§ 1.4. Radiodalğaların diapazonları və tətbiq sahələri
Radiodalğalar təbiət etibarilə elektromaqnit dalğaları olub, fəzada işıq sürəti ilə yayılır:
.
Burada c–vakuumda işığın sürəti, ε–mühitin dielektrik, μ–maqnit nüfuzluqlarıdır. Radiodalğalar λ dalğa uzunluğu və ya f tezliyi ilə xarakterizə olunur. λ=vT, T= , v=c olduğundan λ= . Burada T–rəqsin periodudur. λ–dalğa uzunluğu bir period ərzində elektromaqnit dalğasının yayıldığı məsafəyə deyilir.
Radiodalğalar çox geniş tezlik intervalını (3·103 – 3·1012 Hs) əhatə edir. Son illərdə mazer və lazerlərin kəşfi bu intervalın yüksək tezliklər tərəfdən sərhəd qiymətini xeyli artırmağa (1012 –1015Hs-ə qədər) imkan vermişdir. Radiodalğalar spektrinin müxtəlif hissələrinin xüsusiyyətlərini və rabitə kanalında müxtəlif cür yayılmalarını nəzərə alaraq bunları xassələri müəyyən intervalda eyni olan diapazonlara ayırmaq olar. Əlbəttə, belə bölgü tamamilə şərtidir, çünki qonşu diapazonlar arasında çox kəskin fərq yoxdur. Praktikada radiodalğaların diapazonlarının qəbul olunmuş müəyyən adları vardır. Cədvəl 1.1-də radiodalğaların diapazonları, adları və tətbiq sahələri göstərilmişdir. Qeyd etmək lazımdir ki, hər bir diapazonun praktiki tətbiqi bir sıra faktorlarla: rabitə kanalının uzunluğu və onun «tutumu», dalğanın yayılma yolunun relyefi, küylərin səviyyəsi, verici qurğuların gücü, ilin fəsilləri, havanın meteoroloji xüsusiyyətləri və s. ilə əlaqədardır.
Dostları ilə paylaş: |