AZƏrbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 1,08 Mb.
səhifə5/16
tarix17.01.2017
ölçüsü1,08 Mb.
#581
1   2   3   4   5   6   7   8   9   ...   16

Qeyd etmək lazımdır ki, mentalitet daxili ziddiyətə malik fenomendir. Bu baxımdan cəmiyyətdə hər hansı bir islahatın aparılmasında novasiya və ənənə arasında mütənasiblik hər zaman nəzər-diqqətdə olmalıdır. İfrat konservativlik və ya yeniliyə hədsiz aludəçilik cəmiyyətdə xoşagəlməz situasiyalar yaradır. Təbii ki, qeyd edilən balansı yaratmaq asan iş deyil, lakin ümumi inkişafın təmin edilməsində, insanlar arasında qarşılıqlı anlaşmanın yardılmasında bu çox vacib amildir. Bu sırada qeyd etmək lazımdır ki, cəmiyyət polimental xarakterlidir. Şərti olaraq onun mürəkkəb strukturu belə müəyyənləşdirilir: kütləvi mentalitet, mədəni elita mentaliteti, hakim elita mentaliteti. Qeyd olunan qrupların ifadə etdikləri mentallığın hər birinin özünəməxsus xüsisiyyətləri mövcuddur. Mədəni elita kütləvi şüur dəyərlərini təhlil edərək, nəzərdən keçirərək yüksək mədəniyyəti inkişaf etdirir və bu dəyərləri yenidən xalqa qaytarır. Bununla da kütləvi mentaliteti zənginləşdirir. İntellektual elitanın əldə etdiyi yeni mahiyyətlər hakim eli­ta tərəfindən gündəlik həyata tətbiq edilir və bununla da cəmiyytin inteqrasiyası tə­min olunur, onda baş verə biləcək nizamsızlığın qarşısı alınır. Buradan belə bir qənaət yaranır ki, hakim elita daim həm xalqla, həm də mədəni elita ilə əlaqədə olmalıdır. Qeyd olunan münasibətlərdə cəmiyyətin inkişafını təmin edə biləcək mü­vafiq gərginlik balansının qorunub saxlanması bu prosesin çox mühüm məqamıdır və uğurlu inkişafın əldə edilməsinin zəruri cəhətlərindəndir. Başqa söz­lə, sosial qruplar arasında mental müxtəlifliyin müvafiq ölçüdə olması məq­sədə uyğundur. Sosiumda həmrəyliyin qorunub saxlanması üçün sosial qrupların mentallığı müəyyən ümumi xüsisiyyətləri özündə ehtiva etməlidir. Bu­ra­da mental fərqliliyin və oxşarlığın səmərəli, optimal nisbəti nəzərdən qa­çı­rıl­ma­ma­lıdır. Bu, bir tərəfdən qarşılıqlı əlaqə və ünsiyyət prosesində mədəni inno­va­si­ya­ların həyata keçirilməsi üçün konstruktiv gərginliyin saxlanmasına hə­dəf­lən­mə­li­dir. Digər tərəfdən də mövcud durum qarşıdurmaya səbəb ol­ma­ma­lı­dır. Bir fikir də xüsusilə qeyd olunmalıdır ki, hədsiz mental müxtəliflik yalnız ay­rı-ayrı ölkələr üçün deyil, bütövlükdə, bəşəriyyət üçün də qorxuludur. Qlo­bal­laşma şərаиtndə dün­yada cəmiyyətlər arasında artan qarşılıqlı münasibətlər fonunda mentallıqlar ara­sında mövcud fərqliliklərin əhəmiyyətinin qabardılması konfliktlərin kəs­kin­ləş­mə­sinə səbəb olur. Ona görə də mövcud mentallıqlarda ayırıcılıq xü­su­siy­yə­t­lə­ri­nin deyil, birləşdiricilik məqamlarının vurğulanması, məhz bu əsaslardan çıxış edi­lərək əlaqələrin formalaşmasının təmin edilməsi bu gün dünyada insanlar, xalq­lar, dövlətlər və hətta kontinentlər arasında hökm sürən gərgin situasiyanı ara­dan götürə, hadisələri müvafiq məcraya yönəldə bilər.


Müasir dövrdə qloballaşma hər bir insanın həyatını əhatə etməyə başlayıb. Bu şərait müxtəlif dil və mədəniyyət daşıyıcıları ilə çox sıx əlaqələrin, ünsiyyətin ya­ra­dılması zərurətini aktuallaşdırıb. Dövrümüzün bu mühüm və qaçılmaz məqa­mı­nın həyata keçirilməsində isə qarşıya mürəkkəb xarakterli maneələr çıxır. Bu ma­neələr reallaşdırılması nəzərdə tutulan fəaliyyətin mahiyyətindən doğur. Belə ki, millətlərarası kommunikasiyanın ən çətin cəhəti ondan ibarətdir ki, ünsiy­yət pro­sesində hər kəs digərinin mədəniyyətini öz mədəniyyəti kontekstindən dəyər­lən­dirməyə çalışır. Sözsüz ki, bu tərz şəraiti düzgün müəyyənləşdirməyə vəsilə ola bil­məz. Nə qədər çətin olsa da, bu sırada düzgün yol digərinin dilinin, mə­də­niy­yə­ti­nin, dünyagörüşünün əsasını təşkil edən elementlərin dərindən dərk edilməsidir. Çün­ki məhz bu təqdirdə insanda gündəlik həyatda hadisələrə müəyyən kom­mu­ni­ka­tiv davranış və emosional reaksiyalar formalaşır. Görünür, məhz elə bu cəhətlər mentalitetin mahiyyətini əhatə edir.

Məlumdur ki, müasir dövrdə dünyanın dərk edilməsində iqtisadi proseslər güclü təsirə malikdir. Bir çox ölkələrdə bu gün iqtisadiyyat çox böyük sürətlə, yüksək nəticəyə istiqamətlənərək inkişaf edir və bu yeni şəraitdə insan, sanki, müəyyən bir mentallığa aid olduğunu unudur. Bu məqamda Martin Hadeggerin bir fikfi mövcuddur: “... texnika getdikcə daha çox insanı torpaqdan qoparır və bununla da onu kökündən ayırır. Bu yaxınlarda mən Yerin kosmosdan çəkilmiş foto şəkillərinə baxanda qorxdum. Bizə atom bombası lazım deyil, insanın kö­kü­nün kəsilməsi göz qabağındadır.” (1) Fikrin davamı olaraq alim bildirir: “Bəşə­riy­yət haqqında bizim təcrübələrimizə və tarixə əsaslanaraq deyə bilərəm ki, mühüm əhə­miyyətə malik və dəyərli nə varsa, insanın vətəninin olmasından və ənənələrə köklənməsindən yaranmışdır”. (2) Belə bir fikir mövcuddur ki, dil birliyi ümumi mentallığın formalaşmasında mühüm amildir. Lakin o da məlumdur ki, ingilislər və amerikanlar eyni dildə danışsalar da, müxtəlif mentallığa malikdirlər. Əksinə, eyni ərazidə yaşayan, lakin müxtəlif dillərdən istifadə edən xalqları birləşdirən tarixi tale və vahid dövlət ümumi mentallığın formalaşmasına və inkişaf etməsinə çox münbit zəmin yarada bilir. Buna bariz nümunə Azərbaycanda yaşayan 100-dən artıq millət, milli azlıq və azsaylı xalqdır. Bu xalqlar müxtəlif geneoloji mən­şə­yə malik, fərqli funksional və struktur inkişaf səviyyəsində olan 20-yə qədər dil­lər­dən istifadə edirlər. Bununla belə, burada yaşayan xalqlar bu və ya digər cə­hət­dən müxtəlif xüsusiyyətlər daşısalar da, bütövlükdə, ümumi mentallığa malik­dir­lər. Sözsüz ki, burada xalqlar arasında ümumi mentallığın formalaşmasında digər amil­lərlə yanaşı (ümumi tarixi tale, adət, ənənələr, inanclar, davranış stereotipləri və s.) Azərbaycan dilinin müstəsna rolu vardır.


Ədəbiyyat
1. Философия Мартина Хайдеггера и современность. М., Наука, 1991, с.242.

2. Yenə orada, s.243.



Y.Ə. SÜLEYMANOV
İNTERFERENSİYA DİL HADİSƏSİ KİMİ
Açar sözlər: interfernsiya, dil sistemi, dillərarası əlaqə

Ключевые слова: интерференция, языковые системы, межязыковые

Key words: interference, the communication of interlanguages, language system

Xarici dillərin öyrənilməsinə təlabat durmadan artir. Bu da özünü hə­ya­tı­mı­zın bütün sahələrində xüsusilə də elmi texniki, iqtisadi və mədəni sahələrində da­ha parlaq biruzə verir. Müstəqillik əldə etmiş Azərbaycan digər ölkələrlə əla­qə­lə­ri­­ni gündən-günə genişləndirməkdədir. Xüsusilə yetişməkdə olan gənc nəslin in­tel­­lekt kimi formalaşmasında beynəlxalq aləmə çıxış, dünya mədəniyyəti ilə elmin müx­­təlif sahələrinin inkisafı ilə tanisliq, təhsildə kompyuter texnologiyası im­ka­nın­­dan geniş istifadə olunması, Avropaya inteqrasiya cəhdi, dünya təlim-tərbiyə, təh­­sil və tədris təcrübəsindən faydalanma müstəsna əhəmiyyət kəsb edir.

Bildiyiniz kimi, İngilis dili beynəlxalq aləmdə, eləcə də bütün dünyada bö­yük nüfuza malikdir. Məhz, bu baxımdan ölkəmizdə də xarici dillərin, xüsusilə də in­gilis dilimin öyrənilməsinə maraq artmaqdadır. Ona görə də ingilis dilinin hər­tə­rəf­li öyrənilməsi üçün onun Azərbaycan dili ilə müqayisəli şəkildə öyrənilməsi ol­duq­ca zəruridir. Bu baxımdan Azərbaycan dilçiliyində müxtəlifsistemli dillərin təd­qiqinə son dövrlərdə maraq xeyli artmışdır. Dilçi alimlərimiz xarici dillərin Azər­baycan dili ilə tutuşdurulması və muqayisəli öyrənilməsi istiqamətində xeyli iş­lər görmüşlər.

Bütün dünyada 3000-ə yaxın dil mövcuddur. Onlar müxtəlif dil qruplarına da­­xildir və onlar arasında coxlu fərqlər olduğu halda, oxşar cəhətlər də az deyil. Hər bir dil bir xalqın nemətidir. Elə xalqlar vardır ki, onların yazı dili yoxdur, la­kin şifahi dil insanlar arasında ünsiyyət vasitəsi kimi qalmaqdadır. Dillər – is­tə­ni­lən fikri səslərlə ifadə etmək üçün insanların istifadə etdikləri ünsiyyət vasitəsidir. Əgər insan öz nitq fəaliyyətində bir neçə dildən istifadə edirsə, deməli hə­min dil­lər­­lə əlaqədə olur. Dillərarası əlaqələrin baş verməsi vəziyyəti iki və da­ha cox dil­lə­­rin kontaktı əsasında olur. Bu əlaqələr zaman dillərin interferensiyası baş verir ki, o da dillərin bütün sferalarına təsir göstərir.

İlk dəfə olaraq Praqa dilçilik məktəbində interferensiya hadisələri haqqında fi­­­kir söylənil­mişdir. Onlar belə bir fikir söyləmişlər ki, interferensiya prosesi za­ma­nı dil­­lər arasında dil normalarının pozulması baş verir. Bu zaman həm mənfi, həm də müs­­bət nəticələr əldə edilə bilər. Belə interferensiya anlayışı daha geniş ya­y­­ıl­­mış­dır.

İki müxtəlif dil sistemlərindən-(məsələn Azərbaycan və ingilis dilləri) insan nit­qinə əlaqəli təsir göstərən amillərdən biri ana dilinin xarici dilə təsiridir. Biz əsas dil sistemi kimi Azərbaycan dilini interferensiyanın bir mənbəyi kimi, ingilis di­lini isə interferensiyanın bir obyekti kimi götürə bilərik. Lakin bu o demək de­yil­dir ki, əsas sistemi biz Azərbaycan dili götürək. Bunun əksi də ola bilər, yəni əv­­vəllər öyrənilmiş xarici dil də götürülə bilər. Bu da belə bir fikir söyləməyə əsas ve­­rir ki, əgər ana dili bütün sahələrdə dəqiq dil normaları əsasında öyrənilirsə, o hal­­da ana dili interferensiyanın əsas mənbəyi ola bilir. Əks halda isə öyrənilən in­gi­­lis dili Azərbaycan dilinə təsir göstərməklə gündəlik nitqimizə daxil ola bilir. İn­ter­ferensiya məsələsi dilçilikdə əsas problemlərdən biridir. Bu məsələnin öy­rə­nil­mə­sində biz Azərbaycan və ingilis dillərinin bütün səviyyələrinə müraciət et­mə­li­yik. Bu məsələnin araşdırılmasını hər iki dili qarşılaşdırmaqla, onların müxtəlif sə­viyyələrini öyrənməklə həll etmək olar. İstər şifahi nitqdə, istərsə də digər ya­rus­larda buna şahid olmaqla müxtəlifliyi görmək olar.

İnterferensiya hadisəsi əsasən bir dilin digərinə təzahür etməsi və təsir göstərməsidir. Bu hadisə iki dilin qarşılıqlı əlaqəsi zamanı gedən bir prosesdir ki, bu zaman dil normaları pozulur və digər dil təsirinə məruz qala bilir. Müşahidələr göstərir ki, interferensiyanın müxtəlif növləri mövcuddur.

Xarici dilin öyrənilməsində yeni dil materialının mənimsənilməsi və xarici dilin müxtəlif elementlərinin öyrənilməsi həmin dilin fonetik, leksik və qrammatik normalarının dəyişməsi əsasında baş verir. İlk öncə xarici dili öyrənən həmin dilin xüsusiyyətlərini doğma dil normalarına uyğun öyrənməyə çalışır. Bu zaman hər iki dil həm fonetik, leksik və qrammatik müqayisə olunmalıdır.

Müasir dövrdə ingilis dili beynəlxalq dil səviyyəsində öyrənilir və biz də bunu gündəlik həyatımızda hiss edirik. Beynəlxalq əlaqələrin inkişafı və onlar arasında xarici dilin funksiyasının artması, dünya mədəniyyətlərinin ingilis dilində öyrənilməsi Azərbaycan və ingilis dillərinin interferensiyası prosesində də özünü göstərir. Məhz, bu əlaqələr özünü ən çox xarici şirkətlər,firmalar və təşkilatların fəa­liyyət sahəsində biruzə verir. Məsələn: internet, compyuter, marketing, server, pleyer, reyting, limit, market, şou, şoumən, şoubizness, klip, kontur, broker, biznes, brifinq, bos, kontrol, konflikt və s.

Dilimizə daxil olan bu sözlər bəzən dil normalarını pozur,bəzən də olduğu kimi qəbul edilir. Bu zaman iki dil arasında interferensiya hadisəsi baş verir, yəni bir dil digərinə müdaxilə etməklə ona təsir gəstərir. Ona görə də interferensiyanın tədqiqi xarici dillərin öyrənilməsində mühüm rol oynaya bilir. Bu mənada interferensiya əlaqədə olan dillərin daxili mexanizmini açmaqla onların həm mənfi, həm də müsbət nəticələrini üzə çıxarır. Bir məsələyə diqqət yetirmək lazımdır ki, mənfi nəticəli interferensiya sanki bir xəbərdarlıq edirmiş kimi nitqdə təzahür etməklə dil əlaqələrinin inkişafına maneə yaradır. Dil sistemlərinin belə pozulması interferensiyanın təsir nəticəsi kimi xarici dildə nitqin qurulmasının bütün səviyyələrində aşkar edilir.

Beləliklə, interferensiya yavaş-yavaş baş verən prosesin ayrılmaz hissəsi olmaqla, qəbul edilmiş dil sistemində bu və ya digər dillərin hər elementinə təsir göstərməklə nüfuz edir.
Ədəbiyyat
1. Верещагин Е.М.”Психологическая и методическая характеристика дву­язы­чия. (билингвизма)”, Москва,1968, стр.131.

2. Баранникова Л.И. “Сущность интерференции и специфика ее про­яв­ле­ния.” Москва, Наука, 1972, стр.88.

3. Məmmədov N.X. “Dil əlaqələri probleminin tədqiqi.” Türkologiya, Bakı, 2000, N-1-4, s.69-80.

4. Məmmədli N. “Alınma terminlər”. Bakı, ”Elm” nəşriyyatı 1997.



Ə.V. TANRIVERDİ
MÜASİR AZƏRBAYCAN DİLİ HAQQINDA BƏZİ FİKİRLƏR
Açar sözlər: Azərbaycan dili, orfoqrafiya, bədii mətn, dilçilik

Ключевые слова: азербайджанский язык, орфография, худо­жест­вен­ный текст, лингвистика

Key words: Aзeri language, orthography, literary text, liguistics
Müasir Azərbaycan dilinin ümumi vəziyyətini belə səciyyələndirmək olar: çoxsaylı qəzet və jurnallarımız Azərbaycan dilində nəşr olunur; radio və tele-viziyalarımızda aparıcı dil məhz Azərbaycan dilidir; uşaq bağçalarından başlamış ən nüfuzlu ali məktəblərimizə qədər tədris və təlim-tərbiyə işləri əsasən Azərbaycan dilində aparılır; parlamentimizdə yalnız Azərbaycan dilindən istifadə olunur (1992-ci ildən); Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi rəsmiləşdirilmişdir (1995); Azərbaycan dili dünyanın mötəbər qurumlarının tribu-nalarından eşidilir... Bütün bunlar Azərbaycan dilinin fəaliyyət dairəsinin əvvəlki dövrlərlə müqayisədə üstün mövqedə olduğunu açıq-aydın göstərir. Amma bu istiqamətlərin hər birini elə inkişaf etdirməliyik ki, indiki qloballaşma dövründə dilimiz itkilərə məruz qalmasın, zənginliyini qoruya bilsin.

Azərbaycan dilçiliyinin son iyirmi ildəki inkişafını belə ümumiləşdirmək olar: orfoqrafiya, orfoepiya, dialektologiya və terminologiyaya dair lüğətlər nəşr edilib; fonetika, leksikologiya, onomalogiya, morfologiya və sintaksislə bağlı araşdırmalar təkcə sinxronik yox, həm də diaxronik müstəvidə aparılıb; M.Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri Azərbaycan dilinə tərcümə olunub; “Dədə Qorqud kitabı” ilə bağlı onlarla monoqrafiya, yüzlərcə tezis və məqalə çap olunub... Bu qeydlər onu deməyə əsas verir ki, Azərbaycan dilçiliyi XX əsrin 80-ci illərinə qədərki səviyyəsindən fərqli olaraq, daha çox dərininə inkişaf edib. Əlbəttə, bu sahədəki araşdırmalarımız da təkmilləşdirilməlidir.

Azərbaycan dilindən istifadə zamanı qüsurlar da müşahidə olunur:

Azərbaycan dilinin orfoqrafiya lüğətində (Bakı, 2004) bir sıra sözlərin səhv verilməsi mətbuatda xüsusi olaraq vurğulanır: kompüter – kompyuter; şeiriyyət – şeriyyət...”. Amma bu da var ki, orfoqrafiya lüğətində düzgün verilmiş onlarca söz mətbuat səhifələrimizdə, hətta elmi əsərlərimizin dilində belə səhv yazılır. Məsələn, orfoqrafiya lüğətindəki alğı-satqı, kəşməkəşli, apelyasiya kimi sözlər daha çox alqı-satqı, keşməkeşli, apellyasiya şəklində işlənir.

Reklam lövhələrində hər hansı bir məlumat, heç şübhəsiz ki, ilk olaraq Azərbaycan dilində verilməlidir. Amma bir sıra hallarda bunun tam əksi müşahidə olunur. Bəzən isə reklamların yalnız ingilis və rus dillərində təqdiminə rast gəlinir (bu barədə çox bəhs olunub);

-dır4 xəbərlik şəxs şəkilçisinin –dı4 formasında verilməsinə təsadüf olunur: məktəbdir-məktəbdi, həkimdir-həkimdi, oxumuşdur-oxumuşdu, demişdir-demiş­di... Bu, qrammatik normaların ən ciddi pozuntularından biri hesab oluna bilər;

Bir sıra ziyalılarımızın Türkiyə vətəndaşları ilə söhbətləri zamanı şu, şöylə, əvət, əfəndi və s. kimi söz və ifadələrdən istifadə etmələri, eyni zamanda intonasiyalarını Türkiyə türkcəsinə uyğunlaşdırmaları müşahidə olunur ki, bu da qətiyyən yolverilməzdir. Yeri gəlmişkən, bu prosesdə qarşı tərəf əsasən Türkiyə türkcəsindən istifadəyə üstünlük verir.

Azərbaycan ailələrində bəzən yeni doğulmuş uşaqlara ilk olaraq ingilis və rus dillərinin öyrədilməsinə təsadüf olunur ki, bu da mənəviyyatımıza vurulan zər­bə­lərdən biridir. Burada Y.A.Komenskinin bir fikrini xatırlatmaq yerinə düşür: “ana dilinə yiyələnmədən adama xarici dil öyrətmək – uşağa yeriməyi öyrətmədən at minməyi öyrətmək kimi bir şeydir”.

Azərbaycan dilçiliyi üzrə araşdırmalarda aşağıdakı məsələlərə daha çox diq­qət yetirmək lazım gəlir:

Orfoqrafiyaya dair çap olunmuş lüğətlər təkmilləşdirilərək yenidən nəşr olun­­ma­lıdır;

Daha çox orta məktəb kursunu əhatə edən orfoepiya sözlükləri müasir tələb­lə­rə tam cavab vermədiyi üçün orfoepiyaya dair tədqiqatlara istinad olunmaqla “Azər­baycan dilinin orfoepiya sözlüyü” hazırlanmalıdır (bu, AMEA-nın Nəsimi adı­na Dilçilik İnstitutu və ali məktəblərin filologiya fakültələrinin mütə­xəs­sis­lə­ri­nin birgə fəaliyyəti ilə asanlıqla reallaşdırıla bilər);

Əsası M.Kaşğari tərəfindən qoyulmuş morfonologiya məsələləri üzrə araşdırmalar kompleks və sistemli şəkildə aparılmalıdır;

Fonetika, leksikologiya, onomalogiya və qrammatikaya dair araşdırmalarda qədim abidələrimizin dili mütləq nəzərə alınmalı, problemə daha çox tarixi-linqvistik müstəvidə yanaşılmalıdır. Burada yalnız iki faktı qeyd etməklə kifayətlənirik: 1) 1940-cı ildə əlifbadan çıxarılmış “ή” (sağır nun, velyar ή) səsinin hərfi işarəsi bu gün də məna dolaşıqlığı yaradır: kitabıήı-kitabını, ataήı-atanı, .... Digər tərəfdən, müasir ədəbi dilimizdə “ή” səsinin olmaması miή-min, doή-don kimi sözlərin omonimlər başlığı altında öyrənilməsinə səbəb olmuşdur; 2) müasir ədəbi dilimizdə kök və şəkilçi morfemlərinə parçalanmayan “dinlə” sö­zü­nün kök hissəsini (din) məhz M.Kaşğarinin “Divan”ına istinadən dəqiq­ləş­dir­mək mümkündür: tın (nəfəs almaq, soluq), tınqla – dinləmək...;

Anadilli ədəbiyyatımızın dilindəki assonans, alliterasiya, təşbeh, metafora, antiteza, inversiya kimi bədii təsvir və ifadə vasitələri daha çox mətn semantikası müstəvisində tədqiq olunmalıdır;

Yazılı abidələrimizin dilindəki akkumulyativlik müəyyənləşdirilməli, eyni za­manda bu tədqiqatlara istinad etməklə bir sıra söz və ifadələrin bərpasına ça­lış­maq lazımdır. Məsələn, müasir ədəbi dilimizdə II növ təyini söz birləşməsi mod­e­lin­də olan “süd qardaşı” vahidi M.Kaşğarinin “Divan”ında “əmikdəş”, Kişvərinin di­lində isə “əmiktaş” şəklindədir. Müqayisələr “süd qardaşı”nın əvəzində “əmik­dəş” sözünün işlədilməsinin daha uğurlu olduğunu göstərir.

Bədii mətnlərdə dilçilik məsələlərinin poetik şəkildə ifadəsi müəyyən­ləşdirilməlidir. Nümunə: IX-XI əsrlərdə aid “Oğuznamə”dəki “söz sözü çəkər”, “Söz sözdən açılur”, “Söz torpaq kibidir, eşdikcə örər” kimi deyimlərin məna yükü F-de Sössürün “...İstənilən söz həmişə onunla bu və ya digər surətdə assosiasiyaya qadir olan hər şeyi yada sala bilər” fikri ilə eyni semantik şaxədə birləşir. Bu isə o deməkdir ki, “Oğuznamə”də poetik şəkildə ifadə olunmuş nəzəri fikirlər Avropa dilçiliyini ən azı min il qabaqlamışdır.

Azərbaycan dili dərsliklərində fikri təsdiq üçün verilən nümunələrin bədii-es­tetik siqlətinə xüsusi olaraq diqqət yetirilməlidir. Yeri gəlmişkən, bu sahədə tu­tar­lı mənbələrimiz kifayət qədərdir. Məsələn, Bəkir Çobanzadə 1928-ci ildə yaz­dı­ğı “Türk qrameri” kitabında hal kateqoriyaından bəhs edərkən “Gətirəndə el gə­ti­rər, yel gətirər, sel gətirər. Aparanda el aparar, yel aparar, sel aparar” kimi nü­mu­nə­ləri verir. Bu mənada Azərbaycan dili dərsliklərində “Əhməd yaxşı oxuyur”, “Tu­ral top oynayır”, “Zəng vuruldu, dərs başlandı” kimi cümlələrdən imkan da­xi­lin­də imtina olunmalı, əksinə, “Qar üzərinə qan tammış kibi qızıl yanaqlım!” (“Ki­tab”), “At türkün qanadıdır” tipli nümunələrə üstünlük verilmə­lidir.

Ulu Dədə Qorqudun dilini yad təsirlərdən qorumalı, yaşatmalı, təkmil­ləş­dir­mə­li və zənginləşdirməliyik.



M.A. TƏKLƏLİ (NURİYEVA)
ÇAĞDAŞ DÖVRDƏ AZƏRBAYCAN DİLİ
Açar sözlər: ana dili, alınma söz, türkcə, rus dili

Клчевые слова: родной язык, иноязычные слова, по-турецки, русский язык

Key words: mother tongue, adopted word, turkish, russian language
Dil milli varlığın simvolu, daha doğrusu göstəricisidir. Milyon illər ərzində in­sanın bütün başqa kəşfləri ilə müqayisə etdikdə dilin ən böyük, ən ecazkar bir kəşf olduğu qənaətinə gəlirsən. Dil insan fikrinin, insan mənəviyyatının, psixoloji alə­minin ehtiraslarının parlaq bir güzgüsüdür. Dil gözəllik xəzinəsidir. Son za­man­lar dilin təmizliyi, bu mənada alınma sözlərə fərqli münasibətlər fonunda bu mə­sələ tez-tez mübahisə və tədqiqat hədəfinə çevrilməkdədir. Cəsarətlə demək olar ki, belə araşdırmalar ictimai, milli, tarixi əhəmiyyət daşımaqla bərabər, siyasi prob­lemlərin həlli üçün də açar kimi bir vasitədir.

