Misal 2.4.1. Müqaviləyə əsasən xarici şirkətdən dəyəri xarici valyuta ilə ödənilməli olan mal alınmışdır – 100 000 dol. Xarici malsatanın hesabı 01.09.2011 tarixində aksept olunmuşdur, həmin tarixdə mübadilə məzənnəsi – 1 dol. / 1,10 man. təşkil etmişdir.
Debet 205 Mallar – 100 000 dol. / 110 000 man.
Kredit 531 Malsatan və podratçılara qısamüddətli kreditor borcları – 100000 dol. / 110 000 man.
Ödəniləcək borcun məbləği – 100 000 dol. / 110 000 man.
Malsatanlara olan borc 20.09.2011 tarixində ödənilmişdir, məzənnə 1 dol. / 1,40 mn olmuşdur. Ödənilən borcun məbləği = 100 000 dol. 1,40 man. = 140 000 man.
Debet 531 Malsatan və podratçılara qısamüddətli kreditor borcları – 100000 dol. / 140 000 man.
Kredit 223 Bank hesablaşma hesabları – 100 000 dol. / 140 000 man.
Məzənnə fərqi: (1,40 – 1,10) 100 000 dol. = 30 000 man., yaxud 140 000 – 110 000 = 30 000 man.
Məzənnə fərqi malalan (ödəyici) üçün mənfi olmuşdur. Bu da malalanın Mənfəət və zərərlər haqqında hesabatında zərər kimi əks etdiriləcəkdir.
Debet 731-8 Məzənnə xərcləri – 30 000 man.
Kredit 531 Malsatan və podratçılara qısamüddətli kreditor borcları – 30000 man.
Malalan üçün məzənnə müsbət olardısa, onda məbləğ onun Mənfəət və zərərlər haqqında hesabatında mənfəət kimi əks etdirilməli idi:
Debet 531 Malsatan və podratçılara qısamüddətli kreditor borcları;
Kredit 611-8 Məzənnə fərqləri üzrə gəlirlər.
Beləliklə, misaldan göründüyü kimi, əməliyyat və həmin əməliyyat üzrə hesablaşma eyni uçot dövründə həyata keçirildiyi üçün, məzənnə fərqi də həmin dövrdə tanınmışdır. Ancaq əgər əməliyyat üzrə hesablaşma (ödəniş) müxtəlif dövrlərdə, yəni hesabat dövrlərində baş verərsə, onda hər bir aralıq dövründə tanınan məzənnə fərqi hesablaşma aparılan tarixədək hər bir dövr ərzindəki mübadilə məzənnələrinin dəyişilməsi ilə müəyyən olunur.
Dostları ilə paylaş: |