Cədvəl №1. Dövlət büdcəsinin gəlirləri və xərclərinin ÜDM-də xüsusi çəkisi (milyard manat) (mənbə [7, 31, 32]: maliyyə.gov.az)
Göstəricilər
|
2010
|
2011
|
2012
|
2013
|
2014
|
2015
|
Ümumi Daxili Məhsul
(mln. AZN)
|
42465.0
|
52082.0
|
53995.0
|
54740.8
|
58568.9
|
59380.4
|
Büdcə gəlirləri
(mln. AZN)
|
11403.3
|
15700.7
|
17281.5
|
19496.3
|
18400.5
|
19438.0
|
ÜDM-də xüsusi
çəkisi (%)
|
26.8
|
30.1
|
32.0
|
35.6
|
31.4
|
32.7
|
Büdcə xərcləri
(mln. AZN)
|
11765.9
|
15397.5
|
17416.4
|
19143.4
|
18709.0
|
21100.0
|
ÜDM-də xüsusi
çəkisi (%)
|
27.7
|
29.5
|
32.2
|
34.9
|
34.3
|
35.3
|
Büdcə kəsiri
(mln. AZN)
|
-3628.8
|
3031,2
|
-1349.4
|
3528.3
|
-3084.4
|
-1662.0
|
ÜDM-də xüsusi
çəkisi (%)
|
8.5
|
5.8
|
2.4
|
6.4
|
5.2
|
2.7
|
Cədvəl 1-də 2010-2015-ci illər ərzində maliyyə-kredit sahəsində həyata keçirilən islahatlar dövlət büdcəsinə daxilolmalarda da öz təsirini göstərir. Belə ki, dövlət büdcəsinin gəlirləri 2010-cu ildə 2005-ci ilə nisbətən 5.54 dəfə artımla 11403.3 milyon manat, 2015-ci ildə ilkin göstəriciyə nisbətən 1.70 dəfə artımla 19438.0 milyon manat hesablanmışdır. Büdcə kəsiri isə müvafiq olaraq, 2015-ci il üzrə 1662.0 milyon manat olaraq icra olunmuş və 2016-cı il üzrə 1698.0 milyon manat olması nəzərdə tutulmuşdur. [7]
İnkişaf etmiş ölkələrdə dövlət büdcəsinin ÜDM-da xüsusi çəkisi 30-50 faiz dairəsindədir. Dövlət büdcəsinin xüsusi çəkisinin artması müsbət hal kimi qiymətləndirilə bilər. Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondu olan büdcənin mədaxili və məxarici nə qədər artarsa, sosial-iqtisadi vəzifələrin yerinə yetirilməsində onun rolu da bir o qədər artar. Büdcənin gəlirləri vergi ödəyicilərinə, vergitutma obyektlərinə, alınması üsullarına, ödənişin müddətinə və digər xüsusiyyətlərinə görə fərqlənirlər. Lakin bununla belə onların ümumi cəhəti vardır ki, bu da müxtəlif səviyyəli büdcələrin gəlir hissəsinin təşkil edilməsidir. Həmin gəlirlərin pul formasında və nağdsız qaydada daxil olması bütün büdcə səviyələri üçün xas olan ümumi cəhətdir. Büdcə gəlirləri vergili daxilolmalardan və vergi olmayan gəlirlərdən, əsaslı gəlirlərdən və rəsmi qaydada alınan vəsaitlərdən (transfertlərdən) ibarətdir. [8]
Bir-biri ilə sıx əlaqədə olan dövlət xərclərinin konkret növlərinin məcmusu dövlət xərcləri sistemini təşkil edir. Bu sistemin təşkilati quruluşu dövlət tərəfindən qoyulmuş müəyyən prinsiplərə pul vəsaitlərinin məqsədyönlü istiqamətlənməsi, təyinatı üzrə xərclənməsi, dövlət resurslarının istifadəsinin əvəzsizliyi və qənaət rejiminə əməl edilməsinə əsaslanır.
Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın qloballaşması zamanı dövlət tədricən istehsal vəsaitlərinin sahibkarına və investora, istehsal, bölgü və istehlak proseslərinin ayrılmaz iştirakçısına çevrilir, bununla əlaqədar olaraq dövlətin iqtisadi funksiyası geniş inkişaf etmiş olur. Bazar münasibətlərinin tələblərinə uyğun olaraq dövlət təkrar istehsal prosesinə birbaşa müdaxilə yolu ilə deyil, yalnız iqtisadi metodlar və alətlər vasitəsi ilə təsir etmək imkanına malik olmalıdır. Dövlətin iqtisadiyyatı maliyyə mexanizmləri vasitəsilə tənzimləməsi dövlət xərclərini əhəmiyyətli dərəcədə azaltmağa, onların tərkibini və quruluşunu yeniləşdirməyə, müəssisə və təşkilatlar tərəfindən həyata keçirilən qeyri-mərkəzləşdirilmiş xərcləri artırmağa imkan verəcəkdir.
Dostları ilə paylaş: |