Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 362 Kb.
səhifə9/28
tarix31.12.2021
ölçüsü362 Kb.
#112389
1   ...   5   6   7   8   9   10   11   12   ...   28
91653725-Maliyyə-menecmenti

Firmadaxili audit - firma daxilində və eyni zamanda filiallarında audit xidmətlərini həyata keçirərəkən firmanın mərkəzi rəhbər kimi fəaliyyət göstərir.

Kənar audit - xüsusi audit firması dövlət vergi idarəsi, idarə və müəssisələr ilə və s. Mənfəətbərdar olanlar, banklar, xarici partnyorlarla səhmdar və sığorta cəmiyyətləri ilə bağlanmış müqavilələr əsasında həyata keçirilir. Əsas vəzifələri yoxlanılan obyektlərdə maliyyə hesabatlarının düzgünlüyünü təyin etmək və həmçinin təsərrüfat fəaliyyəti və kommersiya nəticələrinin yaxşılaşdırılması üçün tövsiyyələr işləyib hazırlamaqdan ibarətdir.
6. Dövriyyə vəsaitlərinin idarə olunması – Dövriyyə vəsaitləri (aktivləri)bir il ərzində, yaxud adi (normal) əməliyyat dövründə (bu dövr bir ildən çox olmamaqla) istehsal, tədavül və istehlak sahələrində iştirakı nəzərdə tutulan pul vəsaitləri və digər aktivlərdir (kassada və bankda olan pul vəsaitləri, tez satılan qiymətli kağızlar, debitor borcları, mal ehtiyatları, xammal, materiallar, bitməmiş istehsalat, hazır məhsul, gələcək dövrün xərclərinin cari hissəsidir). Dövriyyə vəsaitləri - istehsal dövriyyə fondları ilə tədavül fondlarının cəmindən ibarətdir. Bu nisbət 4:1-ə bərabərdir.

Bəllidir ki, beynəlxalq mühasibat standartlarına görə hər bir müəssisənin aktivləri 4 qrupdan – əsas vəsaitlər, dövriyyə vəsaitləri, kapital qoyuluşları, qeyri-maddi aktivlərdən ibarət olur.

Əsas vəsaitlər – istifadə müddəti bir ildən çox olan və dəyəri amortizasiya edilən və təsərrüfat prosesində istifadə olunan aktivlər – avadanlıq, bina və s.- dir.

Kapital qoyuluşları – uzunmüddətli qiymətli kağızlara, yeni əsas vəsaitlər yaradılmasına və s. yönəldilən vəsaitlərdir.

Qeyri-maddi aktivlər – fiziki subsidiyaya malik olmayan, ancaq dəyərə malik olan uzunmüddətli aktivlərdir.

Dövriyyə vəsaitləri – nominal davam edən istehsal tsikli, istehsal tsikli bir ildən az olanda isə il ərzində yenidən nağd pula çevrilən kassa və başqa vəsaitlərdir.

Normal istehsal tsikli isə istehsala yönələn vəsaitlərin yenidən nağd pula çevrilməsi üçün lazım olan orta müddətdir.

Beləliklə, dövriyyə vəsaitlərini bir il müddətində istifadə edilən və yenidən nağd pula çevrilən vəsaitlər kimi xarakterizə edə bilərik.



Yüklə 362 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin