3. Sosial sabitliyin ümumi göstəriciləri:
Kadrların sabitlik səviyyəsi =
mədəni-kütləvi işlərin səviyyəsi =
Idman işlərinin səviyyəsi =
Təhsilin səviyyəsi =
Peşəkar hazırlıq səviyyəsi = .
4. Əmək şəraitinin göstəriciləri (iş rejimi və istehsal şəraiti).
5. Təhsil və ixtisas səviyyəsi.
6. İstehsal mühitinin göstəriciləri.
Təşkilatların sosial inkişafı nəticələrinin inteqral göstəricisi, göstəricilərin dəyər məbləğinin onların sayına nisbəti kimi hesablana bilər.
MÖVZU V. KOMMERSİYA TƏŞKILATLARININ FƏALİYYƏTİNİN İQTİSADİ NƏTİCƏLƏRİNİN, RENTABELLİYİNİN, MƏNFƏƏTİN, MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ VƏ DIAQNOSTIKASI
Kompleks məqsəd:
Kommersiya təşkilatının maliyyə vəziyyətinin təhlil etmək, adi fəaliyyət növlərindən fərqli olaraq maliyyə nəticələrinin, rentabelliyin təhlilini aparmaq və təşkilatın potensial diaqnostikasının təşkilini araşdıriımağdan ibarətdir. Məzmunu: Kommersiya təşkilatının maliyyə - təssərüfat fəaliyyətinin vəziyyəti onun maliyyə nəticəsinin öyrənilməsi əsasında, pui vəsaitinin dövriyyə şərtlərindən, dövretmə dəyərindən, təssərrüfat prossesində maliyyə münasibətindən və maliyyə vəsaitlərinin hərəkətindən asılıdır. Təşkilatın fəaliyyətinin maliyyə nəticələrinin əsas göstəricilərinə məhsul satışından alınan gəlir, netto məbləği (ümumi gəlirdən ƏDV-ni, aksiz və anoloji mütləq ödənişlər çıxmaqla), balans mənfəəti və xalis mənfəət aiddir. Maliyyə nəticələr satılmış məhsulun maya dəyərindən, idarəetmə və kommersiya xərclərindən, digər əməliyat gəlir və xərclərindən, satışdan kənar gəlir və xərclərdən, kənarlaşdırılmış vəsaitin məmbləğindən və mənfəət vergisi kimi göstəricilərdən aslıdır. Təşkilat gəlirlərinin əsas hissəsini adi fəaliyyət növlərinə aid olan məhsul (iş və xidmət) satışından alınan gəlirlər aid edilir. Məhsul satışından alınan gəlir bütövlükdə təşkilat üzrə tabeçililiyin birinci səviyyəsinin dörd amilindən asılıdır:
- Məhsul satışının həcmi (VMS);
-
Məhsul vahidinə düşən dəyişən xərclər (Bi);
-
Hesabat dövrünün dəyişməyən xərclərinin məbləği (A);
-
Orta satış qiymətlərinin səviyyəsi(Qi).
G= VMS (Qi –B i) – А
Bu amillərin mənfəət məbləğinə təsirini zəncirvari yedəyişmə üsulu ilə, hər amilin plan göstəricisini faktiki göstəriciylə əvəz etməklə ardıcıl olaraq hasablamaq olar.
Əvvəlcə satışın faktiki həcmi üzrə mənfəət məbləğini, sonra isə digər amillərin planlaşdırılmış dəyərini müəyyən etmək lazımdır. Bunun üçün məhsul satışının həcmi üzrə planının yerinə yetirilməsi faizini hesablamaq və sonra isə mənfəətin plan məbləğini həmin faiz görə korrektə etmək lazımdır.
Məhsulun satışı üzrə planın yerinə yetirilməsinin müqayisəsini, faktiki satış həcminin plan natural (əgər məhsul bircinslidirsə), şərti-natural dəyər ifadəsində (əgər məhsul tərkibinə görə bircinsli deyilsə) hesablamaq olar, bunun üçün yaxşı olardı ki, ayrı – ayrı məmulatların maya dəyərinin baza (plan) səviyyəsindən istifadə edilsin, çünki maya dəyəri gəlirə nisbətən struktur amilinin təsirinə daha az məruz qalır.
Sonra isə planlaşdırılan qiymətlərlə plan maya dəyəri üzrə mənfəət məbləğini, faktiki həcminə və satılmış məhsulun struktutuna görə müəyyən etmək lazımdır.
Həmçinin, məhsulun faktiki həcminə görə təşkilatın nəqədər mənfəət ala biləcəyini hesablamaq lazımdır.
Əgər təşkilat eynicinsli növ məhsul istehsal etmirsə, onda məhsulun satış strukturu hər növ məhsulun plan üzrə maya dəyərinin qiyməti, həmin qiymətlə məhsul satışının ümumi həcminə nisbətiylə müəyyən edilir.
Təşkilatın maliyyə - təssərüfat fəaliyyətinin əsas iqtisadi nəticələrini istehsal və realizə edilmiş məhsulun həcmi, ümumi gəlir, mənfəət, təşkilatın əmlak kompleksinin dəyəri təşkil edir. Təşkilatın işinin iqtisadi nəticələri rəqabətqabiliyyətindən, məhsula (iş və xidmətə) olan təlabatdan, reytinq səviyyəsindən, işgüzar aktivliyindən və işgüzar nüfuzundan asılıdır. Təşkilatın iqtisadi fəaliyyətinin nəticələrinə zərərsizlik, likvidlik, ödəməqabliyyəti və maliyə sabitliyinin səviyyəsi təsir edir. Təşkilatın maliyyə - təsərrüfat fəaliyyətinin iqtisadi nəticələri ümumilikdə iqtisadi potensialın səmərəli istifadə edilməsində və kadr, texniki, istehsal və maliyyə potensialı ümumi imkanlarında öz əksini tapır, həmçinin təşkilatın iqtisadi fəaliyətinin konkret növlərini xarakterizə edir.
Realizə olunmuş məhsulun həcmi – mübahisəsiz olaraq təşkilatin maliyyə - təssərüfat fəaliyyətinin əsas iqtisadi nəticəsi hesab olunur. Bu götərici təşkilatın iqtisadi fəaliyyətinin ümumi nəticələrinin icmal xarakterini xarakterizə edir.
Material istehsalı prosesi hazır məmulatın, istehsal olunmuş məhsulun (iş, xidmətin) realizə edilməsi yolu ilə istehlakçiya çatdırılmasıdır. Məhsulun realizə edilməsi istehsal prossesinin uğurla bitməsinin əsas göstəricilərindən biridir və eyni zamanda təşkilatın normal təsərrüfat fəaliyyəti üçün böyük əhəmiyyət kəsb edən dövriyyə vəsaitinin dövr etməsinin bitmiş mərhələsi kimi təqdim edilir.
Pul vəsaitlərinin və maliyyə resurslarınin əsas daxil olma mənbəyi məhsulun (iş və xidmətin) satışından daxil olmalardır.
Məhsul (iş və xidmət) satışından daxil olan gəlir marketinqin təşkilindən və qiymətin əmələgəlməsindən asılıdır. Marketinqin məqsədi aşağdakilardır:
-
Hazır məhsulun satış bazarının və emal üçün resurs bazarının öyrənilməsi;
-
Bazarda məhsulun (iş və xidmətin) irəliləməsinə və satışına kömək etmək;
-
Daimi istehlakçilara göstərilən xidmət və endirim sistemindən istifadə etmək yolu ilə onların cəlb edilməsi;
-
Radio və televiziyada, yerli qəzetlərdə reklam;
-
Qiymət səviyyəsinin əsaslandırılması;
-
Tələb və təklifin balanslaşdırılmasının proqnozlaşdırılması.
Buraxılmış məhsulun (iş və xidmətin) real dəyərinin müəyyən edilməsinin əsas prosesini qiymətin əmələgəlməsi təşkil edir.
Qiymətin əmələqəlməsinin əsas amillərini: tələb, təklif, rəqabət təşkil edir. Ümumiyyətlə qiymətin əmələgəlməsinin əsas prinsiplərinə:
- istehlak və mübadilə, bölüşdürülmə, istehsal xərclərinin əks etdirilməsi;
- istehsal xərclərinin ümumi səviyyəsinin qiymətin minimum səviyyəsinə uyğunluğu;
- məhsulun keyfiyyət xüsusiyyətlərinin qiymətlərdə əks olunması aid edilir.
Ictimai istehsalın yekun nəticəsi bazar qiymətlərində - tələb və təklifin real nisbətində, məhsul və xidmətin birbaşa istehlakçiya satışında əks etdirilir.
Daxili istehlak mallarının azad (bazar) qiymətləri satış qiymətinə əsasən, əlavə dəyər vergisi və ticarət əlavəsi nəzərə alınmaqla formalaşdırılır.
İdxal istehlak mallarının azad (bazar) qiymətləri, satış qiyməti (gömrük rüsumları, aksiz və yığımlar daxil olmaqla) və ticarət əlavəsi nəzərə alınmaqla formalaşdırılır.
Mənfəət - təşkilatın fəaliyyətinin son nəticəsini təşkil edir. Təşkilatın maliyyə - təssərüfat fəaliyyətinin iqtisadi nəticəsi həmçinin mənfəətin bölüşdürülməsi və istifadəsilə xarakterizə olunur. Mənfəətin bölüşdürülməsinin əsas istiqamətlərinə mənfəət hesabına ödənilən verqilər, borc verilmiş qiymətli kağızlar (istiqrazlar, vekselllərə) üzrə kupon (faiz) ödəmələr, üstünlük verilən və sadə aksiyalar üzrə dividentlər, təşkilatın fondlarına ayırmalar (yığımlar, istehsalın inkişafı, istehlak, maddi həvəsləndirmə, sosial - mədəni inkişaf və s.). aiddir. Təşkilatın maliyyə - təssərüfat fəaliyyətinin mühüm iqtisadi nəticəsinə onun əmlak kompleksinin bazar dəyəri aid edilir. Təşkilatın dəyəri (əmlak kompleksi) onun iqtisadi imkanının əsas xarakteristikasını təşkil edir. Təşkilatın əmlak kompleksi dedikdə, həmin dövrdə təşkilatın balansında olan bütün əmlak nəzərdə tutulur. Təşkilatın əmlak kompleksinin bazar dəyəri bir sıra amillərdən asılıdır:
-
sahə mənsubiyyətindən;
-
yerləşmə ərazisindən;,
-
işgüzarlıq nüfuzundan, ticarət markasından;
-
əsas fondların dəyərindən;
-
nou-hau dəyərindən;
-
qeyrimaterial aktivlərin və mal-material ehtiyatlarının dəyərindən;
-
təşkilatın əmək kompleksinin bazar gəlirliyindən;
-
anoloji komplekslərin dəyərindən;
-
likvidlikdən.
Təşkilatın potensial diaqnostikasının təşkili onun idarəetmə strukturunun müəyyən şöbələri tərəfindən həyata keçirilir. Təşkilatın idarəetmə sxemi təxminən aşağıdakı qaydada ola bilər. İdarəetmə aparatının əlaqələndirmə işlərinə və təşkilata ümumi rəhbərlik direktor tərəfindən həyata keçirilir.
Texniki rəhbərlik – direktorun birinci müavini - baş mühəndisə həvalə edilir, onun tabeçiliyinə buraxılan məhsulun texniki hazırlığını təmin edən şöbələr və bölmələr daxildir.
Baş konstruktor tərəfindən rəhbərlik edilən konstruktor şöbəsi maşin və avadanlıqların, cihazların kütləvi istehsala qədər layihələrinin işlənib hazırlanmasını həyata keçirir.
Baş texnoloq şöbəsi istehsalın texnoloji hazırlığını, yəni məhsulun və onun detal və hissələrini, lazımı alətlərin texniki inşasını, norma və normativlərin və onların texniki proseslərə hazırlanması rəhbərliyini həyata keçirir.
Təşkilatın enerjimexaniki vəziyyəti, əsaslı təmirin aparılmasının təşkili və avadanlığın təmirinə nəzərdə tutlmuş qabaqlayıcı sistemli metodiki rəhbərliyin təşkili baş mexannik və baş energetik tərəfindən həyata keçirilir.
Zavod daxili planlaşdırılma funksiyası: plan – iqtisad, istehsal – dispetçer, əmək və əmək haqqı şöbələrinə həvalə edilir.
Plan – iqtisad şöbəsi texniki – iqtisadi planlaşdırmanı, təşkilatın fəaliyyətini xarakterizə edən əsas sənədlərin tərtib edilməsini, təşkilatın perspektiv inkişaf proqramının hazırlanmasını, və texniki xidmət işləri ilə iqtisadi xidmət işlərinin əlaqələndirilməsini həyata keçirir.
Istehsal – dispetçer şöbəsi istehsalat müdirinin rəhbərliyi altında istehsalın operativ planlaşdırılmasını, məhsulun istehsal və buraxılış qrafikinin hazırlanmasını, məhsul buraxılışı və satışının operativ uçotunun aparılmasını və istehsalın tənzimlənməsini həyata keçir.
Əmək haqqı və əmək şöbəsinin funksiyalarına daxildir: təşkilatda və sexlərdə texniki normalara və əməyin təşkilinə rəhbərlik; fəhlə və qulluqçuların siyahı sayının və ştat cədvəlinin hazırlanması; təşkilatın şöbələri və sexləri üçün əmək haqqı və əmək üzrə plan göstəricilərinin hazırlanması və tərtib edilməsində iştrak etmək; kollektiv əmək müqaviləsi lahiyəsinin hazırlanması və onun icrasına nəzarət; əməyin təşkilinin qabaqcil təcrübəsinin öyrənilməsi və tətbiqi.
Təşkilatın xarici təssərüfat əlaqələri: maadi-texniki təchizat, satış, nəqliyyat və maliyyə şöbələri tərəfindən idarə olunur. Baş mühasibatlıq müəssisənin material və pul axınına uçot və nəzarəti, fəhlə və qulluqçularla hesablaşmalara, müəssisənin mühasibat (maliyyə) hesabatlarının və balansının tərtib edilməsini həyata keçirir. Sex müəssisənin əsas struktur bölməsini təşkil edir. Sexə təşkilatın direktoru tərəfindən təyin edilmiş rəis rəhbərlik edir. Sexin rəisi istehsal prosesini təşkil edir və sexin təsərrüfat fəaliyyətinə görə cavabdehlik daşıyır. Onun rəhbərliyi altında kollektiv üzrə plan tapşırıqlarının yerinə yetirilməsi, istehsala operativ rəhbərlik, yeni texnika və texnologiyanın tətbiq edilməsi həyata keçirilir. Istehsala rəhbərlikdə sex rəisinə sahə rəisləri, ustalar, xidmət və büro sexlərinin rəhbərləri kömək edir.
Təşkilatın və onun daxili bölmələrinin idarəedilməsi təşkilatın qəbul etdiyi strukturdan asılı olaraq sahələr, sexlər, xidmətlər, korpuslar, filiallar və ya ayrı -ayrı istehsal bölmələri üzrə qurula bilər. Təşkilatı strukturdan asılı olaraq idarəetmə sistemi üç - altı pillədən ibarət təşkil edilir, məsələn: direktor – sex rəisi – usta; direktor – sex rəisi – sahə rəisi - usta; direktor – sex rəisi – şöbə (istehsalat) rəisi – sahə rəisi – növbə rəisi – usta.
Korpus strukturunda bir neçə sexin birləşməsi nəticəsində korpus (istehsalat) təşkil edilir. Proqram - məqsədli idarəetmə elementlərindən şöbə idarəetmə strukturundan (istehsal şöbələlərindən və ya məntəqələrindən) istifadə olunur. Material, əmək və istehsalat ehtiyatlarından səmərəli istifadə, buraxılan məhsulun keyfiyyətinə nəzarət və qarşıya qoyulan istehsal planın yerinə yetirilməsinə görə məsuliyyət istehsalat şöbəsinin rəhbərliyinə həvalə edilir.
İMTAHAN SUALLARININ SİYAHISI
-
Təşkilatın fəaliyyətinin təhlili və diaqnostokasının məqsəd və vəzifələri
-
Təşkilatın idarəedilməsində təssərüfat fəaliyyətinin təhlilinin rolu
-
Təhlilin növləri, onların təsnifatı və xüsusiyətləri
-
Təhlilin metodikası və maliyyə - təsərrüfat fəaliyyətinin diaqnostikası
-
Təşkilatın fəaliyyətinin təhlili və diaqnostikasının təşkilinin əsasları
-
Təhlilin və diaqnostikanın obyekti və subyekti
-
Təşkilatın potensialının və analitik fəaliyyətinin təşkili
-
Təşkilatın fəaliyyətinin təhlili və diaqnostikasının proqramının tərtib edilməsi
-
Təşkilatın fəaliyyətinin təhlili və diaqnostikasının məlumatları
-
Təşkilatın fəaliyyətinin təhlili və diaqnostikasında istifadə olunan əsas göstəricilər
-
Əsas vəsaitlərin hərəkətinin təhlili və diaqnostikası
-
Əsas vəsaitlərdən istifadənin səmərəliliyinin təhlili və diaqnostikası
-
Fond veriminin amilli təhlili
-
Avadanlıqlardan istifadənin təhlili və diaqnostikası
-
Təşkilatın istehsal gücünün xüsusiyyəti
-
Təşkilatın material ehtiyatlarının ümumi xarakteristikası.
-
Material ehtiyatlarından istifadənin təhlili və diaqnostikası
-
Material – texniki təminat planının keyfiyyətinin qiymətləndirilməsi
-
Material ehtiyatlarına təlabatın qiymətləndirilməsi
-
Məhsulun ümumi material tutumunun amilli təhlili
-
Əmək ehtiyatlarının vəziyyətinin ümumi xarakteristikası
-
Əmək ehtiyatlarından istifadənin təhlili və diaqnostikası
-
Əmək məhsuldarlığının təhlili və diaqnostikası
-
Əmək haqqı fondunu təhlili
-
Əmək ehtiyatlarının stimullaşdırılmasının səmərəliliyinin təhlili
-
Məhsul istehsalı və satışına çəkilən xərclərin ümumi xarakteristikası
-
Amillərin və ümumləşdirici göstəricilərin dinamikasının təhlili
-
Əmtəlik məhsulun bir manatına düşən xərclərin təhlili
-
Material, əmək, birbaşa və dolayi xərclərin təhlili
-
Məhsul istehsalı və satışı xərclərinin diaqnostikası
-
Istehsal proqramının formalaşması və yerinə yetirilməsinin təhlili
-
Məhsul həcminin təhlili
-
Məhsul çeşidinin təhlili
-
Məhsul strukturunun təhlili
-
Məhsulun keyfiyyətinin təhlili
-
Istehsalın ahəngdarlığının təhlili
-
Məhsul satışının və müqavilə öhdəliklərinin yerinə yetirilməsinin təhlili
-
Təşkilatın texniki vəziyyətinin ümumi xsusiyətləri
-
ETT- inkişafın təhlili
-
Texnika və texnologiyanın səmərəliliyinin uyğunluğunun təhlili
-
Innovasiya fəaliyyətinin təhlili
-
Təşkilatın kollektivinin sosial strukturunun təhlili
-
Təşkilatın sosial inkişafının nəticələrinin qiymətləndirilməsinin göstəriciləri
-
Sosial müavinətlər və ödənişlər sisteminin təhlili
-
Maliyyə - təssərrüfat fəaliyyətinin nəticələrinin təhlili və qiymətləndirilməsi
-
Müəssisənin maliyə sabitliyinin qiymətləndirilməsi
-
Likvidlik göstəricilərinin əsasında ödəmə qabiliyyətinin qiymətləndirilməsi
-
Müəssisə balansının strukturunun qeyri-qənaətbəxşliyini müəyyən edilməsi
-
Maliyyə sabitliyinin təhlili
-
Balans mənfəətinin tərkibi və dinamikasının təhlili
-
Adi fəaliyyət növləri üzrə maliyyə nəticələinin təhlili
-
Satışın orta qiymət səviyyəsinin təhlili
-
Digər fəaliyyət növləri üzrə maliyyə nəticələrinin təhlili
-
Müəssisənin fəaliyyətinin rentabelliyinin təhlili
-
Mənfəətin bölüşdürülməsi və istifadəsinin təhlili
-
Müəssisənin iqtisadi səmərəlilik anlayışı
-
Müəssisənin fəaliyyətinin iqtisadi nəticələrinin təhlili
-
Müəssisənin fəaliyyətinin iqtisadi nəticələrini əks etdirən amillərin təhlili
-
Təşkilatın potensial diaqnostikasının təşkili
-
Təşkilatın potensial diaqnostikasının forma və metodları
-
Reytinq təhlili əsasında müəssisənin fəaliyyətinin diaqnostikası
-
Müflisləşmə ehtimalının diaqnostik (metodları) üsulları
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT
-
Azərbaycan Respublikasının Mülki Məcəlləsi. – Bakı: «Hüquq ədəbiyyatı», 2007. – 776 s.
-
Azərbaycan Respublikasının Vergi Məcəlləsi.– Bakı: «Hüquq ədəbiyyatı»,
2011. – 414 s.
-
Azərbaycan Respublikasının Mühasibat uçotu haqqında qanun. – Bakı, 2004.
-
Cəfərli H.A. İqtisadi təhlil. Dərslik. Bakı: «Elm və təhsil», 2009. – 560 s.
-
Mahmudov İ.M.,Zeynalov T.Ş., İsmailov N.M. İqtisadi təhlil. Dərslik: Bakı, «İqtisad Universiteti», 2011. – 794 s.
-
Müslümov S.Y., Kazımov R.N. “Maliyyə təhlili”. Dərslik: Bakı, “CBS”, 2011.
-
Юзбашев Ч.Р. Экономический анализ, Учебное пособие, Баку, 2006.
-
Аббасовa С.А. Преспективный экономический анализ. Учебное пособие. Баку, 2005.
-
Абрютина М.С. Экономический анализ торговой деятельности. Учебное пособие. – М.: « Дело и сервис», 2000.
-
Абрютина М.С., Грачев А.В. Анализ финансово-экономической деятельности предприятия. Учебно-практическое пособие. – М.: «Дело и сервис», 1998.
-
Анализ хозяйственной деятельности в промышленности под ред. В.И. Стражева. – Мн.: Выш. шк.,1999.
-
Баканов М.И., Шеремет А.Д. Теория экономического анализа. - Н.: Учебник « Финансы и статистика» , 1997.
-
Басовский Л. Е., Лунева А. М., Басовский А. Л. Экономический анализ (Комплексный экономический анализ хозяйственной деятельности): Учеб. Пособие/Под ред. Л. Е. Басовского. – М.: ИНФРА – М, 2003.
-
Бердникова Т. Б. Анализ и диагностика финансово-хозяйственной деятельности предприятия: Учебное пособие. – М.: ИНФРА-М, 2003.
-
Грищенко О. В. Анализ и диагностика финансово-хозяйственной деятельности предприятия: Учебное пособие. Таганрог: Изд-во ТРТУ, 2000.
-
Ковалев В.В., Волкова О.Н. Анализ хозяйственной деятельности предприятия. – М.: ПБОЮЛ Гриженко Е.М., 2000.
-
Любушин М.П., Лещева В.Б., Дьякова В.Г. Анализ финансово-экономической деятельности предприятия. Учебное пособие для вузов. – М.: ЮНИТИ-ДАНА, 1999.
-
Палий В.Ф., Суздальцева Л.П. Технико-экономический анализ производственно-хозяйственной деятельности машиностроительных предприятий. – М.: Машиностроение, 1989.
-
Пешкова Е.П. Маркетинговый анализ деятельности фирмы. – М.: «Ось-89», 1998.
-
Савицкая Г.В. Анализ хозяйственной деятельности предприятия. – Мн.: ООО «Новое издание»,2000.
-
Савицкая Г.В. Анализ хозяйственной деятельности предприятия. – М.: Учебник ИНФРА-М, 2005.
-
Синиченко З. И., Грищенко О. В. Учебная программа и методические указания по дисциплине «Комплексный экономический анализ хозяйственной деятельности». Таганрог: Изд-во ТИУиЭ, 2003.
-
Ефимова О.В. Финансовый анализ. – М.: Издательство «Бухгалтерский учет», 1998.
-
Ковалев В.В. Финансовый анализ. Управление капиталом. Выбор инвестиций. Анализ отчетности. – М.: Финансы и статистика, 1996.
-
Ковалев В.В., Патров В.В. Как читать баланс. – М.: Финансы и статистика, 1998.
-
Кондраков Н.П. Бухгалтерский учет, анализ хозяйственной деятельности и аудит в условиях рынка. – М.: Перспектива, 1992.
-
Кравченко Л.М. Анализ хозяйственной деятельности в торговле: Учебник для вузов. – Мн.: Выш. шк., 1995.
-
Кравченко Л.М. Анализ хозяйственной деятельности предприятий общественного питания: Учебно-практическое пособие. – Мн.: «Финансы, учет, аудит», 1998.
-
Методика экономического анализа промышленного предприятия (объединения). / Под ред. Бужинекого А.И., Шеремета А.Д. – М.: Финансы и статистика, 1998.
-
Негашев Е.В. Анализ финансов предприятия в условиях рынка. – М.: Выш. шк. , 1997.
-
Риполь-Сарагоси Ф.Б. Финансовый и управленческий анализ. –М.: Издательство Приор, 1999.
-
Савицкая Г.В. Анализ хозяйственной деятельности предприятия АПК: Учебное пособие. – Мн.: ИП «Экоперспектива», 1999.
-
Шеремет А.Д. Теория экономического анализа: Учебник. – М.: ИНФРА-М, 2002.
-
Шеремет А.Д., Негашев Е.В. Методика финансового анализа. – М.: Инфра – М, 1999.
-
Шеремет А.Д., Сайфулин Р.С. Методика финансового анализ предприятия. – М.: Инфра –М, 1996.
Dostları ilə paylaş: |