Geyimlərin layihələndirilməsi. Layihələndirmə - problem yarandığı
andan həmin problem həll olunana qədər aparılan ardıcıl bir prosesdir.
Məmulatın
layihəsinin
hazırlanması
prosesində
müxtəlif
mütəxəssislərdən ibarət böyük bir kollektiv iĢtirak edir: rəssamlar,
konstruktorlar, texnolo
qlar, dərzi-labarantlar, fəhlənormalaĢdırıcılar, ülgü
hazırlayanlar və s. bu iĢ ilə modalar evi, xüsusi rəssam-konstruktorlar
bürosu, böyük müəssisələrin təcrübə sexləri, firmalar, geniĢ Ģəbəkəli
müəssisələr məĢgul olurlar.
Layihələndirmənin nəticəsi məmulatın modeli və sənədlər toplusu
olur. Bu topluda sənədin adı, təyinatı, hansı yaĢ qrupuna və cinsə aid
olduğu, hansı fəsildə geyiləcəyi, rəssam və konstruktorun familiyası,
geyimin texniki təsviri və s. daxildir.
Texniki təsvirdə modelin foto Ģəkli və modelin bədii təsviri, əsas və
astarlıq parçanın adı, lifin tərkibi, rəngi və furnitura haqqında məlumat
olmalıdır.
Geyimlərin kütləvi istehsalında hər bir insanın zövqünü və tələbatını
nəzərə almaq mümkün deyildir. Ona gürə də layihələndirmə prosesində
anket,
sərgilər, yarmarkaların köməyi ilə insanların zövqünü və tələbatını
öyrənirlər. Müəssisənin nümayəndəsi məmulatın yeni modellərin
yaradılmasında nəzərə alınır.
Konstruksiya, modelləĢdirmə iĢi üç mərhələdə aparılır:
Birinci mərhələ-bir il qabaqcadan modanın istiqamətini, geyimin
çeĢidlərini, bədii tərtibatını göstərən toplunun yaradılması. Bu topluda olan
modellər gələcək modanın əsas amillərini özündə əks etdirir.
Ikinci mərhələ-istiqamətləndirici istehsalat toplusunun yaradılmasıdır.
Bu mərhələdə dəbdə olan modellərin konstruksiyasının əsasları tərtib
olunur. Istiqamətləndirici toplunun modelləri, modalar jurnalı, sərgilər və
televiziya vasitəsi ilə geniĢ auditoriyaya reklam olunur.
Üçüncü mərhələ-kütləvi istehsalat üçün seçilən modellərin istehsalat
qovlu
ğunun yaradılmasıdır. Bu mərhələdə məmulatın layihəsi müəssisənin
istehsal xüsusiyyətlərini və xammal ehtiyatını nəzərə almaqla yerinə
yetirilir.
Geyimin keyfiyyəti layihələndirmə prosesinin mərhələlərindən asılıdır:
Geyim konstruksiya edildikdə aĢağıdakılar nəzərə alınmalıdır:
1.Geyimin görünüĢü, ondan nə məqsədlə istifadə edilməsi, ona
verilən tələblər;
2.Hansı parçadan tikilməsi;
3.Geyimin siluet forması;
4.Əsas hissələrin forması və ölçüləri;
5.Əsas hissələrin birləĢdirilməsi və s.