Azərbaycan Respublğikaeı Nazirliklərinin Dövlət Komitələrinin və başqa Mərkəzi İcra hakimiyyəti


Ödəniş dərəcələrinə ixtisas tələbləri



Yüklə 1,67 Mb.
səhifə14/147
tarix10.01.2022
ölçüsü1,67 Mb.
#109970
1   ...   10   11   12   13   14   15   16   17   ...   147
Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali təhsil, 10 il pedaqoji və 3 il rəhbər işlərdə stajı. Direktorun vəzifə maaşından 10-20 faiz aşağı vəzifə maaşı müəyyənləşdirilir.


LABOROTORİYA MÜDİRİ

Əmək funksiyası:

Laboratoriyanın işini planlaşdırır və təşkil edir. Normativ sənədlərin, tədris plan və proqramların, dərslik və dərs vəsaitlərinin, metodik tövsiyələrin işlənilməsinə və onların nəşrə hazırlanmasına rəhbərlik edir.

Peşə məktəbi və peşə litseylərinin metodiki təminatı üçün tədbirlər görür.

Peşə məktəbi müəssisələrinin rəhbər və mühəndis-pedaqoji işçiləri ilə metodika bölmələrinin, seminarların, seminar-praktikumların, təlimat-metodika müşavirələrinin keçirilməsini təşkil edir və fənn olimpiada və baxış-müsabiqələrin təşkilində məktəblərə köməklik edir.

Qabaqcıl pedaqoji təcrübənin öyrənilib yayılması, təlimin yeni forma və üsullarının tətbiqi, eksperiment-təcrübə işlərinin aparılması, tədris müəssisələrində metodiki orqanların işinin səmərəliliyinin artırılması sahəsində laboratoriya metodistlərinin fəaliyyətini əlaqələndirir və istiqamətləndirir.

Fənlərin tədrisinin, peşələrin təlimi vəziyyətinin, şagirdlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsinin öyrənilməsi və təhlili sahəsində metodistlərin işini təşkil edir, nəticələri ümumiləşdirir, təkliflər işləyib hazırlayır, texniki peşə təhsili üzrə Respublika Tədris-Metodika Kabineti haqqında əsasnamədən irəli gələn digər vəzifələri həyata keçirir.



Bilməlidir:

"Azərbaycan Respublikasının Təhsil Qanunu"nu, Təhsil Nazirliyinin əmr və sərəncamlarını, peşə məktəbləri və peşə litseylərinin normativ sənədlərini, əmək qanunvericiliyinin, pedaqogika və psixologiyanın əsaslarını, tədris plan və proqramlarının quruluşu və məzmununu, idarəetmə qaydalarını.




Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin