Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİNİn akademiyasi



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə19/54
tarix06.01.2022
ölçüsü1,12 Mb.
#113705
1   ...   15   16   17   18   19   20   21   22   ...   54
Azf-307607

c
əmiyyətdə 
dövl
ət 
quruculuğu 
çərçivəsində 
xalqın 
suverenliyinin h
əyata keçirilməsinin  hüquqi  normasıdır.  Yəni, 
hakimiyy
ət  səlahiyyətləriBelə  dövlətin prinsiplərinin  ayrı-ayrı 
ölk
ələrdə  həyata keçirilməsi müxtəlif formada təzahür 
edir.Müasir dünyada dövl
ətin  inkişafında  əhəmiyyətli yeni 
meyll
ərdən biri də  dövlətin suverenliyinin demokratik 
baxımdan məhdudlaşdırılmasıdır.Məsələn, əvvəllər dünya birliyi 
t
ərəfindən hər  hansı  dövlətə  müəyyən məsləhət verilməsi həmin 
dövl
ətin  daxili  işlərinə  qarışmaq  kimi  başa  düşülürdüsə, müasir 
dövrd
ə  bir  sıra  problemlərin, xüsusilə  bəşəriyyət üçün böyük 
t
əhlükə sayılan hərbi, nüvə, ekoloji, təhsil, əhalinin artımı və digər 
m
əsələlərin həllində  lazım  gələrsə,  bu və  ya digər dövlətin 
suverenliyinin m
əhdudlaşdırılması  həyati zərurətə  çevrilir.Eyni 
zamanda dövl
ətin  müasir  inkişafının  ən yeni meyllərindən biri də 
iqtisadi v
ə siyasi həyatın inteqrasiyasıdır. Məsələn, buraya Avropa 
İqtisadi  Birliyinə  daxil olan dövlətləri və  bu dövlətlərin Avropa 
parlamenti tipli xüsusi dövl
ətlərarası  hakimiyyət  orqanının 
yaradılmasını aid etmək olar. 


93 
Müasir dövl
ətin  inkişafının  yeni  spesifik  meyillərindən biri 
c
əmiyyətin birliyini təmin edən  xüsusi  ideologiyayamalik  olması-
dır.İdeologiya  vasitəsi ilə  cəmiyyəti  vahid  şəkildə  birləşdirməklə 
dövl
ət  öz  inteqrasiya  funksiyasını  yerinə  yetirir.Belə  olmayan 
t
əqdirdə  dövlət bütün cəmiyyətin mənafeyini ifadə  etmək 
imkanlarından  xeyli dərəcədə  məhrum olur.Dövlətin  yeni  inkişaf 
meyll
ərindən biri də  bürokratik idarəetmə  aparatının  ixtisar 
olunmasıdır, 
onun 
saxlanmasına 
ayrılan 
xərclərin 
azalmasıdır.Dövlət  qulluqçuları  olan  bürokratlar  həmişə  özlərinin 
eqoist m
ənafelərini  hər  şeydən üstün tutur ki,  bu da dövlətin 
m
ənafeyinə ziddir. 
Müasir dövl
ətin  inkişafında  ən yeni qlobal meyl hüquqi 
dövl
ətin və  vətəndaş  cəmiyyətinin təşəkkülüdür. Hüquqi dövlət 
əsasən  iki  başlıca  prinsip  zəminində-dövlətin  qoyulan qaydalara 
əməl etməsi və vətəndaşların müdafiəsi ilə əlaqədar yaranır. 
Müxt
əlif siyasi partiyalar və  təşkilatlar  vasitəsilə  yaradılan 
nümay
əndəlik;  seçki  sistemi;  parlamentarizm;  konstitusiyalıq  və 
hakimiyy
ətin bölünməsi; məscidin (kilsənin),  bütövlükdə  dinin 
dövl
ətdən ayrılması; azadlığın bərabərlik üzərində üstünlüyü hüquqi 
dövl
ətin başlıca təsisatlarına və prinsiplərinə aiddir.Hüquqi dövlətə 
xas olan qarşılıqlı nəzarətin bu prinsipi (vətəndaşların ümumi seçki 
sistemi v
ə  seçki prosesi vasitəsilə  hakimiyyətə  nəzarət etmək 
imkanının  əldə  olunması)  alman  filosofu  İ.Kant  tərəfindən  işlənib 
hazırlanmışdır.Burada qanunverici də ayrıca vətəndaş kimi qanuna 
tabe olmalıdır. 
Legitim hakimiyy
ət özünün cəmiyyətdə  qərarlaşması  və 
möhk
əmlənməsi  üçün  hüquq  formasında  ifadə  olunur.Hüquqi 
dövl
ətdə  fərdin  azadlığının  təminatçısı  kimi  hüquq  çıxış  edir. 
Şəxsiyyətin, mülkiyyətin, mənzilin, mənəvi azadlığın və s.toxunul- 
mazlığın  təmin  olunmasında  və  eləcə  də  vətəndaşlar  arasındakı 
münasib
ətlərin tənzimlənməsində 
hüquq mühüm rol 
oynayır.Vətəndaş  cəmiyyətinin normal mövcudluğu  və  fəaliyyəti, 
onun 
əsas təsisatları, prinsipləri və dəyərləri üçün başlıca təminatı 


94 
hüquq  yaradır.Vətəndaş  cəmiyyəti demokratik dövlətin  ən 
əhəmiyyətli tərəfidir.Siyasi birlik olan dövlət vahid iqtisadi və 
m
ədəni-mənəvi məkana malik olmaqla yanaşı,  həm  də  müəyyən 
sosial mühitd
ə, o cümlədən dünya birliyi çərçivəsində mövcuddur. 
Dövl
ətlər  arasında  təşəkkül tapan beynəlxalq münasibətlərin 
t
əbiəti çox məzmunludur.Bu mürəkkəb qarşılıqlı münasibətlərə ilk 
aydınlıq gətirən Fukinnidin (b.e.ə.V əsrdə) “Pelopennos müharibə-
sinin  tarixi”  adlı  kitabı,  eyni  zamanda  Siseronun  “Ədalətli 
müharib
ələr” haqqında təsəvvürləri hesab edilir. Müharibə və sülh 
m
əsələləri həmişə siyasi elmdə mühüm yer tutmuşdur. 
Dünya siyas
əti nəzəriyyəsi və  ya beynəlxalq siyasət 
n
əzəriyyəsi  siyasi  reallığın  qlobal  kontekstini  şərh və  təhlil edir
dünyanın yeni inkişaf meylini üzə çıxarmağa çalışır.Dünya ölkələri 
v
ə  xalqlarının  böyük  hissəsinin dünya siyasətinə  qoşulması 
beyn
əlxalq münasibətlərin mürəkkəbləşməsini 
əks 
etdirir.Beyn
əlxalq siyasi münasibətlər dövlətlər və xalqlar arasında 
qarşılıqlı  əlaqənin  əsası  kimi  səciyyələnir.Dövlətlər tərəfindən 
himay
ə  olunan  qarşılıqlı  münasibətlərin siyasi səviyyəsi dövlətlər 
v
ə  xalqlar  arasında  iqtisadi,  mədəni və  digər  əməkdaşlığın 
xarakterini mü
əyyənləşdirən  əsas amildir.Yəni siyasi münasibətlər 
xalqlar 
arasında 
dövlətlərarası 
səviyyədə 
olan 
münasib
ətdir.Dövlətlə  bərabərbeynəlxalq münasibətlərin subyekti 
kimi h
əm də qeyri-dövlət təsisatları, təşkilatları və birlikləri də çıxış 
edirl
ər.Müasir dünyada bütün müstəqil dövlətlər  arasında 
beyn
əlxalq münasibətlər mövcuddur. 
Bel
əliklə,  siyasi  elmin  başlıca  anlayışları  olan  “siyasi 
hakimiyy
ət ”, “siyasi proses”, “siyasi rejim”, “vətəndaş cəmiyyəti” 
v
ə  s. beynəlxalq münasibətlərə  tətbiq edilmə  mənasında  mühüm 
əhəmiyyət kəsb edir. 
 
 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin