Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda KƏRİmov taleh neman oğlunun «Dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin uçotu və hesabatı



Yüklə 0,7 Mb.
səhifə32/59
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106151
1   ...   28   29   30   31   32   33   34   35   ...   59
Misal 1.3.12. Şirkət çıfır kupona malik nominal dəyəri 30 min dollar olan istiqrazları 28 000 dollara əldə etmişdir. İstiqrazların balansda tanınan ilkin dəyəri 28 000 dollar təşkil edəcəkdir.

İlkin qiymətləndirmədən sonra maliyyə aktivlərinin sonrakı qiymətlən­dirilməsi üçün MHBS 29 onların aşağıdakı dörd kateqoriya üzrə qruplaşdırılmasını nəzərədə tutur:



  1. Mənfəət və zərər vasitəsilə ədalətli dəyərlə qiymətləndirilən maliyyə aktivləri;

  2. Ödənişə qədər saxlanılan investisiyalar;

  3. Ssudalar və debitor borcları;

  4. Satış üçün mövcud olan maliyyə aktivləri.

Birinci qrupa o maliyyə aktivləri daxil edilir ki, onların aktiv bazarda ədalətli dəyərini müəyyən etmək mümkündür (pay və borc qiymətli kağızları, likvid debitor borcları) və onlar ədalətli dəyərlə qiymətləndirilməlidir.

İkinci qrup üzrə maliyyə aktivləri (təsbit edilmiş məbləğdə gəlir gətirən, təsbit edilmiş ödəmə müddətinə malik olan istiqrazlar, veksellər, adi debitor borclarına aid edilməyən debitor borcları) effektiv faiz dərəcələri metodundan istifadə olunmaqla amortizasiya olunmuş ilkin dəyərlə qiymətləndirilməlidir.

Üçüncü qrupa daxil olan maliyyə aktivləri (verilmiş ssudalar və debitor borcları) effektiv faiz dərəcələri metodundan istifadə olunmaqla amortizasiya olunmuş ilkin dəyərlə qiymətləndirilməlidir.

Dördüncü qrupdan olan maliyyə aktivləri (əvvəlki qruplar üzrə maliyyə aktivlərinə daxil olmayan maliyyə aktivləri) ədalətli dəyərlə qiymətlən­dirilməlidir.

İkinci qrupda yer alan maliyyə aktivlərinin sonrakı qiymətləndirilməsi qaydasını aşağıdakı şərti rəqəmlərlə nəzərdən keçirək.

Misal 1.3.12. Şirkət sıfır kupona malik nominal dəyəri 48 315 dollar olan istiqrazları 30 000 dollara əldə etmişdir. Faizin effektiv dərəcəsi metodunu tətbiq etməklə onların 5 ilə amortizasiya olunmuş dəyərdə məbləğini müəyyən etmək tələb olunur. Faizin effektiv dərəcəsi 10% təşkil edir. Məsələnin həlli aşağıdakı cədvəldə verilir.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin