S xem №1. Dövlət gəlirlərinin formalaşması mənbələri. [29]
Dövlət gəlirlərinin formalaşdırılmasının əsas mənbəyi kimi milli gəlir çıxış edir, digər tərəfdən bəzi fövqəladə hallarda (müharibə şəraiti, təbii fəlakət, və s.) əvvəllər toplanılmış milli sərvət də dövlət gəlirlərinin mənbəyi kimi çıxış edə bilər. Gəlirlərin bütün mənbələrini iki qrupa ayırmaq mümkündür: daxili və xarici. Daxili mənbələrə ölkə daxilində yaradılan və dövlətin öz funksiyalarının yerinə yetirilməsi üçün istifadə edilən milli gəlir və milli sərvət. Xarici mənbələrə isə milli gəlir və müstəsna hallarda digər ölkələrin milli sərvəti də aid edilə bilər. Dövlət gəlirlərinin tərkibi əhəmiyyətli dərəcədə dövlətin ona lazım olan pul vəsaitlərinin səfərbərliyə alınması metodları ilə şərtlənir. Bazar iqtisadiyyatı şəraitində dövlət gəlirlərinin səfərbərliyə alınmasının əsas metodları vergilər, istiqrazlar və emissiyadır. Bu metodlar arasındakı nisbət müxtəlif iqtisadi övrlərdə eyni deyildir və bir sıra amillərlə müəyyən edilir. Bura maliyyə siyasətinin məzmunu, konkret iqtisadi və sosial şərait, yaranmış sosial ziddiyyətlərin səviyyəsi də daxildir. Müxtəlif metodlar vasitəsilə formalaşan bütün növ dövlət gəlirlərinin məcmusu dövlət gəlirləri sistemini təşkil edir. Dövlət gəlirləri sistemi öz fiskal funksiyasını yerinə yetirərkən təsərrüfatçılığın əsas həlqəsi olan müəssisə və təşkilatların maliyyə stabilliyinə mane olmamalıdır. [20] Belə ki, dövlət gəlirləri sistemi təkcə fiskal deyil, eyni zamanda iqtisadi vəzifələrin: istehsalın artımının stimullaşdırılması və onun səmərəliliyinin yüksəldilməsi, ölkə ərazisində istehsal güclərinin yerləşdirilməsinə təsir etməsi, ETT gücləndirilməsinin, maliyyələşdirilməsinin həll edilməsinə xidmət etməlidir.
Dostları ilə paylaş: |