Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə40/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   36   37   38   39   40   41   42   43   ...   303
Natamam dəri qrefti (split-thickness skin graft) - bütün dəri qreftləri arasında ən çox istifadə olunan və istifadəsi rahat olan tipdir. Epidermisin və dermanın bir hissəsini özündə saxlayır. Qalınlıqları epidermisin qalınlığından tam qalınlıqdakı dəri qreftlərinin qalınlığına qədər ölçülərdə dəyişir. Xüsusilə, travma, yanıq və ya cərrahi eksiziyadan sonra yaranan dəri qüsuru çox böyük olduğu zaman tam qalınlıqdakı qreftlərlə bunları bağlamaq çətin olduğundan, eləcə də natamam qreftlərdəki akseptor sahənin ikincili epitelizasiya ilə öz-özünə sağalma xüsusiyyəti olduğuna görə üstün tutulurlar. Bədxassəli dəri şişlərinin çıxarılmasından sonra da istifadə olunurlar.

Dəri qalınlığı bədənin müxtəlif nahiyələrində geniş bir hüdudda dəyişilir. Bəzi yerlərdə 0.43 mm olur, bəzi sahələrdə isə 3.81 mm-ə qədər qalınlaşır. Dəri qalınlığı həmçinin cins və yaşdan asılı olaraq da müxtəlifdir. Yaşlı adamın dərisi yenidoğulmuşun dərisinə nisbətən 3,5 dəfə qalındır. 5 yaş ərəfəsindəki uşaq dərisi ilə yaşlı adamın dərisi demək olar ki, eyni qalınlıqdadır. Yaş artdıqca dəri qalınlığı yenidən azalır. Qadın dərisi kişi dərisinə nisbətən daha nazikdir. Bədənin ən qalın dərisi ovuc içi və ayaq altında, ən nazik dəri isə qulaq dibində və göz qapağında olur.

Natamam dəri qreftləri qalınlıqlarına görə üç yerə bölünür:



  1. Nazik qalınlıqlı natamam dəri qreftləri – 0,25 mm qalınlığında olub, əsasən qranulyasiyalı böyük yanıq sahələrində üstün tutulur. Bu cür qreftlər olduqca şaffafdırlar. Qreft alındıqdan sonra akseptor sahələrində çox sıx və nazik qanaxma mənbələri görünür.

  2. Orta qalınlıqlı natamam dəri qreftləri - qalınlıqları 0,25 – 0,45 mm arasındadır. Dəri qreftinə çox uyğun olmayan infeksiyalaşmış sahələrdə istifadə oluna bilər.

  3. Qalın natamam dəri qreftləri – 0,45–0,65 mm qalınlıqdadır. Yara büzüşməsinin təhlükəli olduğu yerlərdə istifadə olunur. Qreft olduqca kontrast görünüşlüdür. Akseptor sahədə sıxlığı az, böyük mənbələr şəklində qanaxma görünür.

Göstərilən bu qalınlıq nisbətləri standart akseptor sahələr kimi tövsiyə olunan budun içəri səthi və sağrının bayır nahiyəsi əsasında verilmişdir. Natamam dəri qreftləri derma təbəqəsinin qalınlığı və tərkibinə daxil olan dəri əlavələrinin miqdarına görə bəzi xüsusiyyətlərə malikdirlər:

  • Dəri qrefti nə qədər incədirsə, derma ilə akseptor nahiyə arasındakı fibroz toxuma uyğunlaşması, transplantasiyadan sonrakı ilk bir neçə ay müddətində daha çox büzüşməyə səbəb olacaqdır. Ən çox büzüşməyə (kontraksiya) nazik dəri qreftəri məruz qalır, qalın dəri qreftləri büzüşməyə daha az məruz qalır, tam qalınlıqdakı dəri qreftləri isə demək olar ki, büzüşməyə heç məruz qalmır.

  • Dərinin müqaviməti derma təbəqəsinin qalınlığından asılıdır, dəri qreftinin qalınlığı artdıqca travmalara müqaviməti artır. Yığılma və travmalara qarşı müqavimət problemi, xüsusilə, ağız boşluğunda və oynaq nahiyələrinə qreft köçürərkən nəzərə alınmalıdır.

  • Epidermisin absorbsiyası ilə qidalanmasi və derma qatının incəliyinə görə plazma absorbsiyası fazası hesabına nazik qalınlıqlı natamam dəri qreftinin yaşama qabiliyyəti asanlaşır. Bu hal, xüsusilə, infeksiyalaşmış yaralarda, yanıq səthlərində və pis vaskulyarizasiya olunan nahiyyələrə köçürülərkən çox vacibdir. Vaskulyarizasiyası zəngin olan nahiyələrdən götürüldükdə qreft daha asan bitişir.

  • Qreft nə qədər nazik olarsa donor sahənin reepitelizasiyası bir o qədər sürətlidir. Beləliklə, məsələn, böyük yanıqlar kimi kritik hallarda, nisbətən daha qısa bir sağalma müddətindən 7-10 gün sonra donor sahə yenidən istifadə oluna bilər. Tam qalınlıqda dəri qreftlərində heç bir dəri əlavələri saxlanmadığı üçün reepitelizasiya mümkün olmur. Nəticədə donor sahə ya ilkin bağlanmalı, ya da hissəvi qalınlıqda dəri köçürülməlidir.

  • Nazik dəri qreftlərində daha az dəri əlavələri götürüldüyündən tük follikulları, tər və piy vəziləri olmadığı üçün dəri uzun zaman quru və travmalara meyilli olur. Qreft nə qədər nazik olarsa, kosmetik olaraq o qədər pis olur.


  1. Yüklə 0,54 Mb.

    Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin