AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti “Mühasibat uçotu” kafedrası

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 31.5 Kb.
tarix17.01.2017
ölçüsü31.5 Kb.
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Mühasibat uçotu” kafedrası


Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan magistrlər üçün


Mühasibat uçotunun informasiya texnologiyaları” fənninin


PROQRAMI

Proqram “Mühasibat uçotu” kafedrasının 25 oktyabr 2 saylı protokolu və “Magistratura Mərkəzinin” Elmi Şurasının 12.12.2013-cü il tarixli 2 № li protokolu ilə təsdiq edilmişdir.

BAKI – 2014
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Mühasibat uçotu” kafedrası


Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan magistrlar üçün


Mühasibat uçotunun informasiya texnologiyaları” fənninin


PROQRAMI

BAKI – 2014

Tərtib edənlər - Az.DİU-nun “Mühasibat uçotu” kafedrasının professoru,

i.e.d. S.M. Səbzəliyev, dosent M.A. Cavadova,

dosent H.Ə. Hacıyev, f.e.d. N.M. Musayeva,

müəllim A.Ə. Sadıqov


Rəyçilər - “Mühasibat uçotu” kafedrasının dosenti Y.R. Mustafayev,

baş müəllim G.Q.Tanrıverdiyeva


Redaktor - “Mühasibat uçotu” kafedrasının professoru Ə.İ. Daşdəmirov


Giriş

Kursun başlıca məqsədi magistrləri kommersiya təşkilatlarında idarəetməni təmin edən informasiya sistemlərinin əsas elementi kimi avtomatlaşdırma şəraitində mühasibat uçotunun təşkilinə və aparılmasına müasir formada yanaşma ilə tanış etməkdən ibarətdir.

Bununla əlaqədar olaraq aşağıdakı məsələlər nəzərdən keçirilir: “informasiya sistemləri” anlayışının mahiyyəti; “əl ilə” və kompyuter texnologiyasından istifadə şəraitində kommersiya təşkilatlarının uçot sistemlərinin təşkili və fəaliyyət göstərməsi; uçotun aparılmasının müxtəif formalarının və onların kompyuter texnologiyaları ilə qarşılıqlı əlaqəsinin təhlili; uçotun avtomatlaşdırılması proqramının təsnifatı və onların müqayisəli xarakteristikası; nəinki maliyyəyə həmçinin idarəetmə uçotu vəzifələrinin həllini təmin edən vahid informasiya sistemlərinin qurulması.

Tədrisin vəzifələri

Həmin kursun ödənilməsi nəticəsində magistrlər, mühasibat uçotu və müəssisənin maliyyəsi sahəsində daha peşəkar biliklər əldə etməlidir. Azərbaycan Respublikasında mühasibat uçotunun aparılmasını tənzimləyən normativ aktların və standartların bazasında tələbələr avtomatlaşma şəraitində uçotun aparılması o cumlədən konkret idarəetmə qərarlarının həlli üçün müəyyən vərdişlər əldə edirlər.



Auditoriya məşqlərinin aparılması metodları: mühazirələr və praktik məşğələlər.

Müstəqil işlərin formaları: ev tapşırıqları, kompyuterdə yerinə yetirilən işlər, konkret vəzifələrin həlli.

Kursun mahiyyəti

Mövzu 1. “İnformasiya sistemləri” anlayışı.

Müəssisənin uçot sistemlərinin təşkili və fəaliyyət göstərməsi.

Müəssisədə informasiyaların (sənəd dövriyyəsi) toplanılması və yığılması proseslərinin təşkili. Mühasibatda vəzifələrin bölgüsü. Işçi hesablar planı. Mühasibat uçotu sistemlərinin uçot registirləri və çıxış formaları (hesabat formaları).


Mövzu 2. Mühasibat uçotu formalarının ümumi xarakteristikası (müha­si­bat informasiya sistemləri).

Uçotun sadə forması yaxud Baş-Jurnal. İstifadə olunan uçor registirləri və onların imkanları.

Uçotun memorial-order forması. Uçotun bu formasında istifadə olunması şəraitində informasiyaların işlənməsinin təşkili. Tətbiq olunan registirlər və onların uçot-analitik proqramları.

Uçotun aparılmasının jurnal-order forması. Uçotun bu formasında istifadə olunması şəraitində informasiyaların işlənməsinin təşkili. Tətbiq olunan registirlər və onların uçot-analitik proqramları.


Mövzu 3. Mühasibat uçotunun kompyuter texnologiyalarının ümumi xarakteristikası (mühasibat uçotunun avtomatlaşdırılması proqramı)

Mühasibat uçotunun müxtəlif məsələlərinin həllini avtomatlaşdıran proqramlar: əmək haqqının uçotu, mal-anbar uçotu və s. Həmin proqramların qarşısına qoyulan tələblər, onların standart imkanları və istismar şərtləti.

Maliyyə uçotunun avtomatlaşdırılması proqramları: həmin proqramlar bazarının xülasəsi, onların standart imkanları və istismar şərtləri.

Mühasibat proqram kompleksləri müəssisələrin idarə olunması sistemlərinin elementi kimi.



Mövzu 4. Mühasibat uçotu üzrə proqramların tipik strukturu və istismarı şərtləri.

Müəssisədə kompyuter mühasibatının təşkili şəraitində uçot siyasətinin, işçi hesablar planının və uçotun digər aspektlərinin hazırlanması.

Sorğu bazasının yaradılması və tənzimlənməsi, ilk sənədlərin formalaşması və işlənilməsi qaydası, uçot registrlərinin və hesabatların tərtib olunmasının formalaşması üzrə standart imkanlar.
Mövzu 5. Korporativ informasiya sistemləri

Korporativ informasiya sistemlərinin strukturu onun məqsəd və vəzifələri.

Korporativ informasiya sistemlərinin fəaliyyət standartları və onların reallaşması.

Idarəetmə uçotunun reallaşması vəzifələri və idarəetmə hesabatının formalaşması.

Korporativ informasiya sistemlərinin nümunələri.
Mövzu 6. Vahid informasiya sistemlərinin qurulması.

Idarəetmənin necə bir texnoloji əsası kimi informasiyaların qorunması və işlənməsi.

Vahid informasiya sistemlərini – bütün istehsalat texnoloji maliyyə və təsərrüfat proseslərini əhatə edən proqram – texniki təşkili qərarların vahid kompleksi kimi. Vahid informasiya sistemləri vasitəsilə həll olunan konkret vəzifələr.

Uçotun analitik imkanları: etibarlı informasiyanın əldə olunması;daxili və kənar hesabat formalarının göstəricilərinin formalaşması; planlaşma və idarəetmə proseslərini təmin etmək məqsədilə onların təhlili.




Mövzu 7. Vahid informasiya sistemlərinin qarşısına qoyulan tələblər.

Informasiyaların işlənilməsinə sistemli və kompleks (inteqrasiya olunan) yanaşma. Informasiyaların alınması, işlənilməsi və bütövlükdə sənəd dövriyyəsi prosedurlarının avtomatlaşdırılması.

Müəssisədə mövcud olan biznes proseslərin və digər prosedurların reallaşmasının təmin edilməsi.

Idarəetmə qərarlarının qəbulu üçün kifayət edən həcmdə operativ informasiyaların alınması imkanları.


Mövzu 8. İnformasiya sistemlərinin avtomatlaşdırılmasının nəticələrinə və effektivliyinə təsir edən başlıca amillər.

Müntəzəm menecment, daxili (korporativ) standartlar sistemi və prosedurlarının bazisi (sənəd dövriyyəsi, maliyyə və idarəetmə uçotu, daxili hesabat və s. üzrə standartlar).



Ədəbiyyat

  1. “Mühasibat uçotu” haqqında Azərbaycan Respublikasının qanunu. Bakı – 2004

  2. Mühasibat uçotunun yeni hesablar planı (Respublika Maliyyə Nazirliyinin 18 aprel 2006 – cı il tarixli İ – 38 № li əmri ilə təsdiq edilmişdir).

  3. “Uçot siyasəti, uçot qiymətlərində dəyişikliklər və səhvlər üzrə” 11 № li Milli Mühasibat Uçotu Standartı (Maliyyə Nazirliyinin 2007 – ci il 23 iyul tarixli İ – 73/1 № li əmri ilə təsdiq edilmişdir).

  4. Автоматизированные информационные технологии в экономике / Под общ.ред. И-Т. Трубилина М. : Финансы и статистика, 1999

  5. Кондраков Н.П. Бухгалреский учет: Учеб. пособие. М.: Инфра М, 2000.

  6. Управленческий учет : Учеб. пособие / Под ред. А Д. Шеремета. 2-е изд., испр. М.: ИО ФБК – ПРЕСС, 2001.


Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə