b) I didn’t murder the girl, she murdered herself.
c) This gold polishes itself.
d) The argument replies itself.
Sərbəst self formaları. Self formalarının qayıdış anaforalarından ayrılan ikinci əsas qrupu isə “Sərbəst self formaları” adlanır. Sərbəst self formaları birlikdə işləndikləri ismi ifadələr ilə eyni referentə sahib olmur, amma onların danışan şəxs tərəfindən istifadə olunması isə səhv deyil. Aşağıdakı cümlə buna nümunə ola bilər:
Some of the students and myself wrote an official letter to the rector of the university.
Amma növbəti cümlədə myself əvəzliyinin cümlədə ismi ifadə olmadan tək başına işlənməsi düzgün deyil. Yəni Myself wrote an official letter to the rector of the university cümləsi səhvdir. Mübtəda və vasitəsiz tamamlıq kimi işlənə bilməyən sərbəst self formaları sözünülü ifadələr ilə də istifadə oluna bilir. Məsələn,
This is a group for people like yourself.
Self formalarının bölgüsünü və məna fərqlərini artıq izah etmişik. Burada ingilis dilinin qrammatikasında self formalarının qayıdış anaforaları və intensivlər arasında tutduqları yeri izah edib, bu kateqoriyalar ilə malik olduqları ümumi xüsusiyyətləri göstərəcəyik.
Yuxarıda da qeyd etdiyimiz kimi ingilis dilində qüvvətləndirici əvəzliklər (intensivlər) adlanan bir qisim əvəzliklər də vardır ki, qayıdış əvəzlikləri ilə formaca eyni olsalar da, işlənmə yerləri fərqlidir. Qüvvətləndirici əvəzliklər cümlənin təsir gücünü artırmaq üçün istifadə olunur. Əgər qayıdış əvəzliyini cümlədən çıxsaq, onda cümlənin mənası dəyişir, amma intensivlərdən hər hansı birini çıxsaq, cümlənin fikri dəyişilmir. Aşağıdakı cümləyə nəzər yetirək:
She was planning to request her sister to go, but in the end she went herself.
Növbəti iki nümunədə isə heç bir intensiv istifadə olunmamışdır. Gəlin cümlələrin mənalarına nəzər yetirək:
Did someone paint the walls?
No, I did.
Bu cümlədə intensiv əvəzlik olan myself işlənmədiyi üçün cümlənin təsir gücü azalmış, lakin məna dəyişməmişdir.
She blames for the crash.
Yuxarıdakı bu cümlədə isə qayıdış əvəzliyi myself işlənmədiyi üçün söhbətin kimdən getdiyi bilinmir.
Müəyyən situasiyalar da vardır ki, orada qayıdış əvəzlikləri by sözönü ilə işlənir. Bu zaman o artıq öz qayıdışlıq mənasını itirir və tək, yalnız mənasını verir:
She loves to go on vacation by herself.
Əvvəla, sərbəst qayıdışlar kontekst daxilində meydana çıxır və ziddiyyət, emfatika ifadə edirlər. Bu onların intensivlər ilə paylaşdıqları ümumi xüsusiyyətdir və funkisya olaraq qarşılıqlı əlaqəyə girdikləri ismi ifadələrə alternativlər yaradırlar. Sərbəst self formalarının işləndiyi kontekstdə bu alternativlərə ehtiyac qalmır. Əlavə olaraq, sərbəst self formaları intensivlərin bölgüsündəki boşluğu doldururlar. İntensivlər şəxs əvəzlikləri ilə sərbəst şəkildə mübtəda mövqeyində birləşirlər:
18. a) She herself wanted to get up and walk in the room.
b) Ali thinks that he himself was guilty for the kid’s death.
Burada təəccüblü cəhət odur ki, bu cür birləşmələr mübtəda funksiyasından başqa funksiya daşıya bilmir. Belə obyekt əvəzlik birləşmələri və adnominal intensivlər (him himself və her herself) ingilis dilində qəbul və ya istifadə edilmirlər. Qeyd edək ki, bu ziddiyyət bəzi fonoloji məhdudiyyətlərin təsiri ola bilməz, çünki us ourselves kimi birləşmələr də istifadə edilmir. Belə müşahidələrə əsasən C.L.Baker, E.Köniq və P.Siymund tərəfindən iddia edilir ki, sərbəst qayıdışlar şəxs əvəzlikləri ilə intensivlərin birləşməsindən yaranır, yəni şəxs əvəlikləri intensivlərə birləşir [6, 62, 102]. Əslində sərbəst qayıdışlar alman dili kimi dillərdə “əvəzlik + intensiv” kimi birləşmələr sayəsində tərcümə edilir. Bu da güclü arqument yaradır ki, sərbəst self formaları şəxs əvəzlikləri ilə birləşmiş və ya şəxs əvəzliyi ixtisar edilmiş intensivlər kimi nəzərdən keçirilsin:
19. a) Jamila wasn’t entirely certain if he aimed Khalida or herself.
b) She was such a woman whose principle of devotion were very sharp; first herself, then her family and her friends.
19-cu nümunədə verilmiş cümlələrdə self formaları şəxs əvəzlikləri və intensivlərin birləşməsi kimi təhlil edilə bilməz. İntensivlər ilə paylaşdıqları müəyyən oxşar xüsusiyyətlərə əlavə olaraq, onlar həmçinin qayıdış anaforaları ilə də bəzi oxşar xüsusiyyətlərə malikdir. Buna görə də onların sərbəst qayıdışlar olaraq təhlil edilməsi başa düşüləndir. Lakin bu müvafiq xüsusiyyətlərin mübtəda funksiyasında, həmçinin arqument olaraq meydana çıxması istisnadır.
20. a) Herself isn’t in her room at the moment. (Iris English).
b) He chuckled, even to himself the sound was volumnious and irritable.
Qayıdış anaforaları və sərbəst self formaları arasında başqa bir fərq də vardır. Baxmayaraq ki, axırıncı nümunədə o həmişə arqument rolunda meydana çıxır və buna görə də onu cümlədən silmək olmaz. Lakin arqument rolunda çıxış edən qayıdış anaforalarında olduğu kimi əsasən vasitəli və ya vasitəsiz tamamlıq mövqeyində deyil, sözönülərin tamamlayıcı və ya bağlayıcısı funksiyasında çıxış edir.
E.Köniq tərəfindən edilən tədqiqatlara əsasən demək olar ki, sərbəst self formaları çox nadir hallarda tamamlıq mövqeyində işlənir [64]. Halbuki başqa german dillərində buna tez-tez rast gəlmək mümkündür. Məsələn, alman dilində şəxs əvəzliyi+selbst birləşməsinin işlənməsi üçün heç bir məhdudiyyət yoxdur.
Fikrimizi əsaslandırmaq üçün sintaktik asılılığı tədqiq edən Anaforik əlaqələr nəzəriyyəsini nəzərədən keçirək. O, generativ qrammatikada əsas nəzəriyyələrdən biridir:
Anafora (=herself) öz kateqoriyasında asılıdır
Əvəzlik (=her) öz kateqoriyasında sərbəstdir
Onu qeyd edək ki, anafora termini artıq fərqli mənada işlənir. Generativ qrammatikada anafora qayıdış və qarşılıq əvəzliklərini bildirir. Qayıdış əvəzliklərini fərqləndirmək üçün qayıdış anaforası (reflexive anaphora) terminindən istifadə olunur.
Qayıdış əvəzlikləri cümlənin mübtədası və tamamlığı eyni olduğu zaman işlənir:
You can help yourselves to drinks – düz
You can help you to drinks – səhv
He blames himself for the accident – düz
He blames him for the accident – səhv
Qayıdış əvəzliklərinin istifadə yerləri. İngilis dilində qayıdış əvəzliklərinin təhlili indiyə kimi əsasən cümlə səviyyəsində həyata keçirilib. Himself və herself kimi qayıdış əvəzliklərinin standart təhlili iki əsas xüsusiyyətinə görə fərqlənir.
Elvin thinks Emin’s brother trusts himself.
Həmin bu cümlədə himself Elvinə deyil, onun qardaşına aiddir. Bu iki xüsusiyyət bu fakta əsaslanır ki, cümlə səviyyəsində təhlilin əsas məqsədi cümlə tərkibinin əsas detallarını nəzərdən qaçırmadan onu mümkün olduğu qədər tez və təsirli şəkildə həyata keçirməkdir.
Emin trusts himself.
Burada ilkin olaraq xüsusi isim Emin referent kimi müəyyən edilir. Xəbərin izləməli olduğu ilk əsasdır. Referent olan Emin gözlənilən xəbərin ilk arqumentinə uyğun gəlir. Sonra təsirli feil trust götürülür və ilk arqument olan Eminin xəbəri olaraq ifadə olunur.
Növbəti mərhələdə isə təhlil himself qayıdış əvəzliyinə gəlib çatır və onu xəbərin ikinci arqumenti olaraq müəyyən edir. Çünki o anaforadır və referensial asılılıq vardır. “Emin trusts himself” cümləsi göstərir ki, referensial asılılıq xəbərin ikinci arqumenti olan himself əvəzliyi ilə göstərilib. O asılılığı ortaya çıxarmaq üçün cümlə səviyyəsində təhlilin adi bir üsulu var: onu ardıcıl formada ayırmaq və bu mümkün qədər tez və səmərəli şəkildə edilməlidir. Əvvəl gələn söz üçün diskurs axtarmaq əvəzinə təhlil feilin arqumenti olan Eminə yönəlir və buna görə də dərhal qayıdış əvəzliyinin şərhini tələb edir.
İngilis anaforalarının lokallıq xüsusiyyətini başa düşməyin əsas yolu cümlə səviyyəsində referensial asılılıqların başa düşülməsinə yönləndirən vasitəsizlik stimuludur. Çünki cümlə səviyyəsində təhlil qayıdış əvəzliklərinin şərhinə birbaşa imkan vermir, bunun üçün də o lokal təyinedici, yəni praqmatika və kontekstdən asılı olmayaraq anaforaların birgə arqumentini seçir. Ona aşağıdakı cümlədə himself polis rəisinin özü kimi şərh edilməlidir, baxmayaraq ki, kiminsə özünü çağırması ağla sığmayan bir situasiyadır.
Vali went to police station. The police chief had summoned himself.
Anaforaların birgəlik xüsusiyyəti cümlə səviyyəsinin yaranması prosesi ilə üst-üstə düşmür. Aşağıda verilmiş cümlədə qayıdış əvəzliyinin təsadüfən istifadə edildiyi yer Emin’s brother söz birləşməsinə uyğun gələn feilin arqumentində yeganə fərqli göstəricidir. Bu cümlədəki referensial asılılığı başa düşmək üçün bir yol var. Eminin özü deyil, qardaşı təyinedici kimi seçilməlidir.
Dostları ilə paylaş: |