Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 17.2. Qurbanvermə ölüb-dirilmə kimi



Yüklə 2,29 Mb.
səhifə234/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   230   231   232   233   234   235   236   237   ...   269
§ 17.2. Qurbanvermə ölüb-dirilmə kimi
Uruzun öz anasından onun ətini yeməyi tələb etməsi sü­jet­üstündə onun qəhrəmanlığı, atasının namusunu qoruması ki­mi təqdim olunur. Bu, süjetüstü məntiq baxımından doğ­ru­dan da belədir. O, atasının namusu uğrunda ölməklə öz canını ona qurban verir. Lakin kosmoloji sxemə görə, Uruz öz ca­nı­nı ölmək üçün deyil, dirilmək üçün verir. Bu, ritual sxemi ba­xımından “can dəyişmə” – “can əvəzində can” – “can qur­tarma” deməkdir:

– Uruz atasının canının əvəzində öz canını verməklə ata­sının canını xilas edir (“can qurtarmaq” konsepti).

– Atası da gəlib onları xilas etməklə Uruzun və di­gər­lə­ri­nin “canını qurtarır”.

– Əgər Uruz öz canını “atasının namusu” uğrunda (baş­qa sözlə, onun canının əvəzində) qurban verməsə, bu hal­da Qazanın evinə aid nə varsa, o cümlədən Uruz əbədi ola­raq Xaosda əsir qalacaqdır.

– Xaosda qalmaq isə əbədi olaraq xaotik statusda, yəni ölü statusunda olmaqdır.

– Demək, Uruz öz canını Xaos dünyasından (ölü sta­tu­sun­dan) qurtulub, Kosmosa (diri statusuna) qayıtmaq üçün verir. Bu – ölüb-dirilmədir.

Beləliklə, Uruzun qurban verilməsi ritualı onun ölüb-di­rilmə prosedurundan keçməsi deməkdir. O, xaoslu sta­tu­sun­da ölməli, kosmoslu statusunda doğulmalıdır.

– Ölüb-dirilmə bir statusdan o biri statusa, bir məkandan o biri məkana mediasiya/adlama deməkdir.

– Mediasiya üçün bütün hallarda mediasiya/keçid me­xa­niz­mi olmalıdır.

– “Yağmalanma” boyunda biz mediasiya mexanizmi ki­mi iki struktur vahidi – Ala dağ və Dünya ağacı ilə qar­şılaş­mı­şıq.

– Uruzun ölüb-dirilmə ritualı Dünya ağacı vasitəsilə hə­ya­ta keçirilir.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin