Kazluk köl (ŞU26). Bu toponim uyğur abidələrində bir dəfə işlənmişdir: Kazluk költe... tağda körti. – Kazluk gölde... dağda gördü.
Qeyd etmək lazımdır ki, türk dillərində -lıq/lik şəkilçilərinin çoxluq, məkan bildirməsinə əsasən ehtimal etmək olar ki, bu toponimin tərkibindəki -luk ünsürü çoxluq bildirən şəkilçidir və toponimin apelyativi qazlar çox olan göl mənasını ifadə edir. Bəzi tədqiqatçılar bu toponimi Karluk köl şəklində oxumaqdadır (88, s. 259). Kazluk gölü Altun yışın qərb tərəfində, karluk və basmılların yaşadığı bölgədəki coğrafi obyektlərdən biri idi. Tayğan köl (ŞU27). Tayğan költe tiriltim. – Tayğan göldə toplaşdıq. Bizcə, bu toponimin apelyativi tay leksemi ilə bağlıdır. Bəzi türk dillərində tay sözü məcazi mənada oğul mənasını ifadə edir (qırğız dilində) (188, s. 717).
Dostları ilə paylaş: |