Azərbaycan respublikasi əlyazması hüququnda İNGİLİs diLİNDƏ qayidiş ƏVƏZLİKLƏRİNİn praqmatikasi


I əvəzliyi birinci şəxsi bildirir, You



Yüklə 297,74 Kb.
səhifə18/34
tarix02.02.2022
ölçüsü297,74 Kb.
#114032
1   ...   14   15   16   17   18   19   20   21   ...   34
I əvəzliyi birinci şəxsi bildirir, You ikinci şəxsin təkinə aiddir və şəxs əvəzliyinin obyekt halıdır. Themselves əvəzliyi isə them əvəzliyindən yaranmış qayıdış əvəzliyidir. Yuxarıda verilən nümunədə “I see no reasoncümləsindəki I əvəzliyi Cənab Benneti bildirir. Amma “You and the girls may gocümləsindəki You əvəzliyi xanım Benneti bildirir. “Or may send them by themselves cümləsindəki Themselves əvəzliyi isə qızları bildirir. Bunu oxuyan bir çox insan üçün bu mürəkkəb başa düşülən cümlədir və səhv şərh oluna bilər. Buradan aydın olur ki, şəxs deyiksisləri həmişə dəyişir və çox mürəkkəbdirlər.

C.Hurford deyiktik ifadələrin referentini tapmaq üçün verilən fikri vasitəli nitqə çevirməyi məsləhət görür [47]. O zaman belə bir cümlə alınır:



He said to his wife that he would not go to visit Mr. Bingley.

Şəxs deyiksislərinin daha başa düşülən olması üçün vasitəli nitqə çevirdikdə, o zaman fərq daha aydın görünür. Bu zaman istinad nöqtəsini də daha asanlıqla tapmaq olur. Vasitəli nitq istifadə olunan zaman referent olduğu kimi qalır, amma deyiktik ifadələr qeyri-deyiktik ifadələrlə əvəzlənir.



Hasan: “I’ll wait for you here tomorrow.”

Hasan said he would wait for me there the next day.

She said: “Can you put it here?”

She asked if she could put it there.

Nümunlərdən də aydın görünür ki, şəxs deyiksisləri də cümlə quruluşunun dəyişilməsinə uyğun olaraq dəyişir. Birinci cümlədəki danışana aid olan və birinci şəxsin təkini bildirən I əvəzliyi ikinci cümlədə dinləyəni bildirən üçüncü şəxsin təki he ilə əvəz olunur.

Emfatik deyiksislər deyiktik formaların münasibət ifadə etmək üçün metaforik şəkildə işlənməsini nəzərdə tutur, yəni danışan və referent arasındakı emosional və ya psixoloji münasibət göstərir. Burada işarə əvəzliyi this empatiya və ya həmrəylik bildirmək üçün, that isə arada məsafə olduğunu ifadə etmək üçün işlənir. Ancaq ikisi arasındakı fərqlərin aradan qalxdığı çoxlu hallar müşahidə olunur.

This is what I want. But also I want that. (empatiya)

That woman! (məsafə)

Yer deyiksisləri nitq prosesində iştirakçının olduğu yerə edilən deyiktik istinad olaraq müəyyənləşdirilə bilər. Yer deyiksislərinə yer zərfləri, işarə əvəzlikləri, məkan bildirən sözönülər və hərəkət feilləri daxildir.

J.P.Denni bir məkanda yerbildirən göstəricilərin olub olmadığını bildirmək üçün məhdudiyyət (boundedness) terminindən istifadə edilməsini təklif etmişdir [17, s. 210]. In there, in here, out there kimi ifadələr məhdud deyiksislərə aiddir, amma herethere isə məhdud olmayan deyiksislərdir.

Bəzi tanınmış alimlər məkana istinad verilməsinin bir neçə prinsipini müəyyənləşdirmişdir:

Tam yer bildirən deyiktik sözlər: herethere kimi zərflər, thisthat işarə əvəzlikləri;

Mütləq yer bildirən: east, west, north, south, upstream, downstream, across river və s.;

Nisbi yer bildirənlər: to the right/left of, behind, in front of, away from, next to və s.;

S.Levinson yer bildirən deyiktik sözləri simvolik və jest kimi işlənənlər olaraq iki yerə ayırır. Simvolik olaraq işlənənlər praqmatik cəhətdən kodlaşdırma vaxtı danışanın yerini göstərən yer vahidləridir. Jest üçün işlənənlər isə praqmatik cəhətdən danışanın olduğu yerə yaxın verilən məkana aid olur. Yəni jestlər məkanı göstərir [69, s. 437].

I’m in Madrid and I love it here. (simvolik)



Bring it here. (jest ilə)

Bəzən danışanın olduğu məkandan uzaqlığı ifadə edən there həmçinin yaxınlığı da ifadə edə bilir. Məkan bildirən sözönülər isə həm deyiktik, həm də qeyri-deyiktik dəyərlərə malik ola bilir. Danışanın olduğu yerə istinad vardısa, deyiktikdilər.

Billy is behind the house. (qeyri-deyiktik)

Billy is behind the house, hiding from me. (deyiktik)

Hərəkət bildirən feillər comego həmçinin iştirakçıların olduğu yerə istiqaməti ifadə edə bilirlər.

Come to me!

Go there!

Bir şeyi nəzərdən qaçırmamalıyıq ki, məkan anlayışı danışanın nöqteyi-nəzərindən fərqli ola bilər. Çünki danışan məkanı fiziki real və ya zehni, yəni xəyali məkan olaraq da bildirə bilər. Məsələn, evindən uzaqlaşmış biri here yer zərfindən istifadə edərək zehni olaraq öz evini nəzərdə tuta bilər amma realda öz evində olmaya bilər. Və ya əksinə özü evində olduğu halda, zehni olaraq başqa bir məkanı da ifadə edə bilər. Telefona yazılmış səs yazısını buna nümunə olaraq göstərə bilərik.

I am not here now, call me later.

İnsanlararası məsafənin ifadə edilməsi də praqmatikanın sahəsinə aiddir. Məsələn, bir ətri iyləyib “I don’t like that!” demək. Burada verilən that işarə əvəzliyinə semantik cəhətdən yanaşmaq düzgün deyil. Çünki onun ifadə etdiyi əsas məna kontekstdən üzə çıxır ki, bu da praqmatikanın tədqiqat sahəsinə aiddir. That işarə əvəzliyi kontekstdən asılı olaraq burada müxtəlif referentləri bildirə bilər. That yuxarıda verilən cümlədə ətirə aid olduğu halda, müəyyən hərəkət qarşısında deyiləndə, həmin hərəkətə istinadən də deyilmiş və ya müəyyən şəxs üçün də nəzərdə tutulmuş ola bilər.

Vaxt deyiksisləri. Müvəqqəti istinad nöqtəsi olan zamana aid olur. Müvvəqqəti istinad nöqtəsinə aid olan zaman deyəndə əsasən fikrin ifadə olunma vaxtı nəzərdə tutulur. Ç.Filmor bu zamanı bildirmək üçün kodlaşdırma vaxtı terminindən istifadə edib [24]. Kodlaşdırma vaxtı qəbul vaxtından fərqlidir. Vaxt deyiksislərinə zaman zərfləri, zamanlar və digər deyiktik ifadələr daxildir. Burada əsas fərqi now then sözlərinin istifadəsi zamanı görə bilərik. Now danışanın fikirlərini ifadə etdiyi vaxtı bildirir yəni praqmatik cəhətdən kodlaşdırma vaxtının da daxil olduğu vaxt bölümünü göstərir. Then isə fikrin ifadə olunduğu vaxtdan sonrakı müddəti bildirir.

Do it now!

I’m now reading an interesting article on traditions.

I was very young then.

Then, you’ll have to repeat the procedure.

Amma fərqli kontekstdə now həm danışanın fikrini ifadə etdiyi vaxtı, həm də onun fikirlərinin eşidildiyi anı bildirə bilər. Ona əks olaraq then həm keçmiş, həm də gələcək zamana aid ola bilir. Fikirlərimizi nümunə ilə ifadə edək:



  1. May 22, 2016 – I was in Italy then.

  2. I will wait for you at 3 o’clock tomorrow. See you then.

Yuxarıda verilmiş a cümləsi keçmişi ifadə etdiyi halda, b cümləsi gələcəyi ifadə edir.

Bəzi kontektslərdə deyiktik ifadələr müəyyən zaman ifadə edə bilmir, daha doğrusu hansı zamanı ifadə etdiyi bilinmir. Əgər bir kafenin qapısında “Free tea tomorrow!” cümləsi yazılıbsa, bu həmin günü ifadə edir, amma əgər biz eyni gün və növbəti gün də gəlib qapını bağlı görsək, onun ifadə etdiyi vaxtı tapa bilməyəcəyik. Bu qayda zamanlara da aiddir. Keçmiş zamanlar hərəkətin keçmişdə ifadə olunduğunu bildirmək üçün istifadə olunur. Amma If I had a car, ……, If I were rich, …… cümlə modelləri keçmişdə baş verən hadisəni ifadə etmirlər. Bu zaman biz onu xatırlamalıyıq ki, zaman deyiksisləri təkcə zaman cəhətdən yaxınlıq və uzaqlığı bildirmir, həmçinin reallıq cəhətdən də uzaqlığı və ya yaxınlığı da bildirir.

Zamanlar da əsas amillərdir. Zamanlardan əlavə salamlaşmalar da vaxt bildirir və deyiktik ifadələrdir. Good morning!, Good afternoon!, Good evening!, Good night! və s. kimi ifadələrdə də zaman anlayışı mövcuddur.

Diskurs deyiksisləri. Baş tutan diskursun bir hissəsinə deyiktik istinad etmək üçün istifadə olunur. Thisthat diskurs deyiksis elementləridir. This əvəzliyi diskursun növbəti hissəsini, that əvəzliyi isə keçmiş hissəsini bildirir.




Yüklə 297,74 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin