I have already finished my dissertation thesis.
You?
Bu zaman dinləyici özünə qarşı olunan nəzakətsizliyi başa düşə biləcək, amma nəzakətsizliyin xüsusi şifahi ifadə vasitəsi olmadığı üçün ona eyni şəkildə qarşılıq verə bilməyəcək. Biz fikirləşirik ki, kommunikativ hadisələr özlərinin spesifik təqdimetmə formasına ehtiyacı olan xüsusi köməkçi hadisələrdən qurulurlar. Beləliklə diskurs iştirakçılar, məkan və ya zaman insanların o an nə etdiyindən və nə dediyindən, yəni sözlər, cümlələr və tələffüzlə təyin olun digər quruluşların ardıcıllığından asılı olaraq fərqli olacaqdır.
Kontekst modellərinin funksiyaları. Kontekst modelləri kommunikativ hadisələri idarə etmək üçün istifadə olunurlar. Onlar nitq iştirakçılarının bir-biri haqqında, o an oxunan və ya yazılan mövzu haqqında, kontekstin zaman, məkan, vəziyyət, məhdudiyyət və s. cəhətləri, eləcə də diskursun yaranması üçün uyğun digər situasiya amilləri haqqında niyyət, məqsəd, gözlənti, fikir və inanclarını təmsil edirlər. Kontekst modellərinin çoxlu kommunikativ funksiyaları vardır. Bu funksiyalar mövzu və diskurs strukturuna, eyni zamanda diskurs strukturları kontekst modellərinin məzmun quruluşuna təsir edə bilirlər. Biz diqqətimizi kontekst modelləri və diskurs strukturları arasındakı əlaqəyə yönəldəcəyik, həmçinin diskursun hər bir səviyyə və ya sahəsi (praqmatika, semantika, sintaksis) üçün bu strukturların kontekst modelləri məlumatları ilə necə məhdudlaşdırıldığını nəzərdən keçirəcəyik.
Kontekst modelləri hadisə modelləri və diskurs arasındakı əlaqə kimi. Kontekst modellərinin ilkin əsas funksiyası hadisə və ya situasiya modelləri, eyni zamanda diskurs arasında vasitəçilik etməkdir. Bu diskursun mental modelləşdirmə aspektlərindən biridir, ancaq diqqətdən kənar qalıb. Ümumiyyətlə, belə bir fikir formalaşıb ki, hadisə və ya situasiya modelləri danışılan və ya yazılan hadisə haqqında dil istifadəçilərinin məlumatını təmsil edir. Bu məlumat çox təfərrüatlı ola bilər, bunun səbəbi də ya danışanın öz müşahidə və təcrübələridir, ya da ümumi biliyin inteqrasiyasıdır. Ancaq bu biliyin sadəcə bir hissəsi söhbət zamanı ifadə olunur. Çünki dil istifadəçiləri söhbət zamanı öz fərdi və ya ictimai biliklərini diskursa əlavə etməyi bacarırlar. Bunun üçün diskursun çox açıq olmasına ehtiyac yoxdur. Tədqiqatçılar arasında belə bir deyim vardır ki, diskurs semantik cəhətdən aysberqin görünən və modellər isə gizli, görünməyən daha böyük hissələridirlər. Başqa sözlə danışıqda, eləcə də anlama prosesində modellər diskursun əsaslandığı məlumatlardan daha zəngin olurlar.
Diskurslar və onların modelləri arasındakı bu uyğunsuzluq belə çətinliklərin öhdəsindən gəlmək məsələsində açıq-aşkar problem yaradır. Məsələn, danışan öz başına gəlmiş bir hekayəni danışmaq istəyir, jurnalist siyasi bir hadisə haqqında yazır, alim tədqiqat işininin nəticəsini yazır. Onların hamısı zehni və praktik tapşırıq ilə qarşı qarşıyadırlar. Onlar haqqında danışılan hadisə barəsində hansı məlumatlara malikdir, bu məlumatlardan hansı ifadə olunacaq və hansı hissəsini mətn və ya diskursda verməyə ehtiyac yoxdur. Açıq–aşkar görünür ki, bu seçimlərə təsir edən strategiyalar danışanın və ya yazanın kontekst modelləri ilə təmin olunan məlumata əsaslanır.
Bu meyarları əks etdirən mühüm konsepsiya uyğunluqdur və sadə strategiya odur ki, mövcud kontekstə uyğun olan kontekst modellərindəki məlumatlar mövcud diskursda ifadə olunmalıdır. Amma qeyd etməliyik ki, uyğunluq geniş və nisbi anlayışdır, ona görə də kontekst strukturları baxımından təyin olmalıdır. Münasibliyin digər bir meyarı da dinləyicilərin ehtimal edilən biliyidir. Əgər Sahil p (hər hansı hadisə) (məsələn, p S-nin hadisə modelinin bir hissəsidir) haqqında bilir və düşünür ki, Həsən p haqqında bilmir, amma o p haqqında bilməlidir ya da maraqlanmalıdır ki bilsin, bu zaman p diskursa daxil edilməlidir. Həqiqətən, bu sadə və aydın qayda söz azadlığı aktuallığının vacib şərti ilə oxşardır. Bu həmçinin göstərir ki, kontekst modelləri davam edən nitq aktlarını müəyyən edir. Buna görə də hadisə moellərinin semantik, kontekst modellərinin praqmatik rolu var.
İndi formalaşdırılan uyğunluq şərti ənənəvi nitq aktı nəzəriyyəsinin də bildirdiyi kimi adətən mücərrəd və normativ xarakter daşıyır. Biz diskurs və onun nəzəriyyələrinə əsasən düşünürük ki, gerçək natiqlər bu qaydanı bilir, amma çoxlu kontekstual səbəblərə görə həmişə onlara əməl etmirlər.
Biz daim insanlara bildikləri, bilmək istədikləri və istəmədikləri şeyləri deyirik. Beləliklə, dil istifadəçilərinin məlumat mübadiləsi etdikləri ünsiyyətin ənənəvi konsepsiyası onların danışarkən, yazarkən, dinləyərkən və ya oxuyarkən həyata keçirdikləri daha dəyişkən və realistik bir konsepsiya ilə əvəz olunub. Yəni buradan belə bir nəticə çıxır ki, qarşılıqlı ünsiyyət əlaqələrini idarə edən mental modellər daha mürəkkəb və qarışıqdır. Ona görə də nitq iştirakçılarının ortaq biliyi, onların marağı, sahib olduqları məlumatların əhəmiyyəti, iştirakçılar arasındakı sosial münasibət kimi səciyyəvi kontekst amillərini də diskursa daxil etmək zərurəti yaranacaqdır. Yuxarıda verilən qaydanı genişləndirək:
|