Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti “BƏYƏNİLMİŞDİR” “TƏSDİq ediRƏM”

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 65.64 Kb.
tarix20.05.2018
ölçüsü65.64 Kb.


AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ
BƏYƏNİLMİŞDİR” “TƏSDİQ EDİRƏM”

Azərbaycan Tibb Universitetinin Azərbaycan Tibb Universitetinin

Tədris-metodik və innovasiya Mərkəzi Metodik Komissiyasının

şöbəsinin müdiri sədri



prof.A.İ.QURBANOV ə.e.x., prof.S.C.ƏLİYEV

______________________ _______________________

15.09.2015-ci il

Protokol № ________________

QEYRİ-ÜZVİ KİMYA

fənni üzrə
P R O Q R A M


BAKI – 2016

İPF-B05

Qeyri-üzvi kimya üzrə tədris proqramı

050806-Əczaçılıq


Azərbaycan Tibb Universitetinin ümumi və toksikoloji

kimya kafedrasının müdiri, əczaçılıq elmləri

doktoru, prof.Q.B. İskəndərovun redaktəsi ilə

kafedranın əməkdaşı dosent E.L. Əhmədov

tərəfindən tərtib edilmişdir.
Rəy verənlər: 1. Prof. İlyaslı T.M., Bakı Dövlət Universitetinin

Ümimi və qeyri-üzvi kimya kafedrasının müdiri.

2. Prof. Süleymanov Ə.S., Azərbaycan Tibb

Universitetinin Ümumi və toksikoloji kimya

kafedrası.

GİRİŞ
Azərbaycan Tibb Universitetində fəaliyyət göstərən əczaçılıq fakultəsinin əsas tədris fənlərindən birini qeyri-üzvi kimya təşkil edir. Bu fakultənin I kurs tələbələri tədris ilinin II semestri müddətində mövcud tədris planı üzrə 14 saat mühazirə materialı dinləyir və 46 saat laboratoriya məşğələ dərsləri keçirlər.

Qeyri-üzvi kimya kursunun başlıca vəzifəsi gələcək gənc mütəxəssislərə tibbdə geniş istifadə olunan qeyri-üzvi maddələrin çevrilmə və qarşılıqlı təsir məhsullarının elmi əsaslarla proqnozlaşdırılması üzrə ən mühüm vərdişlərin yaradılması və möhkəmləşdirilməsindən ibarətdir. Həmçinin nəzərə alınmalıdır ki, bu fakultədə məntiqi ardıcıllıqla sonradan tədris olunacaq analitik kimya, üzvi kimya və fiziki kimya fənlərinin də nəzəri təməli qeyri-üzvi kimya fənninin tədrisi prosesində qoyulur və o, bu fənlərin tələbələr tərəfindən mənimsənilməsində müəyyən həlledici əhəmiyyət kəsb edir.

Qeyri-üzvi kimyanın tədrisində əsas məqsəd tələbələrə bütün maddi aləmin ilkin əsasını təşkil edən element atomları, onların əsasında əmələ gələn kimyəvi birləşmələr, molekulların quruluşu, kimyəvi rabitələrin təbiəti, və bunların təzahür formaları kimi meydana çıxan fiziki-kimyəvi xassələri haqqında sistematik biliklərin aşılanmasıdır.

Proqram əsasən elementlərin kimyasına həsr olunmuşdur. Elementlərin alınma üsulları və onların kimyəvi xassələri, tibbdə və əczaçılıqda tətbiqi haqqında geniş məlumatlar verilmişdir.



Fənnin məqsədi: qeyri-üzvi maddələr və onların çevrilmə məhsullarının xassələri haqqında tələbələrdə dərin nəzəri biliklər və əməli vərdişlər aşılamaqdır.

Tələbə nəyi öyrənməlidir:

1. Kimyəvi elementlərin dövrü sistemdə mövqeyini, alınmasını və fiziki-kimyəvi

xassələrini.

2. Əczaçılıq fəaliyyətində qeyri-üzvi kimyanın əhəmiyyətini.

3. Çox işlənən bəzi kationların xassələrini.

4. Əczaçılıq əhəmiyyətli maddələrin fiziki-kimyəvi xassələrini.



Tələbə nəyə yiyələnməlidir:

1. Əczaçılıq əhəmiyyətli qeyri-üzvi maddələrin kimyəvi reaksiyalarını yerinə

yetirməyə.

2. Çox işlənən turşu, qələvi və duzları kimyəvi cəhətdən fərqləndirməyə.

3. Vacib ionları əməli cəhətdən aşkar etməyə.

4. Əczaçılıq əhəmiyyətli ionları fiziki-kimyəvi xassələrinə görə identifikasiya

etməyə.

Mövcud tədris planı üzrə əczaçılıq fakültəsində qeyri-üzvi kimya kursunun öyrənilməsinə aşağıdakı həcmdə tədris saatları ayrılır.



Tədris Mühazirə Laboratoriya Cəmi Yekun

semestri məşğələləri

II 14 46 60 imtahan





P R O Q R A M
Kimya fənni və onun vəzifələri. Kimya təbiət elmlərindən biri kimi. Kimyanın inkişaf mərhələləri və onun digər təbiət elmləri ilə əlaqəsi. Kimyanın tibbdə və əczaçılıqda rolu.

ELEMENTLƏR KİMYASI.

Kimyəvi elementlərin müasir təsnifatı:

S- , P- , d- , f – elementlər

1. S – elementlər

S – elementlərin ümumi xarakteristikası, dövri sistemdə mövqeyi. Alınması, əsas kimyəvi birləşmələri və onların müqayisəli xarakteristikası.

Hidrogen, natrium, kalium, maqnezium və kalsium. Onların bioloji rolu.

Kalsium birləşmələri sümük toxumalarında. Kalsium və stronsium ionlarının oxşarlığı, onların izomorf əvəzolunması.

S2 - elementlər və suyun codluğu, onun canlı orqanizmlərə və sulu mühitdə baş verən kimyəvi reaksiyalara təsiri.

Litium, natrium, kalium, maqnezium, kalsium və barium birləşmələrinin tibbdə və əczaçılıqda tətbiqi.



2. P – elementlər

P – elementlərin ümumi xarakteristikası, onların xarakter xüsusiyyətləri.

P1 – elementləri, onların alınması, atomlarda elektron defisitliyi, elementlərin və birləşmələrinin xassələrinə onun təsiri. P1 - elementlərin xassələrinin müqayisəli xarakteristikası və onların əsas birləşmələri.

Borun bioloji rolu. Ortoborat turşusunun buranın (boraksın) antiseptik xassələri.

Alüminium və onun birləşmələrinin amfoterliyi. Alüminium birləşmələrinin tibbdə və əczaçılıqda tətbiqinin fiziki-kimyəvi əsasları.

P2 -elementlər, onların alınması, müqayisəli xarakteristikası və əsas birləşmələri.

Karbon atomunda valent orbitallarının hibridləşməsi; karbonun modifikasiyası və karbon atomu əsasında əmələ gələn molekulların quruluşu. Aktivləşdirilmiş kömür absorbent kimi. Karbon oksidlərinin bioloji fəallığının və qeyri-üzvi mənşəli birləşmələrinin tibbdə tətbiqinin kimyəvi əsasları.

Silisium, onun əsas birləşmələri. Silisium birləşmələrinin tibbdə tətbiqi.

Germanium yarimqrupu elementləri. Qurğuşun birləşmələrinin canlı orqanizmə toksiki təsirinin kimyəvi mexanizmi.

Qalay və qurğuşun birləşmələrinin tibbdə və əczaçılıqda tətbiqinin kimyəvi əsasları.

P3-elementlər, onların alınması, müqayisəli xarakteristikası və əsas birləşmələri.

Azot və fosforun birləşmələrinin xassələri.

Arsenli birləşmələrin canlı orqanizmə toksiki təsiri.

Ammonyakın, azot (I) oksidin, natrium-nitratin, arsen, stibium və bismut oksidləri və duzlarının tibbdə və əczaçılıqda tətbiqinin kimyəvi əsasları.

P3 – elementləri birləşmələrinin əczaçılıqda tətbiqi.

P4 – elementlər, onların alınması, müqayisəli xarakteristikası və əsas birləşmələri.

Oksigen və ozonun, həmçinin oksigenli birləşmələrin tibbdə və əczaçılıqda tətbiqinin kimyəvi əsasları.

Kükürd (II) , kükürd (IV) və kükürd (VI) –nın əsas birləşmələri, onların oksidləşmə-reduksiya xassələri. Kükürdlü birləşmələrin bioloji rolu (zülallarda sulfid qrupları və disulfid körpüləri) . Kükürd və onun birləşmələrinin tibbdə, əczaçılıqda tətbiqinin kimyəvi əsasları.

P5 – elementlər – halogenlər, onların alınması, ümumi və müqayisəli xarakteristikası və əsas birləşmələri.

Flüor, xlor, brom və yod birləşmələrinin bioloji rolu. Xlor və yodun bakterisid təsiri mexanizmin kimyəvi əsası haqqında anlayış. Xlorlu əhəngin, xlorlu suyun, xlorid turşusunun, xloridlərin, flüoridlərin, bromidlərin və yodidlərin tibbdə, sanitariyada, əczaçılıqda tətbiqi.



3. d – elementlər

d – elementlərin ümumi xarakteristikası, onların xarakter xüsusiyyətləri: oksidləşmə dərəcələrinin dəyişkənliyi; davamlı kompleks-əmələgətirmə və oksidləşmə-reduksiya qabiliyyətləri, onların mühitin pH-dan asılılığı.

d2 - , d3 – və S1 d5 – elementlər, onların alınması, müqayisəli xarakteristikası və əsas birləşmələri.

Xrom və molibdenin orqanizmdə rolu. Molibden birləşmələrinin tibbdə və əczaçılıqda tətbiqin kimyəvi əsasları.

Titan, tantal və niobiumun cərrahiyyədə və stomotologiyada tətbiqi.

S2d5 – elementlər, onların alınması, müqayisəli xarakteristikası və əsas birləşmələri. Manqanın kompleks birləşmələri.

Kalium permanqanat antiseptik vasitə kimi və əczaçılıqda tətbiqinin kimyəvi əsası.

d6-8 – elementlər, onların alınması, müqayisəli xarakteristikası və əsas birləşmələri. Oksidləşmə-reduksiya və kompleks əmələgətirmə xassələri.

Hemoqlobin və dəmirli fermentlər, onların təsir mexanizminin kimyəvi mahiyyəti. Dəmirin və dəmirli preparatların tibbdə və əczaçılıqda tətbiqinin kimyəvi əsasları.

Koferment – vitamin B12.

Platin ailəsi metalları. Platinli birləşmələrin yaman şişlərə qarşı preparat kimi tətbiqi.

S1 d10 – elementlər, onların alınması, müqayisəli xarakteristikası və əsas birləşmələri.

Mis (II) birləşmələrinin xassələri. Mis (II) ionlarının bakterisid təsiri.Mis(II) birləşmələrinin tibbdə tətbiqi.

Gümüş (I) ionlarının bakterisid təsiri, onun birləşmələrinin müalicə preparatları (“ gümüş suyu” , “gümüşlü tənzif” , “kollarqol” , “ protarqol”) kimi tibbdə və əczaçılıqda tətbiqinin kimyəvi əsasları.

Qızıl, onun tibbdə tətbiqi.

S2 d10 – elementlər, onların alınması, müqayisəli xarakteristikası və əsas birləşmələri, oksidləşmə-reduksiya və kompleks əmələgətirmə xassələri.

Sink birləşmələrinin xassələri.

Civə və onun biləşmələrinin xassələri. Kalomel və suleymani. Civə birləş-mələrinin toksiki təsirinin mexanizmi.

Sink və civə birləşmələrinin dərman preparatları kimi tətbiqinin kimyəvi əsasları.

Qeyri-üzvi kimya fənnindən mühazirə və laboratoriya

məşğələlərinin mövzuları

№ Mövzunun adı saat

Mühazirələr

1.s-Elementləri, onların dövri sistemdə mövqeyi.

Hidrogen. Orqanogen və biogen s-elementləri. I-II A

qrup elementləri, onların əsas birləşmələrinin alınması,

xassələri və onların bioloji rolu.

p-Elementləri, onların dövri sistemdə mövqeyi və

ümumi xarakteristikası. III A qrup elementlərinin ümumi

xarakteristikası. 2

2. IV-V A qrup elementlərinin ümumi xarakteristikası,

əsas birləşmələri, alınması, xassələri və onların bioloji rolu. 2 3. VI A və VII A qrup elementlərinin ümumi xarakteristikası,

əsas birləşmələrinin alınması və xassələri. 2 4. d-Elementləri, onların dövri sistemdə mövqeyi, ümumi

xarakteristikası . III-V B qrup elementlərinin

əsas birləşmələrinin alınması və xassələri. 2

5. VI B və VII B qrup elementlərinin ümumi xarakteristikası,

əsas birləşmələrinin alınması, xassələri və onların bioloji rolu. 2

6. VIII B qrup elementləri və onların ümumi xarakteristikası.

Dəmir, kobalt, nikel. Dəmir və kobalt əsaslı bioloji

komplekslər və onların bioloji rolu. 2

7. I-II B qrup elementlərinin ümumi xarakteristikası, əsas

birləşmələrinin alınması, xassələri və onların bioloji rolu. 2



№ Mövzunun adı saat



Qrup məşğələləri танышлыг. 2

1. Hidrogen, onun əsas birləşmələri, alınması və xassələri.

I A elementləri, onların əsas birləşmələrinin alınması və xassələri.

Laboratoriya işi: Qələvi metallara aid təcrübələr.

II A qrup elementləri, onların ümumi xarakteristikası

və bioloji rolu. 4

2. Laboratoriya işi: S2-elementləri və onların əsas

birləşmələrinin kimyəvi xassələrinə aid təcrübələr.

III A qrup elementlərinin kimyası. Bor və alüminium. 4

3. Laboratoriya işi: Bor və alüminiumun əsas birləşmə-

lərinin alınması və xassələrinə aid təcrübələr.

IV A qrup elementlərinin kimyası. Karbon və silisium. 4

4. Laboratoriya işi: Karbon və silisiumun əsas birləşmə lərinin

alınması və xassələrinə aid təcrübələr. Sorğu.

V A qrup elementlərinin kimyəvi xassələri. Azot, fosfor və arsen. 4

5. Laboratoriya işi: Azot birləşmələrinin alınması və xassələrinə aid

təcrübələr.

Laboratoriya işi: Fosfor və arsen birləşmələrinin

xassələrinə aid təcrübələr. 4

6. Laboratoriya işi: Oksigenin alınması və xassələrinin öyrənilməsi.

Laboratoriya işi: Kükürd, hidrogen sulfidin, sulfidlərin və kükürdün

oksigenli birləşmələrinin alınması və xassələrinə aid təcrübələr. 4

7. VII A qrup elementlərinin ümumi xarakteristikası.

Laboratoriya işi: Hallogenlərin əsas birləşmələrinin alınması və

xassələrinə aid təcrübələr. Sorğu. 4

8. VI B qrup elementləri, onların ümumi xarakteristikası.

Xrom və molibdenin kimyəvi xassələri.

Laboratoriya işi: xrom və molibdenin əsas birləşmələ rinin

alınması və xassələrinə aid təcrübələr. 4

9. Manqanın kimyası.

Laboratoriya işi: manqanın əsas birləşmələrinin alınması,

xassələrinə aid təcrübələr. 2

10. Dəmirin, kobaltın və nikelin kimyəvi xassələri.

Laboratoriya işi: dəmir və kobaltın əsas birləşmələrinin

alınması və xassələrinə aid təcrübələr. 2

11. I B qrup elementlərinin kimyəvi xassələri. Mis, qızıl, gümüş. 2

12. Misin əsas birləşmələrinin alınması və xassələrinə aid

təcrübələr. 2

13. Laboratoriya işi: Gümüşün əsas birləşmələrinin alınması və

xassələrinə aid təcrübələr. 2

14. II B qrup elementlərinin kimyası.

Laboratoriya işi: Sinkin əsas birləşmələrinin alınması və

xassələrinə aid təcrübələr. 2

15. Laboratoriya işi: Civənin əsas birləşmələrinin alınması

və xassələrinə aid təcrübələr. 2

Təchizat: Tərəzi, quruducu şkaf, soyuducu, sentrifuqa, tədris avadanlıqları.

Metodik təminat: Kafedranın əməkdaşları tərəfindən fənnə aid müntəzəm

olaraq dərslik, dərs vəsaitləri, metodik işləmələr hazırlanır.



Ədəbiyyat

1. Abbasov V.M. Məhərrəmov A.M., Abbasov M.M., Babanlı M.B., Tağıyeva A.M.

“Qeyri-üzvi kimya”, Bakı, 2001, 615 s.

2. Axmetov N.S. “Ümumi və qeyri-üzvi kimya”, M., “Ali məktəb”, 1981, 610 s.

3. Əliyev Ə.Ə., Y.H.Həsənov., S.İ.Sadıqov. “Ümumi və qeyri-üzvi kimya”,

“Maarif”, 1987, 586 s.

4. Qarayev Z.Ş. “Qeyri-üzvi kimya”, B., “Maarif”, 1985, 431 s.

5. Qarayev Z.Ş. “Bioqeyri-üzvi və biofiziki kimya”, I hissə, B., “Maarif”,

1986, 330 s.

6. Коровин Н.В., Мингулина Э.И., Поржова Н.Г. «Лабораторные работы по

химии». Москва, «Высшая школа», 2001, 356 с.

7. Əhmədov E.L. “Bioqeyri-üzvi kimya”, Bakı, 2010, 165 s.



8. Əhmədov E.L. “d-Elementlər kimyası”, Bakı, 2015, 474 s.



Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə