Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə215/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   211   212   213   214   215   216   217   218   ...   303
Yanıq yarasına qulluq.

  1. Sistematik qiymətləndirmə:

  1. Qan həcmi - yaranın sağalmasında ən önəmli faktorlardan biri qan dövranı hemotakriti 42-55%-də saxlanmağa çalışılmalıdır;

  2. Qidalanma. Xəstələrdə mənfi azot tarazlığının olması yaranın sağalmasını gecikdirir. Pis qidalanma təkcə yara sağalmasına deyil, immunitetə də mənfi təsir göstərir.

  1. Yanıq yarasında yerli istifadə olunan preparatlar:

  1. Sulfamilon məlhəmi. Bu preparat geniş spektrli olmaqla qram mənfi bakteriyalara təsir göstərir, lakin, stafilokoklara qarşı antimikrob təsiri zəifdir. Ən vacib xüsusiyyəti qaysaq altına antibakterial konsentrasiyada diffuziya edə bilməsidir. Hissəvi yanıqlarda məlhəmin tətbiq olunmasından sonra 20-30 dəqiqə müddətində ağrı hiss olunur. Xəstələrin 7%-də hiperhəssaslıq müşahidə oluna bilər. Məlhəm əlavə olaraq karbonat anhidrazanı inhibisiya edərək diurez (bikarbonat diurezi) ilə asidoz yaradır.

  2. 0,5%-li AgNO3 məhlulu. Bu preparatın da geniş antibakterial aktivliyi var. İnfeksiyalı yaraların üzərinə 10 qat steril bint dolanır və davamlı olaraq gümüş nitrat tökülərək isladılır. Bu proses ağrılı olmur və yanıq yarasından buxarlanma istiliyinin itməsini azaldır. Gümüş nitrat qapalı metod ilə tətbiq olunduğuna görə xəstənin erkən mobilizasiyasından əvvəl olur. Məhluldakı suyun buxarlanması ilə konsentrasiyanın artması nəticəsində sitotoksik səviyyə çata bilər. Qaysağın altına penetrasiya etmir. Gümüş nitrat sarğısı yaradan külli miqdarda Na, KCl, və Ca-u özünə çəkir. Bu səbəbdən elektrolit tarazlığı pozulmasın deyə əlavə elektrolit köçürülməlidir. Bəzi geniş yanıqlı xəstələrdə methemoqlobinemiya törədə bilər. Bundan əlavə gümüş nitrat xəstənin sağlam dərisini və toxunduğu bütün əşyaları qəhvəyi qara rəngə boyayır.

  3. Silverdin məhlulu - 1%-li gümüş sulfodiazin. Bu, sulfamilona nisbətən qaysağa zəif penetrasiya olur. Ağrısızdır, elektrolit, turşu-qələvi tarazlığını pozmur. Nadir hallarda hiperhəssaslıq və nitropeniya səbəbindən istifadəsi məhdudlaşdırılır. Pseudomonas aeruginosa-nın bəzi ştammlarına və Enterobacter clocea-ya zəif təsir göstərir. Buna baxmayaraq yanıqlarda ən çox yerli istifadə olunan preparatdır.

  4. Gentamisin məlhəmi. Bəzi antibiotiklərə rezistent olan bakteriyalara qarşı aktivlik göstərdiyindən spesifik olaraq istifadə olunmalıdır. Eyni zamanda sistemli təsiri ilə renal funksiya və eşitmə pozğunluğu yarada bilər.

  5. Povidon yod məlhəmi və spreyi. Effektli olması üçün gündə 3 dəfə istifadə olunmalıdır. Əlavə təsirləri yoxdur. Stafilokoklara təsir etmir.

  6. Nitrofurazon. Pseudomonas aeruginosa-ya qarşı təsirsiz, stafilokoklara qarşı təsirlidir.

Sonuncu iki dərman preparatı yağlı bint və sıx sarğı ilə tətbiq olunmalıdır.


  1. Yüklə 0,54 Mb.

    Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin