Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 11.5. Şaman/Qəhrəmanın Çobanla xəbərləşməsi



Yüklə 2,29 Mb.
səhifə209/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   205   206   207   208   209   210   211   212   ...   269
§ 11.5. Şaman/Qəhrəmanın Çobanla xəbərləşməsi:

alqış və qarğış
Köpəkdən keçən Qazan Çobana rast gəlir. Çobana al­qış/tərif deyib. “Ağ-ban” evini xəbər alır.

Çoban Qazana cavab verərək, srağagün onun:

– Evinin;

– Qarıcıq anasının;

– Qırx incə belli qızla arvadı Burla xatunun;

– Qırx igidlə oğlu Uruzun;

– Şahbaz atlarının;

– Qızıl dəvələrinin;

– Altun-axça ilə dolu xəzinəsinin –

buradan keçdiyini/aparıldığını söyləyir.

Bu məlumatı eşidən Qazan Çobana qarğış edir: “Ağzın qu­rısun, çoban! [Dilün] çürisün, çoban!”323

Beləliklə:

– Salur Qazan evinin yağmalanması haqqında ən dolğun xə­bəri Qaraca Çobandan alır. Bu, Çobanın marginal varlıq, xə­bər daşıyıcısı kimi mediativ informasiya mənbəyi olduğunu gös­tərir.

Qazan Çobanla xəbərləşərkən əvvəlcə ona alqış edir. Bir xan/bəylərbəyinin məlumat almaq üçün öz tabeliyində olan subyektə alqış deməsi epik məntiqlə özünü doğrultmur. Epos bunu, sadəcə olaraq, xəbərləşmə kimi təqdim edir.

– Qazanın Çobana alqış deməsi kosmoloji məntiqlə bağ­lı mediasiya aktıdır.

– Qazanın Çobanla dialoqu İnsan-İnsan dialoqudur. Bu halda Qazanın öz tabeliyində olan adamdan bir xəbər alması üçün xüsusi ritual keçirməsinə ehtiyac yoxdur.

– Qazanın Yurd, Su, Qurd və Köpəklə xəbərləşmələrdə ol­duğu kimi, Çobanla da eyni model/mexanizmdən (mediativ-mistik kommunikasiya mexanizmi olan qamlamadan) istifadə et­məklə xəbərləşməsi Qaraca Çobanın biri kosmoloji, o biri ri­tual xarakterli olmaqla iki statusu ilə bağlıdır.



Qara(ca) Çoban kosmoloji statusuna görə mar­gi­nal/mediator varlıqdır. O, məkan baxımından Aralıq dünyada (Kos­mosla Xaosun hüdudunda) yerləşir. Qazan isə kosmik var­lıqdır və Kosmosda yerləşir. Bu halda fərqli məkanlar ara­sın­da dialoq mediativ kommunikasiya tələb edir. Bu – qam­la­ma­dır.

Qazanın qamlamada Çobana alqış deməsi onu rəhmə gə­tirərək informasiya alması deməkdir. Bu, həm də o de­mək­dir ki, Çoban bir marginal obraz (bəlkə də, trikster) kimi kos­mik və xaotik olmaqla iki üzə malikdir. Qazan ona alqış de­məklə Çobanın kosmosyaradıcı funksiyasını (üzünü) işə salır və ondan lazım olan informasiyanı əldə edir.

Çobanın ikinci (ritual) statusuna gəlincə yada salaq ki, Salur Qazanın evi yağmalanandan sonra Oğuz kosmosunu Ço­ban xilas edir. Bu, Çobanı qəhrəmana, Oğuz kosmosunun mər­­kəzinə, konsentrasiya nüvəsinə, onun daimi mövcud ol­du­ğu Periferiyanı da Mərkəzə çevirir. Bu hadisə/akt yalnız ov müddətində (40 gün) davam edən statusdəyişmədir. Qa­zan­la Ço­­banın statusu dəyişilir: indi qorunub qalmış, xilas edilmiş Oğuz kosmosunun başçısı Çobandır və Qazan sosial-siyasi ierar­xiyanın ən aşağı pilləsinə düşmüşdür. Elə bu sə­bəbdən də Qa­­zan Çobanı görərkən ona alqış/tərif deyir və bu­na məc­bur­dur. Bu, tabe olanın tabe edənlə davranışının oğuz­lara məxsus ri­tual etiketi, başqa sözlə, Oğuz dövlət ərkanıdır.

Qazanın Çobana qarğış etməsi də kosmoloji sü­jet/məntiqlə bağlıdır.

– Qarğış kosmosyaradıcı formul olan alqışın əksinə ola­raq xaosyaradıcı formuldur.

– Bu halda Qazan özünün sadiq çobanına niyə qarğış edir?

– Qazan evinin yağmalandığını onsuz da bilirdi. Çoba­nın Qazana məlum olan həqiqəti təsdiqləməsində başqa nə məz­­mun/məqsəd vardı ki, bu, Qazanın ona qarğış etməsinə, baş­­qa sözlə, ona düşmən kimi yanaşmasına səbəb olur?

– Bu suallar birbaşa kosmoloji sxem/süjetlə bağlıdır.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin