, balıx bilməsə də, xalıx biləcəh. Apar, bu qannan da dədaan gözünə vır, sağalacax.

Onnan sora bullar gedillər hərəsi bir tərəfə.


II mətn

Hə, bir də bir padşah varıymış. Nəysə, patşahın təh bircə oğlu varımış. Çox da azazil patşahımış. Nəysə, patşah qojalmışımış. Bının gözdərinə pəlmə37 gəlir. Patşah vilayatdara, hər yerə dayna, bı hər yerə gedir – həkimə, prafessıra, ora-bıra. Axırda biri gəlir deer ki, padşah, qibleyi-aləm sağ olsun, bəs o dəryada qızıl balıx var, onun qanı sənin gözuna dərmandı. Onu tutduruf əgər gözuna qanı vırsan, sağalar. Patşah da əmir verir, torçu car çəkir. Bı, dənizə gedəndə bının oğlu deyir, mən də gedirəm. Gedir. Sifdə tor atan kimi balıx çıxır bı padşahın oğlunun toruna. Götürür kü, qızıl balıxdı (Görmüsən, görməmisən, bilmirəm. Minbir xalı var). Götürür, belə baxır patşahın oğlu. Deyir, Allah, bı gözəllihdə heyvanı bı qoja kişinin gözünnən ötrü mən niyə öldürüm? Bını qaytarır atır suya. Atır suya, nəysə, burdan hay çatır padşaha ki, bəs belə-belə. Balıx öz oğlunun toruna çıxdı, bəs qaytardı atdı suya. Patşah deyir ki, ay camahat, ta o mənim bir uşağımdı, mən onun ölümünə razı olmuram. Bını götürün aparın bərri-biyavan düzdə gözdərin də tökün, qoyun orda ölsün. Bını götürüllər aparıllar, bir bərri-biyavan düzdə bılax varımış, bılağın da üsdündə çinar ağaşdarı varımış. Aparıp çinar ağaşdarının divində bının gözün töküllər, bırda qalır da. Qulağı eşidirmiş, ama gözü görmür, tökülmüşümüş. Gejənin bir şəri görür kü, bının yanında hənir var. Hə, gəlir deyir, ə, qardaş, bı nə gündü, niyə belə olmusan, nətəər olmusan? Mən danışdığım kimi bını bı oğlana danışır. Deyir ki, hal-nağıl belə-belə. Deyir, belə, qardaş, mən də sən günnündeyəm. Nolar, qoy savağ açılsın, sənin gözunu mən malicə eliyərəm. Savah ertə bı durur, da indi nətəəri olursa, belə ağzının labilinnən38 bının gözdərinə belə vırır, belə vırır, gözdəri sağalır iksi də. Deyir, qardaşıx? Deyir, hə. Deyir, qardaş, indi baş götürax gedax da. İndi biz ata vətənimizə qayıtmiyax. Deyir, gedax, nolar. Bıllar baş götürüllər gedillər, çıxıllar bir vilayətə, bir padşahın vilayətinə. Deyir, qardaş, indi bırda gedəh hərəmiz bir şey deyax ki, bax guya həkimıx, ya bir şeyıx. Bəlkə, bırda başımızı saxlıyax. Deyir, qardaş, Vallah, mən heş-zad bilmirəm, bı ha, gözü tökülən paşşax oğlu. Deyir, səni öyrədejem. Gedillər. Şəhərin böyrünə gedəndə küçədə oturullar, deyir, qardaş, bı küçeynən sən gedirsən, bı küçeynən mən gedərəm. Ama axırda bırda birrəşərih, bir il də çəhsə, iki il də çəhsə, gəlip bırda birrəşif, görüşərih. Deyir, qardaş, axı mən bir şey bilmirəm. Deyir, səni örgədəcəm. Bı civinnən bir dənə gümüş qəlyan çıxardır. Qəlyan bilirsən dayna? Bir ceynamaza bükür, verir bına. Deyir ki, gedərsən, harda soruşsalar ki, nə işin sahibisən, nəçisən, deyərsən ki, həkiməm. Nə həkimisən? De ki, bəs lal olan adamın dilin açıram, onnan sora da bir-iki söz deyərsən. Həmən şəhərdə də padşahın bir qızı varmış, neçə ilmiş, bının dili lalıymış. Hay düşür padşaha ki, bəs bir həkim gəlip, dili lal adamın dilin açır. Bını aparıllar. Ora da okqədir millət yığılır ki, ta həddi-hesabı olmur. Hə, deyir, danışıllar, qışqırıllar. Deyillər, indi görəh bı qızın dilin bı nətəər açejex dayna. Ay camaat, sakit olun. Camahat sakit olur. Deyir, camahat, sakit olun, qalyan bir az söypət eləsin. Camahat şapalax çalır, gülüşür. Hə, sakit-sakit. Sakit olullar. Oxuyur, ceynamazı açır, qəlyanı da qoyur ceynamazın üsdünə. Deyir, camahat, biri varımış, biri yoxumuş, Allah varımış, şəriki yoxumuş, bir dərzi varıymış, bir dülgər, bir də bir molla. Bıllar üçü də bir yerdə qaroul çəkirmişdər. Sifdə oçer dülgərinimiş. Bı dülgər həvsələsizin biriymiş, gedip bırda bının qaralı tutmur, gətirir ağaşdan yonur bir adam şikili, qoyur ora, söküyür. Hə, bı çıxır, bının nöbəsi qutarır. Bı gedəndə dərzi gəlir, görür ki, sən öl, bı doordan da, bir yaxşı şəkil qayırıv söküyüp ora. Dərzi də bir də yaxşı paltar tikir, gətirir, geydirir bının əyninə. Bının da nöbəsi qutarır, bı da çıxır gedir. Molla gəlir. Molla gəlir, baxır ki, bı ağaşdı, ama bına bir dəs də paltar geydiriplər. Molla yönün hakqa tutur. Deyir, Xudaya, Xudabəndi-aləm, mənim əlimnən heş bi şey gəlmir, mən də sənin bı kəlamını oxuyuf bını bilirəm. Xudaya, Xudabəndi-aləm, sənnən arzum budu ki, bına bir nəfəs kəramət elə. Allah-taaladan hökm olur. Allah-taala ona bir nəfəs kəramət eliyir. Bu olur bir qız uşağı. Camahat, indi bı üş dənə keşişçi bir-birini qırır. O deyir, qız mənimdi, bı deyir, mənimdi, o deyir, mənimdi. Bını indi isbat eliyax, görax bı kimə düşür, kimin olmalıdı? Deyir, həmən lal qız pərdənin dalınnan deyir ki, mollanın olmalıdı. Deyillər, nəynən? Deyir ki, bəs molla Allah-taaladan nəfəs isdiyif ona can olmasa, onun hardan olar. Pah, nə qədir pul-para töküllər, bir dünya.

Hə... Genə camahat başdıyır söypətə, əynə-bəynə, bi də qayıdır. Aradan bir-iki sahat keçənnən soora bir də deyir, camahat, qulağ asın, qalyan bir də söypət eləsin. Genə oxuyur, ceynamaz qoyur, qəlyanı qoyur ora deyir, ləbbeki-sadekə. Qalyan, soypət elə, camahat qulağ assın. Qalyan bir də başdıyır. Deyir, camahat biri varmış, biri yoxmuş, Allah varmış, şəriki yoxmuş. Üş qardaş varımış, bunnarın təh birjə bajısı varımış. Bılların bayısı, elə bil, gündoğandeymış, qardaşdarı günbatandeymış. Bax da dünyanın o başında. Bının bı qardaşının biri elə bil indi nejə zad yoxdu, baxıllar ki, da kamputernən fılan yer. O vaxdı aynadan baxırmış dünyanın o başına görürmüş ki, orda bir şey var. Bının qardaşının biri aynadan baxır, görür ki, dünyanın o başında bılların bajıları can üsdədi. Biri də, elə bil, quş kimi uçuf gedirmiş cənnətə. Gedirmiş, ordan elə meyvə gətirif verirmiş ki, o ölən adam ölmürmüş. Hə, deyir ki, qardaş, gəlin indi bəs belə-belə, elə eliyax, bajımız ölməsin. Bu uçan uçur gedir, meyvə gətirir. O birsi də aparır verillər. İndi o deyir, bajının səbəbi mən olmuşam, bajı mənimdi. Bı deyir, yox, mənimdi, o deyir, mənimdi. Camahat, indi bını isbat eliyax görax bının səbəpkarı kim olufdu? Qız ordan ikinci dəfə deyir ki, bəs aynadan baxandı. Aynadan baxan baxıf görməsə ki, olar nə bilir dünyanın o başında bajıları ölür. Bı da getdi. Həə, bı belə qalır. Padşahın da deyəjəyi oyumuş ki, hər kəs bu qızının dilin aşsa, bı qızını ona verə, toy eliyə. Bı da bir elə oğlanıymış ki, bax belə üzünə baxmağ olmurmuş. Padşah nəysə, qızın bına verir, toy eliyir bına.

Bir il qalır, para il qalır, görür ki, bı oğlanın elə qaş-qavağı tökülüdü. Deyir, a bala, sən məni kimi padşahın yeznəsisən, niyə belə eliyirsən? Deyir, padşah, qibleyi-aləm sağ olsun, bəs mənim də sənin kimi bir atam var, bir dünyanın padşahıdı. Mən getməh isdiirəm. Deyir, ay bala, nə olar, deyir. Durur padşah, nəyi varmışsa, min şakqa eliyir ühlüyür bını, qəflədən-qatırdan, bını yola salır. Bı “ha-ha-ha” gəlir. Bı gəlir ki, qardaşı harda vədə verifsə, orda oturuf. Deyir, qardaş, şərikıx? Deyir, şərikıx. Nə vermişimişsə bı gəlinə, bını ortadan bölüllər. Deer, qardaş, da nə qaldı? Deer, niyə qardaş? Gəlin qaldı, gəlini də böləjeyıx. Gəlini də belə bax qolların belə şey eliyif, çığırır, yüyürür, xəncəli siyirip bına belə yendirəndə “ööö” eliyir ağzınnan bir belə yumru düşür. Deyir, qardaş. Deyir, hey. Deyir, qardaş, bu uşağı lal eliyən bı ilan balasıdı. Uşax vaxdı bının boğazına çəkilif, yatanda bını lal eliyifdi. Qardaş, mən həmən sən tutuf suya atdığın qızıl balığam. Ala, bı da dərmanı, apar, atanın gözünə vırsın, sağalejeh. Qayıdır ki, böyründə yoxdu. Niyə deyillər, eşitmiş olarsan, bala. Deyillər, yaxşılığı elə, at dəryiyə, balıx bilməsə də, xalıx bilər.

Bını mənim irəhmətdih dədəm hamısın maa söypət eliyif.



Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin