Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Nəzdində Qida Sənayesi Kolleci
Sərbəst iş
Fənn:Nitq mədəniyyəti
Müəllimə:
Fakultə: Mehmanxana turist sanatoriya-kurort komplekslərində iaşə ve servis
Mövzu: Sovet dövründa yeni əlifba mesələsi
Qrup: MT-020
Kurs: 2
Tələbə: Məmmədli Amin
Plan:
Giriş
Sovet dövründə yeni əlifba məsələsi.
Qurultay
Giriş:
Məqalədə 1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultayın qarşısında duran əsas problemlərdən birincisi, milli əlifba və milli dil məsələsi təhlil edilir. Türkoloji Qu- rultayın keçirilməsinin əsas təşəbbüsçüləri isə Yeni Türk Əlifbası (YTƏ) Komitəsi və Azərbaycanı Araşdırma və Öyrənmə Cəmiyyəti idi. Türkoloji Qurultayda ərəb əlifbasın- dan latın əlifbasına keçilməsi çağırışına cavablar dinlənilmişdir. Qurultaya qatılan 131 nümayəndədən 93-ü türkdilli, qalanları digər xalqların təmsilçiləri olmuşlar. Maraqlıdır ki, qurultayda ərəb əlifbasının islahatı və latın əlifbasının qəbul edilməsiylə yanaşı, milli terminologiyanın yaradılması və türkdilli xalqlar üçün ədəbi dil, ana dilinin tədrisi metodikası, türk dillərinin orfoqrafiyası haqqında məsələlərə də yer verilmişdir. Yeni türk əlifbası məsələsində iki cərəyan: 1) latınçılar və 2) islahatçılar (ərəb əlifbası tərəf- darları) mövcud olmuşdur. Məqalədə həmin cərəyanın tərəfdarlarının fikirləri ilə yanaşı, ərəb əlifbasından latın, daha sonra kiril əlifbasına keçilməsinin səbəbləri də izah olunmuşdur.
Sovet dövründə yeni əlifba məsələsi.
Azərbaycan yazısı problemi, demək olar ki, bütün savadlı ziyalıları düşündürən elmi – praktik məsələ idi. M. Füzulidən başlamış Azərbaycan dilini tədris edən bütün müəllimlərə qədər hamı ərəb əlifbasının türk dilinə yaramadığını göstərmişdi. XIX əsrdə M. F. Axundov bu məsələni bütün Zaqafqaziyaya. İran və Türkiyə miqyasına çıxarıb böyük bir hərəkata çevirdi. Öz ardınca M. Şahtaxtinski,M. Mahmudbəyov, S. Vəlibəyov, N. Nərimanov, Ü. Hacıbəyov və onlarla başqa ziyalıları aprdı.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan cəmi 1 il 8 ay sonra XKS bu məsələni müzakirə edib dövlət səviyyəsində həll etməyə qərar verdi. Əlifba məsələsində yenə də fikirlər haçalanmışdı. Bir qrup iddia edirdi ki, ərəb əlifbasını islah etməklə, ona müxtəlif sait səslər artırmaqla kifayətlənmək lazımdır. Bir qrup ziyalı isə başda N. Nərimanov, S. Ağamılıoğlu, M. Şahtaxtlı, T. Şahbazi, C. Məmmədquluzadə, Ü. Hacıbəyov, F. Ağazadə Şərqli, S. Vəlibəyov qəti şəkildə köhnə əlifbadan birdəfəlik qurtarmağı, latın qrafikası əsasında yeni əlifbaya keçməyi tələb edirdi.
N. Nərimanovun təşəbbüsü ilə 1922 – ci il yanvarın 6 – da Azərbaycan ziyalılarının iclasında “Latınçılar” “İslahatçılar”a yeni əlifbanın zəruriliyini sübut edə bildilər. Latınçıların təşəbbüsü ilə yeni əlifbaya keçmək üçü xüsusi bir komissiya yaradıldı.
Komissiyaya aşağıdakı ziyalılar daxil idi: 1) Fərhad Ağazadə (sədr), 2) Xudadadbəy Məlikaslanov (sədrin müavini), 3) Məhəmməd Əmin Əfəndizadə (katib). Üzvlər: Həmidbəy Şahtaxtinski, Azadbəy Əmirov, Əhməd bəy Pepinov, Abdulla Tağızadə və Hüseyn İsraflbəyov. Bu komissiya çox fəal işləyərək latın əlifbasının üstünliklərini sübut edir, latın hərflərini dilimizə uyğunlaşdırır, “Kommunist” qəzeti və başqa mətbu orqanlarda elmi məqalələrlə çıxış edirlər. Bu komissiya üzvlərindən görkəmli alim və maarif xadimi Fərhad Ağazadənin (1880 – 1931) adını çəkmək lazımdır. Hələ inqilabdan əvvəl müəllim işləyərkən F. Ağazadə yeni əlifba ideyasının düzgün və ardıcıl tərəfdarı idi. O, 1922 – ci ildə “Nə üçün ərəb hərfləri türk dilinə yaramır” adlı əsərində elmi şəkildə dilimizin fonetik sistemi. Səslərimizin ərəb əlifbasında əks olunmaması kimi məsələləri sübut edirdi. Ərəb əlifbasının tarixi, xüsusiyyətləri, ümumi qüsurlarını göstərdiyi bu əsər dövrü üçün çox əhəmiyyətli idi. 1926-cı ildə F.Ağazadə Yeni türk əlibası komitəsinin üzvü kimi I türkoloji qurultayın çağırılması işində fəal iştirak etməkdən əlavə ardıcıl şəkildə elmi məqalələrlə də çıxış edirdi. Qurultaydan sonra F.Ağazadə yeni əlifba məsələsinə aid 3 kitab nəşr etdirmişdir.
Yeni əlifba məsələsindən danışarkən Məhəmmədağa Şahtaxtlının da xidmətini qeyd etmək lazımdır. M.Şahtaxtlı o vaxt yazırdı: “Söz yoxdur ki, əlifbamız o qədər geniş olmalıdır ki, onun ilə Avropa sözlərindən başqa, bütün türk və tatar dillərinin, fars və ərəb dillərinin kəlmələrini dəxi tələffüzə müvafiq yöndə yazmaq mümkün olsun. Belə əlifbamız olduqda tələffüzü türklərə məlum olmayan və ya az məlum olan hər kəlməni öz yazımızla, bu fonetik əlifbamızla yazırız ki, hər oxuyan tələffüzü bilsin.
Resbuplika Əlyazmalar İnstitutunda “Dilimizin islahı” adlı “Kommunist” qəzetinin əlavəsi(4nömrə) saxlanılır. Burada dilimizin islahı, terminlər yaradılması problemləri, yazı, orfoqrafiya və dil məsələləri ilə əlaqədar maraqlı materiallar vardır. Təəssüf ki, “Əlavə”nin hansı ilə aid olması göstərilməmişdir. Bu “Əlavə”də deyilir ki, hələ yenicə islamı qəbul etmiş türklər yeni əlifba yaradıb ərəb hərflərinə qoşula bilməzdilər; Bu müşkül və bəlkə heç mümkün iş deyildi. Buna görə türk dili ərəbləşdi, farslaşdı və kəndicə kasıblaşdı. “Azərbaycan MİK nəzdindəki mərkəzi Islah komissionunun nəşr əfkarı” olan bu əlavənin 4-cü hissəsində göstərilir ki, hərf məsələsi ilə dil məsələsini qarışdırmamalıdır. MİK yanındakı komissionun vəzifə və məqsədi dil üzərində işləməkdir. Bu komissiyaya hərf məsələsinin dəxli yoxdur. Gələn nömrələr üçün məhz dil məsələlərindən yazın”. Bununla əlaqədar olaraq həmin “Əlavə”də dil problemlərinə aid müxtəlif məqalələr nəşr edilmişdir.
1922-ci ilin mart ayında N.Nərimanovun təklifi ilə S.Ağamalıoğlunun rəhbərlik etdiyi bir komissiya yarandı. Həmin ilin iyul ayında komissiya Yeni Türk Əlifbası komitəsinə çevrildi. Bu komitə qəzet və jurnalların yeni əlifbaya keçməsi, mətbəələrdə latın şriftli maşınların quraşdırılması işində müəyyən uğurlar qazanmışdı. YTƏK-in təklifi ilə Azərbaycan MİK 1922-ci ilin oktyabrın 20-də idarə və müəssisələrin kargüzarlıq işlərinin yeni və köhnə əlifba ilə paralel işlədilməsi haqqında dekret verir. Həmin ildən “Yeni yol” qəzeti latın əlifbası ilə nəşr edilməyə başladı. Bununla belə, hələ latın əlifbasının tam uğurlu şəkildə qəbul edilməsindən danışmaq olmazdı. Çünki latın əlifbasının özündə belə dilimizin bir sıra sait və samit səslərini göstərən hərfi işarələr yox idi. Bundan əlavə, hər bir qrafiki işarənin (qrafemin) bir neçə forması (alloqrafı) olmalıdır. Bu qrafemlərin və alloqrafların nə kimi şəkilləri olmalıdır, bu şəkillər yazı işini çətinləşdirməzmi və s. Bu kimi problemlər yalnız yüksək ixtisaslı alimlər tərəfindən həll edilə bilərdi. Buna görə də YTƏK sədri S.Ağamalıoğlu 1924-cü ildə B.Çobanzadəni Bakıya dəvət etmişdi. 1924-cü ilin sentyabrında Bakıya gələn B.Çobanzadə “Yeni yol” qəzeti müxbirinin suallarına belə cavab vermişdi: “Mən Bakıya təzə gəlmişəm… Burada məktəblər daha əsri, əməli və xalqa yaxındır… Türklər məlum olduğu üzrə şimdiyə kadar 13 əlifba kullanmışlar və bunların heç birisi türk dilinin təbiət və üzviyyətinə uyğun olmamışdır. Bunların ən fənasını ərəb əlifbası saymaq mümkündür… Ərəb əlifbası bu gün təmz və xalq türkcəsilə yazmaq istəyən adamların işinə gəlməz. Çürük təməl üzərində yeni bina qurmaq, yəni bütün mahiyyəti ilə dilimizə uymayan ərəb əlifbasını islah etmək gücdür. Ərəb əlifbasını islah etmək, yalnız yeni hərflər icad etmək deyil, bəlkə bütün sistemi dəyişmək məsələsidir ki, bu təqdirdə yeni bir əlifba meydana gətirmiş oluruz. Latın əlifbası xaricdən əvvəl Azərbaycanda tam müvəffəqiyyət qazanmalıdır.
Alim yeni əlifbanın gələcəkdə milli mədəniyyətimizin inkişafına misli görünməmiş dərəcədə kömək edəcəyinə inanaraq həmin müsahibəsində demişdi: “Yeni və dilimizin qanunlarına uyğun bir əlifba xalq dili ilə ədəbi üslub arasında divarı yıxaraq vahid bir maarif və ziyalı sinif yetişdirəcəkdir ki, çox keçmədən bunlar bütün xalq arasında elmin və texnikanın mənfəətlərini nəşr və ümumiləşdirə bilərlər. Çox qolay isbat etmək olar ki, ərəb əlifbası bizi ərəb dili və ədəbiyyatı ilə sıx-sıxıya bağlamış və türk xalq dilinin ədəbiləşməsinə mane olmuşdur. Latın əlifbasının ən böyük məziyyətlərindən biri dilimizin əcnəbilər tərəfindən çabuk öyrənilməsinə və bu sürətlə ədəbiyyatımızın millətlər arasında bir yer almasına yardım etməsidir”.
Bu müsahibəsində o, bu məsələni geniş bir qurultay miqyasında həll etməyi lazım bilirdi.
Yeni Türk əlifbası layihəsi üzərində qızğın iş gedirdi. 1925-ci il sentaybrın 15-də Moskvada S.Ağamalıoğlunun sədrliyi ilə keçən şərqşünasların iclası yeni əlifbaya keçmək üçün bütün ölkə türkoloqlarının iştirak edə biləcəyi bir qurultay çağırmaq haqqında qərar qəbul etdi. Bu qurultayı çağırmaq SSRİ Şərqşünaslar cəmiyyəti ilə Azərbaycan tədqiq-tətəbbə Cəmiyyətinə tapşırıldı. Cəmiyyətin türkologiya seksiyasında oktyabrın 20-də məruzə edən B.Çobanzadə deyirdi: “…Gənc Azərbaycan qoca Şərqin intəhasız qaranlıqları içərisində başqalarının mədəniyyəti üçün nümunə ölkəsi olmağı qəti olaraq qət etmişdir. Bu respublikanın elm və texnika sahəsindəki görkəmli müvəffəqiyyətlərini bilərək heç kəs qurultayın keçirilməsi üçün yer – Azərbaycan paytaxtı Bakının seçilməsinə qarşı etiraz etmədi”.
Bundan sonra I türkoloji qurultayı çağırıb keçirmək üçün təşkilat komissiyası yaradıldı. Bu komissiya dil və əlifba məsələlərinə aid çoxlu məqalə nəşr etməklə qurultayın həll etməli olduğu məsələləri müzakirə edirdi. Prof. B. Çobanzadə isə yeni türk əlifba komitəsinin elmi rəhbəri kimi bu qurultayın planını və əməli vəzifələrini müəyyənləşdirir, əsas məruzə hazırlayır və yeni əlifba layihəsini tərtib edirdi. Nəhayət, 1926 – cı il fevralın 26 – dan martın 5 – dək Azərbaycan tədqiq və tətəbbö cəmiyyətivə SSRİ Şərqşünaslar Cəmiyyəti Bakıda birinci Ümumittifaq türkoloji qurultayı çağırdı. Qurultay Maarif sarayında (indiki EA Rəyasət heyətinin binasında) keçirildi. Qurultaya 131 nümayəndə gəlmişdi. Qurultayı Azərbaycan ÜTƏK sədri, AZMİK sədri Səməd Ağamılıoğlu giriş sözü ilə açdı. Abdul Cabbarovun təklifi ilə qurultayın Rəyasət heyəti seçildi. Fəxri rəyasət heyətinə isə 6 nəfər: Əlibəy Hüseynzadə, Banq, Mustafa Quliyev, Marr, Lunaçarski, Tomsen seçildi. Habelə 600 nəfər dilçi, ədəbiyyatşünas, şərqşünas və başqa elm sahələrinin nümayəndələri iştirak edirdi. Dilçiyimizin və mədəni quruculuq tarixində müstəsna əhəmiyyətini nəzərə alaraq qurultay haqqında geniş məlumat verməyi vacib hesab edirik.
Qurultay 5 nəfərlik mandat, 6 nəfərlik redaksiya komissiyası seçdikdən sonra SSRİ MİK sədri Qəzənfər Musabəyov qurultay iştirakçılarını Sovet dövləti və Azərbaycan XKS adından təbrik etdi. Bir neçə təşkilat adından çıxış edən natiqlər qurultay iştirakçılarını təbrik etdilər. Sonra Ömər Əiyevin təklifi ilə SSRİ və Azərbaycan MİK - ə, SSRİ Millətlər Sovetinə, Stalinə təbrik teleqramları hazırlandı. Bununla birinci iclas qurtardı.
Qurultayın 17 iclası keçirilmiş, burada 37 məruzə dilnlənilmişdir. Bu məruzələrin 5 – i türk xalqlarının tarix və etnoqrafiyasına, 2- si türk xalqlarının ədəbiyyatına, 7- si türk xalqlarının dillərinə, 7 – si əlifba probleminə, 2 – si türk xalqlarının mədəniyyətinə, 6 – sı orfoqrafiya problemlərinə, 5 məruzə türk ədəbi dilinin terminologiya problemlərinə, 3 məruzə isə türk dillərinin tədrisi məsələlərinə həsr edilmişdi.
Qurultayda V.V,Batrold, Miller, L.V.Şerba, Oldenburq kimi alimlər məruzə etmişdilər.
Qurultayın martın 27 – də keçirilən iclasında bircə məruzə - prof. B. Çobanzadənin “O близком родстве тюркских языков” (“Türk dillərinin yaxın qohumluğu haqqında”) adlı məruzəsi dinlənildi. Bu məruzədə alim M. Kaşğariyə və başqa mənbələrə əsaslanaraq türk dillərinin yaxın qohumluğunu sübut etməkdən əlavə, bu sahədəki nöqsanları da göstərirdi. Alim məruzəsində deyirdi:
Türk dillərinin tədqiqi çox halda tarixi, iqtisadi və siyasi məsələləri
Işıqlandırmaq məqsədi ilə yardımçı, köməkçi vasitə olmuşdur.
Müxtəlif türk dillərini nə qədər müqayisə etməyə çalışsalar da, bir çox halda, son nəticədə bu tədqiqlər məhdudlaşıb qapanır və həmin dilin çərçivəsindən kənara çıxmır.
Türk dillərinin təsnifinə həsr olunmuş əsərlərin isə aşağıdakı qüsurları vardır:
Yalnız səs xüsusiyyətləri əsas götürülür.
Tarixi faktlara və xüsusiyyətlərə toxunulmur və onlarla hesablaşmırlar.
Çox halda bir prinsip başqası ilə qarışdırılır. IV iclasda 2 məruzə dinlənilmişdi.
Qurultayın V iclasında A. Samoyloviç, S.Y.Malov və İ.İ.Aşmarin türk dillərinin tarixi problemlərindən danışdılar.
Qurultayın VI iclası Qorxmazovun sədrliyi ilə keçmiş, burada 6 məruzə dinlənilmişdir. Məruzələrin hamısı orfoqrafiya məsələlərinə həsr edilmişdir. Məruzəçilər: A.V.Şerba, L. Jirkov, Q. İbrahimov, Ş. Rəhimli, F. Ağazadə və Baytursun orfoqrafiya məsələləri haqqında məruzə etmişdilər.
Qurultayın martın 2 – də keçirilən VIII iclasında Ağamalı oğlu sədrlik edirdi. B. Çobanzadə, H. Zeynallı, Baytursun və Odabaş elmi - ədəbi dilin teminologiya problemləri haqqında məruzə etdilər.
B. Çobanzadə elmin inkişafı üçün terminlər sisteminin əhəmiyyətindən, türk dillərindəki termin kasıblığından bəhs edərək elmi terminlər yaratmaq üçün 3 əsas baza təklif edirdi: ümumtürk, ərəb – fars və rus Avropa (B. Çobanzadə məruzəsini azərbaycanca etmişdi).
H. Zeynallı “Türk dillərində elmi terminologiya sistemi” adlı məruzəsində alınma terminləri yalnız kök kimi qəbul edərək onları türk dilinə tabe etmək, türk dilində alınma terminlərin qarşılığını axtarmağı təklif edirdi.
Türkoloji qurultayın IX – X – XI – XII və XIII iclası məhz yeni əlifba probleminə həsr edildi. B. Çobanzadənin rəhbərliyi ilə hazırlanmış yeni türk əlifbasının layihəsi qurultay iştirakçılarının böyük mafrağına səbəb oldu. Başqa respublikalardan gəlmiş türkoloq – alimlər həmin əlifba layihəsi əsasında öz dilləri üçün yazı sistemi tərtib etməyə qərar verdilər.
Qurultayda 5 məruzə ilə yanaşı, C. Məmmədquluzadənin “Türk dillərinin
əlifba sistemləri” haqqındakı məruzəsi də çox maraq doğurdu.
Lakin ərəbçilər də qurultayda yox deyildi. Ərəbçilər adından Tatarıstan nümayəndəsi Qalımcan Şərəf çıxış etdi. Məruzəçi ərəb əlifbasının latına nisbətən 5 üstün cəhətini qeyd edərək deyirdi: xalq mədəni cəhətdən nə qədər yüksəkdirsə, onun mədəni dəyərləri nə qədər çoxdursa, yeni şriftə keçmək həmin xalq üçün bir o qədər çətin olacaq. Bu çətinliklər təkcə iqtisadi – maliyyə ilə deyil, ictimai cəhətlə də əlaqədardır.
Qurultayın XIII iclasında Qorxmazov qurultayın yeni əlifba haqqında qərarını oxuyur və təklif edir. Qurultay bütün türk respublikalarına tövsiyə edir ki, Azərbaycanın təcrübə və metodlarına söykənərək özlərində yeni latın əlifbasına keçsinlər.Nəfər.Q.Şərəf təklif edir: ərəb əlifbası saxlanılsın.S.Ağamalıoğlu səs qoyur: Latınçılar-101 səs, Ərəbçilər- 2 səs, Bitərəf qalır-9Qurultay bu barədə qətnamə mətnini hazırlamaq üçün 26 nəfərdən ibarətKomissiya seçir. Onların içərisində H. Cəbiyev, C. Məmmədquluzadə, B. Çobanzadə və Şahmuradov da var idi.Qeyd etməliyik ki, qurultaya bir çoxları ərəbçi kimi gəlsələr də, latınçı kimi getdilər. (məsələn, H. S. Ayvazov, Ağaçörəkli və s. ) bu hadisə 1926 – cı il martın 4 – də olmuşdu. Bu gün dahi özbək şairi Ə .Nəvainin 485 illik yubileyi keçirilirdi. Qurultayın bütün 500 iştirakçısı birlikdə həmin yubileyə getdi.Sonrakı iclasda Mehmed Fuad Köprülüzadə “Türk xalqlarında ədəbi dilin inkişafı” mövzusunda məruzə etdi.Qurultayın son iclasında 3 məruzə türk dillərinin məktəblərdə yeri və tədrisi metodikası məsələlərinə həsr edilmişdir.Qurultay bütün müzakirə edilən məsələlərə aid qətnamələr qəbul etmişdir.Qurultay martın 6 – da öz işini qurtardı. Qurultay iştirakçıları çox mühüm
Qərar və qətnamələr qəbul etdilər.
İki ildən bir türkoloji qurultay çağırılsın. Növbəti qurultay iki ildən sonra
Səmərqənd şəhərində çağırılsın.
Latın əlifbasına keçmək üzrə Azərbaycanın təcrübəsindən istifadə edilsin. (Demək lazımdır ki, bir çox xalq-50-dək Bakıya, yeni türk əlifbası komitəsinə müraciət edib onlara əlifba tərtib etməyi xahiş etmişdi. )
Azərbaycan Yeni türk əlifbası komitəsinin təqdim etdiyi layihə bəyənilsin və s.
Bu qurultaydan sonra Azərbaycan YTƏK SSRİ MİK-in sərəncamına keçdi.
Bundan sonra respublika alimlərinin fəaliyyəti ümumittifaq miqyasına çıxdı.
Eyni zamanda qurultayda latın əlifbasının qəbulu, ən pis halda ərəb əlifba- sının islahatının aparılmasına dəstək əldə etməklə yanaşı, milli terminologiyanın yaradılması və türkdilli xalqlar üçün ədəbi dil, ana dilinin tədrisi metodikası, türk dillərinin orfoqrafiyası haqqında məsələlərə də yer verilmişdir. Başqa sözlə, Türkoloji Qurultay türk dilini alınma sözlərdən, xüsusilə ərəb-fars kəlmələrindən təmizləməyi də əsas məsələ kimi müzakirə obyekti seçmişdir. Bu zaman türk di- linin hansı dialektinə daha çox üstünlük verilməsi, yaxud da əski türk dilinə mü- raciət olunması diqqət mərkəzində idi.
Qurultaya qatılan 131 nümayəndə heyətinin 93-ü türkdilli xalqların nüma- yəndələri, digərləri başqa xalqların təmsilçiləri idilər. İştirakçıların əksəriyyəti latın əlifbasına keçidin tərəfdarı olsa da, əleyhinə çıxanlar da vardı ..
1920-ci illərdə türkdilli xalqların milli əlifba və milli dil məsələsinin Tür- koloji Qurultay adı altında geniş şəkildə gündəmə gətirilməsi, ən əsası, bu pro- sesdə Azərbaycanın ön plana çıxarılması təsadüfi olmamışdır. Hər halda SSRİ- nin coğrafiyasının və əhalisinin xeyli qisminin türk coğrafiyası və türk xalqlarından ibarət olması bu addımın atılmasında mühüm rol oynamışdır. Sovet ideoloqlarının ərəb əlifbasından latın qrafikasına keçilməsi, milli terminologiya, milli orfoqrafiya məsələsini gündəmə gətirməsi birmənalı şəkildə imperiya maraqlarına hesablanmışdı. Halbuki ilk baxışda SSRİ-nin milli əlifba və milli terminologiya məsələsi “xeyirxah” niyyət, Türkoloji Qurultayın keçirilməsi isə bunun bariz nümunəsi kimi dəyərləndirilirdi. Əslində isə sovet Rusiyasının yeni əlifba siyasəti Azərbaycan, Tatarıstan, Başqırdıstan və Orta Asiya türklərini is- lam-türk dünyasından ayırmaq üçün əvvəlcədən düşünülmüşdü [2.S.9].
Azərbaycan Xalq Cümhuriyyətinin siyasi müstəqilliyinə son qoyan sovet Rusiyası Yeni Türk Əlifbası adı altında latın qrafikasını Azərbaycan, Tatarıstan, Başqırdıstan, Krım və Türküstanda tətbiq etməklə türk xalqlarının milli mədə- niyyətlərini zərbə altında qoyurdu. Bu baxımdan sovet ideoloqları üçün bu, müs- təmləkəçiliyə hədəflənmiş “yenilik” idi. Başqa sözlə, tələm-tələsik yeni əlifbaya – latın əlifbasına keçid bütün türkdilli xalqların keçmişi ilə gələcəyi arasında körpünün yandırılmasına, eyni zamanda dünənə qədər onunla eyni əlifbanı pay- laşan türk-müsəlman xalqları, xüsusilə Türkiyə ilə mənəvi və siyasi bağların qı- rılmasına hesablanmışdı.
Maraqlıdır ki, sovet ədəbiyyatında da yeni türk əlifbasının ortaya çıxması- nın birinci mərhələsində (1920-1929) bununla bağlı iki cərəyanın: 1) latınçılar (latın əlifbası tərəfdarları) və 2) islahatçıların (ərəb əlifbası tərəfdarları) olduğu iddia edilirdi [3.S.10]. Əslində, əlifba məsələsi ilə bağlı “latınçılar” və “islahat- çılar” adlanan iki cərəyandan bəhs olunması SSRİ-nin əsl niyyətini gizlətmək üçün uydurulmuş terminlər idi. Hər halda, çar Rusiyasında, eyni zamanda Os- manlı imperiyasında XIX əsrdən başlayaraq milli əlifba və milli dil məsələsinin gündəmə gətirilməsi öncədən düşünülmüş antitürk konsepsiyanın ilk maddələri olmuşdur. Deməli, bu məsələlərin dərininə vardıqda görürük ki, burada problem zahirən gerilik və tərəqqiçi anlamında köhnə əlifbada qalmaq, ya da yeni əlifbaya keçmək məsələsi olmamışdır. Ona görə də məsələni tam dərk etmək üçün XIX əsrin ortalarından başlayaraq “latınçılar” və “islahatçılar”ın milli əlif- ba və milli dil məsələsi ilə bağlı irəli sürdükləri mülahizələrə, ən əsası, onların
hansı siyasi-ideoloji dünyagörüşünə və nəzəri-fəlsəfi ideyalara əsaslanmalarına qısaca diqqət yetirmək zəruridir.
Qeyd etdiyimiz kimi, XIX əsrin ortalarından başlayaraq Azərbaycanda, Osmanlı imperiyası və digər türk ellərində “latınçılar”ın ortaya çıxdığını və dai- ma onlara qarşı olan “islahatçılar”ı görürük. Azərbaycanda ərəb əlifbasında isla- hatlar aparılması, ya da latın qrafikasına keçməyin öncülləri arasında Mirzə Fətəli Axundzadə xüsusilə fərqlənmişdir. M.F.Axundzadə Rusiya Elmlər Akade- miyasının üzvü B.Dorna məktubunda yazırdı: “Sivilizasiyanın indiki sürətli nai- liyyətləri dövründə yazının belə qeyri-təbiiliyi mədəni dünyanın Şərq ədəbiy- yatına sarı gedən yolunu həmişəlik bağlaya bilməzdi, onun əlifbasında mütləq dəyişiklik əmələ gəlməli idi” [4.S.50]. Bu işin təşkilatçısı olan çar Rusiyası hiy- ləgərcəsinə Axundzadəyə yol göstərirdi ki, öncə Türkiyə və Qacarlar ərəb əlifba- sında islahatların mümkünlüyü məsələsini müzakirə edərək müəyyən bir qərar qəbul etməlidir. Bu məqsədlə 1863-cü ildə Türkiyəyə səfər edən M.F.Axundza- də ölkənin baş naziri Fuad paşa, eləcə də Türkiyə Elmlər Akademiyasının üzvləri ilə görüşsə də, məqsədinə çatmır. Qacarların Maarif Nazirliyi də ona “yox” cavabı verərək yazır: “Əlifbamızı dəyişdirməyə əsla ehtiyacımız yoxdur” [4.S.101]. Bundan sonra çar Rusiyası ideoloqlarının təsiri altında M.F.Axund- zadədə yeni fikir yaranır: “Mən iki cür əlifba düşünmüşəm. Onlardan biri latın əlifba hərflərindən seçilərək tərtib edilməlidir ki, onu soldan-sağa yazmaq lazım gələcəkdir. İkincisi isə, hazırkı əlifbamız əsasında qurulmalıdır ki, onu hazırda olduğu kimi sağdan-sola yazmaq olar” .
Əlifba məsələsində Axundzadənin yolunu davam etdirən Məhəmməd Ağa Şahtaxtlı XIX əsrin sonlarında yeni əlifba layihəsi hazırlamış və bir müddət bu- nun üçün çalışmışdır. Ancaq çar Rusiyasının ideoloqları həmin dövrdə bunu hə- yata keçirməyin mümkünsüzlüyünü görüb, A.Şahtaxtlıya ciddi dəstək verməmiş- dilər. Bunun “nisgilini” yaşayan A.Şahtaxtlının SSRİ dövründə Azərbaycanın la- tın əlifbasına keçməsini dərhal müsbət qarşıladığını görürük [5.S.20-30; 231]. Şübhəsiz, ilk baxışda mütərəqqi mahiyyət daşıyan ərəb əlifbasında dəyişikliklər edilməsi, ya da latın əlifbasına keçilməsi ideyası müsəlman-türk birliyini parça- lamağa yönəlmişdi. Bu səbəbdəndi ki, M.F.Axundzadənin, Mirzə Kazım bəyin, M.A.Şahtaxtlının “əlifba və dil islahatları” rus-Avropa alimləri tərəfindən rəğ- bətlə qarşılanmış və onlara lazımi dəstəklər verilmişdi. Hər halda, onların ortaq türk dili əvəzinə məhəlli türk dilini müdafiə etmələri, eyni zamanda ortaq əlifbanın aradan qaldırılması prosesində müəyyən əməkləri danılmazdır. Çar Rusiyası maraqlı idi ki, burada yaşayan türk-tatarların vahid millət (türk-tatar: azərbaycanlı, başqırd, özbək, qazax və b.), vahid dil (türk dili: Azərbaycan, tatar, qazax və s.), vahid əlifba (ərəb əlifbası: kiril, latın, ərəb və s.) fikri aradan qaldırılsın və parçalansın. Vaxtilə Əlibəy Hüseynzadə bu “islahatlar”ın antiislam, antitürk mahiyyətini görərək bildirmişdi ki, “əlifba islahatı” tərəfdarlarının (M.F.Axundzadə, M.A.Şahtaxtlı) Tiflisdən bunu bəyan etmələri çox düşündürü- cüdür: “Üç yüz milyon islamın əlifbasının altmış-yetmiş milyon türkün imlasını bir hökmi-qaraquş ilə türkün, islamın mərkəzindən uzaq olan yuvalarından bir- dən dəyişmək istəyirlər! Halbuki böylə mühüm bir əmr üçün kəndilərində lazım gələn məlumatdan əsər belə yox! Türkün imlasının islahı üçün deyil, sərf və
nəhvi mükəmməl bilmək, bəlkə bütün türklərin tarixinə, ədəbiyyatına, etno- qrafiyasına, fonologiyasına haqqı ilə aşina bulunmaq tələb edər” [6.S.360].
Fikrimizcə, Ə.Hüseynzadə haqlı idi ki, ortaq türkcədən ayrı Azərbaycan türkcəsinin inkişafında, eləcə də əlifba islahatı məsələsində əvvəlcə çar Rusiyası, sonralar sovet Rusiyasının maraqlı və icraçı olmaları təsadüfi olmamışdır. Hər iki halda məqsəd çar Rusiyası-sovet Rusiyası müstəmləkəsi altında yaşayan türk- ləri, o cümlədən Azərbaycan türklərini türk dünyasından, xüsusilə Güney Azər- baycan və Türkiyədən ayırmaq idi. Bu ona işarə idi ki, “islahatlar” məsələsində M.F.Axundzadə və M.A.Şahtaxtlı hansısa sifarişləri bilərəkdən və ya bilməyə- rəkdən gündəmə gətirirdilər. Çünki əlifba və dil “islahatı”nın əsas müəllifləri çar Rusiyası və Avropa ideoloqları idilər. Onlar müsəlman-türk xalqlarının “oyanışı- na”, “maariflənməsinə xidmət” adı altında ərəb əlifbasında və türk dilində “islahat- lar” etmək niyyətində idilər. Bunu inandırıcı etmək üçün də elə bir şərait yarat- mışdılar ki, həmin ideyaları məhz müsəlman-türk mütəfəkkirləri irəli sürürdülər.
Doğrudur, Qərb mədəniyyətinin təsiri altında milli demokratlar da vaxtilə Azərbaycan Cümhuriyyəti (1918-1920) dövründə ərəb əlifbasından latın əlifba- sına keçməyi təklif etmişdilər. Bu məqsədlə Azərbaycan parlamentində bir ko- missiya təşkil olunmuş və bu komissiya latınlaşmış türk əlifbasının layihəsini parlamentə də təqdim etmişdi [7.S.70]. Ancaq bir tərəfdən “İslam birliyi” ideyası ilə çıxış edən “ittihadçı”ların, digər tərəfdən isə bolşevizmin gündən-günə Azərbaycan Cümhuriyyətinə qarşı yönəlmiş təzyiqləri nəticəsində latın əlifbası- na keçid məsələsi həmin dövrdə öz həllini tapmamışdı. Eyni zamanda Azər- baycan Cümhuriyyəti latın əlifbasına keçidlə bağlı Türkiyə Cümhuriyyəti ilə ortaq addım atmaq niyyəti də güdmüşdü. Həmin vaxt isə Türkiyə və Azərbaycan Cümhuriyyəti üzərinə olan “mühafizəkar” basqılar bu məsələnin öz həllini tap- masına əngəl olmuşdu.
Sovet dövründə ərəb əlifbasında dəyişikliklər edilməsinin tərəfdarı kimi çıxış edən “islahatçılar”, əslində, həmin milli qüvvələr idi. Vaxtilə ərəb əlifba- sından imtina edib latın əlifbasına keçmək istəyən Azərbaycan milli qüvvələrinin sovet işğalı dövründə bunu istəməməsi təsadüfi deyildi. Əslində, milli-demokra- tik qüvvələri narahat edən latın qrafikasına keçmək deyil, latın əlifbasına keç- mək adı altında ifratçılığa varılması, millətlər arasında ayrı-seçkilik edilməsi, gə- ləcəkdə kiril əlifbasına keçmək üçün bir vasitəyə çevrilməsi idi. Çünki SSRİ xüsusilə əsarət altına aldığı türk xalqlarını özünəməxsus “beynəlmiləl siyasət”lə assimilyasiya etmək niyyəti güdürdü. Bu baxımdan sovet Rusiyasının Azər- baycanın, Tatarıstanın, Başqırdıstanın, Orta Asiyanın türk dövlətlərinin ərəb əlif- basından latın qrafikasına keçməsinə bilavasitə şərait yaratmasında məqsədləri yalnız türk millətlərini maarifləndirmək, elm və biliklərini inkişaf etdirmək ola bilməzdi. Əgər SSRİ, yəni rəsmi Moskva belə səmimi niyyət güdürdüsə, nə üçün yeni əlifba məsələsinə, əsasən, türk-müsəlman xalqları cəlb edilmişdi?! Yoxsa Rusiya üçün ermənilər, gürcülər və başqa millətlər ikinci dərəcəli idilər? Deməli, bu məsələdə Rusiyanın başlıca məqsədi türkdilli xalqları SSRİ-nin əsarətindən kənarda qalan türk-müsəlman ölkələrindən, xüsusilə Türkiyə türklərindən ayır- maq .
SSRİ ideoloqları bu planı birdən-birə həyata keçirə bilməzdi və bu, mərhələli şəkildə nəzərdə tutulmuşdu. Həmin dövrdə milli qüvvələr də məhz so- vet Rusiyasının bu ikiüzlü siyasətini ifşa etmişdilər ki, onların bu baxışları bolşeviklər tərəfindən latın qrafikasının əleyhinə olan mülahizələr kimi dəyər- ləndirilmişdi. Əslində, onların bu etirazı əlifbanın latınlaşdırılmasından daha çox kirilləşdirilməyə (ruslaşdırmaya) qarşı idi. Azərbaycanın milli ideoloqu Məhəmməd Əmin Rəsulzadə sonralar yazırdı ki, o zaman (1921-1922-ci illər) bolşeviklərin bu niyyətindən xəbərdar idilər: “Bolşeviklərin ərəb hərflərini latın hərfləri ilə əvəz etdirmək xüsusunda gizli və əsl fikirlərini bildiyimizdən (ki, bu fikir sonradan həyata keçirilmiş, ərəb hərfləri öncə latın hərflərinə, sonra da rus hərflərinə təbəddül edilmişdir) bir məqalədə türk elləri arasındakı mədəni əlaqələri tamamilə kəsdirməmək üçün yazılanı daha asan oxutdura bilmək məqsədini təmin edən inqilabçılara haqq verirdim” . Yəni Rəsulzadə də bolşeviklərin əməllərindən xəbəri olduğu üçün latın əlifbasına keçilməsini deyil, ərəb əlifbasında islahatlar aparılmasını müdafiə etmişdir. M.B.Məmmədzadə də milli qüvvələrin əvvəlcə ərəb əlifbasından latına keçilməsinə etiraz etmələrinə səbəb olaraq bolşeviklərin məkrli niyyətlərini və bunun Azərbaycan ilə türk dünyası arasında əlaqələrə zərbə olmasını göstərmişdi .
Ərəb əlifbasında islahatlar aparılmasını məqsədəuyğun hesab edən “isla- hatçılar” latın qrafikasına keçilməsi ilə Azərbaycan xalqının türk-islam mədə- niyyətindən uzaq düşməsi, dini və milli birliyin aradan qalxması məsələsini daha çox qabartdılar. Bizə elə gəlir ki, bu cür mülahizələrin səslənməsi də təsadüfi olmamışdır. Bütün hallarda yeni əlifbaya keçidlə bağlı imperiyanın maraqları olduğu kimi, bunun əleyhinə çıxan “islahatçılar”ın da öz mövqeləri olmuşdur. “İslahatçılar” ədəbi dilin yazısında ərəb əlifbasını saxlamaqla yalnız islah edil- məsini, yəni bəzi dəyişikliklər aparılmasını məqsədəuyğun hesab edirdilər. Onlar deyirdilər ki, yeni əlifba qəbul edilərsə, bununla da əski ədəbiyyat məhv olacaq, “islam birliyi” pozulacaq və türk dilini öyrənmək çətin olacaqdır [3.S.13]. Milli qüvvələrin əlifba məsələsində fikir dəyişdirməsinin əsl mahiyyətinə varmayan bolşeviklər bunu tamamilə başqa yerə yozurdular.
Ərəb əlifbasının əleyhinə çıxış edən “latınçılar” bir tərəfdən yeni əlifbaya keçməni daha çox mədəni inqilab kimi qiymətləndirir, digər tərəfdən bunu mark- sizm-leninizmin qələbəsi kimi qələmə verirdilər. Xüsusilə F.Ağazadə, B.Çoban- zadə, M.Şahtaxtlı, R.Axundov, S.Ağamalıoğlu ərəb əlifbasında islahatlar apa- rılmasının mümkünsüzlüyünü irəli sürərək latın əlifbasının qəbul edilməsini zəruri hesab edirdilər. Məsələn, Fərhad Ağazadə yazırdı ki, əlifbanı yarımçıq is- lah etmək olmaz; ya gərək hamısı islah edilsin, birdəfəlik bu qüsurlardan yaxa- mız qurtarsın, ya da ki, heç əl vurulmasın: “Şərq dillərinin üstündə ağalıq etmək istəyən “müqəddəs” ərəb dili türkcəmizi öldürmək istədisə də, öldürəmədi, an- caq yarımcan qıldı. Bir dil ki onun yer üzündə yüz milyonluq sahibi ola, aya, o dil ölərmi? Əlbəttə ölməz!”
Həmin dövrün mətin bolşeviklərindən Sultan Məcid Əfəndiyev hesab edirdi ki, millətçilər qısqanclıqdan bu məsələyə müsbət yanaşmırlar. Belə ki, əv- vəllər ərəb əlifbasından latın əlifbasına keçmək istəyən millətçilər indi bunu həyata keçirənin bolşeviklər olduğu üçün yeni əlifba məsələsini tənqid edirlər
[12.S.177]. S.M.Əfəndiyevin fikrincə, millətçilərdən fərqli olaraq, islamçı ruha- nilər isə ərəb əlifbasından daha çox onun təsiri baxımından möhkəm yapışırlar [12.S.70]. S.Ağamalıoğlu da, S.M.Əfəndiyev kimi, latın qrafikasına keçməyin əleyhdarları olan “islahatçılar”a cavab olaraq yazırdı: “O adamlar ki yeni türk əlifbası barəsində deyirlər: “Əgər bu əlifba həyata keçsə, din birliyi əldən gedə- cəkdir” – bu, əqlə uymayan cəfəngiyatdır. Tarix bizə göstərdi ki, din birliyi yox imiş, yox olan şey təzədən bir də nə cür yox ola bilər?!” .
Fikrimizcə, birincisi, Əfəndiyev, Ağamalıoğlu və onların silahdaşları bu halda da bolşevik əqidəsindən çıxış etdikləri üçün din birliyinin millətlərin həyatında oynadığı mühüm rolu görə bilməmişlər. Çünki hər millətin həyatında mənəvi dəyərlərdən biri kimi din birliyi də mühüm yer tutur. İkincisi, latın qrafikasının əleyhdarları yalnız “din birliyi əldən gedəcək” demirdilər, onlar həm də SSRİ-nin əsarəti altında yaşayan Azərbaycan, başqa türk dövlətləri və millətləri ilə imperiyadan kənarda qalanlar arasında bir sədd çəkiləcəyinə inanırdılar. Bu fikirlər 1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultayda Kazan türkləri tərəfindən də səsləndirilmişdir. Həmin qurultayda çıxış edən S.Ağama- lıoğlu isə onlara cavab olaraq deyir: “Yeni əlifbanın əleyhinə olanlar, xüsusən “Yeni əlifbanın qəbulu ilə 500 illik ədəbiyyatı itiririk” deyən kazanlılar bilməlidirlər ki, qonşu cümhuriyyətlərin, o cümlədən Azərbaycanın da özünəməxsus keçmiş ədəbiyyatı vardır…
Ümumi savadlılıq yolu ilə ədəbiyyatı canlandırmaq və onu xalq malı et- mək mümkündür”
Ancaq S.Əfəndiyev, S.Ağamalıoğlu və onların digər silahdaşları başa düş- məli idilər ki, zahirən latın qrafikasının əleyhdarları kimi çıxış edən bəzi Azər- baycan, Kazan və başqa türk ziyalılarının əksəriyyətini, əslində, narahat edən din birliyi və mühafizəkarlıq deyil, daha çox mənəvi-mədəni türk birliyinin aradan qalxması idi. Ancaq bütövlükdə onlar Azərbaycan, Türkmənistan, Özbəkistan və başqa türk dövlətlərində ərəb əlifbasından latın qrafikasına keçid məsələsində Moskvanın əsl məkrli niyyətini görə bilməmiş, əksinə, bunu bolşevizmin nailiy- yəti kimi təbliğ etmişlər.
Ancaq türk-tatar xalqlarının ərəb əlifbasından latın əlifbasına keçmək məsələsində SSRİ-nin siyasi manevr etdiyi, əsl məqsədinin türk xalqlarına kiril əlifbasının qəbul etdirilməsi olması çox keçmədən məlum oldu. Belə ki, sovet ideoloqları milli əlifba və milli dil məsələsində də, “milli müqəddərat” məsələ- sində olduğu kimi, türk-müsəlman xalqlarının ərəb əlifbasından birbaşa rus (ki- ril) əlifbasına keçməsinin təhlükəli olduğunu nəzərə alaraq, bunu mərhələli şəkildə reallaşdırmaq niyyəti güdmüşlər. Əgər SSRİ 1920-ci illərdə yeni əlifbanı rus qrafikasına keçidlə həll etsəydi, şübhəsiz, “xilaskar” donu geyinmiş rus bolşeviklərinin bu addımı istər işğal edilən ölkələrdə, istərsə də dünyada bir- mənalı qarşılanmayacaqdı. İlk mərhələdə latın əlifbasından istifadə edən bir çox Avropa dövlətlərinin də maraqlarına cavab verən bir addım atılmışdı. Lakin imperiya ideoloqları yaxşı anlayırdılar ki, ərəb əlifbasından imtina etməklə SSRİ-nin tərkibindəki türk dövlətləri islam-türk dünyasından müəyyən dərəcədə uzaqlaşsa da, digər tərəfdən, eyni əlifbanı qəbul edən Türkiyə ilə bir o qədər yaxınlaşacaqlar. Bunun gələcəkdə SSRİ üçün böyük bir təhlükə mənbəyi
olduğunu görən, eyni zamanda başdan imperiya əsarəti altında olan türk-tatar və müsəlman xalqlarının istər Türkiyə, istərsə də Avropa dövlətləri ilə əlaqəsində qətiyyən maraqlı olmayan sovet ideoloqları 1920-ci illərin sonu, 1930-cu illərin əvvəllərindən etibarən türk dövlətlərinin və xalqlarının gələcəkdə rus-kiril əlif- basına keçə bilməsi ideyasını yaymağa başladılar.
Maraqlıdır ki, latın əlifbasını türk əlifbası adlandıraraq bir müddət onu müdafiə edənlər, rus əlifbasının məcburi tətbiqi meylini hiss etdikdən sonra bəzi beynəlmiləlçi bolşeviklər həm türk anlayışından, həm də müdafiə etdikləri türk əlifbasından imtina etdilər. S.Ağamalıoğlu 1929-cu ildə bütün Azərbaycanın SSRİ və Şərqdə ilk dəfə olaraq rəsmən latın qrafikasına keçməsini böyük qələbə saydığı halda [13.S.36], həmin hadisənin üstündən bir il ötməmiş türk əlifbası adlandırdığı latın qrafikasından rus əlifbasına keçməyin zəruriliyindən bəhs edir: “Azərbaycanlıların yeni latın əlifbasına keçmək yolu gələcəkdə onların rus əlif- bası üzrə düzəldilmiş yeni əlifbaya keçmək işini bir qədər asanlaşdıracaqdır” [13.S.37]. Artıq türk əlifbası beynəlmiləlçiliyin içində əriyərək yox olur, onun yerini isə rus əlifbası tuturdu. Beləliklə, yarım əsr ərzində bir millətin üç əlifbadan istifadə etmək məcburiyyətində qalması faciəsini görmək, bunu obyektiv qiymətləndirmək və etiraz etmək əvəzinə bəzi Azərbaycan ziyalılarının bu cür mövqe tutması ancaq təəssüf doğurur.
Sovet ədəbiyyatında 1940-cı il yanvarın 1-dən latın qrafikasından rus əlif- basına keçilməsi belə əsaslandırılırdı ki, bu qrafika ümumiliyi rus dilindən söz və terminləri düzgün yazmağa kömək edəcək: “Bundan başqa, qrafika ümumiliyi nəşriyyat-mətbəə işlərini də asanlaşdırar, əlavə xərc və işləri azaldar” . Burada rus əlifbasına keçməyin zəruriliyi ilə bağlı gətirilən “arqument- lərə” təəccüb etməyə bilmirsən. Daha sonra oxuyuruq: “Əgər birinci dövrdə bir- birinə zidd cərəyanlar əmələ gəlmişdisə, ikinci dövrdə belə bir vəziyyət olma- mış, hamı rus qrafikasına keçmək təşəbbüsünü bəyənmişdir. Lakin müzakirə- lərdə əsas iki fikir nəzərə çarpır. Bir çoxları dilimizin fonetik tərkib və xüsusiy- yətinə uyğun olaraq bəzi dəyişikliklə rus əlifbasını qəbul etməyi, bəziləri isə rus əlifbasında heç bir dəyişiklik aparmadan, onu olduğu qaydada qəbul etməyi təklif edirdilər” .
Fikrimizcə, rus əlifbasının olduğu kimi qəbul edilməsinin tərəfdarı olanlar yaxşı anlayırdılar ki, mərkəz məhz bu qərarın üzərində dayanacaq və göz- lənildiyi kimi də oldu. Sovet ideoloqları Azərbaycan dilinin başına bu cür oyun açmaqla nə etdiklərini yaxşı anlayırdılar. Bununla da Azərbaycan insanı rus in- sanı kimi düşünməyə, rus insanı kimi yazmağa və rus insanı kimi kommunizm xəyalı ilə yaşamağa məhkum və məcbur edilirdi. Başqa sözlə, “yeni əlifba” oyunu ilə sovet imperiyası Azərbaycan (türk) millətini öz mədəniyyətindən, mənəviyyatından və ən əsası, dilinin saflığından uzaqlaşdırırdı.
Bizə elə gəlir ki, Azərbaycanda latın əlifbasından rus əlifbasına keçilməsi ilə bağlı ciddi etirazların olmaması iki başlıca amillə bağlıdır:
milli ziyalıların böyük əksəriyyətinin kütləvi şəkildə 1937-1938-ci illər- də repressiya olunması;
rus əlifbasına etiraz edə biləcək istənilən ziyalının həmin aqibətə düçar olmaq qorxusu.
Bəzi ziyalılar yalnız bəzi dəyişikliklərlə rus əlifbasına keçilməsinin doğru olacağını deyə bilir, bundan artığına cəsarət edə bilmirdilər.
Doğrudur, rus əlifbasının Azərbaycanda ilkin variantda tətbiqinə 1958-ci ildə son qoyulmuş və bəzi islahatlar aparılaraq rus qrafikalı Azərbaycan əlifbası müəyyən qədər təkmilləşdirilmişdi. Ancaq bütün hallarda “Leninin dili” olan rus dili və rus əlifbası Azərbaycan xalqının həyatında bir çox sahələrdə mənfi iz buraxmışdır ki, onun fəsadları bu günə qədər də hiss olunmaqdadır. Bunlardan biri də rus əlifbasına keçməyə məcbur edilməklə Azərbaycanla Türkiyə arasında ən önəmli bağ olan eyni əlifba bağının qırılması idi. Türkiyə alimi Məşkurə Yıl- mazın yazdığı kimi: “Böyləcə Türkiyədən fərqli bir əlifba kullanmalı olan azəri türklərinin Anadolu türklüyü ilə yazılı əlaqə qurmaları və ortaq milli kültür gə- lişdirmələri əngəllənmək istənmişdir. Ayrıca ruslar kiril əlifbasını rus kültür ara- cı olaraq görmüş və sovet rejimi ortaq kültürünün bu əlifba ilə yapılacağını düşünmüşlərdir”.
Gördüyümüz kimi, çar Rusiyası və Avropa ideoloqlarının maraqlı olduğu “əlifba və dil islahatlarını” SSRİ həyata keçirmiş oldu. Yazıqlar olsun ki, sovet ideoloqlarının əvvəlcədən planlaşdırılmış “islahatlar” oyununda M.A.Şahtaxtlı, N.Nərimanov, C.Məmmədquluzadə, S.Ağamalıoğlu və başqaları yaxından işti- rak etmişlər. Türk-müsəlman xalqlarının həyatında reallaşdırılan “islahatlar” nəticəsində ilk növbədə əlifba ayrılığı baş verdi. Bununla yanaşı, çar Rusiyası dövründə təməli qoyulan ortaq türk dilinə qarşı yönəlmiş dil fərqlilikləri SSRİ dövründə daha da sürətləndirildi. Əgər XX əsrin əvvəllərində türkdilli xalqlar ortaq əlifbadan istifadə edir, az-çox bir-birinin dillərini başa düşür və ortaq türk- cədə danışa bilirdilərsə, artıq SSRİ dövründə aparılan ruslaşdırma-avropalaş- dırma siyasəti nəticəsində onlar bir-birini anlamayacaq vəziyyətə salınmışdılar. Xüsusilə türklərin böyük əksəriyyətinin yaşadığı Rusiyada ortaq türk dilinin rus dili ilə əvəzlənməsi və rus-kiril əlifbasına keçid bu məsələdə mühüm rol oynadı. Leninin dili olan rus dili bir tərəfdən ortaq türk dilinin ayrı-ayrı dialektlər şəklində formalaşmasına, digər tərəfdən həmin dillərin də ruslaşdırılmasına səbəb oldu. Bütün bunların nəticəsidir ki, hazırda postsovet məkanında türkdilli dövlətlərin liderlərindən tutmuş alimlərinədək hamı rus dilində ünsiyyət qurur. Hələ də kiril əlifbasından dövlət səviyyəsində istifadə edən türkdilli xalqlar (qırğızlar, qazaxlar və b.) var.
Türkoloji Qurultayda müzakirə olunan əsas məsələlərdən biri də milli ter- minologiya məsələsi, daha doğrusu, milli dilin təkmilləşdirilməsi olmuşdur. Sovet müəlliflərinin yazdığına görə, 1920-1936-cı illərdə milli dilin təmizlənmə- si və formalaşması ilə bağlı üç fikir cərəyanı mövcud idi:
türk dilinin qədim və yeni türk sözləri əsasında təmizlənməsi (ortaq türkcədən çıxış edən türkçülük – millilik tərəfdarları);
türk dilini rus və rus dili vasitəsilə Avropa dillərindən alınmış sözlərlə zənginləşdirmək istəyənlər (bizcə, beynəlmiləlçilik – rus bolşevizminə xidmət edənlər);
ərəb və fars mənşəli sözlərin saxlanılaraq, yeni terminlərin də onların əsasında formalaşdırılmasını istəyənlər (islamçılıq – dini birliyə meyil edənlər) .
Bizim fikrimizcə isə, həmin mərhələdə (1920-1936) milli dilin təmiz- lənməsi və formalaşması uğrunda əsas mübarizə ilk iki cərəyan – türkçülük- millilik və sovet beynəlmiləlçiliyi (ilk dövrlərdə “beynəlmiləlçilər” milli yol tut- salar da, sonralar mərkəzin təsiri altında onların əksəriyyəti mövqeyini dəyişdi) arasında getmişdir.
Bu dövrdə dildə türkçülük-millilik tərəfdarları milli dil məsələsində qədim türkcə ilə xalq dilinin uzlaşmasına önəm vermişlər (B.Çobanzadə, F.Ağazadə, H.Zeynallı, C.Cabbarlı, V.Xuluflu və b.). Onlar 1922-ci ildə Azərbaycan Mər- kəzi İcraiyyə Komitəsi (MİK) yanında təşkil olunmuş istilah komissiyasının hazırladığı cəbr, hesab, həndəsə, coğrafiya və təbiyyat lüğətlərində ədəbi dildə mövcud olan terminlərin uyğun olaraq dəyişilməsini təklif edirdilər [3.S.44]. Milli dilin mühüm tərkib hissəsi olan terminologiya ilə bağlı Azərbaycan aydınlarının əksəriyyətinin mövqeyi belə idi ki, ərəb və fars mənşəli, eləcə də beynəlxalq terminləri dilimizdən çıxararaq yerində qədim türkcədə olan sözləri, yaxud da türk dilinə uyğun yeni sözləri işlətmək lazımdır. 1926-cı ildə Bakıda keçirilən I Ümumittifaq Türkoloji Qurultayda, eləcə də həmin dövrdə Bakıda nəşr olunan bir sıra qəzet və jurnallarda bu ideya ciddi şəkildə dəstək qazanmışdı.
Həmin dövrdə milli ədəbi dilin qədim türkcə və yeni sözlər əsasında for- malaşmasının tərəfdarları bu fikirlərini sübuta yetirmək üçün bir sıra əsərlər və məqalələr yazmışlar. Onlar bu əsərlərində (Azərbaycan dilinin) qədim türkcənin bir parçası olduğunu iddia edirdilər. Məsələn, bu fikri müdafiə edən dilçi alimlərdən Bəkir Çobanzadəyə görə, türk dili türk-tatar dilinin bir parçası, bir budağıdır. Türk-tatar dilinin abidələri isə Orxon-Yenisey abidələri (VII-VIII əsrlər), “Qutadğu Bilig”, “Divanü Lüğat-it-Türk” və başqaları olmuşdu [17.S.66- 67]. O yazırdı ki, hazırda milli dilin formalaşması ilə bağlı üç cərəyan var: 1) Xal- qın dilində yazmağa üstünlük verənlər (“mollanəsrəddinçilər” və b.); 2) İstanbul ədəbi şivəsinə üstünlük verənlər (H.Cavid və b.); 3) Orta mövqe tutanlar – xalqın canlı danışıq dili və klassik ədəbi dilin bütövlüyündən çıxış edənlər. Ona görə ilk iki cərəyanın irəli sürdüyü prinsiplər əsasında Azərbaycanda ədəbi dil yarana bilməz. Çünki birincisini ədəbi sistemə salmaq mümkün olmadığı kimi, ikincisi də Azərbaycan türk dilinin xüsusiyyətlərini kifayət qədər əks etdirmir. Bu baxımdan “xalqın canlı danışıq dili və klassik ədəbi dilin bütövlüyündən çıxış edənlərin ədəbi dili istiqbala malikdir” .
Bu dövrdə dilçi alimlərdən B.Çobanzadə, F.Ağazadə də hesab edirdilər ki, dilimizdə minlərcə əcnəbi kəlmə var ki, onları türkləşdirmək mümkün deyil. Ona görə də türkləşə bilməyən kəlmələrin qədim türkcəsi var; onları canlan- dırmaq və dilimizə gətirmək lazımdır. Qədim türkcədə qarşılığı olmayan sözləri isə başqa türk dillərindən (cığatay, altay və s.) almaq lazımdır. F.Ağazadə qeyd edirdi ki, vaxtilə başqa dillərin təsiri altında yarımcan qalmış türk dili indi dirilmək istəyir, köhnə zənginliyinə qayıtmaq fikrindədir: “Buna dəlil türk ellə- rindəki dil hərəkətləridir: bir yerdə dili türkləşdirirlər, o biri yerdə saflaşdırırlar, hətta Azərbaycanda istilahları da türkləşdirmək fikrinə gəlmişlər. Bəs “türkcə- miz çoxdan itirdiyi yatağına qayıtmaq istəyirmi?” [11.S.10-11]. Hənəfi Zeynallı isə “Azərbaycanda el ədəbiyyatı” məqaləsində (1926) yazırdı ki, Azərbaycanın işğalçıların əsarəti altında olduğu “zamanında xalq yaradıcılığının bir qismi olan
el ədəbiyyatı, el söz və ahəngi, el vəzni, el düşünüşünün büsbütün xatirələrdən silinməsinə çalışılmışdır. El sözünü işlətmək istəyənlər bu elin yağıları nüfuzuna tabe olaraq sapqın mülahizələrə uymuşdular. Hətta o dərəcəyə varmışdılar ki, həqarətlə “türk demişkən” demədikcə öz ana dilindəki bir sözü işlətməyə cəsarət edə bilməzmiş”.
Milli aydınlar tərəfindən irəli sürülən Azərbaycan türk ədəbi dilinin ərəb, fars, rus, eləcə də digər əcnəbi terminlərdən təmizlənməsi və qədim türkcə əsasında formalaşması ideyasının ictimaiyyət arasında, o cümlədən mətbuatda bu qədər dəstək görməsi SSRİ rəhbərliyini və sovet ideoloqlarını ciddi şəkildə narahat etmişdi. Eyni zamanda sovet ədəbiyyatında puristlər adlandırılan [3.S.131] milli fikrin tərəfdarları rus mənşəli sözləri də dəyişməyi təklif edirdilər ki, bu da sovet imperiyası üçün dözülməz idi. Həmin dövrdə, eləcə də sonralar sovet ideoloqları və onların Azərbaycandakı təmsilçiləri bu təklifləri pantürkizm, millətçilik kimi qiymətləndirir və tənqid edirdilər.
Ancaq milli terminologiya məsələsində türkcənin milliləşdirilməsinin – qədim türkcəyə müraciət edilməsinin əleyhinə olanlar əsasən milli dil məsə- ləsində “mollanəsrəddinçilər”in mövqeyini müdafiə edirdilər. Buna səbəb “mol- lanəsrəddinçilər”in 27 aprel işğalından öncə də dil məsələsində ortaq türk dilinin deyil, Azərbaycan türklərinin danışıq dilinin inkişafına çalışmaları və bu zaman rus və Avropa mənşəli sözlərə meyil etmələri idi. Sovet beynəlmiləlçiliyinin tərəfdarları üçün Azərbaycan türk ədəbi dilinin formalaşmasında ən yaxşı variant “mollanəsrəddinçilər”in yolu idi .
1920-ci illərdə “mollanəsrəddinçilər”in əsas siması olan Cəlil Məmməd- quluzadə “Molla Nəsrəddin” jurnalının SSRİ dövründə nəşr olunan saylarının bi- rində dərc olunmuş “Təmizləmək” məqaləsində Bakıda keçiriləcək Türkoloji Qurultayla bağlı dil məsələsinə toxunaraq yazırdı: “İndi Türkoloji Qurultay da bir belə sil-süpürə, yır-yığışdıra başlayacaqdır. Amma bu qurultayın təmizlə- yəcəyi ev deyil, dildir və özü də türk dilidir. Bəziləri dildə nə zibil ola biləcəyini soruşa bilərlər. Dərd elə burasındadır ki, heç bir evdə bizim dilimizdə olan qədər zibil yoxdur. Əlifba zibili, əruz vəzni zibili, ərəb dili zibili, fars dili zibili, din zi- bili və başqaları. Türk dilini bütün bu zibillərdən təmizləmək lazım gəlir” .
Maraqlıdır ki, yerli “beynəlmiləlçilər” milli dilin xalqlaşması dedikdə, xalqın danışdığı türkcəni nəzərdə tutduqlaru halda, sovet ideoloqları “xalqlaş- maq” adı altında türk dilinin əsas mahiyyətinin və məzmununun bəsitləşdirilməsi və sonralar bunun əvəzində türk dilinin rus və Avropa mənşəli sözlərlə doldurul- masını qarşılarına məqsəd qoymuşdular. Başqa sözlə, S.M.Əfəndiyevin təbirincə desək, 1930-1940-cı illərdə bir tərəfdən türk dili “ərəbçilik və farsçılıq təsirindən müvəffəqiyyətlə azad edilir” [12.S.334], digər tərəfdən, sürətlə ruslaşdırılır və beynəlmiləlləşdirilirdi. Bu baxımdan “mollanəsrəddinçilər”in xalqa yaxın yol tutmasını əlində bayraq edərək, onların İstanbul şivəsini və qədim türkcəni tən- qid etməsini təqdir edənlər “Azərbaycan dili” adı altında bu dilin ruslaşdırılması və avropalaşdırılması məsələsində eyni mövqe tutmurdular. Halbuki millilik- türkçülük tərəfdarları deyil, məhz sovet “beynəlmiləlçilər”i türk dilini xalqın dilindən ayırır, onu “beynəlmiləlləşdirirdi”.
Çünki milli dil məsələsinin müzakirəsində yerli “beynəlmiləlçilər” əvvəl- cə dildə “xalqlaşmaq” – xalqın danışdığı türk dilində milli dil yaratmaq yolu tutsalar da, 1930-cu ilin ortalarından etibarən bu fikrin nümayəndələrindən bəziləri deyirdilər ki, türk dilindəki ərəb və fars mənşəli sözləri rus və Avropa mənşəli sözlərlə əvəz etmək lazımdır. Çox təəssüflər olsun ki, bununla da dilimizə əsasən rus, qismən də Avropa mənşəli terminlər daxil oldu. Bununla da “məzmunca sosialist, formaca milli mədəniyyət yaradılması”, “Lenin dilinin öyrənilməsinin vacibliyi” devizləri altında azərbaycanlılar milli mənəvi dəyərlərindən uzaqlaşdırılırdı. Beləliklə, Azərbaycan dilinin əlifba vasitəsilə türkləşməyə başladığı 30-35 illik bir dövr geridə qalır, onun yerini “böyük, xilas- kar qardaşın” əlifbası və rus terminləri tuturdu. Bu baxımdan M.B.Məmmədza- dənin fikri olduqca düşündürücüdür: “Sovet ideoloqları ruslaşdırma nəticəsində yarı rusca, yarı türkcə olan “internasional” dil yaradırdılar [20.S.574-575]. Çünki artıq 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay iştirakçılarının də- fələrlə Azərbaycandan danışarkən türk respublikası kimi vurğuladıqları bu öl- kənin həm zahirində, həm də mahiyyətində sovet ideoloqları ciddi dəyişikliklər etmişdilər”.
Milli terminologiyanın ruslaşdırılması siyasəti o qədər güclü olmuşdu ki, 1930-cu illərin axırları, 1940-cı illərin əvvəllərində bəzi ziyalılarımız ifrata vararaq rus və Avropa terminlərini (alqebra, qradus, nerv, prosent, şar, muskul, pauza, avtor, epos, tragediya, kultura, stilistika, minus, vertikal, evolyusiya, qeo- qrafiya, qeometriya və s.) türk dilinin qayda-qanunlarına uyğunlaşdırılmadan tət- biq olunması təklifini irəli sürürdülər. Çox təəssüf ki, o vaxt Azərbaycan ziyalı- larından bəziləri (repressiyanın qurbanı olmayanlar) bu prosesin kor-koranə təbliğatçısına çevrilmişdilər. Artıq 1940-cı illərin ortalarında, bəzi ziyalıların öz- lərinin də etiraflarına görə, ruslaşdırma siyasəti nəticəsində Azərbaycan dili rus və Avropa mənşəli sözlərlə xeyli korlanmışdı.
Beləliklə, Azərbaycanda “milli terminologiya” məsələsinə münasibətdə sovet rəhbərləri və ideoloqları bu mərhələdə bir tərəfdən “türk dili” anlayışını xalqın yadından çıxarmağa və müstəqil “yeni dil” – “Azərbaycan dili” anlayışını formalaşdırmağa çalışdıqları halda, digər tərəfdən “Azərbaycan dili”ni formal bir dil halına gətirərək, faktiki olaraq, rus dilini rəsmi dil səviyyəsinə qaldırmağa cəhd göstərmişlər. Şübhəsiz, hər iki məsələni öz müstəmləkə maraqlarına uyğun şəkildə həll etmək üçün sovet Rusiyası Azərbaycan alimlərindən, ziyalılarından, dövlət xadimlərindən və başqalarından da maksimum faydalanmağa çalışmışdır.
Dostları ilə paylaş: |