Azərbaycan respublikasi əlyazması hüququnda İNGİLİs diLİNDƏ qayidiş ƏVƏZLİKLƏRİNİn praqmatikasi



Yüklə 297,74 Kb.
səhifə15/34
tarix02.02.2022
ölçüsü297,74 Kb.
#114032
1   ...   11   12   13   14   15   16   17   18   ...   34
A woman entered. She looked tired.

Ya da onlar miqdar bildirən elementləri ilə məhdudlaşa bilirlər:



No actress admitted that she was tired.

Halbuki bunların heç biri digər şəxs əvəzliklər üçün mümkün deyil. Əvəzliklər ilə zaman elementlərinin birgə işləndiyi cümləni nümunə olaraq göstərək. Sadə cümlədə keçmiş qeyri-müəyyən zaman tələffüzün zamanına əsasən nisbi olaraq müəyyən edilir. Əgər A deyirsə ki, “I didn’t run off the stove, o, burada sobanı söndürmüş olduğu bir keçmiş zamanın olmadığını nəzərdə tutmur. Əslində onun sobanı söndürmədiyini ifadə etdiyi tələffüz vaxtından əvvəl xüsusi, dəqiq bir müddət var. Həmçinin burada diskurs əlaqələndirmə də mümkündür. “Maryam woke up sometime in the night. She turned on the lightcümlələrində ikinci cümlənin ifadə etdiyi zamandan əvvəl müəyyən müddət var və bu sometime in the night kimi qeyri-müəyyən ifadə ilə bildirilir. İngilis dilində zamanın əlaqələndirilməsi geniş yayılmışdır:



Whenever Maryam awoke from a nightmare as a child, she turned on the light.

Burada birinci cümlə ilə ikinci cümlə arasındakı vaxt əlaqələndirilmişdir. Yəni hər iki cümlədə ifadə edilən vaxt eyni zamana təsadüf edir, həmçinin hərəkət ardıcıllığı da verilmişdir.

B.Parte bu mümkün ehtimalların əksəriyyətini əks etdirən ifadələrin, o cümlədən də yerli (məsələn, a local bar), təsirsiz tamamlayıcı anafora (The baby started crying. Everyone noticed) və geniş perspektivli elementlər də (two feet away, near) daxil olmaqla ümumi izahını vermişdir [85].

Hər kontekstdən asılılıq vahid səviyyəli ifadələri əhatə etmir. Məsələn, miqdar bildirən ifadələr üçün işlənmə yerləri çox dəyişir və kontekstdən asılıdırlar. Əgər mən sinifdə deyirəmsə, “Every student did the homework, mütləq səhv danışıram, çünki bu zaman dünyadakı bütün tələbələr nəzərdə tutulur. Burada ehtimal ki, mən say olaraq sinifdəki bütün tələbələri nəzərdə tuturam. Bu seçim daxili işlənmə yerləri üzrə məhdudiyyətləri dildə nizamlamaq üçün istifadə olunur. Sadəcə isimlər üçün deyil, zərflər (usually və necessarily), modal feillər (may və should) və çoxlu başqa feillər üçün də bu qayda belədir. Kontekstdən aşkar olmayan mənaları üzə çıxarmaq tall, expensive, və soft kimi dərəcə bildirən sifətləri şərh etmək üçün vacibdir.



That computer is expensive

Fuad is tall.

Bu ehtimallar müqayisəli sinif adlanan kontekstlə təmin edilmiş bir anlayışa nisbətən edilir. “The watch is expensivevə “The watch is affordablecümlələri eyni müqayisə sinifinə nisbətdə şərh edilə bilər. Amma onlar müxtəlif standartlar tələb edirlər. Müqayisə sinifi əsasən linqvistik kontekstdən (large mouse) üzə çıxır və o, “large for a mouse kimi ifadələrlə açıq şəkildə yazıla bilər. Amma bu vəziyyətdə kontekstdən asılılıq həmişə yoxa çıxmır. Təhlil edərkən müşahidə etdik ki, “Bill has an expensive BMWcümləsi, hətta onun ən ucuz BMW maşını olsa belə düzgün ola bilər. Əgər müqayisəli sinif bütün maşınlara aiddirsə, bu zaman fikir doğru çıxır. Müəyyən standart təsbitlər bəzi miqdar bildirən elementləri şərh etmək üçün tələb olunur. Bir siyasətçinin “Many people support my proposal” kimi bir iddiasını dəyərləndirmək üçün biz əlavə işlənmə məhdudiyyətlərinin (people in the city, people who own cats) olub olmadığını da bilməliyik. Həmçinin bizim many üçün çoxlu sayda mövcud say standartlarına dair bir məlumatımız da olmalıdır.

S.Levinson qeyd etmişdi ki, “praqmatika dil və dildəki mənanın başa düşülməsində böyük rol oynayan kontekst arasındakı əlaqənin öyrənilməsi üzrə bir elm sahəsidir” [70, s. 21]. Praqmatika dilin istifadə olunması, eyni zamanda dilin forması və istifadəsi arasındakı əlaqənin öyrənilməsi ilə məşğul olduğu üçün onun əsas tədqiqat sahəsinə cümlələr və ya sözlərin mənasının kontekstdən asılı olaraq araşdırılması da daxildir. Buna görə də o, deyiksis nəzəriyyəsini praqmatikanın bir hissəsi olduğunu iddia edirdi.

S.Levinsonun fikirlərinə istinad edən məşhur amerikalı dilçi C.Yula görə, də praqmatikanın əhatə dairəsinə ehtimal, eyham, nəticəçıxarma, nitq aktları ilə yanaşı deyiksis də daxildir. O, da öz növbəsində iddia edirdi ki, praqmatika danışan və ya yazan tərəfindən çatdırılan və dinləyən və ya oxucu tərəfindən başa düşülən mənanı araşdırır [107, s. 130].

Deyiksis yunan sözüdür və göstərmək deməkdir. O, danışan tərəfindən fikrin məzmununun necə idarə olunduğunu göstərməyin əsas yollarından biridir. Deyiksis praqmatik bir fenomen olaraq fikir kontekstinin linqvistik kodlaşdırması ilə bağlıdır. Əslində, bütün deyiktik ifadələr indekslidir, lakin bütün indekslər deyiktik deyil. Buna görə indeksliyin daha geniş əhatə dairəsi var, yəni kontekstin bütün fenomenlərini əhatə edir, halbuki deyiksis indeksliyin linqvistik cəhətdən müvafiq aspektləri ilə məşğul olan daha dar bir sahəsidir. Ümumi fikrə görə deyiksis altı növə bölünür: şəxs deyiksisləri, emfatik deyiksislər, yer deyiksisləri, vaxt deyiksisləri, söhbət deyiksisləri və sosial deyiksisləri.

Deyiksis istinadı həmişə kontekstdən asılı olaraq dəyişən sözə deyilir. Deyiksis kontekstə görə dəyişən müəyyən bir söz və ya cümləyə aid olduğu üçün praqmatikanın əsas hissələrindən biridir. Cümlədəki kontekstin dəyişməsi tez-tez situasiyanın, yəni iştirakçıların, zamanın və yerin dəyişməsinə görə baş verir. Deyiksis situasiya ilə birbaşa əlaqəli elementləri göstərmək üçün istifadə olunur. Onlar həmçinin mətnin hissələrinin bir-birinə uyğunlaşdırılmasını və əlaqələndirilməsini də təmin edirlər. Deyiktik sözlər danışan və yazan tərəfindən müəyyən edilən istinad nöqtələrini bildirirlər. Deyiktik sözlərin ifadə etdikləri məna verilən situasiyaya uyğun olaraq formalaşır. Yəni deyiktik ifadələrdə istinad daim dəyişir, amma məna kontekstə uyğun olaraq qalır. S.Levinson digərlərindən fərqli olaraq deyiksisin beş növünü müəyyən edib: şəxs deyiksisləri, yer deyiksisləri, zaman deyiksisləri, diskurs deyiksisləri və sosial deyiksislər [69]. Hər iki bölgünü təhlil etdikdən sonra altı növə bölünməsinin daha məntiqəuyğun olduğunu hesab edərək aşağıda onların praqmatik izahını veririk.

Şəxs deyiksisləri. Bu referentin iştirakçı roluna deyiktik istinaddır: danışanlar, xitab edilənlər, kənarda dayananlar. Şəxs deyiksisləri şəxs əvəzlikləridir. Birinci şəxsin tək və cəmini bildirən Iwe əvəzlikləri danışana istinadın qrammatik kodlaşdırılmasıdır, ikinci şəxsin tək və cəmini bildirən you əvəzliyi xitabedilən şəxsə istinadın qrammatikləşdirilməsidir və üçüncü şəxs bildirən he, she, they əvəzlikləri kənarda dayanan şəxslərə istinadın qrammatik kodlaşdırılmasıdır. Əlavə olaraq biz birinci şəxsi cəmini bildirən we əvəzliyini istifadə yerinə görə inklüziv xitab və eksklüziv xitab olaraq da ayırırıq. Aşağıdakı cümlələrlə fikrimizi daya aydın ifadə edə bilərik:


Yüklə 297,74 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin