Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu seyfəDDİn rzasoy əBÜlqazi «OĞuznamə»SİNDƏ


Bütün bu deyilənlər əsasında belə bir qənaətə gəlmək olur ki, «epos» anlayışı üç məna səviyyəsini əhatə edir



Yüklə 1,24 Mb.
səhifə9/58
tarix10.01.2022
ölçüsü1,24 Mb.
#106308
1   ...   5   6   7   8   9   10   11   12   ...   58
Bütün bu deyilənlər əsasında belə bir qənaətə gəlmək olur ki, «epos» anlayışı üç məna səviyyəsini əhatə edir:

1. Paradiqmatik səviyyə: etnosun gerçəklik haqqında epik təsəvvürlər sistemi – epik dünya modeli;

2. Sintaqmatik səviyyə: epik dünya modelini gerçək­ləşdirən sözlü mətn;

3. Janr səviyyəsi: bütün epik janrları birləşdirən sistem.

Oğuz mifinin oğuz eposuna transformasiya oxunu ilk əcdad, mədəni qəhrəman, demiurqla bağlı süjet-obraz kom­pleksi təşkil edir. Oğuz mifinin oğuz eposundan bərpası ilk növbədə oğuz kosmoqonik dünya modelini üzə çıxarır.

Y.Meletinski qəhrəmanlıq eposlarının mənşəyini geniş şəkildə araşdıraraq onların ilk qaynağının mədəni qəhrəman haqqında miflər olduğunu göstərmişdir35.

S.Tokarev və Y.Meletinski yazırlar: «Mifologiya qəhrə­man­lıq eposunun formalaşmasına hər şeydən əvvəl mədəni qəhrəman obrazı vasitəsi ilə təsir etmişdir. Görünür, məhz bu obraz epik qəhrəman modellərinin «qayrılmasında» ilkin material kimi istifadə olunmuşdur. Qəhrəmanlıq eposunun arxaik formalarında... onun mifoloji elementləri hələ aydın görünür: arxaik epos tarixi keçmişi ilkin miflərin dili və konsepsiyası vasitəsi ilə ümumiləşdirir»36.



Deyilən fikir, əslində, oğuz mifinin oğuz eposundan bər­pasının metodoloji modelini də özündə ehtiva edir. Oğuz mətnlərinin struktur nüvəsində oğuz mifi durur. Mifin «dili» (dünyanı təsvir üsulu, təsvirin sintaqmatik elementlər sistemi) və «konsepsiyası» (paradiqmatik modelləşdirmə sistemi) ar­xaik oğuz eposunun «dili» və «konsepsiyasının» əsasında du­rur. Bu, arxaik oğuz eposu olan «Oğuznamə»nin «mifizmi­nin» başlıca mövcudluq şərtini təşkil etməklə yanaşı, eyni zamanda oğuz mif modelinin bərpasının başlıca metodoloji şərtidir.

Prof. A.Nəbiyev, ümumən, türk eposunun «mifizminin» şərtləri haqqında yazır: «Türkün mifoloji düşüncəsi əldə edilmiş müəyyən estetik düşüncənin ilkin yekunu kimi özü­nəməxsus mənəvi-əxlaqi, estetik dəyərlərə söykənirdi. Bu də­yərlər çox geniş milli düşüncə çevrəsini əhatə etsə də, yetkin dini təlimə çevrilə bilmədi, mif yaradıcılığının hüdudları ilə məhdudlaşmalı oldu. Lakin türk mifoloji sistemi epik üslubu irəliyə apardı, türklərin yeni tarixi-ictimai şəraitdə estetik düşüncəsini özündə əks etdirən modern epik təsəvvür for­mu­luna – qədim türk das­tan­larını və bu dastanların peşəkar im­provizatorçularını – son­radan ozan adı ilə şöhrətlənəcək ifa­çılıq institutunu yaratdı»37.


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin