b) “As I am solitary,” Doctor Aziz said, “I must come myself in place of my family members”.
c) And if one started to laugh after it oneself, as much as women – and let them see the reason one laughed.
d) “Actually, I work in a theological school,” …. “Excellent”, “I am curious about religion myself”:said Shehla.
Yuxarıda verilən bütün nümunələrdə intensivlər uzlaşdıqları ismi ifadələrlə yanaşı işlənməmişdir, amma onları müəyyən aralıqlarla izləyirlər. Bu cümlələrdə intensivlər xəbəri izləyir və feili birləşmənin sonunda işlənirlər. Self formalarının bu cür işlənmə yerini xarakterizə etmək üçün zərflik sözünü işlətmək çox uyğun görünür. Əgər sintaktik kriteriyaya əlavə olaraq, semantik kriteriyanı da nəzərə alsaq, onda digər fərq cümlə sırasında görünəcəkdir. 12 a və b cümlələrində intensivlər üçün tələb olunan parafraz 12 c və d cümlələrindən tamamilə fərqlidir. İlk iki cümlədə qüvvətləndiricilərin işlənməsi “cümlənin icraçısı” kimdir sualını doğurur, həmçinin onlar hərəkətə kömək edir və ya qoşulurlar. Burada intensivlərin zərflik olaraq işlənməsi göstərir ki, hərəkətdə maraqlı olan şəxs həmçinin hərəkətə ən çox cəlb edilmiş insandır. 12 a cümləsini ifadə etmək üçün uyğun parafraz tək və ya köməksiz ola bilər. 12 c və d nümunələrində isə həmçinin və ya da2 hissəcikləri əvəzlik üçün uyğun parafraz, eyni zamanda tərcümə olacaqdır.
Müvafiq olaraq, intensivlərin eksklüziv və inklüziv zərflik olaraq işlənməsi arasındakı fərqlər üzrə bəzi araşıdrmalar apardıq. Həmin araşdırmalara əsasən, aşağıda verilən cümlələr sadəcə bu fərqləri ortaya çıxarmır, həmçinin zərflik olaraq işlənən intensivlərin hər iki işlənmə yerinə görə fərqli xüsusiyyətlərini üzə çıxarırlar.
Hadisə predikatı ilə əlaqəli olan eksklüziv işlənmə yeri və hal predikatı ilə əlaqəli inklüsiv işlənmə yeri arasında kəskin fərqlər vardır. Aşağıdakı 13 b və 14 b cümlələrində bu fərqlər açıq-aydın görünür.
13. a) Sevil always mends her washing machine herself.
b) To his amazement she had replied the phone herself. (eksklüziv)
14. a) If she’s engaged in violating the laws herself, she can scarely request that others do contrary.
b) She wasn’t in an awful mold herself and she had difficult moments carrying him up the stairs. (inklüziv)
Digər bir fərq isə eksklüsiv zərflik olaraq işlənən intensivlər inkarın təsir dairəsində ola bilirlər, ancaq inklüsiv olaraq işləndikdə inkarlıqdan kənar, daha geniş işlənmə sahəsinə malik olurlar.
15. a) Sevil certainly didn’t mend it herself. (eksklüziv)
b) Nobody can accuse her of not purchasing the potrait. I don’t love it myself either. (inklüziv)
Təbii ki, onların fərqli iki istifadə yeri bir mənanın müxtəlif kontekstual amillərlə qarşılıqlı əlaqəyə girməyinin nəticəsidir. Yəni burada iki fərqli məna ortaya çıxmır.
İntensivlər və qayıdış anaforaları. Bura qədər bölgü və semantik meyarlara, eləcə də qarşılıqlı linqvstik mülahizələrə əsaslanmışıq. Bunlar sayəsində intensivlər və qayıdış anaforaları arasındakı fərqləri göstərmişik. Onlar eyni kateqoriya altında, yəni qayıdış əvəzlikləri adı altında birləşir, ancaq sonra qayıdışlar və emfatik əvəzliklərə bölünürlər. Belə bir bölgünün zəruri və ya faydalı olduğunu iddia etmək düzgün olmazdı. Çünki ingilis dilində bu iki növ arasında formal fərqlər cüzidir, həmçinin hər iki məna bir-birindən əlaqəsizdir. Əslində ingilis dilində həm intensiv, həm də qayıdış anaforası olaraq işlənən bir əvəzlik yoxdur. Amma başqa dillərdə buna rast gəlmək mümkündür.
Self intensivi qayıdış feillərinin nominal tərəfini bildirən söz birləşmələrində işlənir (self-contemplationözünü düşünmə, self-disgust – özünə nifrət, self-help – özünə kömək, selfcontrol-özünüidarəetmə və s.). Biz belə düzəlmə qaydasına mürəkkəb feillərdə də rast gələ bilərik. Qayıdış anaforaları çox vaxt intensivlərdən yaranır. İngilis dilində şəxs əvəzliklərinin təsirlik forması və yiyəlik əvəzlikləri self intensivi ilə birləşir, formaca qayıdış əvəzliyinə oxşar, ancaq funksiya baxımından fərqli və yeni bir kateqoriya yaradır. Bu kateqoriya ingilis dilində əslində qədim zamanlarda mövcud olsa da, sonradan yoxa çıxmışdır.
Qayıdışların və intensivlərin fərqli kateqoriya olaraq bir-birindən ayrıldığı dillərdə bəzi hallarda onlar qayıdışlığın icraçısını vurğulamaq üçün birləşə bilirlər. Alman dilindən verilmiş nümunə ilə fikrimizi belə sübut edə bilərik:
16. a) Ali hat sich angezeigt Ali reported himself to the police.
Belə ikili ifadə ingilis dilində mümkün deyil. İngilis dilində cümlədə sadəcə bir self forması işlənir və güclü vurğu ilə deyilir:
17. a) Vali reported himself to the police.
Dostları ilə paylaş: |