Büdcənin gəlirləri Azərbaycan Respublikasının, Naxçıvan MR-nın və yerli özünü müdafiə orqanlarının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan MR büdcəsinə yerli büdcələrə daxil olan vergilər, rüsumlar və digər daxilolmalardır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi «Dövlət büdcəsinin təsnifatı»na əsasən dövlət büdcəsinin gəlirləri 4 mənbədən formalaşır:
1. Vergilərdən daxilolmalar (əhalidən və hüquqi səxslərdən tutulan gəlir və mənfəət vergisi, məcburi dövlət sosial sığorta haqları, mülkiyyətdən vergilər, mal və xidmətlərdən tutulan vergilər; xarici iqtisadi fəaliyyətlə bağlı vergi və gəlirlər);
2. Vergi olmayan gəlirlər (xüsusi vəsaitlərdən daxilolmalar; rüsumlar, hədiyyələr, cərimə və sanksiyalar üzrə daxilolmalar və s.);
3. Əsaslı gəlirlər (dövlət mülkiyyətinin özəlləşdirilməsindən daxil olan gəlirlər);
4. Rəsmi qaydada alınan vəsaitlər (cari və əsaslı ödənişlər; alınan subsidiya; dotasiya; ssuda və s.). [32]
Büdcə gəlirlərinin yaranması prosesində yeni yaranan ÜDM-un bir hissəsinin dövlətin və bələdiyyələrin xeyrinə məcburi yenidən bölgüsü baş verir. Bunun nəticəsi olaraq tərəflər arasında, yəni dövlət və bələdiyyə orqanları ilə vergi ödəyiciləri arasında maliyyə münasibətləri yaranır. Büdcənin gəlirlərinin strukturunda vergilərdən daxilolmalar xüsusi çəkiyə malikdir. Belə ki, aparılmış özəlləşdirmə və yaradılan investisiya mühiti özəl bölmənin inkişaf etməsinə və dövlət büdcəsinə daha çox verginin ödənilməsinə münbit şərait yaradıb. [24]
Büdcənin xərcləri - büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsindən; Naxçıvan MR büdcəsindən və yerli büdcələrdən tələbatları ödəmək üçün ayrılan vəsaitdir. Büdcədə əsas maddələr üzrə büdcə xərclərinin məbləği müəyyən edilir.
Həmçinin, büdcə xərcləri hesabına büdcə vəsaitlərinin dotasiya, subsidiya və subvensiya formasında büdcə sisteminin səviyyəsi üzrə yenidən bölgüsü baş verir. Büdcə xərcləri bu halda qaytarılmamaq prinsipi üzrə maliyyələşdirilir. Büdcə xərcləri də əsasən ictimai-siyasi, iqtisadi və sosial vəziyyətdən asılı olur və buna bağlı olaraq da dəyişir. [32]
Milli iqtisadiyyatın inkişaf etməsində, istehsalın stimullaşdırılmasında və həmçinin cəmiyyətin sosial inkişafında dövlət büdcəsinin çox böyük rolu var. Dövlət büdcəsinin rolu həm kəmiyyət; həm də keyfiyyət baxımından qeyd olunur. [24]
Kəmiyyət təsiri dedikdə, hansı istiqamətə nə qədər vəsait yönəldilməsi başa düşülür. Keyfıyyət təsiri isə 2 cür təhlil edilir. Bir tərəfdən vergilərin düzgün qurulması və vəsaitlərin səmərəli xərclənməsi, digər tərəfdən büdcə vasitəsi ilə nəzarət həyata keçirilir. Büdcə hər bir ölkədə iqtisadiyyatın ən mühüm tənzimləyicisi kimi çıxış etdiyindən, makroiqtisadi tənzimləmənin ən mühüm elementlərindən biri dövlət büdcəsidir.
Dövlətlə müəssisə, idarə, təşkilat və əhali arasında yaranan maliyyə münasibətləri - büdcə münasibətləri adlanır. Büdcə münasibətləri mühüm xüsusiyyətlərə malikdir. İlkin olaraq onlar bölgü prosesi zamanı yaranır. Burada dövlət aparıcı istirakçı olur. İkincisi isə bu münasibətlər dövlət tələbatının ödənilməsi üçün mərkəzləşdirirmiş pul vəsaitləri fondlarının yaranması və istifadəsi ilə əlaqədardır. [11]
Yeni şəraitdə büdcə gəlirlərinin formalaşması xüsusiyyətləri mülkiyyət münasibətlərinə, dövlətin iqtisadi sisteminə əsaslanır. Büdcənin gəlirləri - Azərbaycan Respublikasının qanunvericiliyi əsasında dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının sərəncamına vergilər, rüsumlar və digər ödənişlər və daxilolmalar şəklində əvəzsiz (geri qaytarılmamaq şərti ilə) daxil olan pul vəsaitləridir. [32]
Büdcə gəlirlərinin yaranması prosesində, ictimai istehsal prosesində yaranan ÜDM-nin bir hissəsinin dövlətin sərəncamına məcburi ödənilməsi baş verir. Bununla dövlətlə vergi ödəyiciləri arasında qarşılıqlı maliyyə münasibətləri yaranır. [27]
Büdcə vəsaitilə ümumi daxili məhsul ölkənin iqtisadi rayonları, ayrı-ayrı regionları arasında bölüşdürülür və yenidən bölüşdürülür. Ayrı-ayrı iqtisadi rayonlarda iqtisadiyyatı inkişaf etdirmək, məhsuldar qüvvələrin inkişafına nail olmaq və yerli infrastrukturanı inkişaf etdirmək və s. məqsədlər üçün büdcədən iqtisadi bir alət kimi istifadə olunur. Ümumi daxili məhsulun bölüşdürülməsində büdcənin rolunu aşağıdakı cədvəldə göstərmək olar:
Dostları ilə paylaş: |