Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad yniversiteti



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə11/30
tarix26.07.2022
ölçüsü1,24 Mb.
#117443
1   ...   7   8   9   10   11   12   13   14   ...   30
Babazad-Az-r-Musaf-ddin

Sığortalı - Sığortaçı ilə müqavilə bağlanan (sığorta etdirən) və ya xeyrinə 
sığorta müqaviləsi imzalanan (sığorta olunan), yaxud qanunla sığortalanmış hesab 
olunan fiziki şəxs (fəaliyyət qabiliyyəti məhdud və ya məhkəmə tərəfindən 
məhdudlaşdırılmış, həmçinin fəaliyyət qabiliyyəti olmayan şəxslərdən başqa) və ya 
hüquqi şəxsdir. Başqa sözlə desək sığortalı - sığorta polisinə sahib olan fiziki və ya 
hüquqi şəxslərdir. Sığorta polisi isə sığorta ödənişləri və sığorta haqlarının 
həcmini, ödəniş qaydalarını müəyyənləşdirən, bir sözlə, sığorta müqaviləsini 
müəyyənləşdirən sənəddir. 


28 
Sığortaçı - sığorta fəaliyyətini həyata keçirmək məqsədilə yaradılmış, 
qanunvericiliyə uyğun olaraq xüsusi razılıq alaraq fəaliyyət göstərən hüquqi 
şəxslərdir. Bu tip hüquqi şəxslərə əsasən sığorta şirkətləri aid edilirlər.
Sığortanın funksiyaları. Sığortanın fəaliyyət mexanizmlərinin yaradilması 
və tətbiqi, ictimai - iqtisadi mahiyyəti onun yerinə yetirdiyi funksiyalara uyğun 
olaraq formalaşır, Funksiya dedikdə sığorta fəaliyyətində yerinə yetirilən 
ixtisaslaşmış fəaliyyət istiqamətləri başa düşülür. İxtisaslaşmış fəaliyyət 
istiqamətləri isə sığortanın formalarindan və növlərindən yaranır. Funksiyalar eyni 
zamanda sığortanın maliyyə sisteminin həlqələrindən biri kimi bir sıra 
xüsusiyyətləri müəyyənləşdirməyə imkan verən təzahür əlamətlərindən ibarətdir. 
Maliyyə anlayışı iqtisadi mahiyyətini hər şeydən öncə bölgü funksiyası vasitəsi ilə 
ifadə edir.
Sığortanın əsasən dörd funksiyası var: 
1. risk funksiyası; 
2. xəbərdarlıq funksiyası; 
3. yığım(əmanət funksiyası); 
4. nəzarət funksiyası. 
Burada əsas fuksiya risk funksiyasıdır. Belə ki, zərər hər zaman meydana 
çıxa bilər və təkrar oluna bilər. Qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun 
olaraq sığorta şirkəti zərər çəkən təsərrüfat subyektinə pul yardımı göstərməlidir. 
Belə olan halda risk funksiyası yenidən bölgü münasibətlərinin həyata 
keçirilməsində iştirak edir. Təsadüfi sığorta hadisəsinin baş verməsilə bağlı dəyərin 
pul formasında sığorta iştirakçıları arasında yenidən bölgüsü aparılır. Yenidən 
bölgü münasibətləri nəinki sığortanın mahiyyətini əks etdirir, eləcə sığortanın risk 
funksiyasının həyata keçirilmə mərhələsində əsas rol oynayır.

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin