Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm İnstitutu



Yüklə 0,78 Mb.
səhifə5/8
tarix10.01.2022
ölçüsü0,78 Mb.
#110151
1   2   3   4   5   6   7   8
Lidiyalılar, Farslar və Yunanlar da Konya torpaqlarını ələ keçirtməyə səy göstərmişlər. Şəhər bu səbəbdən də əldən ələ keçmişdir. Böyük İskəndərin b.e.ə. 330-cu illərində Anadoluya səfərləri, Yörə xalqının taleyini dəyişdirən hadisələrdəndir. Berqama kralı III Attalosun ölümündən sonra Konya Roma İmperiyasına keçmişdir. O, dövrdə “ikonium” adıyla tanınmışdır. 260-cı illərində cənubda yaşayan Palmiralılar, Qotlara qarşı Romalılarla ittifaqa girdilər. İki müttəfiq ordu 267-ci ildə Konya ərazisində birləşərək, Qotlara doğru hərəkətə keçdilər. Baş verən hadisələr Konya ərazisini iqtisadi cəhətdən tənəzzülə uğratdı. Roma imperiyasının ikiyə bölünməsi nəticəsində (395) Konya, Şərqi Roma imperiyasının ərazisinə qatıldı.

47-53-ci illərdə ilk Xristian misioneləri Saint Paul Antalyadan Yalavaça oradan da Konyaya gəlir. Burada bütpərəstlərin və yəhudilərin şiddətli üsyanı ilə qarşılaşdılar. Onun gəlişi bölgədə xristianlaşmağa gətirib çıxartdı. Konya bundan sonra əhəmiyyətli bir dini mərkəzə çevrildi.

Bizans dövründə xalq son dərəcə mürəkkəb bir həyat yaşamışlar. Vergilərin ağırlığı Konyada təsərrüfata ciddi ziyan vurmuşdur. Sasanilərin həyata keçirdiyi yürüşlər Konyada dağıntılara səbəb olmuşdur. Dövlət idarəçiliyində mərkəzləşmənin zəifləməsi nəticəsində baş verən daxili çəkişmələr xalqa böyük itkilər vermişdir. Qalalar, bu qala içindəki əsrarəngiz tikililər dağıdılmış, xalq yoxsullaşmışdır.

Bu dövrdə Əməvilər Konya üzərinə hücuma keçdilər. Xəlifə I Müaviyənin orduları, şəhəri ələ keçirtsələr də Bizanslılar təkrar şəhəri ələ almağa cəhd göstərirdilər. Bizansın strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bu şəhəri ələ keçirməyi qarşısına məqsəd qoyan Xəlifə Əbdülməlik Konyanı təkrar ələ keçirir(704). Konstantinopolun fəthi üçün Konyanın böyük əhəmiyyətini bilən Bizanslılar, çox keçmədən Konyanı təkrar ələ keçirtsələr də, Xəlifə I Vəlid şəhəri 708-ci ildə şəhəri təkrar ələ keçirərək müsəlmanların şəhərlərinə daxil edilir. Abbasilər, xüsusilə Xəlifə Harun Rəşidin dövründə “Diyari Rum” tanınan Anadolunun üzərinə ağır basqılar həyata keçirilmişdir. Bununlada Bizans Kraliçası İrən (797-802), Konya torpaqlarının gəlirlərini Abbasilərə vermək məcburiyyətində qalır.



Səlcuq dövrü. XI əsrdə Diyari Rum üzərinə Səlcuq axınları başlayır. 1064-cü ildə Səlcuq hökmdarı Alp Arslanın dövründə Türkmənlər Antakya tərəfə hərəkətə keçddilər. İç Anadolu üzərinə basqınlar həyata keçirtməyi başlayınca Bizanslılar, Qaysəri yaxınlığında qabaqlarını kəsdilər. Bu anda Alp Arslana qarşı şahzadə Elbasanı vəzifələndirən Afşin Bəy, Bizansları məğlub edərək, fətih hərəkətini başlatmış oldu. 1068-ci ildə Konyanı ələ keçirtsədə bir qədər sonra geri çəkildi.

Anadolunun qapıları, 1071-ci ildə Malazgirt zəfəri ilə Türklərin üzərinə açıldı. Səlcuq ordusu Anadolunun içlərinə qədər irəlilədi. Qutalmışoğlu Süleyman Şah, 1074-cü ildə Konyanı fəth etdi və müstəqilliyini elan etdi. Abbasi Xəlifəsinin də özünnə sultan ləqəbi verməsiylə Anadoluda “Anadolu səlcuq dövləti” yaratmış oldu(1076).

I Kılıçarsalan, İmperator İ.Aleksios Kommenosun Papa Urbenin yardımı və dəstəyi ilə hazırladığı I Xaç yürüşü ilə cəhd etsə də, geri çəkilmək məcburiyətində qalır. Əvvəl İzmit, sonra Konya Xaçlıların əlinə keçir. Ordusunu yenidən quran Səlcuqlar yenidən Konyanı alırlar. Danışmendillər də Malatya yaxınlığında Xaçlıları məğlub edirlər.

İkinci Xaçlı yürüşü Sultan I Kılıçarslan tərəfindən Akşəhər yaxınlığında məğlub edilir.

Məlik Şah, 1189-cu ildə Konyanı ələ keçirtdi. Bunu fürsət bilən Xaçlılar Anadolu üzərinə “üçüncü səfərlərini” həyata keçirtdilər. İmperator Friedrix Barborossanın başçılığı ilə ordunun qarşısına Səlcuqlar Akşəhərdə çıxsalarda Konyaya qədər geri çəkilmək məcburiyyətində qalır. Meram bağlarına qədər irəliləyən Xaçlılar, Sultan II Kılıçarslanla edilən razılaşmaya görə Karaman üzərindən cənuba tərəf irəlilədilər.

Bəyliklər dövrü. Anadolu Səlcuqlu dövlətinin parçalanmasından sonra meydana gələn “bəyliklər” hər vasitə ilə Konyaya sahib olmağı məqsəd bilmişlər. Qaramanoğulları dövründə Toxtamışın, Ələddin Əli Bəyin cəhdləri bunlardandır.

Osmanlı dövrü. Böyük Səlcuq imperatorluğunun dağılmasından (1157) xeyli müddət sonra Kiçik Asiyada yeni bir qüdrətli türk-müsəlman dövləti - Osmanlı imperatorluğu meydana gəldi. Bu dövlətin qurucusu Oğuzların Qayı boyundan olan Osman bəy idi. Osman Qazi Əskişəhər-İraq yolunu ələ keçirdərək Konya sultanlığının varlığına son qoydu və bununla da türklər 1299-cu ildə öz dövlətlərini yaratdılar. Bu dövlət, qurucusu Osman bəyin adı ilə Osmanlı dövləti adlandırıldı.

Cumhuriyyət dövrü. Cümhuriyyət dövründə Konyalılar tarixi misiyalarını yenədə təkrarlamışlar. Osmanlı dövlətinin quruluşunda olduğu kimi Cümhuriyyət Hökumətinin təsis edilməsində Konyalıların xidməti böyükdür. Türkiyə dövlətinin xilaskarı və qurucusu Qazi Mustafa Kamal Atatürk Konyaya 13 dəfə gələrək çoxsaylı görüşlər keçirmiş və vacib qərarlar almışdır. İşğalçı qüvvələrə qarşı qurtuluş savaşının ilk etiraz mitinqi Konyada keçirilmişdir. Milli mübarizənin planları Konyada hazırlanmış, razılaşdırılmış və Ağşəhərdə tətbiq edilməyə başlanmışdır. Konyada yayınlanan “Babalıq” və “öyüt” qəzetləri xalqın cəsarətlənib şüurlanmasında müstəsna xidmətləri olmuşdur. Cəbhədəki əsgərlərimizə təyyarədən atılan bu qəzetlərdəki yazılar, onlara da böyük güc və cəsarət qaynağı olmuşdur.

“Kuvayı Milliyə” və “Müdafai Hüquq Təşkilatının” Konyadakı təmsilciləri və xüsusilə Sivaslı Ali Kamal Əfəndinin daimi olaraq çalışma və səyləri, Müustafa Kamal Atatürk tərəfindən yüksək qiymətləndirilmişdir.

Türkiyə Cümhuriyyəti Dövlətinin müasir imkanlarından Konya da faydalanaraq müasir bir şəhər halına qovuşmuşdur. Konya hər il daha da böyüyüb gözəlləşməktədir. Müasir bələdiyə sistemi ilə geniş, rahat, təmiz və yaraşıqlı prospekt və küçələr, müasir binalar Konyanı dünya səviyyəsində bir şəhər halına gətirib çıxarmışdır. Kənd təsərrüfatı, ticarət və sənayedə yüksək dünya texnoloji imkanlarından istifadə edərək öz iqtisadiyyatını gücləndirməkdədir. Konyada iqtisadiyyatla yanaşı təhsildə də yüksək naliyyətlər əldə edilmişdir. Türkiyənin öndə gələn və ən böyük ünversitetlərindən olan Səlcuq Dövlət Üniversiteti, minlərcə təhsil işçisi və tələbələriylə dünyada mövcud olan texnoloji imkanlardan istifadə edərək öz maddi texniki bazasını gücləndirərək dünyanın ən irəlidə gedən ünversitetlərindən birinə çevrilmişdir. Konya hər il minlərlə yüksək istedadlı mütəxəssislər hazırlayır və bu mütəxəssislər Türkiyə Cümhuriyyətinin inkişafına yüksək tövhəsini verməkdədir.

Konya iqtisadiyyat, təhsillə yanaşı çox böyük turizm imkanları vardır. Konyanın gözəl və füsünkar təbiəti, dünyanın bir çox mədəniyyətlərini özündə birləşdirən tarixi memarlıq abidələri və muzeyləri turistlərin diqqətini cəlb edərək hər il yüz minlərlə turisti qəbul edir.




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin