20
Rus iqtisadçısı alimi A.S.Bulatov rəqabət anlayışının
mahiyyətinin
açıqlanmasına daha sadə formada yanaşmışdır. O, rəqabəti bazar iştirakçıları
arasında yarışma kimi qiymətləndirmişdir. A.S.Bulatov rəqabət haqqında fikirlərini
belə formalaşdırır: “Rəqabət – bazar iqtisadiyyatının ən əsas anlayışlarından biridir
və onu bazarın əsas hərəkətverici qüvvəsi, daxili inkişaf amili, bazar
iştirakçılarının öz məhsullarının istehsalı və satışı üçün daha lazım olan yaxşı şərait
uğrunda mübarizəsi hesab etmək olar. Rəqabətin əhəmiyyəti odur ki, o, məhdud
olan resursların səmərəli bölüşdürülməsini bazar yarışanlarının iqtisadi
arqumentlərindən asılı hala salır, daha ucuz və yaxud da daha keyfiyyətli nemətlər
(məhsullar və iqtisadi resurslar) təklif etməklə rəqabət mübarizəsində qalib olaraq
çıxış etmək olar.” (19, s.47).
Rəqabət haqqında deyilənləri ümumiləşdirərək belə qənaətə gəlmək olar ki,
rəqabət – bazar iştirakçılarının daha əlverişli şərait təmin etmək məqsədilə məhdud
olan resurslar uğrunda iqtisadi mübarizədən başqa bir şey deyildir. Rəqabət eyni
zamanda bazar iqtisadiyyatının mühərriki rolunu oynayır, təsərrüfat subyektlərinin
fəaliyyətinin tənzimləyicisi kimi çıxış edir. Rəqabət probleminin tədqiq
olunmasına həsr olunmuş əksər iqtisadi ədəbiyyatları təhlil etdiyimizdə rahatlıqla
görə bilərik ki, rəqabət anlayışı üç kontekstdən araşdırılmışdır:
Dostları ilə paylaş: