Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 1,08 Mb.
səhifə41/72
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#31421
1   ...   37   38   39   40   41   42   43   44   ...   72
2.-dakı, -dəki şəkilçisi dilçiliyimizdə sifət düzəldən şə­kil­­çi kimi izah olunur. «Azərbaycan dilinin qrammatikası» (1-ci his­sə, Morfologiya) kitabında bu şəkilçi –kı,-ki,-ku,-kü şəkil­çi­sinin bir forması kimi izah edilir. Ə.M.Cavadov yazır: «Bu şə­kilçinin -kı,-ki variantı yerlik halda işlənən sözlərin axırına qo­şu­laraq, məkan bildirən sifətlər düzəldir. Həmin sifətlər mü­əy­yən bir məkan daxilində yerləşən hadisənin, əşyanın yerini bil­­dirərək, onu məkanca təyin edir; məs.: yanındakı (uşaq), qa­zan­dakı (ət), yoldakı (maşın), bağdakı (ağac), küçədəki (adam)».(1,63) Vax­­tilə M.Hüseynzadə də eyni şəkildə fikir söy­ləmişdir. (2, 95) Bu vaxta qədərki bü­tün əlaqədar yazılarda belədir.

Qeyd etməliyik ki, bu şəkilçi bir neçə formada işlənir:

-başqa şəkilçiyə ehtiyac olmadan sözlərə -kı,-ki,-ku,-kü şək­lində birləşir: dü­nən­ki, səhərki, axşamkı, çoxdankı və s.

-yerlik halın şəkilçisindən sonra işlənir: evdəki, kənd­də­ki, Həsəndəki, Bakıdakı, klubdakı və s.

-mənsubiyyət və hal şəkilçilərindən sonra işlənir: başın­da­­kı (papaq), əlin­də­ki (kitab), evinizdəki (samovar), qapınız­da­kı (öküz), həyətinizdəki (ağac), mək­tə­bi­niz­dəki (müəllim), yadı­nız­dakı (hadisə) və s.

-kəmiyyət, mənsubiyyət və hal şəkilçilərindən sonra işlə­nir: dağlarınızdakı (qar), bulaqlarınızdakı (duruluq) meşələ­ri­niz­dəki (ağaclar) , çəmənlərinizdəki (çi­çək­lər) və s.

Dediyimiz kimi, bu şəkilçi çoxişlənən sözdüzəldici – si­fət düzəldən şəkilçi sayılır. Bu mənada məktəb dərsliklərinə də daxil edilmişdir.

Qeyd etməliyik ki, bu şəkilçi kəmiyyət, mənsu­biy­yət və hal şəkilçisi olma­dan bir sıra sözlərə artırılaraq işləndikdə söz isim xüsusiy­yətlə­rini itirir və dü­zəlt­mə sifətə çevrilir. Belə sözlərə kəmiyyət, mənsubiyyət, hal şəkilçiləri artırmaq ol­mur; məs.: axşamkı əhvalat bir­ləşməsini axşamlarınızdakı əhvalat, dü­nənki mə­sə­lə birləş­məsini dünənlərinizdəki məsələ şəklində işlətmirik.

Bu şəkilçi (-kı,-ki,-ku,-kü şəkilçisi) yerlik halla yanaşı, yi­­yə­lik haldan sonra da işlənir. Yiyəlik halla işləndikdə mən­su­biyyət mənasına malik olur: Sahib şəxsi bildirir, mənsub əş­ya­nı isə qeyri-müəyyən şəkildə ifadə edir. Mənsub əşyanı yal­nız mətnə əsasən bilmək olur; məs. Sənin kitabın buradadır. De­­­yəsən, mənimki də buradadır. Yerlik halda olan sözə ar­tı­rıl­­dıq­da isə başqa vəzifə daşıyır. Bu şəkilçidən əvvəl kəmiyyət, mən­­subiyyət və hal (yerlik hal) şəkilçilərinin işlənməsi göstə­rir ki, bu məqamda -kı,-ki şəkilçisi sifət düzəldən şəkilçi deyil, çünki sözdə ismə məxsus morfoloji xüsusiyyətlər, qrammatik əlamətlər tam saxlanmış olur. Sözdüzəldici şəkilçi sözdə­yişdi­ricidən sonra gələ bilməz. Faktlar göstərir ki, bu halda həmin şə­kilçi fe­­li sifət, feli bağ­lama şəkilçiləri tipində bir şəkilçidir. Elə söz­lər düzəldir ki, həmin sözlərdə ismin əsas qrammatik əla­­­mət­ləri qalır və söz­lər həm də sifət xüsusiyyəti qazanır. Odur ki bu şəkilçini isim xüsusiyyətlərini (kəmiyyət, mən­su­biy­yət, hal) saxladıqda sifət şəkilçisi yox, atributivlik yaradan ismi sifət şəkilçisi adlandırmaq olar. (Bax: 3, 106-107)

3. -sız-lı dördvariantlı şəkilçilərindən birlikdə danış­maq lazım gəlir. An­to­­nim məna ifadə edən bu şəkilçilər də si­fət düzəldən şəkilçilər hesab olunur: «…-lı,-li,-lu,-lü şəkilçisi bir qrup isimlərin sonuna bitişərək, ismin mənasına uyğun mə­­­na­nı ifadə edən sifət düzəldir; məsələn bacarıqlı (adam), ay­nalı (tü­fəng), ha­zı­r­lıq­lı (tələbə)…» «-sız,-siz,-suz,-süz… şəkil­çi­li sifət­lər bir şeyin müəy­yən bir əş­ya­da yoxluğunu bildirir; məs.: dad­sız (xörək), səssiz (ev), susuz (səhra), ruh­suz (oğ­lan), söz­süz (mah­nı)».(1,62) M.Hüseyn­za­dənin fikrincə, dördvari­ant­lı - şəkilçisi «keyfiyyət, dad, yer mənsubiyyəti, kəmiyyət çox­luğu, xasiyyət, əlamət və s. bildi­rən sifətlər düzəldir». (2, 91-92)

-lı şəkilçisi əksərən artırıldığı sözdə sözün mənasına uy­ğun keyfiyyətin, maddənin olduğunu göstərdiyi halda, bəzən bir qədər fərqli məna ifadə edir. Məs.: duzlu xörək – duzu olan xö­rək yox, duzu çox olan xörək mənasındadır. M.Hüseynzadə bu barədə qeyd edir ki, belə sözlərdə, «şübhəsiz, bu fərq o qə­dər də kəskin hiss edilmir və bu müqayisə də bütün mi­sal­lara aid deyildir». (2, 92)

M.Hüseynzadə bu fikrini çox sözündən düzələn çoxlu sözündən danışarkən də söyləmişdir: «…çox sözü də bəzən -lu şəkilçisini qəbul edərək çoxlu şəklində işlənə bilir. Bu söz sifət şəkilçisini qəbul etsə də, tərkib daxilində yenə də say məzmu­nu ifadə edir». (2, 92) «-sız,-siz,-suz,-süz şəkilçisi vasitəsi ilə –lı,-li,-lu,-lü şəkilçisinin yaratdığı mənaların əksini, yəni mənfi məna ifadə edən sifət­lər düzəldir… Bu şəkilçilərlə* əmələ gə­lən düzəltmə sifətlər bi­rincilərin əks mənasını ifadə edir; yəni bunlar, başlıca olaraq, yoxluq məzmunu bildirir». (2, 93) Eyni fikir başqa kitablarda da söylənmişdir.(1, 62)

Bizim fikrimizcə, bu şəkilçilər morfologiya kitablarında öz təyinatını düz­gün tapmamışdır. Bu şəkilçilər «bir qrup sö­zə» deyil, bir nitq hissə­sindən, bir ka­te­qoriyadan - isimlərdən iba­rət bütün sözlərə ar­tırıla bilir. Məs.: divarlı-divarsız, ev­li-evsiz, qapılı-qapısız, pən­cərəli-pəncərəsiz, rəngli- rəngsiz, dö­şəməli – dö­şə­mə­siz, ta­van­lı-tavansız, havalı – havasız, adamlı – adam­sız, süpürgəli – sü­pür­gə­siz, rəngli – rəngsiz, işıqlı – işıq­sız, künclü – küncsüz və s. Bu hal, yəni bir nitq his­səsinə da­xil olan bütün sözlərə artırılması qrammatik şəkilçilərin, söz­də­yiş­di­ri­ci­lik əlamət­lə­ri­nin xüsusiyyətidir. Sözdüzəldici şəkil­çi­lər nə qədər məh­sul­dar olsa da, hər sözə artırılıb yeni söz dü­zəldə bilməzlər. Belə ol­sa idi, bu şəkilçilərin hesa­bı­na dili­mi­zin lüğət tərkibinin bö­yük hissəsini təşkil edən bütün isim­lərdən ikiqat si­fət düzəlt­mək olardı. Bu isə mümkün deyildir. Bu şəkilçilər isimləri təs­diq və ya in­kar mənada işlətmək üçün yaranmış qrammatik əla­mətlərdir. Vaxtilə şumer di­lin­də fellə­rin inkar mənada iş­lən­­diyini bildirən şəkilçi ilə yanaşı, təsdiq bil­dirən şə­kilçi də olub. Sonralar sıradan çıxıb. Lakin ad­larda bu forma qalıb. Bu şəkilçilər təd­qiqatçını ona görə yanlış yola salır ki, eyni zaman­da güclü atributivliyə malik şə­kil­çilər­dir. Atributivlik isə sifət olmaq demək deyil. Atributiv sözlər sifət key­fiy­yətinə malik olan sözlərdir və bunlardan -lı şəkilçisi hət­ta substantivləşə də bi­lir və nəticədə substantiv və mən­sub­luq bildirən isimlər ya­ra­da bilir: kəndli, şə­hərli, Kəngərli, Ab­baslı və s. kimi. -sız şə­kil­çisi bu keyfiyyətə malik deyil. (3, 104-105)


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin