ƏLDƏ OLUNACAQ TƏCRÜBƏ: 1. Pedaqogika elminin məqsəd və vəzifələri, elmi-tədqiqat metodları, digər elmlərlə əlaqəsini izah edir.
2. Təliminin təşkili formalarını fərqləndirir, mövzuya uyğun formanı müəyyənləşdirir və tətbiq edir.
3. Təlim və tərbiyənin vasitələrini şərh və izah edir.
4. Pedaqogikanın prinsiplərini, təlim metodlarını (texnologiyalarını) şərh və izah edir.
5. Pedaqogika elminin məqsəd və vəzifələrini şərh edir.
6. Pedaqogika kursunun məzmun xətlərini fərqləndirir, qurulması xüsusiyyətlərini izah edir, hər bir bölmə üzrə formalaşdırılmalı standartları sadalayır.
DƏRSİN İŞLƏNMƏ FORMASI: (TƏDRİSİN FORMA VƏ METODLARI): mühazirə
YOXLAMA FORMASI:
İmtahandan əvvəl məsləhət saatları təşkil olunur.
İmtahanlar və aralıq yoxlamalar (kollekviumlar) yazılı formada aparılır.
Tələbələrin imtahana və aralıq yoxlamalara buraxılması ilə bağlı məsələlər fakültə dekanı tərəfindən həll edilir. İmtahan və aralıq yoxlamalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyələrində kredit sistemi ilə təlimin təşkili Qaydaları”na əsasən aparılır.
Semestr ərzində hər bir tələbə 1 müstəqil iş yerinə yetirməlidir. Müstəqil işlərin mövzuları keçilən mövzuları əhatə edir. Hər bir müstəqil iş 10 ballıq sistemlə qiymətləndirilir.
Sərbəst işin mövzusu tələbəyə müəllim tərəfindən hər semestrin 2-ci həftəsindən gec olmamaq şərti ilə təqdim edilir və ən gec müvafiq semestrin bitməsinə 2 həftə qalmış təhvil alınır.
IV. ÜMUMİ QAYDALAR: DAVAMİYYƏT: Fənn üzrə ayrılmış bütün saatların 25% -dən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.