Azərbaycan ədəbi dilindəki alınma sözlərin xarakteri və lüzumsuz alınmaların ortaq türkcəmizə məxsus sözlərlə əvəzlənməsi vacibliyi. Alınma söz niyə alınır və onun dilə daxilolma zərurəti nədən doğur? Məlum olduğu üzrə söz alınmasının birinci səbəbi müəyyən anlayışları ifadə etmək üçün dildə lazımi sözün yoxluğundan doğur. Alınma sözlərin vasitəsilə isə dil zənginləşir, onun ifadəlilik imkanları daha genişlənir.

Cəmiyyətin inlkişafı ilə birlikdə dilin də zənginləşməsi və təkmilləşməsi fakt­ları da göz önündədir: fayl, printer, skaner, monitor, maus, kartriç (kompüterə aid); kikboks, skeytbol, boulinq (idmanla əlaqədar), biznes-sentr, şou-biznes, makler, market, barter, vauçer, diler, broker, eksçenc (iqtisadiyyat və maliyyə ilə bağlı), top-şou, mesaj, imic, fitnes-klub, xit, prezentasiya, nominasiya,monitor, şoumen, feysbuuk, brifinq, debat, sponsor, bankomat (insanın müxtəlif fəaliyyət sahələri ilə əlaqədar)...kimi sözlər dilimizdə günü-gündən çoxalmaqdadır.

Azərbaycan dilində alınma sözlərin miqyasını və xarakterini təyin etmək üçün dilin tarixi inkişafı yollarına nəzər salmaq lazım gəlir. Belə ki, Azərbaycanın Rusiya imperiyası idarəsinə keçməsilə XIX yüzilliyin ilk çağlarından başlayaraq rus, həmçinin Avropa sözlərinin Azərbaycan ədəbi dilinə intensiv axını başlayır; həm də bu sözlərin müxtəlif funksional üslub təzahürlərinə nüfuz etdiyini görürük. Bu təsir Sovetlər birliyi illərində daha güclü və davamlı xarakter alır. Hətta bu qarşısıalınmaz axının təsiri altında əvvəl dilimizdə işlənən sözlərimiz bu zorakı alınmalar önündə tab gətirmir, fəallığını tezliklə itirməklə aradan çıxır, daha doğrusu öz yerini yeni “alınmalara” verirdi: qışla -kazarma; dolça – qrafin; dol – vedrə; almas – brilliant; təqvim – kalendar; həyəcan trevoqa; dəftərçə blok­not; masa stol; ayaqqabıtufli; saray – plaza; soba – peç...sözləri ilə əvəz­l­ənməklə dildə sıxışdırılıb passivləşməyə üz qoydu. Faktlar göstərir ki, rus di­lin­dən və onun vasitəsi ilə Avropa dillərindən söz alınarkən bu prosesdə di­lim­iz­də­ki əski və əlverişli sözlərimizin mövcudluğu nəzərə alınmamışdır. Demək ki, di­limizin lüğət tərkibindəki alınmaların heç də hamısı qonşuluq münasibətləri sa­yə­sində, nə də deyildiyi kimi iqtisadi, siyasi, elmi, mədəni əlaqələr nəticəsində da­xil оlmamışdır. Aydın olur ki, dillərin qarşılıqlı əlaqəsi məsələsi birtərəfli an­la­şı­l­dı­ğından nəticədə xalqın milli sərvəti sayılacaq ana dili lüzumsuz və bu səbəbdən də doğmalaşa bilməyən yad ünsürlərlə dolmuşdur. Bu mənzərəni canlandırmaq üçün yuxarıda göstərdiyimiz nümunələrə bu sayaq əlavələr edə bilərik: şorba – sup; iflas-bankrot; alay – polk; yavər – adyutant; nüsxə - resept; çapar (və ya qa­sid) – kuryer; üstəgəl – plyus; çəkmə, ayaqqabı - tufli; mənzərə - peyzaj; əzvay – aloe; səfil – bomj; qovluq – papka və s.

Təbii ki, qeyd etdiklərimiz beynəlmiləl sözlərə aid deyildir; beynəlmiləl xa­rak­terdə dəyərləndirilən alınmaları dəyişməyə heç bir əməli və elmi ehtiyac yox­dur. Bunlar notarius, kolxoz, sovxoz, şlyapa, poliklinika, telefon, poema, ro­man, atom, dram, artist, balerina, metro...kimi sözləri əhatə edir. Lakin villa ye­rinə malikanə, saray, test yerinə yoxlama, sınaq, , eksklyüziv – xüsusi, bravo - əh­sən, afərin; innovasiya – yenilik, , bomj səfil və ya səfil – sərgərdan; mini mar­ket dükan; market maqazin; super market – bazar; anons duyuru; star ulduz; şou göstəri; unikal- möhtəşəm, mümtaz, üstün; qonorar – qələm haq­qı; komfort – rahat; problem qayğı, müşkül və ya məsələ, illət deyə bil­mə­rik­­mi? Daha doğrusu işlətməkdə olduğumuz həmin sözləri istifadə etmədə ardıcıl ola bilmərikmi?! O halda ki, problem anlayışında öz yerinə və məqamına görə bü­tün qeyd olunan məfhumlar öz ifadəsini tapa bilir. Həm də bunlar heç də bey­nəl­m­i­ləl terminlər deyil. Bu sözlərin göstərdiyimiz şəkildə ana dilindəki çox əlverişli qar­şılığı olduğu halda illərdən bəri işlədilən, hər kəsin bildiyi, işlətdiyi, alışdığı söz­lərimizi dildən sıxışdırıb çıxarmağa nə ad vermək olar? Qəzənfər Kazımovun ob­razlı qeyd etdiyi kimi, “nə üçün özgə qaşığı işlədirik?”.. Düşünmək lazımdır.

Həm də sözlərin hamısını birbaşa mənbə dildən almadığımıza və bu sözləri rus dili “körpüsündən” keçirdiyimizə görə beynəlmiləl sözləri belə dəyişilmiş hal­da götürməli olduq: repartyor, transpartyor, və yaxud beynəlmıləl fabrik olduğu hal­da lüzumsuz olaraq həm də zavod sözünün, helikopter yerinə vertolyot alın­ma­sı... Ölkənin ziyalıları dilimizin qayğısını çəkməklə daim belə hallara qarşı çıx­mış­lar. Xalq şairi Rəsul Pza Azərbaycan SSR-in o zamanlar Baş Soveti olan Ali So­vetinin ikinci sessiyasının iclasındakı çıxışında deyirdi: "Mən bilmirəm, "Kom­mu­nist" qəzeti hansı əsasa görə və hansı haqla maliyyə, vətəgə, təpə, məhsul, hə­vəs, fincan sözləri var ikən, finans, promısel, sopka, produkt, stimul, çaşka və bu ki­mi sözləri özbaşına bizim dilimizə soxur?

Düzdür, ana dilimizin əsas zənginləşmə mənbəyi dilin daxili imkanlarıdır; məhz bu yol ən məhsuldar, ən əlverişli yoldur. Dilin lüğət tərkibi yalnız bu mənbənin hesabına artıb güclənə bilir. Hətta bir vaxtlar ifrata varan ziyalılarımız olmuşlar ki, onların purist (dildəki bütün alınmalara qarşı uydurma sözləri qoyan ölkədəki purizm hərəkatı nəzərdə tutulur) fəaliyyətləri nəticəsində coğrafiya – yerbil, astronomiya – göybil, təyyarə - uçquç, samovar – qur-qur... deyə onlarla sözümüz, alışdığımız vasitələr dildən çıxa bilərdi. Vaxtilə maarifçi ziyalılarımız həmin ifrat hərəkata qarşı çıxa bilmişdilər. Məsələ burasındadır ki, Yusif Vəzir Çəmənzəminli belə düşünən bəzi “milli” ədiblərin obrazını canlandırmaqla öz düzgün mövqeyini nümayiş etdirmişdir. Yazıçının “Aprelin biri” hekayəsində Əsəd bəy surəti vacib sandığı bir çox məsələlər sırasında yeni dil problemi ilə də məşğul olmağa imkan tapır; “lisaniyyət marağı dövrü Əsəd bəy islahatçı olaraq meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin işlənməsini təklif etmişdir; məsələn, xoruz əvəzinə qızıl pipik quş, musiqi əvəzinə zır-zır, münəccim əvəzinə ulduzabaxan və qeyriləri”

Məsələ ondadır ki, belə kiçik təcrübələr-sərbəstliklərin dilə acı nəticələr gə­ti­rə biləcəyini təsəvvür etmək elə də çətin deyildir. Həmçinin son zamanlar dili­mi­zin öz daxilində yaratdığımız durum, ortam, gündəm, çağdaş, başqan... söz­lə­ri­ni də eyni cür – söz yaradıcılığına ifrat aludəçilik sayaq qiymətləndirilməlidir. Bu­nun­la bərabər onu da etiraf edək ki, bu gün alışdığımız və məmnuniyyətlə iş­lət­d­­i­yi­miz veriliş, göndəriş, çağırış, anlayış, baxış, bildiriş, giriş, uduş, sonluq, sözlük və s. kimi sözlər də o təcrübədən yadigardır.

Dil mənəviyyatın açarıdır. Keçmiş SSRİ miqyasında yalnız rus dilinin ümum ünsiyyət vasitəsi olması hər şeydən əvvəl türk xalqları yaşayan res­pub­li­ka­lar arasında da əsas vasitə olur; bununla da Azərbaycan türkcəsi türkmən, özbək, qa­zax, türkcələrindən uzaqlaşır, dillərin ayrılması, fərqləşməsi prosesi güclənirdi. An­laşmaq üçün rus dili vardı; bu kifayət edirdi. Türkiyə türkcəsində də ifrat “ye­ni­ləşmə” meyli bu bağlılığın ortaq vasitələrini qırıb aparmaqla həmin dil or­taq­lı­ğı­nı pozmaq işinə istəsə də, istəməsə də xidmət etməli olurdu.

Dilimizin qayğıların düzgün qiymətləndirməmək qayğısızlıq doğurur. Bunun kimi: Badamdar – Padamdart; Şıx – Şıxov; Kırım – Krım; Nasoslı – Nasosnı, moğol – monqol şəklinə düşməklə qeyd etdiyimiz diqqətsizliyi nümayiş etdirir. Təəssüf ki, diqqətsizlikdən doğan yanlışlıqlar hələ də davam edir. Əlbəttə, yaxşı deyil, ən azından dilimizin ənənəvi orfoepik və ya orfoqrafik normaları baxımından; məhz bu xeyirli ənənələr dilimizin ifadəlilik vasitəsinin qeyri-ciddi anormal vasitələrlə doldurulmasına qarşı dura bilir. Digər halda - alınma sözlərin dilimizə daxil olma prosesini sürətləndirir. Qərbin qarşısında diz çökmələri andırır nəticədə yaranan bu “bolluq”. Əlbəttə, əsrlərin qovşağında birbaşa yaxşı nədir, pis nədir? bölgüsü aparmırıq. Dildəki kəsirlər və çatışmamazlıqlar bizi qayğılandırır...

“Sovet quruluşunun dağılma prosesi bütün sinir ucları ilə fəaliyyətə başladıqda ilk növbədə güclü oyanma dil siyasətində özünü göstərdi. Ona görə ki, dil xalqın milli özünə məxsusluğudur, millətin millət olduğunu şərtləndirən, onun bütün mədəni keçmişini mühafizə edən ən mühüm vasitədir. Təbii ki, rus dili Azər­bay­can dili üçün həm vasitəçi “körpü”, həm də mənbə dil rolunu oynamışdır. Gör­dü­yümüz kimi bu zaman ifrata varıldığından əski və dəyərli ortaq türk söz­lə­ri­mi­zin dildə mövcudluğu, işləkliyi, zəruriliyi nəzərə alınmamışdı. Külli miqdar “yad”, həm də lüzumsuz alınmaların dilə doluşmasına böyük meydan verilmişdir. Mi­sal göstərdiyimiz qəbildən olan daha yüzlərlə sözün ana dilində tam qarşılığı ol­duğuna görə bu yeni alınma sözlər bir müddət özünün sinonimləri ilə işlənmiş, get-gedə isə bu zaman gözlənilən çox təbii bir surətdə öz sinonim qarşılığını sı­xış­dı­rıb dildən tamamilə çıxarmağa başlamışdır.

İndi bu hal özünü şifahi nitqdə göstərməkdədir: gödəkçə yerinə kurtka; çilçıraq – lüstr; alışqan – zajiqalka; şorba – sup, qəza – avariya; bayağı – banal; qutu – korobka; möhlət – srok; sınaq prob; nahar – obed, xardal – qarçişnik; döşəmə – pol; tıxac – probka; mənzərə – vid; idman – sport; parç – krujka; qələm – ruçka; qovluq – papka; lövhə– tablo; siyasət – politika; sancaq – broş(ka); ata – papa; fincan – çaşka; sağanaq – oprava; düzəliş – pravka; ambar – depo; dairə – kruq; Hindistan – İndiya; rəfiqə, bacılıq – podruqa; məst, çəkələk – domaşnik... sonuncu misalla bağlı yerindəcə qeyd etməliyik ki, ədəbi dilimizdə və bu dilin canlı qolunda məst, çəkələk, başmaq və s. kimi nümunələr olduğu halda şifahi nitqdə bunların demək olar ki, heç biri işlənmir.

Bəzi hallarda dildə uzun tarixdən bəri işlənməkdə olan sözlə nisbətən yeni alınmalar sinonimləşərək müvazi olaraq içlənməkdə davam edir: islahatreforma; maliyyə finans; memarlıq – arxitektura; köpək balığı – akula; örnəketalon; duyumintuisiya; qərargah – ştab; masa stol; nəqliyyat transport; yedəkbuksir; layihə – proyekt; təqdimat prezentasiya; dəb moda; kürsü stul; tərcümeyi-hal avtobioqrafiya; kirəkeş və ya kirayənişin kvartirant; nitq reseptor; cəfəngiyyat absurd; lövhə tablo; təhlil analiz; afərin və ya əhsən – bravo və s. ikincilər fəallaşmadadır.

Dilimizdə olan qarşılıqları hazırda çoxdan unudulmuş həmayil, nişan, cüm­hu­riyyət, nüsxə, risalə, istiarə, canlıq, cövşən “döş və kürəyi örtən zirehli ge­yim”(qədim slavyanlara da keçən bu geyim onlarda “yuşman” adlanırdı), təşbeh ki­mi tarixi sözlərimiz akselbant, orden, respublika, resept, traktat, metafora, bro­nojilet, epitet sözlərilə əvəz edilmiş, halbuki birinci nümunələr ikinciləri tam mə­nası ilə əvəz edə bilər. Beləliklə, dilin özündə əlverişli qarşılığı ola-ola və­ziy­yə­ti mürəkkəbləşdiririk. Qeyd olunmalıdır ki, Respublikamızın öz müs­tə­qi­l­li­yinə qo­vuşmasından sonra dilin lüğət tərkibində ciddi irəliləyişlər əldə olundu; dil­dəki rus və Avropa mənşəli sözlər qarşısında bir vaxtlar nüfuzunu və fəallığını itir­miş söz­lərimiz hazırda təkrar öz işləkliyini bərpa etməkdədir: tabur (əvvəl ba­tal­yon), ça­vuş (serjant), taqım (vzvod), fərari (dezertir), yemək çeşidi (menyü), tor­ba (ku­lok), ayaqqabı (tufli); ənnik (rumyana)... Bu proses gündən-günə güc­lə­nib ar­t­maq­da­dır.

...Dil bu gün hər kəs üçün, hamımızdan ötrü milli müstəqilliyimizin başlıca şər­tidir; o, malik olduğumuz mədəni keçmişimizin mühafizəçisi, gələcək mədəni yük­səlişinsə müdafiəçisidir.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin