Azərbaycan respublikasi əlyazması hüququnda İNGİLİs diLİNDƏ qayidiş ƏVƏZLİKLƏRİNİn praqmatikasi



Yüklə 297,74 Kb.
səhifə12/34
tarix02.02.2022
ölçüsü297,74 Kb.
#114032
1   ...   8   9   10   11   12   13   14   15   ...   34
Əli – Öz səfərin haqqında danışmaq istəyirsən?

Vəli – Bilmirəm. Sualların vardırsa əgər ....

Əli – Yaxşı, mənə de görüm .......

Vəli – Gözlə, Aytən haqqında bilmək istəyirsən?

Əli – Yaxşı, nə olub ki ona?

Vəli – O, yaxşıdır. Sadəcə bir az kökəlib.

Burada Əlinin əsas fikri Vəlinin Aytən haqqındakı söhbəti ilə bölünür, ola bilsin ki, bunun səbəbi Vəli Əlinin qız haqqında (keçmiş sevgilisi olduğuna görə) bilmək istəyəcəyini düşünür. Əslində söhbəti bu istiqamətə yönəldən nəticəçıxarma idi və buna səbəb də qarşılıqlı şəkildə yaradılmış ehtimaldır.

Burada biz danışanın fikrini, tələffüz səviyyəsini və birgə mənanı bir- birlərindən fərqləndirməliyik. Çünki müxtəlif fikirlərin mənanın fərqli növlərinə uyğun gələn funksiyaları vardır.

Mədəniyyətlərarası praqmatika. Mədəniyyətlərarası praqmatikanın kökləri SKY-ya (SCA-social cognitive approach), yəni sosial-koqnitiv yanaşmaya gedib çıxır [20]. Bu nəzəriyyə ünsiyyətin xüsusiyyətlərini fikir əsaslı yanaşma ilə birləşdirməyə çalışır. Bu yanaşmada söhbət edən tərəflər sosial-mədəni kollektivdə məna axtarışında olan sosial varlıqlar hesab edilirlər. Fərdi xüsusiyyətlər (əvvəlki təcrübə, xarakter, eqoizm, diqqət) sosial xüsusiyyətlər (o ankı şəraitdən asılı olan təcrübə, uyğunluq, əməkdaşlıq, fikir) ilə qarşılıqlı əlaqəyə girir. Hər bir xüsusiyyət digərinin nəticəsidir.

Əvvəlki təcrübədən xarakter yaranır, o da bəzən eqoizmə aparıb çıxarır. Fikir isə əməkdaşlığa əsaslanan təcrübədir və o, qısmən söhbət anındakı mövzu ilə bağlı sahib olduğumuz bilikdən asılı olan uyğunluğa tabedir. İ.Keskes iddia edir ki, eqoizmin koqnitiv izahı və əməkdaşlığın praqmatik izahı bir-biri ilə əlaqəlidir və hər ikisi ünsiyyətin bütün mərhələlərində gözə çarpır [58, s. 22].

Mədəniyyətlərarası praqmatika mədəniyyətlərarası münasibətləri bir hadisə kimi şərh etməyə çalışır. Bu hadisə ünsiyyət zamanı qarşılıqlı olaraq meydana çıxır, həmçinin həmsöhbətlərin daxil olduğu cəmiyyətləri təmsil edən mədəni norma və modellərə də əsaslanır. Nəticədə mədəniyyətlərarası münasibətlər nisbi olaraq normativ və ardıcıl komponentləri özündə daşıyan daxili qayda-qanunlar toplusu hesab edilə bilərlər.

İ.Keskesə görə, standart praqmatikanın əsasını təşkil edən kommunikativ fərziyyələr danışan və dinləyən arasında ortaq cəhətləri və razılaşmanı təmin edir, ona görə də mədəniyyətdaxili ünsiyyəti mədəniyyətlərarası ünsiyyət ilə eyni formada nəzərdən keçirmək olmaz [58, s. 7]. Ortaq cəhətlər, adət-ənənələr, normalar, ümumi inanclar, paylaşılan məlumatların hamısı söhbət üçün fikir və əməkdaşlığa əsaslanan ümumi bir zəmin yaradır. Ancaq bu ümumi zəmin olmadıqda və yaxud məhdud şəkildə ortaya çıxdıqda, mədəniyyətlərarası ünsiyyətdə söhbət edən tərəflər onları təxmin edə bilmirlər. Buna görə də qısa zaman ərzində ehtimal etməyə çalışırlar. Yəni fərqli mədəniyyətlərdən və ölkələrdən olan insanlar ünsiyyətə girdiyi zaman yaranan söhbət digərlərindən kəskin şəkildə fərqlənir. Bu zaman ünsiyyətə girən tərəflər əsasən praqmatikanın köməyi ilə ünsiyyəti davam etdirirlər. Çünki fərqli mədəniyyətlər, fərqli inanclar, etik qaydaları və dünyagörüşü deməkdir. Bu zaman artıq tərəflər praqmatikanın tədqiqat sahələrinə daxil olan nəticəçıxarma, eyham, ehtimal və s. istifadə edərək ifadə edilən fikri başa düşməyə çalışırlar.

Formal praqmatika. 1950-ci illərdə N.Xomski və onun həmkarları dilin mürəkkəbliyini azaltmaq məqsədi ilə fonologiya və sintaksisi bir neçə ümumi prinsipə endirməyə təşəbbüs etdilər[11]. Onlardan bir az əvvəl də C.Sirl və P.Qrays eyni şeyi rasional ünsiyyət üçün tətbiq etməyə çalışdılar [100, 27]. P.Qrays 1967-ci ildə çap etdirdiyi Uilliam Ceyms mühazirələrində söhbətin mahiyyətinə əsaslanaraq geniş optimallaşdırma sistemi təqdim etdi. Onun məqalaləri intuasiya məsələsinə əsaslanırdı. Baxmayaraq ki, onun yazısı formal deyildi, amma formal praqmatikanın rüşeymlərini atmış oldu.

Praqmatika indi linqvstik məna nəzəriyyəsinin əsasını təşkil edir. S.Levinsona istinad etsək, o demişdir ki, bizim səsləndirdiyimiz cümlələrin kodlanmış məzmunu o fikirlər ilə saxladığımız ünsiyyətin ən sadə sxemidir [71, s. 123]. Fikirlərin şərhi semantik məzmun, söhbət konteksti və ümumi praqmatik qaydalar arasındakı mürəkkəb qarşılıqlı əlaqəni ehtiva edir.

Formal praqmatikanın başlanğıc nöqtəsi müşahidələrdir. Ona əsasən söhbət kontekstləri və cümlə növləri arasında müəyyən qanunauyğunluqlar mövcuddur. Praqmatik nəzəriyyə üçün mühüm çətinliklərdən biri də semantik məzmun və bir-birinə təsir edən fikirlərin konteksti arasındakı əlaqəni müəyyənləşdirməkdir. Buna görə də alimlərin bir çoxu həmfikirdir ki, cümlənin mənası kontekstual məlumat olmadan natamamdır. Bu zaman indeks göstəricilər və işarə əvəzlikləri paradiqma halları yaradır: “I am here nowcümləsi müəyyən məna ifadə etmir. Çünki cümlədə danışanın kim olduğu, nə vaxt və harada danışdığı haqqında məlumat yoxdur. Eynilə, must kimi (malı, məli) modal feillər geniş şərhlər tələb edir. “Ali must be in his office cümləsi də sübuta əsaslanan ehtimal irəli sürməklə istifadə edilə bilər.




Yüklə 297,74 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin