Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti


Fənn Rəhbərindən Qarşılama Mesajı



Yüklə 45,81 Kb.
səhifə2/5
tarix11.11.2023
ölçüsü45,81 Kb.
#132332
növüDərs
1   2   3   4   5
Fənn Rəhbərindən Qarşılama Mesajı
Aldığınız təhsilin əsas fənni olan Ali Məktəb Pedaqogikası kursuna xoş gəlmisiniz. Bilindiyi kimi, cəmiyyətin tərbiyə, təlim və təhsil funksiyası çox vacib faktordur ki, bununla da öz üzvlərinin uğurunu təmin edir. Pedaqogika kursu boyunca siz ali məktəblərin və digər təlim-tərbiyə müəssisələrinin fəaliyyətinin əsas prinsiplərini nəzərdən keçirəcək, həm də təhsil müəssisələrində həyata keçən tədris işlərinin xüsusiyyətləri ilə tanış olacaqsınız.
Bu kitabça kurs ərzində gözlənilən təhsil, fənnin məzmunu və qiymətləndirmə detalları daxil olmaqla əsas məlumatı nəzərinizə çatdırır. Diqqətlə oxumalı və fənn müddətində yaxından izləməlisiniz.


III. FƏNNİN TƏSVİRİ VƏ MƏQSƏDİ:
FƏNNİN TƏSVİRİ: Kurs pedaqoji proses anlayışı ilə başlayır. Sistemin mahiyyəti sxematik şəkildə belədir: pedaqoji elmin sahələri, mənbələri, metodları, pedaqoji proses (təhsil, təlim, tərbiyə, inkişaf və onların qarşılıqlı əlaqəsi, qanunauyğunluqlar), təhsil (mahiyyəti, məzmunu, növləri, sistemi, prinsipləri), təlim (mahiyyəti, vəzifələri, qanunauyğunluqlar, mərhələləri, formaları, metodları, vasitələri), tərbiyyə (məqsədi, vəzifələri, sahələri, prinsipləri, metodları, formaları), pedaqoji prosesin idarə olunması (idarə olunma və rəhbərlik metodik iş, məktəbin, ailənin, ictimaiyyətin və kollektivlərinin əlbir işi)


FƏNNİN MƏQSƏDİ: Pedaqoji qanunlara və qanunauyğunluqlara aydınlıq gətirmək, onları dəqiq və konkret ifadə etmək kursun məqsədlərindən biridir. Kursun məqsədlərindən biri də tələbələrdə yaradıcı pedaqoji təfəkkürün inkişafına şərait yaratmaqdan ibarətdir.


FƏNNİN TƏDRİSİNİN NƏTİCƏLƏRİ (HƏDƏFLƏRİ):

  • Pedaqogika elminin məqsəd və vəzifələri, elmi-tədqiqat metodları, digər elmlərlə əlaqəsi haqqında təsəvvürlərin formalaşdırılması;

  • Təliminin təşkili formaları haqqında təsəvvürlərin formalaşdırılması;

  • Təliminin vasitələri haqqında təsəvvürlərin formalaşdırılması;

  • Pedaqoji prinsiplər, təlim metodları haqqında təsəvvürlərin formalaşdırılması;

  • Tələbələrdə təliminin məqsəd və vəzifələri haqqında təsəvvürlərin formalaşdırılması;

  • Tələbələrdə pedaqogoka kursunun məzmunu, qurulması xüsusiyyətləri haqqında təsəvvürlərin formalaşdırılması;




Yüklə 45,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin