Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


Dövlət büdcəsinin gəlir və xərclər üzrə formalaşdırılması və təsnifləşdirilməsi xüsusiyyətləri



Yüklə 0,58 Mb.
səhifə9/37
tarix10.01.2022
ölçüsü0,58 Mb.
#108021
1   ...   5   6   7   8   9   10   11   12   ...   37
1.3. Dövlət büdcəsinin gəlir və xərclər üzrə formalaşdırılması və təsnifləşdirilməsi xüsusiyyətləri.
Dövlət gəlirləri dövlətin və dövlət müəssisələrinin sərəncamındakı maliyyə resurslarının formalaşdırılması ilə əlaqədar olan maliyyə münasibətləridir. Bu zaman dövlətin sərəncamında olan maliyyə resursları mərkəzləşdirilmiş, dövlət müəssisələrinin sərəncamında olan maliyyə resursları isə qeyri-mərkəzləşdirilmiş vəsaitlərə aid edilir. Mərkəzləşdirilmiş dövlət gəlirləri əsasən vergilərdən daxilolmalar, xarici iqtisadi fəaliyyətdən və əhali tərəfindən ödəmələr hesabına formalaşdırılır. Qeyri-mərkəzləşdirilmiş vəsaitlər isə müəssisələrin öz vəsaitləri; pul gəlirləri və yığımları hesabına yaradılır. Dövlət gəlirlərinin mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş gəlirlərə ayrılması, ümumdövlət və kollektiv maraqların təmin edilməsi mənbələrini daha aydın təsəvvür etməyə imkan verir. Bu günün əsas vəzifəsi müxtəlif maraqların tam reallaşmasını təmin etmək və dövlət gəlirlərinin təsərrüfatçılığın səmərələliliyinə təsirini gücləndirmək məqsədilə dövlət gəlirlərinin daha optimal nisbətlərinin əldə edilməsidir. [20]

Dövlət büdcəsi dövlətin mərkəzləşdirilmiş gəlirlərinin tərkibində cəmiyyətin inkişafının, iqtisadi və sosial vəzifələrinin həllinin təmin edilməsində böyük əhəmiyyət kəsb edir. Dövlət gəlirlərinin əhəmiyyətli hissəsinin mərkəzləşdirilməsi müxtəlif səviyyəli büdcələrdə səmərəli maliyyə siyasətinin yürüdülməsinə, vəsaitlərin təsərrüfatın daha öncül sahələrinin inkişafına yönəldilməsinə, qeyri-istehsal sferasının tələbatlarının mümkün qədər eyni səviyyədə təmin edilməsinə imkan yaratmış olur. Büdcə vəsaitlərindən əlavə mərkəzləşdirilmiş dövlət gəlirlərinə dövlətin büdcədənkənar fondlarının: sosial sığorta, təqaüd və məşğulluq fondlarının vəsaitləri də daxildir.

Dövlət gəlirləri anlayışının məzmununu təşkil edən pul münasibətlərinin obyekti bölgü prosesinin müxtəlif mərhələlərində müxtəlif maliyyə formalarında çıxış edən ictimai məhsuldur. Dövlət müəssisələrində bölgü obyekti kimi məhsul satışından əldə edilən gəlir və onun əsas elementləri olan mənfəət, sosial sığorta ayırmaları, amortizasiya ayırmaları çıxış edir. Büdcə münasibətlərinin obyektini isə mənfəət və əmək haqqı, vergi ödəmələri təşkil edir. Eyni zamanda dövlət krediti münasibətlərinin obyektini müəssisə, təşkilatların müvəqqəti olaraq sərbəstləşən pul vəsaitləri və əhalinin əmanətləri təşkil edir.

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin