Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Turizm İnstitutu
“Turizm işinin təşkili və idarə edilməsi” fakultəsi
“İctimai fənnlər” kafedrası
“Dünya muzeyləri” Fənnindən
“Konya şəhər muzeyi” mövzusunda
KURS İŞİ
Muzeyşunaslıq-Diyarşünaslıq ixtisası üzrə əyani şöbənin üçüncü kurs tələbəsi Şərəfxanov Yadigar
Müəllim: S.E.N. G. Qafarova
Bakı – 2009
Plan
Giriş.........................................3
Türkiyə......................................4
Konya şəhərinin tarixi................6
Konya memarlığı.........................11
Konya muzeyləri...........................16
Nəticə..............................................28
Ədəbiyyat siyahısı............................29
Giriş
Dünyada çoxlu şəhər muzeyləri vardır. Afina,Roma,Madrid,Berlin və s. Dünyanın ən məşhur şəhər muzeyləridir.Belə şəhər muzeylərindən biri Türkiyənin Anadolu bölgəsində yerləşən, böyük tarixi şəxsiyyət Mövlana Celaləddin Ruminin vətəni Konya şəhəridir. Konya son dərəcə gözəl şəhərdir. XII-XVII əsrlərdə salınmış və məscidlərin, tarixi abidələrin çoxluğu ilə məşhurdur. Buna görə də açıq səma altında muzeyə bənzədilir. Bununla bərabər şəhərin arxitekturasını pozmayan müasir tikililər də vardır. Təkkə dağının ətəyindən Konya şəhərinə gözəl mənzərə açılır. Təşkilatçıların dəvət etdiyi “Səma Göstərisi”ndə isə iştirakçılar bir anlıq da olsa dərvişlərlə birlikdə onların sehrli aləminə qapıldılar. Ən unudulmaz anlardan biri də vaxtilə Səlcuq Sarayının Gül Bağçası olan Mövlana Muzeyinin ziyarətgahı idi. O, Mövlananın atasına Səlcuq sultanı Əlaəddin Keyqubad tərəfindən hədiyyə edilmişdir. 1273-cü ildə dünyasını dəyişən Mövlana burada dəfn edilmişdir. 1396-cı ildə Qübbeyi-Xadra (Yaşıl Gümbəz) adlı türbə inşa edilmişdir. Uzun müddət burada inşaat işləri aparılmış və 1926-cı ildə Muzey kompleksi kimi ziyarətçilərin istifadəsinə verilmişdir.
Muzeyə girişdə Quranın yüksəkdən oxunması üçün nəzərdə tutulan Tilavət otağı yerləşir. Növbəti otaqda Mövlana, atası, qohumları və dostları dəfn edilmişdir. Buradan dərvişlərin səma (Mövləvilikdə ayin; yerində fırlanaraq həyata keçirilir) etdiyi Səmaxanaya çıxış var. Orada Mövləvilərin və Mövlananın ən qədim əlyazma nüsxələri, o dövrün musiqi alətləri, qiymətli xalça, parçalar, geyim nümunələri, məişət əşyaları, xəttatlıq sənətindən nümunələr saxlanılır. Muzeyin məscid hissəsində qədim xalçalar, Qurani-Kərimin qiymətli əlyazmaları və başqa əsərlər nümayiş etdirilir. Kompleksin tərkibinə mətbəx, dərviş hücrələri, Şəbi-Ərus fəvvarəsi, şadırvan da daxildir. Komplek əzəməti ilə insanı heyrətə gətirir. Hər gün buranı dünyanın müxtəlif ölkələrindən, fərqli dinlərə mənsub yüzlərlə insan ziyarət edir. burada Mövlananın məşhur kəlamını xatırlamaq yerinə düşər:
Gəl, gəl, gəl nə olursan ol yenə gəl!
İstər kafir, istər bütpərəst, istər məcusi ol, gəl.
Bizim dərgahımız Ümidsizlik dərgahı deyildir.
Yüz min kərə tövbəni pozmuş olsan da...
Yenə gəl!
Konyanın tarixi abidələrinin sırasına Şəms Təbrizi, Əlaəddin təpəsində yerləşən Əlaəddin məscidi, Səlcuqlar sarayının qalıqları, çay və meşələrlə əhatə olunmuş Məram bağları daxildir.
Türkiyə
Dostları ilə paylaş: |