Toxuma daxilindəki yad cisimlər. Yad cisimlər travmatik döymə əmələ gətirən maddələrdən daha böyük hissəciklərdir, güllə və mərmilərdən başqa üzdə olan bütün yad cisimlər çıxarılmalıdır. Güllə və mərmilər həm dərinə penetrasiya etdiklərindən, həm də steril olduqlarından üçün öz yerlərində saxlanıla bilər, belə ki, çıxarılarsa daha çox zərər yetirilə bilər. Ağız boşluğundakı yad cisimlər mütləq çıxarılmalıdır, çünki kəskin salivasiya və sonra abses əmələ gələ bilər.
Yumşaq toxumanın dəlinmiş yaraları. Çox rast gəlinən yaralanma tipi olmasa da, dərin strukturlarda xəsarət olub-olmaması mütləq araşdırılmalıdır. Bu tip zədələnmədən sonra əmələ gələn şişkinlik, əsasən, alt toxumadakı hematoma nəticəsində olur. Ancaq, xüsusilə, preaurikulyar və parotid nahiyələrində olan zədələnmələrdə A-V fistulası inkişaf edir. Bu zədələnmələrdə toxumanın daxilində güllə, qələm ucları və paslı dəmir parçaları kimi yad cisimlər ola bilər. İnfeksiyanın, çapıq əmələ gəlməsinin və piqmentasiyanın qarşısını almaq üçün çıxarılmalıdırunlar. Bəzən yaranın sağalmasını təmin etmək üçün yara sahəsi tamamilə eksiziya edilir. Tetanusun profilaktikası və antibiotikoterapiya mütləq nəzərdə saxlanılmalıdır.