Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu seyfəDDİn rzasoy əBÜlqazi «OĞuznamə»SİNDƏ



Yüklə 1,24 Mb.
səhifə6/58
tarix10.01.2022
ölçüsü1,24 Mb.
#106308
1   2   3   4   5   6   7   8   9   ...   58
Oğuz mifi etnik özünüifadənin düşüncə kodu olaraq türk etnosunun aparıcı laylarından olan oğuzların etno­kos­mik düşüncə mətn hadisəsidir. Başqa sözlə, oğuzlar ümum­türk etnosunun ən mühüm qollarından biridir. Türk et­nosunun formalaşmasında hunların rolunu, o cümlədən oğuz­ların hun etnik kütləsinin davamı olduğunu nəzərə alsaq, oğuzlar türk etnosunun əsas etnik oxlarından birini təşkil et­miş­lər. Oğuzlar türk etnosunun qolu kimi başqa türk xalq­larından aydın bilinən diferensial əlamətləri ilə fərqlənmişlər. Onlar, heç təsadüfi deyildir ki, yüzillər boyu «oğuzlar» adı altında işarələnmiş, özünəməxsus semiotik atributlar sistemi ilə «oğuzlar» olaraq qala bilmişlər. Bu, etnosiçi fərqlənmə onların mif və ritual­larında həm ifadə olunmuş, həm də on­larla müəyyən­ləşmişdir. Bu baxımdan, ümumi türk mifi və ritualı çevrəsində oğuz mif və ritualı türk metadünya mo­delinin xüsusi təzahür tipləri kimi daim seçilmişdir. Məhz bu həm də oğuz mifini türk mifo­logiyasının müstəqil etnokosmik təzahürü kimi bərpa etməyə imkan verən elmi-metodoloji bünövrədir.

Məsələnin konkret tarixi mənzərəsinə gəlincə, türk tarix­çisi F.Sümər yazır: «Oğuz» Türkiyə, Azərbaycan, İran, İraq və Türkmənistan türklərinin ataları olan məşhur bir türk qöv­müdür. Oğuzlara XI əsrdən etibarən türkmən də deyil­mə­yə baş­lanmış və iki əsr sonra bu ad hər yerdə «Oğuz»un adını al­mağa başlamışdır. Bugünkü bilgilərimizə görə, Oğuz adına ilk dəfə Yenisey kitabələrində rast gəlinməkdədir. Oğuzlar Or­xon kitabələrində adı çox keçən türk qövmlərindən biridir17.

Digər tərəfdən, N.Cəfərov yazır ki, I minilliyin ortaların­da Hun-türk dövləti dağılır. Şərqdə oğuzların Göy türk (Tanrı türk), Qərbdə isə qıpçaqların müxtəlif dövlətləri yaranır. Məhz bu dövrdən başlayaraq türklərin diferensiasiyası münbit coğrafi-sosial mühitə düşüb güclənir. I minilliyin ikinci yarı­sında bir-birindən həm iqtisadi-ekoloji həyat tərzinə, həm də müəyyən qədər dünyagörüşünə görə fərqlənən (seçmə bi­zim­dir – S.R.) oğuz, qıpçaq və karluq-uyğur birlikləri forma­laşır. Qıpçaqlar, əsasən, Qərb, oğuzlarla karluqlar isə, əsasən, Şərq dünyası ilə bağlı idilər, lakin haqqında söhbət gedən diferensiasiya türklüyün daxili kontaktlarının aktivliyini heç də tamamilə sarsıtmır18.




Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin