Cədvəl 2.3.2
|
2011-ci il
|
2012-ci il
|
2013-cü il
|
2014-cü il
|
2015-ci il
|
Məzənnə
|
Məzənnə
|
Məzənnə
|
Məzənnə
|
Məzənnə
|
Hesablandıqda
1 d./1,0 m.
|
Ödənildikdə
1 d./1,10 m.
|
Hesablandıqda
1 d./1,10 m.
|
Ödənildikdə
1 d./1,30 m.
|
Hesablandıqda
1 d./1,30 m.
|
Ödənildikdə
1 d./1,25 m.
|
Hesablandıqda
1 d./1,25 m.
|
Ödənildikdə
1 d./1,45 m.
|
Hesablandıqda
1 d./1,45 m.
|
Ödənildikdə
1 d./1,60 m.
|
1.Faiz üzrə debitor borcları
|
|
|
|
|
|
|
-
|
-
|
-
|
-
|
2. İllik əsas debitor borcları
|
|
|
|
|
|
|
|
|
|
|
3. Hər il daxil olan debitor borcu (1+2)
|
|
|
|
|
|
|
|
|
|
|
Nəzərdən keçirilən misalda icarə haqqının ödənilməmiş qalıqları ilin sonuna son (bağlanma) məzənnəsi ilə əks etdirilməlidir:
2011-ci ildə 870 000 dol. 1,10=957 000 man.
2012-ci ildə 723 000 dol. 1,30 = 939 900 man.
2013-cü ildə 520 000 dol. 1,25 = 650 000 man.
2014-cü ildə 260 000 dol. 1,60 = 416 000 man.
2015-ci ildə – qalıq yoxdur.
Xarici iqtisadi fəaliyyət prosesində yaranan pul aktivlərinə verilmiş borclar, qoyulmuş investisiyalar üzrə, həmçinin onlardan yaranan faiz gəlirləri, dividendlər də aiddir. Bu cür pul aktivlərinə aid maddələrin yaranması, onlar üzrə debitor borclarının daxil olması zamanı yaranan məzənnə fərqləri, həmçinin onların qalıqlarının yenidən hesablanması qaydaları və yaranan məzənnə fərqləri uçot və hesabatda MHBS 21 və MMUS 22-də müəyyən edilmiş qaydalar əsasında əks etdirilir. Həmin qaydaları qısamüddətli verilmiş borcların timsalında nəzərdən keçirək.
Misal 2.3.4. Rezident şirkət xarici şirkətə 01.10.2011-ci il tarixində 6 ay müddətinə illik 12% dərəcəsi ilə borc vermişdir. Həmin tarixdə məzənnə 1 dol. / 1,10 man. təşkil etmişdir. Verilmiş borcun məbləği 100 000 dol. / 110 000 man. olacaqdır. Borc üzrə faizin kumulyativ qaydada ödənilməsi nəzərdə tutulmuşdur. 6 ay ərzində hesablanmış faiz gəliri 6000 dollar (100 000 6/12) təşkil edəcəkdir. Borcun verildiyi tarixdə belə yazılış tərtib ediləcəkdir.
Debet 233 Qısamüddətli verilmiş borclar – 100 000 dol. / 110 000 man.
Kredit 223 Bank hesablaşma hesabları – 100 000 dol. / 110 000 man.
Rezident şirkət üçün hesabat tarixi 31 dekabr 2011-ci il hesab olunur. Həmin tarixə yaranmış debitor borcu həm əsas borcdan, həm də 3 ay ərzində hesablanmış faiz gəlirindən ibarət olacaqdır: 100 000+3000=103 000 dollar. Hesabat tarixinə pul maddələri son (bağlanma) məzənnə ilə yenidən hesablanmalıdır. Fərz edək ki, 31.12.2011-ci ilə məzənnə 1 dol. / 1,40 man. təşkil etmişdir. Onda yenidən hesablanma həmin məzənnə həyata keçirildikdə ümumi debitor borcunun məbləği – 103 000 dol. 1,40 man. = 144 200 man. olacaqdır. Məzənnə fərqi isə 1,40 – 1,10 =0,30 man. təşkil edəcəkdir. Məzənnənin dəyişilməsi nəticəsində yaranan fərqin əsas borc üzrə yaranan məzənnə fərqi üçün aşağıdakı yazılış tərtib olunacaqdır:
Debet 233 Qısamüddətli verilmiş borclar – 30 000 man.
Kredit 611-8 Məzənnə fərqləri üzrə gəlirlər – 30 000 man.
Hesablanmış faiz məbləği, yəni 3000 dollar üçün belə yazılış tərtib edilməlidir:
Debet 233 Qısamüddətli verilmiş borclar – 3000 dol. / 4200 man.
(yaxud Dedet 216 Faizlər üzrə qısamüddətli debitor borcları – 3000 dol. / 4200 man.)
Kredit 631-1 Faiz gəlirləri – 3000 dol. / 4200 man.
Beləliklə, 31.12.2011 tarixinə verilmiş borc üzrə ümumi məbləği funksional valyuta ilə 140 000 + 4200=144 200 manat olacaqdır.
Əgər 25.01.2012 tarixində məzənnə, məsələn, 1 dol. / 1,65 man. olarsa, onda 103 000 dol. / 144 200 manat məbləğində olan pul maddəsi dəyişəcəkdir: 100 000 dol. 1,65 man.=165 000 manat. Məzənnənin dəyişilməsi nəticəsində yaranan fərq – 1,65 – 1,10=0,55 100 000 = 55 000 man., yaxud 165 000 – 110000 = 55 000 man. Faiz borcu üzrə məbləğ: 3000 dol. 1,65= 4950 man. Beləliklə, 25.01.2012 tarixinə verilmiş borc üzrə debitor borcunun məbləği 169 950 manat (165 000 + 4950) təşkil edəcəkdir. Həmin məbləğin 59 950 manatı məzənnə fərqinin (169 950 – 110 000) əks etdirəcəkdir:
Debet 233 Qısamüddətli verilmiş borclar – 59 950 man.
Kredit 611-8 Məzənnə fərqləri üzrə gəlirlər – 59 950 man.
01.04.2012 tarixində debitor borcları daxil olmuşdur. Məzənnə 1 dol. / 1,65 man. olmuşdur. Son üç ay üçün hesablanmış faiz məbləği də daxil olmaqla alınmış ümumi debitor borcunun məbləği 106 000 dol. təşkil edəcəkdir. Funksional valyuta ilə həmin məbləğ 174 900 manat olacaqdır. Faiz gəlirini hesablarda əks etdirdikdə:
Debet 233 Qısamüddətli verilmiş borclar – 3000 dol. / 4950 man.
Kredit 631-1 Faiz gəlirləri – 3000 dol. / 4950 man.
Debitor borcunun daxil olan ümumi məbləğini əks etdirdikdə:
Debet 223 Bank hesablaşma hesabları – 106 000 dol. / 174 900 man.
Kredit 233 Qısamüddətli verilmiş borclar – 106 000 dol. / 174 900 man.
Pul maddələri üzrə valyuta əməliyyatları və həmin maddələr üzrə xarici valyuta ilə olan məbləğlərin funksional valyuta ilə yenidən hesablanması zamanı yaranan məzənnə fərqlərinin uçotu metodikasını nəzərdən keçirdikdə görürük ki, bu metodikanın real tətbiqi çətinlik törətmir. Həmin əməliyyatların aparılması üçün Hesablar Planında da kifayət qədər və təyinatı üzrə bütün əməliyyatları əks etdirmək üçün hesablar vardır. Ancaq görməmək olmaz ki, «Valyuta tənzimi haqqında» AR Qanunu ilə MHBS 21 və MMUS 22-nin bəzi müddəaları bir-birinə uyğun gəlmir. Məsələn, Qanunda göstərilir ki, 180 gündən artıq müddət üçün verilmiş borclar kapitalın hərəkəti ilə bağlı əməliyyatlara aid edilməli və bu zaman yaranan məzənnə fərqləri də cari mənfəət və zərərdə deyil, kapitalda əks etdirilməlidir. Halbuki MHBS 21 və MMUS 22 pul maddələrini kapitalın hərəkəti ilə bağlı olan pul maddələrinə və kapitalın hərəkəti ilə bağlı olmayan pul maddələrinə bölmür. Bu barədə biz daha geniş bu fəslin son paraqrafında söhbət açacağıq.
Dostları ilə paylaş: |