Dialoqun tərəfləri: İnsan-Ağac.
Dialoqun məqsədi: Ağacın ona asılan Uruzun canını qəbul etməməsi.
Dialoqun informativ tipi: alqış və qarğış:
– Uruz əvvəlcə Ağaca dost/pənahdar kimi müraciət edir. Daha sonra ona qarğış edir.
– Bu, epik transformasiyalarla bağlıdır. Uruzun alqış və qarğışı Kərəmin Dağa alqış və qarğışlarında olduğu kimi, fərqli və ardıcıl aktlardır. Lakin süjetin transformasiyaları zamanı müraciətin bu iki informativ tipi qovuşaraq vahid mətn halına gəlmişdir.
Dialoqun kosmoloji tipi: mediativ-mistik kommunikasiya modeli:
– Uruz bir insan kimi Ağacla danışa bilməz. Əgər o, Ağaca müraciət edirsə, bu halda Ağacın ruhuna müraciət edir.
Dialoqun etnokosmik tipi: şaman qamlaması:
Dialoqun süjetüstü forması: passiv (birtərəfli) xəbərləşmə:
– Uruz soruşur, Ağac cavab vermir;
Dialoqun süjetaltı forması: aktiv (ikitərəfli) xəbərləşmə.
Dialoqun nəticəsi: Uruz ölsə də, Ağac onun canını almır (götürmür), yenə də özünə qaytarır .
Lakin məsələ bununla qurtarmır. Diqqəti cəlb edən əsas məsələ mətndə “qənarə” (yəni sallaqxanada kəsilən malı soymaq üçün asılqan kimi istifadə olunan ağac) adlandırılan ağacın adi ağac yox, Dünya ağacı olması ilə bağlıdır.
Dostları ilə paylaş: |